"Bu kimi problemlər dünyanın ən inkişaf etmiş ölkələrində belə mövcuddur" - Eldar Əzizovdan mühüm açıqlamalar
Tarix: 21-04-2025, 10:04 | Çap et
 15–16 aprel tarixlərində paytaxta yağan güclü leysan yağışı bir daha göstərdi ki, Bakı şəhərinin kommunal infrastrukturu iqlim dəyişiklikləri qarşısında ciddi sınaqlarla üz-üzədir. Şəhərin bəzi hissələrində nəqliyyatın iflic olması, küçələrin su ilə dolması və kommunal xidmətlərin fəaliyyətində müşahidə olunan çətinliklər təckə təbii hadisənin nəticəsi deyil, bu, təxirəsalınmaz tədbirlərin görülməsinə işarədir. "DİA-AZ" xəbər verir ki, yerli KİVlərin müraciətinə cavab olaraq, Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov mövcud vəziyyəti şərh edib: В«Sözü gedən leysan barədə əvvəlcədən xəbərdarlıq almışdıq. Lakin mövcud yağış sularının axıdılması sistemi müasir iqlim çağırışlarına tam cavab verə bilmədi. Nasos stansiyaları həddindən artıq yüklənmiş, boru xətləri isə artıq zəruri ötürücülük qabiliyyətini itirmişdir. Bu isə onu göstərir ki, şəhər infrastrukturu – ilk növbədə kanalizasiya sistemi – yeni yanaşmaları zəruri edirВ» Eldar Əzizov bildirib ki, ötən ilin oktyabr ayında baş vermiş təbii fəlakətdən dərhal sonra məsul və aidiyyəti qurumların rəhbərləri ilə operativ şəkildə görüş keçirilib. Bir müddət öncə isə Bakı Şəhər İcra Hakimiyyətinin sorğusuna cavab olaraq, Azərbaycan Respublikasının Su Ehtiyatları Dövlət Agentliyi nəzdində fəaliyyət göstərən İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti məlumat verib ki, artıq paytaxtın yağış sularının axıdılması sisteminin müasirləşdirilməsi ilə bağlı zəruri layihənin hazırlanmasına başlanılıb. İlkin qiymətləndirmələrə əsasən, bu proqramın icrası azı iki il davam edəcək. В«Bu kimi problemlər dünyanın ən inkişaf etmiş ölkələrində belə mövcuddur, — deyə Əzizov vurğulayıb. — Lakin bizim vəziyyətimizdə obyektiv amil də buna əlavə olunur: mövcud mühəndis-kommunikasiya sistemi bir vaxtlar ərazidə yerləşən kiçik yaşayış evləri üçün nəzərdə tutulmuşdu. Halbuki indi həmin ərazilərdə çoxmərtəbəli yaşayış kompleksləri ucaldılıb. Hazırkı infrastruktur bu qədər su həcmi ilə fiziki cəhətdən öhdəsindən gələ bilmir və biz bu cür hallarla qarşılaşmağa ən azı daha iki il ərzində hazır olmalıyıqВ», - deyə Eldar Əzizov qeyd edib. Güclü yağıntılar zamanı təhlükəni minimuma endirmək məqsədilə Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov müvəqqəti tədbir kimi leysanlar zamanı tunellərə və körpüaltı keçidlərə nəqliyyat vasitələrinin girişinə məhdudiyyət qoyulmasını təklif edib. Onun sözlərinə görə, bu addım xüsusilə nəqliyyat infrastrukturunun həssas hissələrində vətəndaşların həyatına və əmlakına olan təhlükəni müəyyən dərəcədə azaltmağa xidmət edə bilər.
