Bu mövsüm cəzalandırılan hakimlər .....                     Hindlilər Ermənistanda 8 gündür aksiya keçirir .....                     Dövlət qurumu 20 mənzil alır .....                     "Qarabağ" isveçli hücumçunu TRANSFER EDİR .....                     Rusların əfsanəvi əməliyyatını təkrarlamağa çalışdılar .....                     Köçəryanın HƏBSİ GÜNDƏMDƏ .....                     “Azərbaycan 100 minlik silahları ilə bizim milyonluq silahlarımızı 3 günə məhv etdi” .....                     Mətanət İsgəndərlinin bacısı evindən oğurluq edən şəxsi tapdı .....                     Rusiya dərin böhran içində və: .....                     Məktəbdə distant oxumaq olar, .....                     Pensiya 300, minimum əməkhaqqı 450, dövlətdən on milyonlarla manat oğurlayan məmurun əməkhaqqı 10–15 min... .....                     Faiq Ələkbərli İstanbulda beynəlxalq konqresdə məruzə edib .....                     Çin dünyaya hakim olmaq istəyir, .....                     Erməni qısqanclığı: .....                     “Donbasın təhvili sülh deyil, Ukrayna üçün strateji tələdir” .....                     Gələn həftə İrana hücumlar bərpa oluna bilər .....                     “Mən rus deyiləm, yarı azərbaycanlıyam” .....                     Sürücülər cərimələrdən beziblər .....                     Dövlət Komitəsi “Artsax” sözünə görə QHT-ni cərimələyib .....                     “Milyarderlər ittifaqı” bu dəfə Paşinyana qarşı .....                     İcra başçısına “stop” qoyulub: Siyəzəndə nə baş verir? .....                     Jurnalist Sabir Məmmədovun anası vəfat edib .....                     Ərazilər ələ keçirildi .....                     Məşhur kardioloq Baş həkim təyin edilib .....                     Tıxacın kökü haradadır? .....                     Susuzluqdan yansam belə... .....                     Tramp-Cinpin görüşü və: Ukrayna üçün iki xoş xəbər .....                     Dövlət TV-də əhaliyə “Kalaşnikov” dərsi keçirildi .....                     Azərbaycan nefti bahalaşıb .....                     Zirvə görüşünün uğurları Türk dünyasının əlaqəqlərini daha da möhkəmlədir .....                     Türk dünyası XXI əsrin nüfuzlu geosiyasi güc mərkəzlərindən birinə çevrilir .....                     Müştərinin sifarişini OĞURLADILAR VƏ... .....                     Abunəçiyə hər addımda KƏF GƏLİRLƏR... .....                     Dəymiş ziyanı tam ödəmək istəmirlər... .....                     Ağzını açdı və... .....                     Məşhurluq artıq zəhmətlə qazanılmır: .....                     İran Hörmüzdə ABŞ, Xəzərdə Azərbaycanla “savaşır” .....                     4 ayda ÜDM 0,2% artdı: bu, zəif göstəricidir .....                     Dollar güclənir, neft bahalaşır, bazar dalğalanır: Azərbaycanı nə gözləyir? .....                     Paşinyandan 28 may ANONSU: Mesaj kimədir? .....                 

Hacı İbrahim harın məmur övladlarını tənqid etdi - NONSENS
Tarix: 12-05-2014, 14:33 | Çap et
Hacı İbrahim harın məmur övladlarını tənqid etdi
“Xəzər adaları” layihəsinin müəllifi, “Avesta Concern”nin rəhbəri, tanınmış iş adamı Hacı İbrahim İbrahimovun (İbrahim Nehrəmli) publika.az-a müsahibə verib.

DİA.AZ həmin müsahibəni təqdim edir:

- Məmur övladlarının və qohumlarının bahalı avtomobillərlə paytaxt küçələrində “avtoşluq” etməsinə necə baxırsınız?

- Mənə elə gəlir ki, bu məsələni çox şişirdirlər. Kimsə özünə maşın alırsa, bunu sürmək üçün alır. Cavan uşaqlardır da. Mən buna cavanlıq kimi baxıram. Ancaq belə hərəkətlərə son qoyulması məsləhətdir. Cənab prezident də deyir ki, ölkədə sabitlik qorunmalıdır. Hər hansı məmur və ya onun övladı bahalı avtomobil alıb onu yüksək sürətlə idarə edirsə, o zaman ilk növbədə insanları və özünü düşünməlidir. Çünki bununla o, özünə və başqasına xəsarət yetirə bilər.

