Ötən il ərzində Azərbaycanda 24 min 228 nəfərdə psixi pozuntular və davranış pozuntuları qeydə alınıb.
Yeniavaz.com açıqlanan sonuncu rəsmi məlumatlara istinadən xəbər verir ki, psixi pozuntular və davranış pozuntuları diaqnozu qoyulan xəstələrin sayı əvvəlki illə müqayisədə 8,8% artıb.
Belə ki, 2023-cü ildə Azərbaycanda 22 min 273 nəfərə psixi pozuntular və davranış pozuntuları diaqnozu qoyulub.
Onu da qeyd edək ki, son 6 ildə psixi pozuntular və davranış pozuntuları diaqnozu qoyulan xəstələrin sayı davamlı olaraq artır.
Aşağıda illər üzrə ilk dəfə psixi pozuntular və davranış pozuntuları diaqnozu qoyulan xəstələrin sayı göstərilib:
2019-cu il – 11 718 nəfər;
2020-ci il – 12 334 nəfər;
2021-ci il – 14 409 nəfər;
2022-ci il – 18 561 nəfər;
2023-cü il – 22 273 nəfər;
2024-cü il – 24 228 nəfər.