“Şəhər öz inkişafının yeni mərhələsinə qədəm qoyur və bu prosesin əsas tərkib hissələrindən biri də yağış və kanalizasiya sistemlərinin modernləşdirilməsidir. Bu baxımdan obyektiv desək, hazırda bu kimi halların təkrar yaşanmasından sığortalanmamışıq,” – deyə İcra Hakimiyyətinin başçısı vurğulayıb. Eldar Əzizov eyni zamanda cəmiyyətin geniş müzakirə mövzusuna çevrilmiş külək nəticəsində ağacların aşması məsələsinə də toxunub. “Bakı yarımsəhra və çöl iqlim zonasında yerləşir və burada çox güclü küləklər müşahidə olunur. Bu şərait ağaclar üçün heç də münbit deyil. Əlbəttə, ağaclar da hər bir canlı orqanizm kimi müəyyən bir həyat dövrünə malikdir və mövcud iqlim şəraitini, eləcə də baş verən təbii fəlakətləri nəzərə alsaq, ağacların aşması çox vaxt qaçılmaz olur. Lakin mən əminəm ki, təbii fəlakət nəticəsində qırılan ağacların yerində mütləq yeniləri əkiləcək və yaşıl ərazilərimizin sahələri dəfələrlə artacaq. Çünki bu, Ulu Öndər Heydər Əliyevin baxışlarına əsaslanan və Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilən uzunmüddətli ekoloji siyasətdir” – deyə Eldar Əzizov fikrini yekunlaşdırıb.


|
|
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
|
|
| • 'Azəriqaz'dan ƏNƏNƏVİ PROBLEM... - "Ölkə əhalisini qazsız saxlamağın bədəli olmalıdır..."
Bu gün, 04:39 |
|
|
|
| • Müştərisini soyan bankdan... ancaq qaçarlar... - GİLEY
Bu gün, 04:30 |
|
|
|
| • "Mən hansı kalondayam, görəsən?" - Məşhur YAP-çı sual edir...
Bu gün, 04:18 |
|
|
|
| • Mərkəzi Bankın hesabatındakı həqiqətlər... - BELƏ HARA GEDİRİK?
Bu gün, 03:59 |
|
|
|
| • Gürcüstan “Akkord”la bağlı cinayət işi qaldırıb - Rioni körpüsü işi
Bu gün, 03:53 |
|
|
|
| • "Bunun adı biabırçılıq deyilsə, bəs nədir..." - HƏQİQƏTƏN DƏ...
Bu gün, 03:48 |
|
|
|
| • Azərbaycan Dövlət Neft Şirkətini İsrailə neft satmaqda ittiham edirlər - Türkiyədə təxribat...
Bu gün, 03:31 |
|
|
|
| • Tramp xəstələnəcək, müharibə bitəcək, çevriliş olacaq - Şamanlardan 2026-cı il proqnozları
Dünən, 16:29 |
|
|
|
| • "Bir-birimizi görəndə doğmalığı hiss edirik"
Dünən, 13:00 |
|
|
|
| • "Guya ki, bunların fövqəladə işləri var" - Məşhur YAP-çı sabiq deputat onları tənqid etdi
Dünən, 12:57 |
|
|
|
| • “Qarabağ bizim idi, indi bizim deyil” ifadəsi tələdir - Paşinyan
Dünən, 12:54 |
|
|
|
| • Əgər yanacağın qiyməti qalxdısa... - AKTUAL
Dünən, 11:42 |
|
|
|
| • 2026-cı ildən NƏ GÖZLƏYƏK... - ARAŞDIRMA
Dünən, 11:38 |
|
|
|
| • Etirazlar dördüncü gecədir səngimir, şəhərlərdə toqquşmalar - İran alov içində
Dünən, 11:31 |
|
|
|
| • Avropa liderləri buna görə qəzəblidir
Dünən, 11:09 |
|
|
|
| • Paşinyan Azərbaycanla sülhdən danışdı - TƏFƏRRÜAT
Dünən, 11:05 |
|
|
|
| • Keçən ilin son günü 28 kiloqramdan çox narkotik vasitə aşkarlanıb - DİN
Dünən, 11:00 |
|
|
|
| • Generalın bacılarının ŞOK ƏMLAK SİYAHISI - Bu, hələ harasıdır...
Dünən, 10:53 |
|
|
|
| • Cinayət törətməkdə şübhəli bilinən 20 nəfər saxlanılıb
Dünən, 10:30 |
|
|
|
| • "Amma qazın pulunu iki gün gecikdirsək..." - NARAZILIQ VAR...
Dünən, 10:26 |
|
|
|
| • "Dəyərli şeyləri yanlış coğrafiyada həyata keçirmək olmaz" - Kənan MM
Dünən, 10:19 |
|
|
|
| • 2026-cı il BÜRCLƏRƏ nə gətirəcək? - PROQNOZ
Dünən, 09:54 |
|
|
|
| • "Yaşayan Nostradamus"dan 2026-cı il üçün 10 QORXULU PROQNOZ
Dünən, 09:45 |
|
|
|
| • "Kaspi" qəzeti 145 illiyini qeyd edir
Dünən, 09:41 |
|
|
|
| • Bəs 15 dəqiqəlik pulsuz müddət harda qaldı... - MÜRACİƏT
Dünən, 09:38 |
|
|
|
| • Gürcüstanın ən varlı adamı.... - Azərbaycanda da biznesi var...
Dünən, 08:02 |
|
|
|
| • Dövlətin puluna DÜŞMƏN MÜNASİBƏTİ... - İl bitib artıq... TENDER-MENDER də lazım deyil...
Dünən, 07:59 |
|
|
|
| • 100 milyonlarla insan üçün fəlakət proqnozu – Azərbaycana da yaxınlaşır
Dünən, 07:47 |
|
|
|
| • Azərbaycanda İŞİD təbliğatı necə aparılır? - Əlixan Musayev nə etmək istəyir?
Dünən, 07:45 |
|
|
|
| • İranın Zəngəzur HƏYƏCANI - AXI NİYƏ?..
Dünən, 07:40 |
|
|
|
| • Əgər Azərbaycanda İslam Bankı populyarlaşsa... - GƏLİŞMƏ
Dünən, 07:27 |
|
|
|
| • Tariflər aztəminatlıları çətin duruma salır - HƏQİQƏTƏN DƏ...
Dünən, 07:22 |
|
|
|
| • Mərkəzi Kəşfiyyat İdarəsi Putinin iqamətgahına hücumla bağlı məlumatları təsdiqləməyib - BU DA BU...
Dünən, 07:17 |
|
|
|
| • Bu il mənzil bazarı NECƏ OLACAQ... - Ekspert deyir ki...
Dünən, 07:15 |
|
|
|
| • Nitsşeni oxuyub insan kimi bu cür bədbəxt olacaqsansa... - Eminquey Akif
Dünən, 07:09 |
|
|
|
| • ABB-dən ABB-yə də 5 manat?.. - BU NƏDİ BELƏ?
Dünən, 07:04 |
|
|
|
| • 'Alovlu at' ili dünyamız üçün sakit keçməyəcək... - İNCƏLƏMƏ
Dünən, 06:53 |
|
|
|
| • 'Gecikmiş ödəniş' bəhanəsi ilə pul çıxılır... - GİLEY
Dünən, 06:48 |
|
|
|
| • Canlı yayında izləyiciyə nələr dedi... - "Paxıllığınızdan ölürsünüz, ölün"
Dünən, 06:36 |
|
|
|
| • ABŞ əsl gerçəyi ortaya çıxaracaqmı? - İNCƏLƏMƏ
Dünən, 06:33 |
|
|
|
| • ABŞ ordusu okeanda narkotik ticarəti ilə məşğul olan gəmilərə hücum edib - KİV
Dünən, 06:21 |
|
|
|
| • Məhəmmədrza Arif istefa verdi, Pezeşkian qəbul etmədi
31-12-2025, 18:27 |
|
|
|
| • İran səfiri Ermənistan xalqını belə təbrik etdi - dost, qardaş...
31-12-2025, 18:25 |
|
|
|
| • Ermənilərin Qarabağa qayıdışı... - Vardanyan
31-12-2025, 18:22 |
|
|
|
| • Misir Mərdanov baş redaktor işləyəcək - ÖZÜ AÇIQLADI
31-12-2025, 12:40 |
|
|
|
| • Yeni müharibə olacaq, Paşinyanın istəyi reallaşacaq… – Regionu gözləyənlər
31-12-2025, 12:36 |
|
|
|
| • Güney Qafqazda ÇİNİ MÜDAXİLƏ... - Azərbaycan bu məsələdə...
31-12-2025, 12:31 |
|
|
|
| • Sosial şəbəkədə kriminal aləmi təbliğ edən gənc cərimə edildi - TƏFƏRRÜAT
31-12-2025, 11:25 |
|
|
|
| • 47 günlük icra başçısının sirri: Nəsimini soyurmuş - Sözün əsl mənasında...
31-12-2025, 11:23 |
|
|
|
| • Quru sərhədlər bu tarixdən AÇILA BİLƏR - AÇIQLAMA
31-12-2025, 11:20 |
|
|
|
|