"Avtoş"luğa mən də yaxşı baxmıram. Bu məsələ heç zaman iftixaredici hərəkət olmayıb. Bu, insana başucalığı gətirən hərəkət deyil. İmkanlı şəxslərin törətdiyi hadisə daha çox və tez gündəmə gətirilir. Ancaq sadə bir adamın törətdiyi hadisə qabardılmır. Məmur övladları üzdə olan insanlardır. Ancaq burada qınanılası cəhət var. Həmin uşaqlara demək lazımdır ki, onlar mətbuatla kəllə-kəlləyə gəlməsin. Əsas problem də burada yaranır. Jurnalistlə kəllə-kəlləyə gəlmək olmaz. Jurnalist gördüyünü yazırsa, ona qarşı getməməlisən. Əksinə, deməlisən ki, çox sağ ol və gedib dərhal səhvini düzəltməlisən. Jurnalistə hücum çəkmək olmaz. Əgər kimsə jurnalistə qarşı çıxırsa, o adam gec-tez uduzacaq.

Mənim əsas fikrim odur ki, Azərbaycanda jurnalistə hörmət etmək, düzgün dialoqa girmək lazımdır. Çünki jurnalist gördüyünü yazmırsa, o jurnalist deyil. Əgər jurnalist gördüyünü yazırsa, ona hörmətlə yanaşmaq lazımdır. Çünki jurnalistlər bu cəmiyyətin aynasıdır, bizim görmədiyimiz səhvləri onlar bizə deyirlər. Mən hər zaman demişəm ki, bu ölkədə jurnalistlərə hörmətlə yanaşılmalıdır. Jurnalist hər hansı məmurdan yazırsa, o jurnalistə deyilməməlidir ki, niyə məndən yazmısan. Əksinə, gedib səhvini düzəltməlisən. Əgər jurnalist deyirsə ki sənin oğlun “avtoşluq” edir, o zaman sən də gedib oğluna de ay bala, daha “avtoşluq” etmə, cəmiyyətin gözünə bu cür hərəkətlərlə girmə və sairə.

Şəxsən mən jurnalistə güzgü kimi baxıram. Jurnalistlərə daha çox imkan yaradılmalıdır. Mən hər zaman razı olmuşam ki, jurnalist məndən yazsın. Hətta mən vaxtilə qardaşım oğlu ilə bağlı məsələdə də jurnalisti müdafiə etdim. Düz də etdim. Bu gün də jurnalisti müdafiə edirəm. İndi Azərbaycan cəmiyyətində jurnalistə az hörmət olunur. Bundan da artıq hörmət olunmalıdır. Jurnalistlər “dördüncü hakimiyyət”dir. Jurnalistlər ölkənin güzgüsüdür. Jurnalist məndən yazanda sevinirəm. deyirəm ki, nə səhvim var, gedib düzəldirəm onu. Bəlkə də jurnalistlər yazma, mən daha böyük səhvlər edərdim. “Avtoşluq” məsələsində də jurnalistlə münaqişəyə girilməsəydi, bəlkə də bu məsələ bu qədər böyüməzdi.

- “Avtoşluq”dan söz düşmüşkən, martın 15-də “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin sabiq sədr müavini Mübariz Mədətovun oğlu Xalid Mədətov idarə etdiyi “Mercedes-Benz G-55" markalı avtomobillə xalq artisti Ağasəlim Abdullayevin olduğu və oğlunun idarə etdiyi maşını vurub, iki nəfərin ölümünə səbəb olub. Bu hadisəni siz necə qarşıladınız?

- Bu hadisəni cəmiyyəti də yaxşı qarşılamadı. Ancaq bu hadisə olub artıq. İnanmıram ki, o, bunu qəsdən edib. Hadisədir, olub da. Heç kim bilmir ki, indi getdiyin yolda başına hər hansı hadisə gəlməyəcək. Mənə elə gəlir ki, bu hadisəni bir qədər də şişirdirlər. Bu hadisə zamanı xəsarət alan adam xalq artisti deyil, bir başqası olsaydı, məsələ heç bu qədər də böyüməzdi.

Bu məsələni də elə təqdim edirlər ki, guya bu hadisə qəsdən törədilib. Əslində isə elə olmayıb. Bu cür hadisələrə bir qədər sakit tərzdə düzgün qiymət vermək lazımdır. Düzgün qiyməti də artıq qanun verib. Mübarizin oğlu artıq cəzasını çəkir.

- Tez-tez olur ki, sizin də dəbdəbəli həyat tərzi kerçirdiyiniz barədə məlumatlar yayılır. Yazılan bu məlumatlara münasibətiniz necədir?

- Mən də hamı kimi sadə həyat tərzi keçirirəm. xaricə gedib-gələndə hamı kimi məndə gedib biletimi alıb təyyarədə camaatla bir yerdə otururam. Mən heç kimdən də artıq deyiləm. Mən şəxsi təyyarəyə də minmirəm. Camaat necədirsə, mən də eləyəm. Mənə Allah o imanı versin ki, mən “Xəzər adaları” şəhərini tikib başa çatdırım. Bu şəhər Azərbaycan xalqının bir sərvətinə çevriləndən sonra mən özümü dünyanın ən xoşbəxt sakini hesab edəcəm. Mən çox şadam ki, bütüm pulumu öz vətənimə, Azərbaycan dövlətinə yatırmışam. Mən bununla qürur duyuram, yaşayıram. İnşallah, yaxın aylarda isə “Xəzər adaları” şəhərinə daxil olan restoranın açılış mərasimi planlaşdırılır. Açılışda tanınmış şəxslərin də iştirakı gözlənilir.

- Qardaşınız Tağı İbrahimov uzun müddətdir ki, Azərbaycanda görünmür. O, hazırda nə işlə məşğul olur?

- Artıq Tağı müəllim Türkiyədə özü biznesini qurub və işləyir. Onun burada da yaxşı biznesi var. Yaxın vaxtlarda isə yəqin ki, bir-iki yeni layihəsi də həyata keçiriləcək. Tağı ağıllı və işini sakitcə görən adamdır. O, Türkiyədə restoran tikdirib, bizneslə məşğul olur. Tağı televiziyadan çoxdan ayrılıb. Bir müddət çətin olsa da ancaq insan hər şeyə alışır. Tağı və mən siyasi məsələlərdən uzağıq, bizim ambisiyalarımız yoxdur. Biz ancaq dövlətimizin yürütdüyü düzgün və uğurlu siyasəti dəstəkləyirik və cənab prezidentin arxasınca gedirik. Bu gün cənab prezident o qədər düzgün və uğurlu siyasət aparır ki, bütün dünya baxıb şoka düşür. Biz də bununla qürur duyuruq. Tam əminəm ki, qarşıdan gələn 10 il ərzində cənab prezident Azərbaycanı daha da inkişaf etdirəcək. Biz bu yolda cənab prezidentə uğurlar arzu edirik.










