Qafanda İran-Ermənistan “sevgisi”: Tehran nəyə çalışır? .....                     İrəvan Teatrının yeni direktoru kimdir? .....                     "Bətnimdəki Səs" .....                     “Space TV” İFLAS HƏDDİNDƏ! .....                     Məmməd Musayevlə əlbir olub 100 milyonu “yeyiblər” .....                     Gürcüstan XİN Aİ-nin Kulevi NEZ-lə bağlı qərarından təəssüflənib .....                     İran “Amazon”un məlumat mərkəzini vurub .....                     Düz-əməlli marşrut da yoxdur ki... .....                     Paşinyanın gözünü 47 gündür YOLDA qoyan iki “dost” .....                     İcra başçısı rəisi işdən çıxardı - FOTO .....                     İran və Rusiyanın xarici işlər nazirləri görüşüblər .....                     CHP Özgür Özəlin sirlərini yaymağa başladı .....                     SEPAH ABŞ-nin İordaniya və Bəhreyndəki bazalarına PUA hücumu edib .....                     Azərbaycan nefti 8%-dən çox bahalaşıb .....                     Peşə Təhsilində gizlədilən vakansiyalar .....                     "Azəriqaz"da SİLKƏLƏNMƏ: Total ixtisar və... .....                     Qardaşı arvadını yumruqla vuran şəxs cinayət məsuliyyətindən azad edildi .....                     Ukrayna hərbçiləri açıqladı: .....                     Rusiyada azərbaycanlıların da “məşhur hiyləsi” ifşa edildi .....                     Qarabağda quruculuğa HARAM QATANLAR: Bu dəfə “Paramount Construction” MMC... .....                     "Gold Alko"nun milyonluq borc böhranı: 1,6 milyonluq vergi yükü yarandı .....                     Bağlı sərhədlər Azərbaycanın turizm imicinə ciddi zərbə vurur .....                     Uşaqpulu haqda yeni məlumat: Üstünlük bu ailələrə veriləcək .....                     Ermənistanın azadlığı üçün olmazsa olmaz şərt sülhdür .....                     Alıcılara xəbərdarlıq: Bu kərə yağları SAXTADIR .....                     Azərbaycanda pensiya və maaşla bağlı mühüm xəbər .....                     Tramp nə qədər çalışsa da... .....                     Başçıya sığınan şirkət sakinləri incidir .....                     Hədəfə dəqiq vuran İran və arxasından görünən Rusiya... .....                     "Bizdə də belələri var, çox bəsit çevrədirlər..." .....                     Bu ölkəyə Natiq kimi oğul vermiş anadır Dursun xanım! .....                     Büdcə pullarına QƏNİM KƏSİLƏNLƏR .....                     Vətəndaşla dövlət arasında SINIQ KÖRPÜ .....                     Bloqqerlər və BİZ ! .....                     Təhsilin evini BELƏ YIXIRLAR .....                     Qarabağın itkinləri ilə bağlı buzlar əriyir? .....                     "Brent" nefti yenidən 100 ABŞ dolları həddini ötüb .....                     "Minimum tələbə təqaüdü ən azı 200 manat olmalıdır" .....                     Rusiya Hindistana neft göndərir, sonra benzin kimi geri alır .....                     “Tacir Şahmalıoğlu bizə müraciət etməyib, amma... .....                 

"Tramp üçün də əlavə başağrısı yaradırlar" - deputat
Tarix: 16-01-2025, 10:03 | Çap et
"Tramp üçün də əlavə başağrısı yaradırlar"
Ermənistan və ABŞ strateji tərəfdaşlıq haqqında xartiya imzalayıblar. İmzalanma mərasimi Vaşinqtonda baş tutub və sənədi Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanla ABŞ dövlət katibi Antoni Blinken imzalayıb. Yanvarın 8-də erməni nazir dolayısı ilə tərəflərin belə bir sənəd hazırladığını təsdiqləsə də, onun bağlanması üçün vaxt çərçivəsini açıqlamayıb. Bununla belə, bəzi qərbyönümlü fiqurlar bunu sosial şəbəkələrdə fəal şəkildə elan etmişdilər. Sazişə əsasən ABŞ-nin Ermənistana müxtəlif sahələr üzrə dəstək verməsi nəzərdə tutulub. Hətta birgə sərhəd xidmətinin həyata keçirilməsi üçün gələn həftə İrəvana xüsusi mühafizə qrupunun göndəriləcəyi açıqlanıb.

