AFB Bank Marketinq Departamentinə yeni direktor təyin olundu .....                     "Rabitəbank" və onun likvidlik problemi .....                     "Napoli" - "Qarabağ" oyunu təxirə salınır? .....                     “Mehriban Ələkbərzadə zooparkla “AzDrama”nı səhv salıb” .....                     “Heç vaxt deputat olmağı istəməmişəm” - Fazil Mustafa .....                     Qazaxda binalara yeni liftlər quraşdırılır .....                     Samirə Əfəndi ermənini niyə qucaqlayıb? .....                     ABŞ Dövlət katibi Kaya Kallasla görüşdən imtina edir .....                     Azərbaycanlı biznesmenin limanı əlindən alındı .....                     Bakıda ana 3 günlük körpəsini dənizə ataraq öldürüb .....                     Paşinyan kilsəyə yeni hücuma hazırlaşır .....                     Texnologiya Universitetində kafedra müdiri KAFE İŞLƏDİRSƏ... .....                     Yeni icra başçısı köməkçisini işdən çıxardı .....                     "Gözdən uzaq, könüldən iraq" qiymətlər... .....                     BU PULLA AİLƏ DOLANDIRMAQ OLAR? .....                     Naxçıvan Perinatal Mərkəzinin direktoru işdən çıxarılıb .....                     "Yalnız şəhərin mərkəzi yerlərini abadlaşdırırlar..." .....                     "Mənim və ailəmin nə Naxçıvan şəhərində, nə Şərurda, nə də..." .....                     LÜKS EVLƏR... YOXSA LÜKS ÖLÜM MƏNBƏYİ? .....                     Nizami Rəmzinin qızından Samirəyə CAVAB .....                     Saleh Məmmədovun kadrının ölkədən çıxışına “stop” qoyula bilər .....                     Tahir Kərimlidən Cümşüd Nuriyevə cavab .....                     "Bu gecikməni kim kompensasiya etməlidir?" .....                     Zəngəzur dəhlizi bu tarixdə işə düşəcək .....                     Həkim prokurorluğa yalan məlumat veribmiş .....                     Sarayda 20,3 milyon manata binalar tikəcək şirkət .....                     Yevlax Pilot Aqroparkın idarə olunmasına görə haqqın məbləği müəyyənləşib .....                     Maliyyə sıxıntısı yaşayan şirkət əmlakını satır .....                     Azər Türk Bank-da yeni təyinat baş tutub .....                     10 manatlıq qida şirkətinin vergi borcu 4,8 milyon manata yaxınlaşıb .....                     AQTA-nın regional bölməsinin mühüm sənədi yoxa çıxıb .....                     “Azərbaycan Sənaye Sığorta”nın səhmdarlarının yığıncağı keçiriləcək .....                     İcra başçılarının maaşı narazılıq doğurdu .....                     Gəncə Dövlət Universitetində NƏ İŞLƏR ÇEVRİLİR... .....                     "2024-cü ildə dövlət büdcəsinin 30 faizindən çoxu idarəetməyə sərf olunub" .....                     Rusiya prezidentinin vurulan təyyarə ilə bağlı Düşənbədə verdiyi söz yerinə yetiriləcəkmi? .....                     BU NƏDİR BELƏ: Elə bil oğurluq mal satırlar... .....                     AZƏRİQAZ-da hansı qanunlar keçərlidir... BİLİNMİR! .....                     "Mən göydə Allaha, yerdə Cənab Prezident İlham Əliyevə güvənirəm" .....                     Qafqazda TRİPP reallığı: İrəvan Tiflisi “sıradan” çıxarır .....                 

Yevlax nədir, Astaf nədir, hələ Dvadsatı... – Bu toponimlərdən imtina etmək gərək
Tarix: 26-03-2025, 11:53 | Çap et
Yevlax nədir, Astaf nədir, hələ Dvadsatı...
Dünən bir simsar adamla qabaq-qənşər oturub ordan-burdan söhbət edirdik, söz dünyanın səfalı ölkələrindən, komkret olaraq Norveçdən düşmüşdü, necə oldusa, sürətlə ölkəmizə qayıtdıq, Şahdağdan girib, Lənkərandan çıxdıq, bir də gördük, Daşkəsəndəyik.

Həmsöhbətim keçmişdə adı Xaçbulaq olan, sonradan dəyişdirilərək Xoşbulaq adlandırılan kəndin səfalı yer olduğunu dedi, ancaq əlavə etdi ki, fəal istirahət üçün oralarda lazımi infrastruktur yoxdur. Necə oldusa, o, söhbətində Astaf adlı bir kəndin adını çəkdi. Mən soruşdum: “Kəndin adı necə oldu?” O dedi: “Astaf”.
Qəribə gəldi. Astaf adlı da kənd olarmı? Biz uşaq vaxtı siqaret kötüklərinə “astaf” deyərdik.

Eloğlu dedi ki, kəndin belə adlandırılmasının tarixi əfsanəsi var. Heç demə, çar dövründə imperator ordusu üçün müharibədə qabağa basıb qırdırmaqdan ötrü əsgər yığırmışlar. Rus zabit və əsgərlər o vaxta qədər başqa cür adlanan bu kəndə də gəliblər. Kənd camaatı isə üsyana qalxıb, çar ordusuna əsgər verməkdən imtina edib. Belə olanda ikinci vəzifəli zabit birinciyə deyib ki, gedək, əlavə qüvvə gətirək, bunların buntunu yatıraq. Birinci zabit isə görüb ki, yox, bu uzun, həm də xətalı işdir, əlini yelləyib, deyib: “Ostav”. Yəni müasir dildə desək, başını burax, getsin.

Bu söhbət dillərə düşüb, kəndin adı yerli ləhcəylə Astaf qalıb. Bu əhvalat təxminən 110 il öncə olub.
Maraqlıdır ki, dinozavr boyda sovet hökuməti də kəndin adını dəyişdirməyib. Heç olmasa, Kalininkənd, Kirovkənd, nə bilim, Bulqaninkənd-zad da qoymayıblar, eləcə, çar zabiti necə deyibsə, elə də “ostavili”.
Ancaq belə bir izahat da var ki, kəndin adı "dərə çay" və ya "çay dərəsi" deməkdir.

Bir başqa versiya da Astaf toponimini Ağstafa (yaxınlıqda yerləşən rayon) toponimdən əmələ gəldiyini deyirlər. Amma Ağstafa özü Qazax olduğu üçün kəndin adının çar zabitinin sözündən əmələ gəlməsi variantı daha maraqlıdır.

Yaxşı, SSRİ dövrünü anladıq, kommunistlər əsasən axar-baxarlı rayonların, qəsəbələrin adlarını dəyişdirirdilər, dağın dərəsindəki kəndin adını dəyişmək yadlarına düşməyib, bəs müstəqillik dövründə yüzlərlə kəndin, şəhərin adı dəyişdirildiyi halda Astafın adı niyə qalıb?

Ola bilər, bu əfsanə (çar zabitinin sözüylə bağlı) kənd camaatına şirin gəlir, necə olmasa da, kənd çapında igidlik salnaməsidir. Bəs necə? Çara müqavimət göstəriblər, ordusuna əsgər verməyiblər. Bəlkə də kimsə kəndə gəlib Astafın adını dəyişdirmək təşəbbüsü ilə çıxış edəndə xalq yenə də müqavimət göstərib, kim bilir?

Bir Astaf olsa, nə vardı ki? Rayonlarda çoxlu mənasız, hətta biədəb səslənən kənd adları var, gərək indiyədək dəyişdiriləydi.

Məsələn, ən mat qalmalı işlərdən biri Yevlaxın adının hələ də dəyişdirilməməsidir. Yevlax nə deməkdir axı? Bəlkə qədim oğuz türklərinə aid tayfalardan birinin adı olub? Tarix məxəz yoxdur. Deyilənə görə, çar ordusunun Yevlaxov adlı bir polkovniki olub, bu tərəflərdə qulluq edib, rayonun adı da ondan qalıb.
Necə ki qədim Qarabulaq elatının adı 1959-cu ilə qədər çar ordusunun polkovniki Karyaginin adını daşıyırdı. Gəncəni Kirov, Tərtəri Mirbəşir, Goranboyu Qasım İsmayılov, Biləsuvarı Puşkin, Beyləqanı Jdanov, Göygölü Xanlar edən sovet hökuməti çar ordusunun polkovnikinin xatirəsini əziz tutmuşdu və onu dəyişdirməmişdi. Nəhayət, böyük şairimiz Füzulinin 400 illiyi ilə əlaqədar rayon Füzuli adlandırılıb. Düzdür, Füzuli əslən Qarabulaqdan olmayıb, amma camaat bu adı yaxşı qarşılayıb.

Yevlax isə daha matah addır, ona görə də qalıb. Dəyən olmasa, min il qalacaq. Hətta dəyən olsa, xeylax qalacaq. Sabah Astafın adı da dəyişdirilərək Baharlı, Yaşılçuxur, Çənlidərə-filan qoyulsa da, o kəndin camaatı düz 50 il “haralısan” sualına “astaflıyıq” cavabı verəcək. Biz belə şeylərdə çox mühafizəkarıq, daha dəqiqi, ərincək camaatıq. Budur, 30 ildir, nə Semaşko var, nə Çapayev, nə Papanin, nə Sovetski-filan. Amma hələ də camaat avtobusa minəndə sürücüdən soruşur: “Bu marşrut Semaşkonun yanından keçir?” Başqa biri küçədə adamdan “Papaninə necə gedə bilərəm?” deyə soruşur. Bir ayrısı “Əvvəllər Sovetskidə olurduq” deyir və sair və ilaxır.

Hərçənd köhnə adlar yavaş-yavaş unudulur. Daha Göytəpəyə “Prişib”, Beyləqana “Jdanov” deyən yoxdur. O biri yaşayan köhnə adlar (Basin, Çapayev, Vorovski və s.) da unudulacaq, amma “Torqovı”ya təxminən 30 il sonra da Fəvvarələr meydanı deyən olmayacaq. Çünki “Torqovı” qulağa şirin gəlir.

İndi bir cığal oxucu zəng eləyib, müəllifdən “yaxşı, özün harada yaşayırsan” deyə soruşsa, desəm ki, Dvadsatıda, deyəcək, bax, gördüüün. Adam haqlı çıxacaq. Heç “Dvadsatı” deməyək, “20-ci sahə” deyək. Bu nə addır? Əlaqədar qurumlar hara baxır?

Məndən olsa, “Dvadsatı”nın adını Qayaaltı qoyaram. Qoy həm də Qalaaltını andırsın.

Samir SARI - musavat.com










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
AFB Bank Marketinq Departamentinə yeni direktor təyin olundu - BUNDAN SONRA...
Bu gün, 12:07
"Rabitəbank" və onun likvidlik problemi - TƏFƏRRÜAT
Bu gün, 12:04
"Napoli" - "Qarabağ" oyunu təxirə salınır? - KİV
Bu gün, 11:56
“Mehriban Ələkbərzadə zooparkla “AzDrama”nı səhv salıb” - Mehriban Xanlarova ULTİMATUM VERDİ
Bu gün, 11:54
“Heç vaxt deputat olmağı istəməmişəm” - Fazil Mustafa - deputat
Bu gün, 11:52
Qazaxda binalara yeni liftlər quraşdırılır - FOTO
Bu gün, 11:48
Samirə Əfəndi ermənini niyə qucaqlayıb? - Özü cavabladı
Bu gün, 11:45
ABŞ Dövlət katibi Kaya Kallasla görüşdən imtina edir - “Politico”
Bu gün, 11:41
Azərbaycanlı biznesmenin limanı əlindən alındı - QƏRAR
Bu gün, 11:40
Bakıda ana 3 günlük körpəsini dənizə ataraq öldürüb - TƏFƏRRÜAT
Bu gün, 11:35
Paşinyan kilsəyə yeni hücuma hazırlaşır - “Ruhanilər qrupu” HƏRƏKƏTƏ KEÇİR
Bu gün, 11:21
Texnologiya Universitetində kafedra müdiri KAFE İŞLƏDİRSƏ... - İTTİHAM VAR...
Bu gün, 11:19
Yeni icra başçısı köməkçisini işdən çıxardı - ƏMR
Bu gün, 11:10
"Gözdən uzaq, könüldən iraq" qiymətlər... - Yol kənarındakı məhsullar mağaza qiymətindən baha satılır
Bu gün, 11:04
BU PULLA AİLƏ DOLANDIRMAQ OLAR? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 11:02
Naxçıvan Perinatal Mərkəzinin direktoru işdən çıxarılıb - ƏMR
Bu gün, 10:54
"Yalnız şəhərin mərkəzi yerlərini abadlaşdırırlar..." - Yerdə qalan ərazilər isə...
Bu gün, 10:52
"Mənim və ailəmin nə Naxçıvan şəhərində, nə Şərurda, nə də..." - Əli Həsənov daha bir iddianı yalanladı
Bu gün, 10:46
LÜKS EVLƏR... YOXSA LÜKS ÖLÜM MƏNBƏYİ? - AXI NİYƏ?
Bu gün, 10:41
Nizami Rəmzinin qızından Samirəyə CAVAB - “Sözləri əzbərləyib, “De gəlsin”-ə çıxırdın, bədahətən deyə bilmirsən”
Bu gün, 10:31
Saleh Məmmədovun kadrının ölkədən çıxışına “stop” qoyula bilər - BUNA GÖRƏ...
Bu gün, 10:27
Tahir Kərimlidən Cümşüd Nuriyevə cavab – "EYNİ KURSDAYAM..."
Bu gün, 10:19
"Bu gecikməni kim kompensasiya etməlidir?" - NARAZILIQ VAR...
Bu gün, 10:10
Zəngəzur dəhlizi bu tarixdə işə düşəcək - Matevosyan
Bu gün, 10:01
Həkim prokurorluğa yalan məlumat veribmiş - SƏN DEMƏ...
Bu gün, 09:59
Sarayda 20,3 milyon manata binalar tikəcək şirkət - MƏLUM OLDU
Bu gün, 09:57
Yevlax Pilot Aqroparkın idarə olunmasına görə haqqın məbləği müəyyənləşib - QƏRAR
Bu gün, 09:56
Maliyyə sıxıntısı yaşayan şirkət əmlakını satır - YIĞINCAQ
Bu gün, 09:55
Azər Türk Bank-da yeni təyinat baş tutub - BUNDAN SONRA...
Bu gün, 09:54
10 manatlıq qida şirkətinin vergi borcu 4,8 milyon manata yaxınlaşıb - TƏFƏRRÜAT
Bu gün, 09:51
AQTA-nın regional bölməsinin mühüm sənədi yoxa çıxıb
Bu gün, 09:50
“Azərbaycan Sənaye Sığorta”nın səhmdarlarının yığıncağı keçiriləcək
Bu gün, 09:49
İcra başçılarının maaşı narazılıq doğurdu - təklif
Bu gün, 09:42
Gəncə Dövlət Universitetində NƏ İŞLƏR ÇEVRİLİR... - Rektor kölgədə... Vasif Həsənov meydanda...
Bu gün, 09:36
"2024-cü ildə dövlət büdcəsinin 30 faizindən çoxu idarəetməyə sərf olunub" - Partiya sədri
Bu gün, 09:21
Rusiya prezidentinin vurulan təyyarə ilə bağlı Düşənbədə verdiyi söz yerinə yetiriləcəkmi? - Azərbaycanın gözləntisi
Bu gün, 09:18
BU NƏDİR BELƏ: Elə bil oğurluq mal satırlar... - ETİRAZ VAR!
Bu gün, 07:42
AZƏRİQAZ-da hansı qanunlar keçərlidir... BİLİNMİR! - NARAZILIQ VAR...
Bu gün, 07:28
"Mən göydə Allaha, yerdə Cənab Prezident İlham Əliyevə güvənirəm" - Əməkdar artist
Bu gün, 07:15
Qafqazda TRİPP reallığı: İrəvan Tiflisi “sıradan” çıxarır - ARAŞDIRMA
Bu gün, 07:02
Həsənovun 7 aylıq xərci: 22 milyon... - İcazə verin şübhələnək...
Bu gün, 07:00
“Pilgrim Education“ xaricdə təhsil şirkətindən şikayət - “Pulumu alıb, lakin xidmət göstərməyib“
Bu gün, 06:55
Sabunçuda tam olaraq BAŞ(ÇI)SIZLIQDIR - VİDEOFAKT
Bu gün, 06:52
Pirallahıda məmurlar başçıdan gileylənir - "Məktəbli kimi dərs oxuyuruq..."
Bu gün, 06:41
Siqaretin qiyməti 2 dəfə BAHALAŞACAQ - AÇIQLAMA
Bu gün, 06:36
Polisin qanuni əmrinə tabe olmayan Vətən müharibəsi iştirakçısı cərimə edilib - TƏFƏRRÜAT
Bu gün, 06:30
"Tamam başqa cür qız idi... ...mənimlə onun arasında çox fərq var idi"
Bu gün, 06:28
Azərbaycanda bu nazirliklər və qurumlar birləşə bilər – Siyahı yayıldı
Bu gün, 06:24
Tramp Ukraynadakı müharibənin maliyyələşdirilməsini dayandırıb - Ağ Ev
Bu gün, 06:20
ABŞ-la Ermənistana qalsa, layihə iki il ləngiyəcək - HƏQİQƏTƏN DƏ...
Bu gün, 01:29
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru