Bir neçə gün öncə Daxili İşlər Nazirliyinin keçirdiyi əməliyyat nəticəsində Bakıda saxlanılan Rusiya vətəndaşları ilə bağlı maraqlı məlumat yayılıb.
Gununsesi.info-ya daxil olan məlumata görə, həmin şəxslər Rusiyada hərbi xidmətdən yayındıqları üçün Azərbaycana gəliblər.
Onlar burada informasiya texnologiyaları (İT) sahəsində çalışıblar. Lakin daha sonra məlum olub ki, həmin şəxslər Rusiyada fərarilik ittihamı ilə axtarışa veriliblər.
Qeyd edək ki, onlar İrandan narkotik maddələrin tranziti, internet üzərindən yayılması və kiberdələduzluq hallarında şübhəli bilinərək saxlanılıblar.
Bu hadisə Rusiyanın Yekaterinburq şəhərində azərbaycanlılara qarşı keçirilən əməliyyatlardan sonra, Azərbaycanda da Rusiya vətəndaşlarına qarşı oxşar addımın atılması kimi dəyərləndirilir.