ABŞ dövlət katibi Antoni Blinken sənədin imzalanmasının Ermənistanla ABŞ arasında münasibətlərdə mühüm mərhələ olduğunu vurğulayıb: "Biz ABŞ-Ermənistan Strateji Tərəfdaşlıq Komissiyası yaradırıq. Bu, bizə müxtəlif sahələrdə əməkdaşlığı genişləndirmək imkanı verir. İqtisadi məsələlər, təhlükəsizlik və müdafiə, demokratiya, ədalət..". Blinken əlavə edib ki, gələn həftə sərhəd təhlükəsizliyini təmin etmək üçün birgə iş aparmaq üçün ABŞ-dən Ermənistana xüsusi sərhəd mühafizə qrupu göndəriləcək. Ermənistan XİN başçısı Ararat Mirzoyan qeyd edib ki, Ermənistan və ABŞ arasında strateji tərəfdaşlıq sənədi möhkəm təməl qoyur və əməkdaşlığımızı daha iddialı edir: "Sənəd iqtisadi və enerji əlaqələrinin gücləndirilməsi, kommunikasiyalar, müdafiə və təhlükəsizlik sahəsində əməkdaşlığın dərinləşdirilməsi, demokratik təsisatların gücləndirilməsi, ədalətin və qanunun aliliyinin təşviqi, innovasiya və yüksək texnologiyaların inkişafı, insanlar arasında əlaqələrin genişləndirilməsi daxil olmaqla bir çox sahələri əhatə edir". Mirzoyan iki ölkə arasında ümumi dəyərlərə və qarşılıqlı maraqlara əsaslanan münasibətlərin son illər əhəmiyyətli dərəcədə inkişaf etdiyini vurğulayıb: "Onlar elə səviyyəyə gəliblər ki, strateji tərəfdaşlığın yaradılması təkcə indiki reallıqlara uyğun gəlmir, həm də mürəkkəb geosiyasi şəraitdə işləmək kontekstində zəruridir". A.Mirzoyan həmçinin əlavə edib ki, tərəflər “123 Sazişi” kimi tanınan nüvə əməkdaşlıq sazişi üzrə ABŞ ilə danışıqlara başlayıblar: "Bu, nüvə enerjisindən dinc məqsədlərlə istifadə sahəsində əməkdaşlıq üçün çərçivə təmin edəcək və təhlükəsizlik, təhlükəsizlik və yayılmamanın ən yüksək standartlarına uyğun olaraq nüvə enerjisinin dinc məqsədlərlə inkişafına sadiqliyimizi vurğulayacaq". Ermənistanın xarici işlər naziri ABŞ dövlət katibinə və komandasına iki ölkə arasında əməkdaşlığın yeni səviyyəyə qaldırılması üçün bu yolda göstərdikləri səylərə görə təşəkkür edib. Maraqlıdır ki, sənədi vəzifədən gedən Bayden administrasiyası imzalayıb. Trampın rəhbərliyi altında həyata keçirilməsinin perspektivləri sual altındadır. Xatırladaq ki, Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan Rusiyaya da səfər etməyi planlaşdırır. Bu barədə Ermənistan XİN-in mətbuat katibi Ani Badalyan məlumat verib. Onun sözlərinə görə, Mirzoyanın səfəri iki ay əvvəl planlaşdırılıb. Qeyd edək ki, bundan əvvəl Rusiya XİN rəhbəri Sergey Lavrov erməni həmkarına səfərlə bağlı dəvət göndərildiyini açıqlamışdı.
Rusiya baş nazirinin müavini Aleksey Overçuk bildirib ki, Moskva Ermənistanın Avropa İttifaqına (Aİ) üzv olmaq prosesini başlatmaq qərarını İrəvanın Avrasiya İqtisadi Birliyindən (AİB) çıxması kimi qiymətləndirir. Onun sözlərinə görə, Ermənistanda AİB-dən çıxmağı planlaşdırmadıqlarını deyirlər: "Bəs mövcud vəziyyətin xüsusiyyəti necədir? Ermənistanın Aİ-yə yaxınlaşması barədə danışıqlar uzun müddətdir aparılır, amma yanvarın 9-da Ermənistan hökuməti Aİ-yə üzv olmaq prosesinin başladılması haqqında qanun layihəsini dəstəkləyərək, hüquqi baxımdan mühüm bir addım atdı. Vəziyyətin xüsusiyyəti məhz budur. Bu, Ermənistan hökumətinin qərarıdır və biz bunu İrevanın AİB-dən çıxmağa başlaması kimi qiymətləndiririk". Həmçinin Overçuk əlavə edib ki, Ermənistanın Aİ ilə ticarəti AİB-lə ticarətindən dəfələrlə kiçikdir: “Yeni statistikalar açıqlanıb, 11 ayın nəticələrinə görə, Rusiya ilə Ermənistan arasında ticarət dövriyyəsi 11.6 milyard, AİB ilə isə təxminən 12 milyard dollar olub. Eyni zamanda, Ermənistanın Aİ ilə ticarəti dəfələrlə kiçikdir və azalır. Bu, iqtisadiyyat və reallığın göstərdiyi həqiqətdir”.
Vaşinqtonda imzalanan strateji tərəfdaşlıq sazişinin detalları İrəvanda birmənalı qarşılanmayıb. Bir çox ekspertlər, həmçinin erməni vətəndaşlar sazişin xalqa təqdim edildiyi kimi heç də Ermənistan üçün faydalı olmayacağını bildiriblər. Ermənistan-ABŞ Araşdırmaları Mərkəzinin rəhbəri, beynəlxalq münasibətlər üzrə ekspert Suren Sərkisyan sazişin İrəvanın təhlükəsizliyi üçün təminat verməyəcəyini deyib: “Vaşinqtonla imzalanan sənədin realda Ermənistana sadəcə siyasi dəstəyi ola bilər. Bunu Ağ Evin ölkəmizə verdiyi təhlükəsizlik təminatı kimi dəyərləndirir və ictimaiyyətə belə təqdim etməyə çalışırlar, lakin doğru deyil. İrəvan sənədi imzalamaqla sadəcə strateji dialoq üçün ABŞ-dən status almış oldu. Prezident Co Bayden administrasiyası Ermənistanla bağlı siyasətini bu şəkildə sona çatdırır. Lakin iki ölkə arasında vəziyyətin gələcəkdə necə olacağı və imzalanan sənədin hansı səviyyədə həyata keçiriləcəyi yeni seçilmiş Prezident Donald Tramp administrasiyasından asılıdır”.
Erməni siyasi şərhçi Akop Bədəlyan isə Blinkenin İrəvanın İŞİD-ə qarşı koalisiyaya qoşulmasını elan etməsini gözlənilməz adlandırıb: “Ermənistanın İŞİD-ə qarşı koalisiyaya qoşulması nə deməkdir? Niyə ölkəmizlə bağlı belə bir vacib məsələ Vaşinqtonda başqa bir dövlətin rəsmi nümayəndəsi tərəfindən elan olunur? Bu xəbəri Blinken açıqlayıb, Mirzoyanın bir neçə dəqiqə sonra onu yenidən təkrarlaması heç nəyi dəyişmir. Görünür, Ağ Evin İrəvanla strateji əməkdaşlıq sənədini imzalamaq üçün şərti bu olub. Ermənistan rəsmiləri isə son ana qədər xalqa bu məsələ ilə bağlı bir kəlmə belə məlumat vermədilər. Ölkəmizin təhlükəsizliyi üçün risklərin idarə edilməsi amili nəzərə alınmalıdır”. Onun sözlərinə görə, imzalanan sənəd sadəcə yeni yaradılacaq komissiyanın işini əhatə edir: “İmzalananlar saziş, müqavilə deyil, komissiya nizamnaməsidir. O sənədlərə əsasən iki ölkənin real strateji müttəfiq olduğunu demək çətindir. Məsələn, Azərbaycanla Ermənistan arasında da delimitasiya və demarkasiya komissiyalarının nizamnaməsi imzalanıb. Komissiyaların fəaliyyəti ona əsas həyata keçirilir. Yəni ABŞ ilə yaradılan komissiyanın sənədi belə vəziyyətdə Bakı ilə imzalanan nizamnaməni xatırladır. O zaman biz Azərbaycanla da strateji əməkdaş olmuşuq?".
Politoloq Azat Adamyan sözügedən sənədin Ermənistanın “təslim aktı” olduğunu bildirib: “İrəvan Vaşinqtonda təslim oldu və bütün prosesi canlı yayımladılar. Hakimiyyətdən gedən Bayden administrasiyası ilə sənədin imzalanmasına sevinirlər. Amma Ermənistanda bunlara çıxıb bir nəfər də etiraz edən olmadı, heç kim münasibət bildirmədi". Ekspertlərin fikrincə, ABŞ-nin bu addımı regionda gərginliyi azaltmaq üçün deyil, əksinə, artırmaq və bölgədə Rusiyanı əvəz eləmək iddiasından qaynaqlanır. Necə ki, zamanında Gürcüstan və Ukrayna ilə də mütəffiqlik edib onların taleyini bərbad günə qoydular, eləcə də Ermənistandan da bir Gürcüstan və ya Ukrayna yaratmağa çalışırlar. Ümumən, ABŞ və Ermənistan arasında imzalanmış bu saziş Azərbaycan-Ermənistan əlaqələrinə və sülh danışıqlarına zərbədir.

Millət vəkili Erkin Qədirli deyib ki, ABŞ siyasi ənənəsinə görə, prezident seçkisindən sonra yeni prezidentin andiçmə mərasiminədək səlahiyyətlərini müvəqqəti davam etdirən hökumət xarici siyasətdə heç bir addım atmır, hətta daxili siyasətdə təyinat belə etmirlər. Düzdür, bu, qanunla qadağan olunmayıb, amma siyasi ənənədir. Deputatın sözlərinə görə, nə qədər ABŞ dövləti var, bu, bütün prezidentlər tərəfindən əməl edilən ənənə olub:

"Çünki prinsip etibarı ilə anlamı da yoxdur. Sən seçkini uduzmusan, artıq gedirsən və yeni hakimiyyət gəlir. Ənənəyə görə, seçkini qazanmış yeni prezidentə keçmiş hakimiyyətin fəaliyyəti ilə bağlı məlumatlar verilir, o, bir növ prezidentliyə hazırlaşdırılır. Belə məqamda ABŞ üçün beynəlxalq öhdəlik götürmək siyasi ənənənin pozulmasıdır. Bu baxımdan qeyri-adi gedişatdır. Mənə görə, bu anlaşma təlaşdan doğan bir məsələdir. Co Baydenin komandası hakimiyyətdə olduqları 4 il ərzində bir çox uğursuz layihələrə əl atdılar. Orta Şərq siyasətini batırdılar, az qala, Səudiyyə Ərəbistanı ilə əlaqələr pozuldu. Çin rəhbəri Səudiyyə Ərəbistanına rəsmi səfərə getdi və s. Xatırlayırsızsa, Baydenin təşəbbüsü ilə "Demokratiya Sammiti" keçirilmişdi. 111 dövlətin dəvət edildiyi "demokratiya sammiti"nə Ermənistan da dəvət almışdı. "Freedom House" kimi qərəzli bir təşkilat dəvət olunan ölkələrin sadəcə 77-nin demokratik olduğunu açıqlamışdı. Bayden administrasiyasının Ermənistanı öz tərəfinə çəkmək istəyinə qarşılıq İrəvan da bu ritorikadan öz maraqları naminə istifadə edirdi. Kiyev Rusiya-Ukrayna müharibəsini "diktaturanın demokratiyaya hücumu" kimi təqdim etməyə çalışdı və bu hekayə tutdu. Ermənistan da bu dalğanı tutmaq istədi, yəni guya Azərbaycan "diktatura", Ermənistan isə "demokratiya"dır və bizim savaşımız da ərazi üzərində yox, dəyərlər üzərində olub. Bu layihə tutmasa da, inananlar oldu. Bayden administrasiyası da bu hekayədən bizə qarşı istifadə etməyə çalışdı. Daha doğrusu, Ermənistanı Rusiyanın əlindən çəkərək öz nəzarətinə almağa səy göstərdi. İndiki saziş o deməkdir ki, guya ABŞ-Ermənistan arasında onsuz da dərin strateji əməkdaşlıq olub, onun sadəcə "üzlük daşı" qalıb. "Üzlük daşı" da guya bu anlaşmadır".
Parlament üzvünün sözlərinə görə, Ermənistanın Qərblə inteqrasiyası bütövlükdə sual altındadır: "Ermənistanın əsas iqtisadi aktivləri Rusiyanın dövlət şirkətlərinin əlindədir. Hələ də orada ruslara məxsus hərbi bazalar durmaqdadır. Ermənistan Rusiyanın rəhbərlik etdiyi bütün təşkilatlarda var. Həmin təşkilatlarda təmsil olunan Ermənistan Qərbə yönələ, Avropa Birliyinə üzv ola bilməz. Bayden administrasiyası da hakimiyyətdən getmək üzrədir. Tramp üçün də əlavə başağrısı yaradırlar. Ermənistan coğrafi baxımdan bir çox böyük dövlətə lazımlı ölkədir. ABŞ-yə məxsus kiçik sərhədçi qrupunun Ermənistan sərhədlərinə gətirilməsi məsələsi müvəqqətidir və İran üçün daha risklidir. Çünki ABŞ-nin Ermənistan üzərindən bölgəyə gəlişi daha çox İrana qarşı hazırlanan strategiyanın tərkib hissəsidir. Əlbəttə, təhlükəni hər yerdən gözləməliyik, bu məsələyə də ciddi yanaşmalıyıq. Amma ABŞ-nin Ermənistan üzərindən Azərbaycana qarşı təhlükə yaratma planını ciddi saymıram. Daha çox İranla bağlıdır. Lakin bizim üçün də əlavə risklər yaradır".








 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Qafanda İran-Ermənistan “sevgisi”: Tehran nəyə çalışır? - ZİBİLƏ DÜŞMÜŞÜK...
Bu gün, 14:59
İrəvan Teatrının yeni direktoru kimdir? - DOSYE
Bu gün, 14:57
"Bətnimdəki Səs" - Əfsanə Zaman...
Bu gün, 14:52
“Space TV” İFLAS HƏDDİNDƏ! - TƏFƏRRÜAT
Bu gün, 14:44
Məmməd Musayevlə əlbir olub 100 milyonu “yeyiblər” - Vəzifəli şəxslər həbs edildi
Bu gün, 14:37
Gürcüstan XİN Aİ-nin Kulevi NEZ-lə bağlı qərarından təəssüflənib
Bu gün, 14:36
İran “Amazon”un məlumat mərkəzini vurub
Bu gün, 14:35
Düz-əməlli marşrut da yoxdur ki... - NARAZILIQ VAR...
Bu gün, 14:30
Paşinyanın gözünü 47 gündür YOLDA qoyan iki “dost” – BİRİ Putin...
Bu gün, 14:25
İcra başçısı rəisi işdən çıxardı - FOTO - FOTO
Bu gün, 14:23
İran və Rusiyanın xarici işlər nazirləri görüşüblər
Bu gün, 14:20
CHP Özgür Özəlin sirlərini yaymağa başladı
Bu gün, 10:35
SEPAH ABŞ-nin İordaniya və Bəhreyndəki bazalarına PUA hücumu edib
Bu gün, 09:39
Azərbaycan nefti 8%-dən çox bahalaşıb
Bu gün, 09:38
Peşə Təhsilində gizlədilən vakansiyalar – Rəqəmsal ixtisaslar niyə sıxışdırılır?
Bu gün, 08:20
"Azəriqaz"da SİLKƏLƏNMƏ: Total ixtisar və... - Cənab Məmmədov NƏ İSTƏYİR?
Bu gün, 08:17
Qardaşı arvadını yumruqla vuran şəxs cinayət məsuliyyətindən azad edildi - TƏFƏRRÜAT
Bu gün, 08:07
Ukrayna hərbçiləri açıqladı: - Ruslar üçün ən vacib nöqtə...
Bu gün, 08:05
Rusiyada azərbaycanlıların da “məşhur hiyləsi” ifşa edildi – onları nə gözləyir?
Bu gün, 08:04
Qarabağda quruculuğa HARAM QATANLAR: Bu dəfə “Paramount Construction” MMC... - Xocalıda işlətdiyi işçilərin pulunu vermir
Bu gün, 08:01
"Gold Alko"nun milyonluq borc böhranı: 1,6 milyonluq vergi yükü yarandı - FOTO
Bu gün, 07:49
Bağlı sərhədlər Azərbaycanın turizm imicinə ciddi zərbə vurur - NƏ ETMƏLİ?
Bu gün, 07:45
Uşaqpulu haqda yeni məlumat: Üstünlük bu ailələrə veriləcək - ARAŞDIRMA
Bu gün, 07:42
Ermənistanın azadlığı üçün olmazsa olmaz şərt sülhdür - FAKT BUDUR!
Bu gün, 07:39
Alıcılara xəbərdarlıq: Bu kərə yağları SAXTADIR - ONA GÖRƏ DƏ...
Bu gün, 07:38
Azərbaycanda pensiya və maaşla bağlı mühüm xəbər – Gözlənilən ssenari
Bu gün, 07:35
Tramp nə qədər çalışsa da... - BACARMADI!
Bu gün, 07:30
Başçıya sığınan şirkət sakinləri incidir - NARAZILIQ VAR...
Bu gün, 07:23
Hədəfə dəqiq vuran İran və arxasından görünən Rusiya... - "Reuters"
Bu gün, 07:09
"Bizdə də belələri var, çox bəsit çevrədirlər..." - partiya sədri
Bu gün, 07:05
Bu ölkəyə Natiq kimi oğul vermiş anadır Dursun xanım! - ANIM
Bu gün, 07:01
Büdcə pullarına QƏNİM KƏSİLƏNLƏR - DƏLİXANADIR, VALLAH...
Bu gün, 06:51
Vətəndaşla dövlət arasında SINIQ KÖRPÜ - Biri elə bu...
Bu gün, 06:44
Bloqqerlər və BİZ ! - mətbuat gününə sözardı...
Bu gün, 06:33
Təhsilin evini BELƏ YIXIRLAR - Prezidentə MÜRACİƏT
Bu gün, 06:12
Qarabağın itkinləri ilə bağlı buzlar əriyir? – Ermənilərdən yeni təşəbbüs
Dünən, 18:59
"Brent" nefti yenidən 100 ABŞ dolları həddini ötüb
Dünən, 18:27
"Minimum tələbə təqaüdü ən azı 200 manat olmalıdır" - Məzahir Məmmədli
Dünən, 18:17
Rusiya Hindistana neft göndərir, sonra benzin kimi geri alır - Gizli sxem İFŞA OLDU
Dünən, 18:10
“Tacir Şahmalıoğlu bizə müraciət etməyib, amma... ali təhsili olmayan Ağaxan Abdullayevlə Əlibaba Məmmədovu dərs deməyə dəvət etmişdik”
Dünən, 18:06
Kür çayında daş-betonla sahilbərkitmə işləri həyata keçiriləcək – 4.7 milyon xərclənəcək
Dünən, 18:03
Rusları Qəbələdən çıxaran 300 milyonluq tələb – Niyə imtina edildi?
Dünən, 17:48
"T-Kredit" BOKT dövlət qeydiyyatına alınıb
Dünən, 17:43
Neft 100 dollar oldu: Maaş və pensiya artacaq? - AÇIQLAMA
Dünən, 17:30
Azərbaycanda bu elektron pul təşkilatı üçün son nöqtə qoyuldu
Dünən, 17:24
""Hibrid təhdid" adı altında yaradılan missiya Bakının narahatlığını artırır"
Dünən, 17:21
"Bu kartlar qumarda istifadə üçün idi" - Onlayn qumar oyunları təşkil edən dəstənin işi
Dünən, 17:15
“Vardanyanın işi” Avropa Məhkəməsində - Bakıdan REAKSİYA
Dünən, 17:09
Əhali kreditləri ödəyə bilmir: Qaytarılmayan vəsaitlərin həcmi böyüyür - BELƏ DAVAM EDƏRSƏ...
Dünən, 17:07
7 körpənin ölümündə təqsirləndirilən şəxslər yenidən hakim qarşısına çıxarılacaq
Dünən, 17:00
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru