Avropa Komissiyası Ermənistan meyvə-tərəvəzinin Aİ-yə tədarük tarixini açıqlamayıb .....                     «Level Leasing» ASC-nin aktivləri 3 milyon manat azalıb .....                     Bu müharibənin başlanması realdır .....                     Prezidenti Məhəmməd Şahabuddin səhhətinə görə istefa verib .....                     Azərbaycanda banklar birləşəcək .....                     Xamenei işimizə mane olur .....                     BURA YASAMALDIR: Burda nə istəsən... OLAR! .....                     "Ölümü aldadıb bu yaşa gəlmişəm" .....                     Müəllimlərin geyimi neçəyə SATILACAQ? .....                     AAYDA-ya məxsus bu idarələr ləğv olundu, direktorları ixtisara düşdü .....                     “Zaqatala-Fındıq” ATSC yenidən təşkil ediləcək .....                     Bakının strateji zəfəri: Əliyev Avropanın enerji gələcəyinə zəmanət verir .....                     Qonaq getdiyi qohumunun evindən oğurluq etdi, saxlanıldı .....                     YAP-da “kadr zəlzələsi” olacaq .....                     Xaricdə təhsil üzrə Dövlət Proqramının nəticələri elan edilib .....                     Rus ordusu Xarkovda iki kəndi işğal etdi .....                     Qafanda İran-Ermənistan “sevgisi”: Tehran nəyə çalışır? .....                     İrəvan Teatrının yeni direktoru kimdir? .....                     "Bətnimdəki Səs" .....                     “Space TV” İFLAS HƏDDİNDƏ! .....                     Məmməd Musayevlə əlbir olub 100 milyonu “yeyiblər” .....                     Gürcüstan XİN Aİ-nin Kulevi NEZ-lə bağlı qərarından təəssüflənib .....                     İran “Amazon”un məlumat mərkəzini vurub .....                     Düz-əməlli marşrut da yoxdur ki... .....                     Paşinyanın gözünü 47 gündür YOLDA qoyan iki “dost” .....                     İcra başçısı rəisi işdən çıxardı - FOTO .....                     İran və Rusiyanın xarici işlər nazirləri görüşüblər .....                     CHP Özgür Özəlin sirlərini yaymağa başladı .....                     SEPAH ABŞ-nin İordaniya və Bəhreyndəki bazalarına PUA hücumu edib .....                     Azərbaycan nefti 8%-dən çox bahalaşıb .....                     Peşə Təhsilində gizlədilən vakansiyalar .....                     "Azəriqaz"da SİLKƏLƏNMƏ: Total ixtisar və... .....                     Qardaşı arvadını yumruqla vuran şəxs cinayət məsuliyyətindən azad edildi .....                     Ukrayna hərbçiləri açıqladı: .....                     Rusiyada azərbaycanlıların da “məşhur hiyləsi” ifşa edildi .....                     Qarabağda quruculuğa HARAM QATANLAR: Bu dəfə “Paramount Construction” MMC... .....                     "Gold Alko"nun milyonluq borc böhranı: 1,6 milyonluq vergi yükü yarandı .....                     Bağlı sərhədlər Azərbaycanın turizm imicinə ciddi zərbə vurur .....                     Uşaqpulu haqda yeni məlumat: Üstünlük bu ailələrə veriləcək .....                     Ermənistanın azadlığı üçün olmazsa olmaz şərt sülhdür .....                 

"Naxçıvana maneəsiz gediş-gəliş xalqımız üçün həyati və strateji əhəmiyyət kəsb edən məsələdir" - deputat
Tarix: 6-01-2025, 11:01 | Çap et
"Naxçıvana maneəsiz gediş-gəliş xalqımız üçün həyati və strateji əhəmiyyət kəsb edən məsələdir"
"DİA-AZ" xəbər verir ki, Ədalət, Hüquq, Demokratiya (ƏHD) Partiyasının sədri, millət vəkili Qüdrət Həsənquliyev partiyanın mətbuat xidmətinin suallarını cavablandırıb.

Müsahibəni təqdim edirik:

- Qüdrət bəy, yeni ilin ilk iş həftəsi başladı, Prezident tərəfindən “konstitusiya və suverenlik ili” adlandırılan 2025-ci ildən gözləntiləriniz nədir?

- Xalqımızı bir daha Yeni ilin başlanması münasibətilə təbrik edirəm. Çox istərdim ki, yeni ildə dövlət hakimiyyətinin həyata keçirilməsində hakimiyyət bölgüsünə (hakimiyyətin qanadlarının qarşılıqlı olaraq bir-birinə nəzarətini təmin edən və dövlət hakimiyyətinin həyata keçirilməsində qanunverici, icra və məhkəmə hakimiyyətləri arasında balans yaradan) real məzmun verən yeni konstitusiya qəbul olunsun. İnsanlarımızın yüksək həyat səviyyəsini, təhlükəsizliyini, hüquq və azadlıqlarını Qərb standartaları səviyyəsində təmin edəcək ciddi islahatlar həyata keçirilsin. Azad bazar prinsiplərinə əsaslanan güclü iqtisadiyyat, sosial ədaləti təmin edən hüquq dövləti quraq, dünyaya açılaq.

- Bu il Ermənistanla sülh sazişinin imzalanmasını mümkün sayırsınızmı?

- Öz öhdəliklərinə uyğun olaraq, Naxçıvana maneəsiz gediş-gəlişə razılıq verməyənə qədər Ermənistanla sülh sazişi imzalamamalı və həmin ölkə ilə hər hansı formada əməkdaşlıqdan imtina etməliyik. O cümlədən, sərhədlərin delimitasiya və demarkasiya olunması istiqamətində. Sülh sazişinin imzalanması Ermənistandan asılıdır. Daha doğrusu Ermənistanı yönəldən və qorxudan ölkələrdən.

- Nə sülh, nə müharibə variantı milli maraqlarımıza cavab verirmi?

- Ölkəmizin və regionun təhlükəsizliyi və inkişafı üçün bölgəyə sülh lazımdır, amma bu milli mənafelərimizdən imtina hesabına olmamalıdır. Naxçıvana maneəsiz gediş-gəliş xalqımız üçün həyati və strateji əhəmiyyət kəsb edən məsələdir. Azərbaycan sülh danışıqlarında bu məsələni əsas şərt kimi irəli sürməlidir.

- Ermənistan atəşkəsi poza bilərmi?

- Ermənistan və tərəfdaşları hesab etsələr ki, artıq onlar üçün gözlədikləri əlverişli beynəlxalq şərait yaranıb, dərhal ölkəmizə hücüm edəcəklər. Ona görə büdcədə hərbi xərclərin artırılmasını dəstəklədim. Ermənilər qələbə eyforiyasına düşdüyümüzü və bunun nəticəsi olaraq bizim üçün ağır nəticələrə səbəb olacaq yanlış qərarlar qəbul edəcəyimizi proqnozlaşdırırlar. Onların ekspertlərinin bizim ölkəmizdə yaşananları necə şərh etdiklərini dinləyib, təhlil etsəniz buna əmin olarsınız. Onlar deyirlər ki, bizdə qələbədən sonra yaranmış özgüvən hissi imkanlarımız haqqında yanlış təsəvvürlər yaradıb. Biz müasir çağırışları və rəqiblərimizin imkanlarını düzgün qiymətləndirə bilmirik. Düşünürük ki, gələcək uğurlar daha asan əldə olunacaq. Qələbənin yaratdığı təkəbbürlülük şəxsi, siyasi və beynəlxalq münasibətlərimizi korlayacaq, bizi müttəfiqlərimizin və tərəfdarlarımızın dəstəyindən məhrum edəcək. Cəmiyyətdə parçalanma daha da dərinləşəcək və bu, barışa, mili birliyə imkan verməyəcək. Qələbə eyforiyası ölkəmizdə durğunluğa yol açacaq, cəmiyyətdə təşəbbüskarlıq olmayacaq, ölkə geri gedəcək. Hadisələrə eyforiyanın yaratdığı təkəbbürlülükdən doğan impulsiv yanaşma strateji qərarların qəbulu zamanı nəticələri düzgün hesablamağa imkan verməyəcək. Onlar açıq söyləyirlər ki, dəqiq milli hədəflərin və onlara çatmaq üşün strateji planların olmaması qələbə eyforiyasının keçməsi ilə cəmiyyətimizdə boşluq və böyük ümidsizlik yaradacaq.
Ermənistan eyni zamanada Ukraynadakı müharibənin sonunu gözləyir. Özlərini sülh istəyən tərəf kimi göstərməklə revanşist müharibəyə başlayacaqları zaman bizi təcavüzkar tərəf kimi ittiham etməyə çalışacaqlar.

- Qüdrət bəy, İranın gerizəkalı mollalarının yenidən bizə hücum etməsini necə qarşıladınız?

- Pezeşkian İranı sosial xarakterli inqilablardan və ölkəni dağılmaqdan qoruyacaq bəlkə də son ümid idi. O seçiləndə demişdim ki, ali dini lider onu islahatlar həyata keçirməkdə dəstəkləməsə, o heç nəyə nail ola bilməz. Çünki İranda prezident “günah keçisi” rolunda çıxış edir, real hakimiyyət dini liderdə və təhlükəsizlik qüvvələrindədir. İndi tam aydın olur ki, Pezeşkianı seçkilərdə dəstəkləməkdə əsas məqsəd mütərəqqi insanların nümayəndəsi kimi onu hakimiyyətə gətirib islahat tərfdarlarını xalqın gözündən salmaq olub. Qeyd etdiyiniz gerizəkalılar Pezeşkiana hər hansı islahat aparmağa, beynəlxalq əlaqələri yaxşılaşdırmağa, İranı sivil dünyadan qovulmuş ölkə statusundan xilas etməyə imkan verməyəcəklər. Ona görə Azərbaycan qısa bir zamanda ərzaq ehtiyatlarını ən azı iki dəfə artırmalı, İranda baş verən proseslərin ən gözlənilməz ssenarisinə hazır olmalıdır. Ola bilsin Allah-Təala İlham Əliyevin üzərinə daha bir tarixi missiya qoyub.








 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Avropa Komissiyası Ermənistan meyvə-tərəvəzinin Aİ-yə tədarük tarixini açıqlamayıb
Bu gün, 16:09
«Level Leasing» ASC-nin aktivləri 3 milyon manat azalıb – HESABAT
Bu gün, 16:00
Bu müharibənin başlanması realdır – Sabiq nazirdən ŞOK açıqlamalar
Bu gün, 15:58
Prezidenti Məhəmməd Şahabuddin səhhətinə görə istefa verib
Bu gün, 15:56
Azərbaycanda banklar birləşəcək
Bu gün, 15:41
Xamenei işimizə mane olur - Əraqçi
Bu gün, 15:40
BURA YASAMALDIR: Burda nə istəsən... OLAR! - AXI NİYƏ?..
Bu gün, 15:35
"Ölümü aldadıb bu yaşa gəlmişəm" - Xalq artisti
Bu gün, 15:32
Müəllimlərin geyimi neçəyə SATILACAQ? - AÇIQLAMA
Bu gün, 15:30
AAYDA-ya məxsus bu idarələr ləğv olundu, direktorları ixtisara düşdü - SİYAHI
Bu gün, 15:24
“Zaqatala-Fındıq” ATSC yenidən təşkil ediləcək - YIĞINCAQ
Bu gün, 15:22
Bakının strateji zəfəri: Əliyev Avropanın enerji gələcəyinə zəmanət verir - İNCƏLƏMƏ
Bu gün, 15:19
Qonaq getdiyi qohumunun evindən oğurluq etdi, saxlanıldı - TƏFƏRRÜAT
Bu gün, 15:16
YAP-da “kadr zəlzələsi” olacaq - Deputatdan səs-küylü açıqlama
Bu gün, 15:14
Xaricdə təhsil üzrə Dövlət Proqramının nəticələri elan edilib - DİQQƏT!
Bu gün, 15:13
Rus ordusu Xarkovda iki kəndi işğal etdi - KİV
Bu gün, 15:09
Qafanda İran-Ermənistan “sevgisi”: Tehran nəyə çalışır? - ZİBİLƏ DÜŞMÜŞÜK...
Bu gün, 14:59
İrəvan Teatrının yeni direktoru kimdir? - DOSYE
Bu gün, 14:57
"Bətnimdəki Səs" - Əfsanə Zaman...
Bu gün, 14:52
“Space TV” İFLAS HƏDDİNDƏ! - TƏFƏRRÜAT
Bu gün, 14:44
Məmməd Musayevlə əlbir olub 100 milyonu “yeyiblər” - Vəzifəli şəxslər həbs edildi
Bu gün, 14:37
Gürcüstan XİN Aİ-nin Kulevi NEZ-lə bağlı qərarından təəssüflənib
Bu gün, 14:36
İran “Amazon”un məlumat mərkəzini vurub
Bu gün, 14:35
Düz-əməlli marşrut da yoxdur ki... - NARAZILIQ VAR...
Bu gün, 14:30
Paşinyanın gözünü 47 gündür YOLDA qoyan iki “dost” – BİRİ Putin...
Bu gün, 14:25
İcra başçısı rəisi işdən çıxardı - FOTO - FOTO
Bu gün, 14:23
İran və Rusiyanın xarici işlər nazirləri görüşüblər
Bu gün, 14:20
CHP Özgür Özəlin sirlərini yaymağa başladı
Bu gün, 10:35
SEPAH ABŞ-nin İordaniya və Bəhreyndəki bazalarına PUA hücumu edib
Bu gün, 09:39
Azərbaycan nefti 8%-dən çox bahalaşıb
Bu gün, 09:38
Peşə Təhsilində gizlədilən vakansiyalar – Rəqəmsal ixtisaslar niyə sıxışdırılır?
Bu gün, 08:20
"Azəriqaz"da SİLKƏLƏNMƏ: Total ixtisar və... - Cənab Məmmədov NƏ İSTƏYİR?
Bu gün, 08:17
Qardaşı arvadını yumruqla vuran şəxs cinayət məsuliyyətindən azad edildi - TƏFƏRRÜAT
Bu gün, 08:07
Ukrayna hərbçiləri açıqladı: - Ruslar üçün ən vacib nöqtə...
Bu gün, 08:05
Rusiyada azərbaycanlıların da “məşhur hiyləsi” ifşa edildi – onları nə gözləyir?
Bu gün, 08:04
Qarabağda quruculuğa HARAM QATANLAR: Bu dəfə “Paramount Construction” MMC... - Xocalıda işlətdiyi işçilərin pulunu vermir
Bu gün, 08:01
"Gold Alko"nun milyonluq borc böhranı: 1,6 milyonluq vergi yükü yarandı - FOTO
Bu gün, 07:49
Bağlı sərhədlər Azərbaycanın turizm imicinə ciddi zərbə vurur - NƏ ETMƏLİ?
Bu gün, 07:45
Uşaqpulu haqda yeni məlumat: Üstünlük bu ailələrə veriləcək - ARAŞDIRMA
Bu gün, 07:42
Ermənistanın azadlığı üçün olmazsa olmaz şərt sülhdür - FAKT BUDUR!
Bu gün, 07:39
Alıcılara xəbərdarlıq: Bu kərə yağları SAXTADIR - ONA GÖRƏ DƏ...
Bu gün, 07:38
Azərbaycanda pensiya və maaşla bağlı mühüm xəbər – Gözlənilən ssenari
Bu gün, 07:35
Tramp nə qədər çalışsa da... - BACARMADI!
Bu gün, 07:30
Başçıya sığınan şirkət sakinləri incidir - NARAZILIQ VAR...
Bu gün, 07:23
Hədəfə dəqiq vuran İran və arxasından görünən Rusiya... - "Reuters"
Bu gün, 07:09
"Bizdə də belələri var, çox bəsit çevrədirlər..." - partiya sədri
Bu gün, 07:05
Bu ölkəyə Natiq kimi oğul vermiş anadır Dursun xanım! - ANIM
Bu gün, 07:01
Büdcə pullarına QƏNİM KƏSİLƏNLƏR - DƏLİXANADIR, VALLAH...
Bu gün, 06:51
Vətəndaşla dövlət arasında SINIQ KÖRPÜ - Biri elə bu...
Bu gün, 06:44
Bloqqerlər və BİZ ! - mətbuat gününə sözardı...
Bu gün, 06:33
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru