Rusiyadakı azərbaycanlılara təhdid varmı? - Diaspor sədrindən CAVAB
Tarix: 12-02-2025, 13:09 | Çap et
 Sosial şəbəkələrdə Rusiyadakı həmvətənlərimizin müxtəlif şəkildə sıxışdırıldığı barədə məlumatlar yayılır. Eləcə də Rusiyanın miqrantlarla bağlı yeni qanunlarının azərbaycanlılara ciddi təsir edəcəyini düşünənlər də az deyil?
Son günlər iki ölkə arasında gərginləşən münasibətlər fonunda Rusiyadakı azərbaycanlılara təhdid varmı?
Miqrantlarla bağlı yeni qanunlar azərbaycanlılara necə təsir edəcək?
Moskva Azərbaycanlıları Milli-Mədəni Muxtariyyətinin sədri Bəxtiyar Həsənov Modern.az-a bildirib ki, hazırda azərbaycanlılara qarşı Rusiyada heç bir təhdid yoxdur:
“Telegram kanallarında, sosial şəbəkələrdə azərbaycanlılara qarşı hər hansı sərt addımların atılması ilə bağlı yayılan materiallar həqiqətə uyğun deyil. Mən bunu 100 faiz əminliklə deyirəm. Çünki Moskva Azərbaycanlıları Milli Mədəni Muxtariyyəti öz ətrafında dünya üzrə ən çox sayda azərbaycanlıları birləşdirir. Bizim "qaynar xətt"imizə konsultasiyalar, sənədləşmələrlə bağlı, hansı ki, aprel ayına qədər miqrantlara vaxt verilib, müraciətlər daxil olur. Amma azərbaycanlıların sıxışdırılması, onlara qarşı təhdidlərin yaradılması barədə hər şey yalandır. Biz öz diasporumuzla əlaqədəyik və sıx iş aparırıq. Kütləvi şəkildə klastrlarda, böyük ticarət mərkəzlərində yoxlamalar olsun, yaxud da metrostansiyalarda insanlar saxlanılsın - belə hallar baş vermir, bu barədə yayılan məlumatlar yalandır. Camaat öz işini görür. Hər kəs öz sahəsi üzrə sakitcə çalışır”.
Bəxtiyar Həsənov miqrantlarla bağlı Rusiyanın yeni addımlarının azərbaycanlılara heç bir təsir göstərməyəcəyini söyləyib:
“Heç bir sərtləşdirmə yoxdur. Hər dövlət öz qanunvericiliyini təkmilləşdirdiyi kimi, Rusiya dövləti də miqrasiya qanunlarını vaxtaşırı olaraq mükəmməlləşdirir. Burada ciddi nəsə yoxdur. Çünki ölkədə çox sayda qanunsuz miqrantlar var. Bu şəxslər sənədlərini qeydiyyatdan keçirməyiblər. Onlara aministiya verilib ki, tam azad şəkildə öz sənədlərini bərpa edib qanuna uyğun olaraq yaşasınlar. Düşünürəm ki, bu da maliyyə məsələləri ilə bağlıdır. Miqrantların hamısı patentlərinə görə ödəmələrini edib sakitcə işlərini görsünlər, ümumi qaydalardan yayınmasınlar. Bunun azərbaycanlılara heç bir mənfi təsiri yoxdur. Yüzlərlə insanla ünsiyyətdə oluruq. Hər biri qanuni şəkildə sənədlərini qeydiyyatdan keçirir və əmək fəaliyyətlərini davam etdirir. Yəni qanuna tabe olan vətəndaşlar həmişə sənədlərini qaydaya salırlar. O ki qaldı sənədləşmədən yayılanlara, onlar çox az saydadırlar. Mənə xəstə insanlarımızdan və sair problemləri olan həmyerlilərimizdən müraciətlər olur və biz onlar haqda müxtəlif qurumlara xahişlər edirik. Mən özüm bu yaxınlarda Azərbaycanın Rusiyadakı yenii səfiri Rəhman müəllimlə görüşdüm. Oradan çıxanda da gördüm ki, konsulluğun qarşısında çoxlu həmvətənlərimiz yığılıb. Bu onu göstərir ki, bizim vətəndaşlarımız öz sənədlərini səliqə-səhmana salmağa başlayıblar. Çoxları var ki, etibarlılıq müddəti başa çatmış pasportla buradadırlar. Onlar üçün şərait var ki, Azərbaycan səfirliyində pasportlarını yeniləsinlər. Səfirlik qarşısında buna görə də ajiotaj var”.


|
|
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
|
|
| • Tramp xəstələnəcək, müharibə bitəcək, çevriliş olacaq - Şamanlardan 2026-cı il proqnozları
Bu gün, 16:29 |
|
|
|
| • "Bir-birimizi görəndə doğmalığı hiss edirik"
Bu gün, 13:00 |
|
|
|
| • "Guya ki, bunların fövqəladə işləri var" - Məşhur YAP-çı sabiq deputat onları tənqid etdi
Bu gün, 12:57 |
|
|
|
| • “Qarabağ bizim idi, indi bizim deyil” ifadəsi tələdir - Paşinyan
Bu gün, 12:54 |
|
|
|
| • Əgər yanacağın qiyməti qalxdısa... - AKTUAL
Bu gün, 11:42 |
|
|
|
| • 2026-cı ildən NƏ GÖZLƏYƏK... - ARAŞDIRMA
Bu gün, 11:38 |
|
|
|
| • Etirazlar dördüncü gecədir səngimir, şəhərlərdə toqquşmalar - İran alov içində
Bu gün, 11:31 |
|
|
|
| • Avropa liderləri buna görə qəzəblidir
Bu gün, 11:09 |
|
|
|
| • Paşinyan Azərbaycanla sülhdən danışdı - TƏFƏRRÜAT
Bu gün, 11:05 |
|
|
|
| • Keçən ilin son günü 28 kiloqramdan çox narkotik vasitə aşkarlanıb - DİN
Bu gün, 11:00 |
|
|
|
| • Generalın bacılarının ŞOK ƏMLAK SİYAHISI - Bu, hələ harasıdır...
Bu gün, 10:53 |
|
|
|
| • Cinayət törətməkdə şübhəli bilinən 20 nəfər saxlanılıb
Bu gün, 10:30 |
|
|
|
| • "Amma qazın pulunu iki gün gecikdirsək..." - NARAZILIQ VAR...
Bu gün, 10:26 |
|
|
|
| • "Dəyərli şeyləri yanlış coğrafiyada həyata keçirmək olmaz" - Kənan MM
Bu gün, 10:19 |
|
|
|
| • 2026-cı il BÜRCLƏRƏ nə gətirəcək? - PROQNOZ
Bu gün, 09:54 |
|
|
|
| • "Yaşayan Nostradamus"dan 2026-cı il üçün 10 QORXULU PROQNOZ
Bu gün, 09:45 |
|
|
|
| • "Kaspi" qəzeti 145 illiyini qeyd edir
Bu gün, 09:41 |
|
|
|
| • Bəs 15 dəqiqəlik pulsuz müddət harda qaldı... - MÜRACİƏT
Bu gün, 09:38 |
|
|
|
| • Gürcüstanın ən varlı adamı.... - Azərbaycanda da biznesi var...
Bu gün, 08:02 |
|
|
|
| • Dövlətin puluna DÜŞMƏN MÜNASİBƏTİ... - İl bitib artıq... TENDER-MENDER də lazım deyil...
Bu gün, 07:59 |
|
|
|
| • 100 milyonlarla insan üçün fəlakət proqnozu – Azərbaycana da yaxınlaşır
Bu gün, 07:47 |
|
|
|
| • Azərbaycanda İŞİD təbliğatı necə aparılır? - Əlixan Musayev nə etmək istəyir?
Bu gün, 07:45 |
|
|
|
| • İranın Zəngəzur HƏYƏCANI - AXI NİYƏ?..
Bu gün, 07:40 |
|
|
|
| • Əgər Azərbaycanda İslam Bankı populyarlaşsa... - GƏLİŞMƏ
Bu gün, 07:27 |
|
|
|
| • Tariflər aztəminatlıları çətin duruma salır - HƏQİQƏTƏN DƏ...
Bu gün, 07:22 |
|
|
|
| • Mərkəzi Kəşfiyyat İdarəsi Putinin iqamətgahına hücumla bağlı məlumatları təsdiqləməyib - BU DA BU...
Bu gün, 07:17 |
|
|
|
| • Bu il mənzil bazarı NECƏ OLACAQ... - Ekspert deyir ki...
Bu gün, 07:15 |
|
|
|
| • Nitsşeni oxuyub insan kimi bu cür bədbəxt olacaqsansa... - Eminquey Akif
Bu gün, 07:09 |
|
|
|
| • ABB-dən ABB-yə də 5 manat?.. - BU NƏDİ BELƏ?
Bu gün, 07:04 |
|
|
|
| • 'Alovlu at' ili dünyamız üçün sakit keçməyəcək... - İNCƏLƏMƏ
Bu gün, 06:53 |
|
|
|
| • 'Gecikmiş ödəniş' bəhanəsi ilə pul çıxılır... - GİLEY
Bu gün, 06:48 |
|
|
|
| • Canlı yayında izləyiciyə nələr dedi... - "Paxıllığınızdan ölürsünüz, ölün"
Bu gün, 06:36 |
|
|
|
| • ABŞ əsl gerçəyi ortaya çıxaracaqmı? - İNCƏLƏMƏ
Bu gün, 06:33 |
|
|
|
| • ABŞ ordusu okeanda narkotik ticarəti ilə məşğul olan gəmilərə hücum edib - KİV
Bu gün, 06:21 |
|
|
|
| • Məhəmmədrza Arif istefa verdi, Pezeşkian qəbul etmədi
Dünən, 18:27 |
|
|
|
| • İran səfiri Ermənistan xalqını belə təbrik etdi - dost, qardaş...
Dünən, 18:25 |
|
|
|
| • Ermənilərin Qarabağa qayıdışı... - Vardanyan
Dünən, 18:22 |
|
|
|
| • Misir Mərdanov baş redaktor işləyəcək - ÖZÜ AÇIQLADI
Dünən, 12:40 |
|
|
|
| • Yeni müharibə olacaq, Paşinyanın istəyi reallaşacaq… – Regionu gözləyənlər
Dünən, 12:36 |
|
|
|
| • Güney Qafqazda ÇİNİ MÜDAXİLƏ... - Azərbaycan bu məsələdə...
Dünən, 12:31 |
|
|
|
| • Sosial şəbəkədə kriminal aləmi təbliğ edən gənc cərimə edildi - TƏFƏRRÜAT
Dünən, 11:25 |
|
|
|
| • 47 günlük icra başçısının sirri: Nəsimini soyurmuş - Sözün əsl mənasında...
Dünən, 11:23 |
|
|
|
| • Quru sərhədlər bu tarixdən AÇILA BİLƏR - AÇIQLAMA
Dünən, 11:20 |
|
|
|
| • Rusiyanın "rusdilli insanları qorumaq" planı... - NƏ BAŞ VERİR?
Dünən, 10:08 |
|
|
|
| • Sərhədimizdəki Aİ müşahidəçilərinin sülh minnəti - ZİBİLƏ DÜŞMÜŞÜK...
Dünən, 10:06 |
|
|
|
| • Almaniya müharibəyə hazırlaşır? - Məxfi plan
Dünən, 09:59 |
|
|
|
| • "Gerald R. Ford" gəmisinin Karib dənizində uzun müddət qalması ABŞ-ni problemlərlə üzləşdirir - KİV
Dünən, 09:01 |
|
|
|
| • Aygün Əliyevanın “rəfiqə qrantları” bitmir... - TƏFSİLAT
Dünən, 08:56 |
|
|
|
| • Sual açıq qalır: Qazax yolu, yoxsa Zəngəzur? - GƏLİŞMƏ
Dünən, 08:52 |
|
|
|
| • Azərbaycana ən çox dollar gətirən 10 şirkət - SİYAHI
Dünən, 08:49 |
|
|
|
|