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Bu mövsüm cəzalandırılan hakimlər - SİYAHI
Bu gün, 14:00
Hindlilər Ermənistanda 8 gündür aksiya keçirir - Video
Bu gün, 13:53
Dövlət qurumu 20 mənzil alır – 2 MİLYONLUQ TENDER
Bu gün, 13:19
"Qarabağ" isveçli hücumçunu TRANSFER EDİR - Danışıqlar son mərhələdə
Bu gün, 13:15
Rusların əfsanəvi əməliyyatını təkrarlamağa çalışdılar - Tunel çökdü, ölənlər var
Bu gün, 12:57
Köçəryanın HƏBSİ GÜNDƏMDƏ – Azərbaycana təhvil verilə bilər?
Bu gün, 12:53
“Azərbaycan 100 minlik silahları ilə bizim milyonluq silahlarımızı 3 günə məhv etdi” - Sarkisyan
Bu gün, 12:33
Mətanət İsgəndərlinin bacısı evindən oğurluq edən şəxsi tapdı
Bu gün, 12:31
Rusiya dərin böhran içində və: - "müharibə iqtisadiyyatı"nın əzabı
Bu gün, 12:27
Məktəbdə distant oxumaq olar, universitetdə yox?
Bu gün, 12:03
Pensiya 300, minimum əməkhaqqı 450, dövlətdən on milyonlarla manat oğurlayan məmurun əməkhaqqı 10–15 min... - Qanun qarşısında isə BƏRABƏRİK...
Bu gün, 11:53
Faiq Ələkbərli İstanbulda beynəlxalq konqresdə məruzə edib - FOTO
Bu gün, 11:47
Çin dünyaya hakim olmaq istəyir, ABŞ qarşılıq verməlidir
Bu gün, 11:41
Erməni qısqanclığı: - Rusiya bizə və Azərbaycana niyə fərqli yanaşır?
Bu gün, 11:35
“Donbasın təhvili sülh deyil, Ukrayna üçün strateji tələdir” - ŞƏRH
Bu gün, 11:19
Gələn həftə İrana hücumlar bərpa oluna bilər – NYT
Bu gün, 11:17
“Mən rus deyiləm, yarı azərbaycanlıyam” - Video
Bu gün, 11:12
Sürücülər cərimələrdən beziblər - Ermənistan qəzeti
Bu gün, 11:06
Dövlət Komitəsi “Artsax” sözünə görə QHT-ni cərimələyib
Bu gün, 10:58
“Milyarderlər ittifaqı” bu dəfə Paşinyana qarşı - TƏFƏRRÜAT
Bu gün, 10:54
İcra başçısına “stop” qoyulub: Siyəzəndə nə baş verir? - İLGİNC FAKT
Bu gün, 10:44
Jurnalist Sabir Məmmədovun anası vəfat edib
Bu gün, 10:41
Ərazilər ələ keçirildi - Ruslar bu mövqelərdə irəliləyir
Bu gün, 10:26
Məşhur kardioloq Baş həkim təyin edilib - ƏMR
Bu gün, 10:21
Tıxacın kökü haradadır? - AKTUAL
Bu gün, 10:19
Susuzluqdan yansam belə... - NARAZILIQ VAR...
Bu gün, 10:16
Tramp-Cinpin görüşü və: Ukrayna üçün iki xoş xəbər - ŞƏRH
Bu gün, 10:05
Dövlət TV-də əhaliyə “Kalaşnikov” dərsi keçirildi - VİDEO
Bu gün, 10:04
Azərbaycan nefti bahalaşıb
Bu gün, 09:59
Zirvə görüşünün uğurları Türk dünyasının əlaqəqlərini daha da möhkəmlədir - İsrafil Kərimovun yazısı
Bu gün, 09:54
Türk dünyası XXI əsrin nüfuzlu geosiyasi güc mərkəzlərindən birinə çevrilir - MƏQALƏ
Bu gün, 09:53
Müştərinin sifarişini OĞURLADILAR VƏ... - FOTOFAKT
Bu gün, 09:50
Abunəçiyə hər addımda KƏF GƏLİRLƏR... - BU DA FAKT
Bu gün, 09:45
Dəymiş ziyanı tam ödəmək istəmirlər... - AXI NİYƏ?
Bu gün, 09:35
Ağzını açdı və... - REPLİKA
Bu gün, 09:24
Məşhurluq artıq zəhmətlə qazanılmır: - Ani şöhrətin görünməyən təhlükələri…
Bu gün, 09:19
İran Hörmüzdə ABŞ, Xəzərdə Azərbaycanla “savaşır” - ZİBİLƏ DÜŞMÜŞÜK...
Bu gün, 08:22
4 ayda ÜDM 0,2% artdı: bu, zəif göstəricidir - NƏ ETMƏLİ?
Bu gün, 08:21
Dollar güclənir, neft bahalaşır, bazar dalğalanır: Azərbaycanı nə gözləyir? - AKTUAL
Bu gün, 08:19
Paşinyandan 28 may ANONSU: Mesaj kimədir? - GƏLİŞMƏ
Bu gün, 08:17
Tramp İranı təslim olmağa məcbur edə biləcəyinə inanır
Bu gün, 08:14
Qarabağda 41 milyonluq layihə məmur şirkətinə verildi - BU NƏDİ BELƏ?
Bu gün, 08:12
Starmer könüllü olaraq istefa verə bilər - "Telegraph"
Bu gün, 07:12
Məqsədimiz bu idi və Putin bacarmadı - Şolts
Bu gün, 07:08
Şikayət etmək qadağandır... etsən də xeyri yoxdur... - NARAZILIQ VAR...
Bu gün, 06:52
"Bizi adam yerinə qoymurlar..." - ETİRAZ VAR!
Bu gün, 06:37
Binəqədidə sakinlər buna görə narazılıq edir... - MÜRACİƏT
Bu gün, 05:48
ABŞ kartellərlə əlaqəli Meksika məmurlarını terrorçu kimi tanıyacaq - NYT
Bu gün, 05:42
Talıbovun kadrını Budaqov HİMAYƏ EDİR? - İLGİNC FAKTLAR
Bu gün, 05:35
Elmi işçi ilə qardaşı oğlu vətəndaşın pulunu vermir - GİLEY
Bu gün, 05:12
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru