Ermənistanın baş naziri Nikol Paşinyan Yaradandana dua edərək Ondan düşmənlərinə qarşı mübarizədə kömək etməsini diləyib.
Moderator.az xəbər verir ki, "Armtimes" nəşrinin yaydığı məlumata görə, Paşinyan öz “Facebook” səhifəsində xristianların müqəddəs kitabı İncildən sitat yerləşdirərək yazıb:
“...9. Ya Rəbb, salehliyinlə mənə rəhbərlik et, Düşmənlərimə görə qarşımda yollarını düz et.
10. Çünki ağızlarında həqiqət yoxdur, ürəkləri boşdur.
Məzmur 5."
Xatırladaq ki, bu günlərdə Ermənistan baş naziri bir sıra erməni din xadimlərini öz vəzifələrinin icrasıyla deyil, başqa işlərlə məşğul olmasına və dindarlara yaraşmayan davranışlarına görə tənqid edib. Buna görə də, həm kilsə xadimləri, həm də rusiyapərəst müxalifət tərəfindən ona qarşı hücumlar başlayıb...