Cümə axşamı, 10 iyul 2025, 22:34:53  
   Uzun danışıqların başlanğıcı və: Ukraynada müharibəyə son qoymağın açarı .....                     Əbu-Dabi görüşü: Böyük sülhə doğru mühüm addım... .....                     "Elə şeylər var ki, onları danışmaq istəmirəm" .....                     Rəsmi İrəvan yola gəlir... .....                     Rusiya Azərbaycanın daxili işlərinə BURUN SOXMAĞA HAZIRLAŞIR .....                     Əliyev-Paşinyan görüşü "vasitəçilik oyunu"nu yenə pozdu: .....                     Partiya sədrlərindən Əliyev-Paşinyan görüşünə .....                     Azərbaycanlı hərbi jurnalist Gülbəniz Arifqızı vəfat etdi .....                     130 dollara ChatGPT planı satıldı .....                     Əbu-Dabidə üç mühüm məsələ üzrə razılıq əldə edilib .....                     İrəvanda çağırış: .....                     Ermənistanda Sünikdəki yolun üçüncü tərəfə verilməsini mümkün hesab ediblər .....                     Azərbaycanın Liderliyi: Cənubi Qafqazda davamlı sülhün yeni üfüqləri .....                     Ruslar Azərbaycan səfirliyinin yanında PARTLAYIŞ TÖRƏTDİ .....                     “Dedi ki, qardaşı Kürdəxanıda rəisdir” .....                     Məhkəmə Bakıda qətl törədən 22 yaşlı gənci məcburi müalicəyə göndərib .....                     İşdən çıxarılan müəllimlərin yerinə əlavə kadr götürülməlidirmi? .....                     Niyaməddin Musayev illərdir küsülü olduğu Musadan danışdı .....                     Vətəndaşa təzyiq göstərən Elçin Bayramov kimə arxalanır? .....                     “Nar” AHK Azərbaycan tədbirində rəsmi telekommunikasiya tərəfdaşı kimi iştirak edib .....                     DTX-nin saxladığı "Vaqner"də döyüşmüş iki azərbaycanlı barəsində həbs qətimkan seçilib .....                     Məhşur blogerin “Papaq” restoranları “Cart to card” sistemi işləyir? .....                     Tramp Ukrayna məsələsində daha çox tərəqqinin olmamasından məyusdur .....                     Bu, sanki Allaha rüşvət verməkdir .....                     Generalın adı ilə 2500 manatlıq dələduzluq edildi .....                     Bakcell istifadəçiləri bu tətbiqdən pulsuz istifadə edəcək .....                     Bakıda həbs edilən ruslar fərari imiş .....                     ADY-nin ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri vəzifəsinə təyinat olub .....                     Lavrov və Rubio ikitərəfli gündəliyi və dünyadakı vəziyyəti müzakirə ediblər .....                     AYNA-nın növbəti OYUNU .....                     Telli Pənahqızı bu TV-nin rəhbəri oldu .....                     “Daşnaksütyun” Paşinyanın hədəfində: .....                     Azərbaycan 103 ölkəyə ixrac, 153 ölkədən idxal edib .....                     Paşinyan Əbu-Dabidə: .....                     Güney Qafqazda Əbu-Dabi yelləri... .....                     Xüsusi təyinatlılar azərbaycanlılara görə şöbələrə hücum etdi .....                     Ermənistan Əbu-Dabi görüşündə yaranmış tarixi şansı əldən verməməlidir .....                     Azərbaycan-Ermənistan delimitasiya prosesinin davam etdirilməsi üçün tapşırıq verilib .....                     Rəsmi İrəvan Zəngəzur dəhlizinə ABŞ şirkəti tərəfindən nəzarət oluna biləcəyini istisna etmir .....                     “Polisləri görüb qışqırmağa başladım” .....                 

İsrail niyə İrana aviazərbələr endirib? - Əməliyyatın səbəbləri və hədəfləri
Tarix: 13-06-2025, 14:39 | Çap et

İyunun 13-nə keçən gecə İranın paytaxt Tehran, eləcə də, İsfahan və strateji əhəmiyyətə malik Natanzdakı nüvə obyektinin ətrafı daxil olmaqla, bir neçə bölgədə partlayışlar olub. Bu partlayışlar İsrail Hərbi Hava Qüvvələrinin İranın nüvə proqramı və raket istehsalı ilə bağlı obyektlərinə qarşı yönəlmiş əlaqələndirilmiş hava əməliyyatı nəticəsində baş verib.

İranın Hava Hücumlarından Müdafiə Qüvvələri döyüş hazırlığı vəziyyətinə gətirilib, ölkənin bir neçə bölgəsi üzrə hava məkanı bağlanıb, İmam Xomeyni adına beynəlxalq hava limanı isə müvəqqəti olaraq bağlanıb.

Beynəlxalq Atom Enerjisi Agentliyi bəyan edib ki, İsfahan və Buşəhrdəki obyektlər toxunulmaz qalsa da, Natanz nüvə kompleksi hava hücumlarına məruz qalıb. Bununla belə, radiasiya səviyyəsində artım qeydə alınmayıb ki, bu da dağıntıların məhdud miqyasda olduğunu göstərir.

İran uzun müddət təkcə ideoloji planda deyil, praktiki olaraq da İsrail üçün əsas təhdidlərdən biri kimi qəbul olunur. İran hökuməti mütəmadi olaraq açıq şəkildə yəhudi dövlətinin məhv edilməsinə çağırır və bu, sadəcə şüar deyil, ölkə rəhbərliyi üçün icbari direktivdir.

İran terrorunun maliyyələşdirilməsi baxımından dünyada ilk yerdə qərar tutur və İsraili məhv etmək məqsədilə hərbi qüdrətini genişləndirmək üçün böyük investisiyalar ayırır. Xüsusilə nüvə proqramının inkişafına və nüvə silahını daşıya biləcək müxtəlif sinifli raketlərin yaradılmasına xüsusi diqqət yetirilir.

Beynəlxalq Atom Enerji Agentliyinin hesabatlarına əsasən, İranın nüvə proqramı heç də sülhməramlı deyil. Agentlik dəfələrlə nüvə silahı istehsalına yönəlik məxfi fəaliyyətin izlərini və razılaşmaların pozulmasını qeydə alıb. Bu günə olan məlumata görə, İran 60%-dək zənginləşdirilmiş 400 kiloqramdan çox uran toplayıb ki, bu da nüvə silahı istehsalı üçün tələb olunan 90%-ə çatmaq üçün yalnız texniki baxımdan cüzi bir fərqdir. Son aylarda zənginləşdirilmiş uranın həcminin kəskin artması isə xüsusilə narahatlıq doğurur.

Bununla yanaşı, 2024-cü ilin aprel-may aylarında İran və ABŞ arasında Oman vasitəçiliyi ilə birbaşa olmayan (vasitəli) danışıqlar aparılıb və məqsəd Tehranı nüvə ambisiyalarından çəkindirmək olub. Lakin zaman göstərdi ki, İran bu danışıqlardan diplomatik ritorikanı öz zərərli niyyətlərini və proqramın sürətləndirilməsini ört-basdır etmək üçün istifadə edib.

İsrailin Baş naziri Benyamin Netanyahunun sözlərinə görə, ölkəsinin atdığı addımlar “qeyri-məqbul təhdidin” qarşısını almağa yönəlmiş məcburi özünümüdafiə kampaniyasıdır. İsrail əməliyyatı qətiyyətlə və hədəfli şəkildə həyata keçirir, zərbələr İranın nüvə və raket infrastrukturu ilə əlaqəli hərbi obyektlərinə endirilir.

Qeyd olunur ki, İsrailin hədəfi İran vətəndaşları deyil, yəhudi dövlətinin təhlükəsizliyini təhdid edən radikal qüvvələrdir. İsrail mülki əhalinin zərər çəkməsinin minimuma endirilməsi üçün səylər göstərir.

Beynəlxalq hüquq baxımından İsrail İrandan gələn təhdidin real və labüd hal aldığı şəraitdə özünümüdafiə hüququndan çıxış edir.

Bu gün İran tammiqyaslı nüvə arsenalı yaratmağın astanasındadır ki, bu da həm İsrail, həm də beynəlxalq ictimaiyyət üçün “qırmızı xətt” sayılır. Tehranın açıq şəkildə İsrailin məhv edilməsinə çağırışları, nüvə proqramı və hərbi gücünün regionda artmaqda davam etməsi, yəhudi dövlətinin mövcudluğunu birbaşa təhlükə altına qoyur.

İsrailin hərbi əməliyyatı, İranın bu təhdidlərini reallığa çevirməyə imkan əldə etməzdən əvvəl bu prosesi dayandırmaq cəhdidir.

Beynəlxalq ictimaiyyət, o cümlədən, Beynəlxalq Atom Enerji Agentliyi İranı şəffaflığa və əməkdaşlığa çağırsa da, təcrübə göstərir ki, rejim aldatma və manipulyasiyaya üstünlük verir. İranın vitse-prezidenti Məhəmməd İslami, eyni zamanda, ölkənin atom sənayesinə rəhbərlik edən şəxs kimi, nüvə sənayesinin inkişaf etdirilməsinin dinc məqsədlərə xidmət etdiyini və nüvə silahının yolverilməz olduğunu bəyan edir. Lakin bu sözlərin arxasında güclərin intensiv şəkildə artırılması gizlənir.

İsrailin gecə keçirdiyi hərbi əməliyyat İran təhdidinin uzunmüddətli eskalasiyasının kulminasiya nöqtəsi olub. Bu, təkcə düşmənin nüvə silahı əldə etməsinin qarşısını almaq səylərini deyil, həm də iki fərqli dünyagörüşü və milli maraqların kəskin strateji qarşıdurmasını əks etdirir.

Əsas sual budur: İran bu vəziyyətə necə reaksiya verəcək və hadisələr region miqyaslı münaqişəyə çevriləcəkmi? Aydın olan budur ki, İsrail qətiyyətli addımlar atmağa hazır olduğunu göstərdi və təhdid geridönməz hal alana qədər gözləmək niyyətində deyil.

Maryana Əhmədova - TREND











 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Uzun danışıqların başlanğıcı və: Ukraynada müharibəyə son qoymağın açarı - Görünəni odur ki...
Bu gün, 01:00
Əbu-Dabi görüşü: Böyük sülhə doğru mühüm addım... - GƏLİŞMƏ
Bu gün, 00:57
"Elə şeylər var ki, onları danışmaq istəmirəm"
Bu gün, 00:52
Rəsmi İrəvan yola gəlir... - AKTUAL
Bu gün, 00:50
Rusiya Azərbaycanın daxili işlərinə BURUN SOXMAĞA HAZIRLAŞIR - BU NƏDİ BELƏ?
Bu gün, 00:46
Əliyev-Paşinyan görüşü "vasitəçilik oyunu"nu yenə pozdu: - Qafqaz Rusiya, ABŞ və Avropa Birliyinin maraqlarına "girov" düşmədi
Dünən, 21:11
Partiya sədrlərindən Əliyev-Paşinyan görüşünə REAKSİYA
Dünən, 18:00
Azərbaycanlı hərbi jurnalist Gülbəniz Arifqızı vəfat etdi
Dünən, 17:57
130 dollara ChatGPT planı satıldı - Dietoloqu hansı cəza gözləyir?
Dünən, 17:55
Əbu-Dabidə üç mühüm məsələ üzrə razılıq əldə edilib - AÇIQLAMA
Dünən, 17:51
İrəvanda çağırış: - Daşnaksütyunu terror təşkilatı etməyin vaxtıdır
Dünən, 17:48
Ermənistanda Sünikdəki yolun üçüncü tərəfə verilməsini mümkün hesab ediblər
Dünən, 17:44
Azərbaycanın Liderliyi: Cənubi Qafqazda davamlı sülhün yeni üfüqləri - İNCƏLƏMƏ
Dünən, 17:27
Ruslar Azərbaycan səfirliyinin yanında PARTLAYIŞ TÖRƏTDİ - Hücum zamanı...
Dünən, 17:23
“Dedi ki, qardaşı Kürdəxanıda rəisdir” - Restoranda ağlayan qadın aldadılıb
Dünən, 17:18
Məhkəmə Bakıda qətl törədən 22 yaşlı gənci məcburi müalicəyə göndərib - TƏFƏRRÜAT
Dünən, 17:13
İşdən çıxarılan müəllimlərin yerinə əlavə kadr götürülməlidirmi? - AKTUAL
Dünən, 17:00
Niyaməddin Musayev illərdir küsülü olduğu Musadan danışdı
Dünən, 16:55
Vətəndaşa təzyiq göstərən Elçin Bayramov kimə arxalanır? - Sumqayıt Hospitalının həkimindən ŞİKAYƏT
Dünən, 16:45
“Nar” AHK Azərbaycan tədbirində rəsmi telekommunikasiya tərəfdaşı kimi iştirak edib - FOTO
Dünən, 16:36
DTX-nin saxladığı "Vaqner"də döyüşmüş iki azərbaycanlı barəsində həbs qətimkan seçilib - TƏFƏRRÜAT
Dünən, 16:30
Məhşur blogerin “Papaq” restoranları “Cart to card” sistemi işləyir? - Vergidən yayınma……
Dünən, 16:28
Tramp Ukrayna məsələsində daha çox tərəqqinin olmamasından məyusdur - Rubio
Dünən, 16:14
Bu, sanki Allaha rüşvət verməkdir - Elşad Miri
Dünən, 16:13
Generalın adı ilə 2500 manatlıq dələduzluq edildi - TƏFƏRRÜAT
Dünən, 16:12
Bakcell istifadəçiləri bu tətbiqdən pulsuz istifadə edəcək - DİQQƏT!
Dünən, 16:09
Bakıda həbs edilən ruslar fərari imiş
Dünən, 16:04
ADY-nin ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri vəzifəsinə təyinat olub - AÇIQLAMA
Dünən, 16:00
Lavrov və Rubio ikitərəfli gündəliyi və dünyadakı vəziyyəti müzakirə ediblər - Rusiya XİN
Dünən, 15:59
AYNA-nın növbəti OYUNU – Sürücüləri zinhara gətirən parklanma sistemi NİYƏ DƏYİŞMİR?
Dünən, 15:57
Telli Pənahqızı bu TV-nin rəhbəri oldu - BUNDAN SONRA...
Dünən, 15:55
“Daşnaksütyun” Paşinyanın hədəfində: - Bu təmizləmə yox, erməni xalqını xilasetmə cəhdidir
Dünən, 15:52
Azərbaycan 103 ölkəyə ixrac, 153 ölkədən idxal edib
Dünən, 15:49
Paşinyan Əbu-Dabidə: - Manukyanın evində axtarış aparılır
Dünən, 15:48
Güney Qafqazda Əbu-Dabi yelləri... - GƏLİŞMƏ
Dünən, 15:44
Xüsusi təyinatlılar azərbaycanlılara görə şöbələrə hücum etdi - TƏFƏRRÜAT
Dünən, 15:41
Ermənistan Əbu-Dabi görüşündə yaranmış tarixi şansı əldən verməməlidir - RƏY
Dünən, 15:38
Azərbaycan-Ermənistan delimitasiya prosesinin davam etdirilməsi üçün tapşırıq verilib
Dünən, 15:23
Rəsmi İrəvan Zəngəzur dəhlizinə ABŞ şirkəti tərəfindən nəzarət oluna biləcəyini istisna etmir
Dünən, 15:21
“Polisləri görüb qışqırmağa başladım” - Qız qaçıran 3 nəfər niyə azadlığa buraxıldı?
Dünən, 14:18
Ermənistanda 7 nəfər terror aktı törətməyə cəhd ittihamı ilə saxlanılıb
Dünən, 14:15
Əbu-Dabi platforması ideyası İlham Əliyevə aiddir... - SÖZSÜZ Kİ...
Dünən, 13:08
Bəylər Əyyubov yenidən Prezidentin yanında - FOTO
Dünən, 13:05
Rusiya Ermənistanı sanksiya ilə cəzalandıra biləcəyi barədə xəbərdar edib - KİV
Dünən, 13:01
Rusiya hökumətində kadr dəyişiklikləri: Nə baş verir? - ŞƏRH
Dünən, 12:55
Azərbaycan əhalisi ayda 265 manat ərzağa xərcləyib
Dünən, 12:54
Putinin göndərdiyi nazir Bakıdan əliboş qayıdıb: Əliyev onu qəbul etməyib - “VÇK-OQPU”
Dünən, 12:44
Nəsimidə 21 kiloqramdan çox narkotik dövriyyədən çıxarılıb - VİDEO
Dünən, 12:41
Getdikcə azalan SƏNƏT SEVGİSİ - “Televizorda görürlər, elə bilirlər...”
Dünən, 12:30
“Hələ jurnalistikanın gələcəyi var” - Yadigar Məmmədli
Dünən, 12:25
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru