«Level Leasing» ASC-nin 2025-ci il üzrə maliyyə vəziyyəti məlum olub.
"DİA-AZ" FED.az-a istinadən xəbər verir ki, biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, ötən il şirkətin icarədə olan xalis investisiyalar üzrə faiz gəlirləri 2 milyon 462 min manat olub. Bu gəlirlər 2024-cü illə müqayisədə 228 min manat və ya 8,5% azalıb.
Xatırladaq ki, 2024-cü ildə şirkətin bu gəlirləri 2 milyon 690 min manat olmuşdu.
Ötən il şirkətin faiz xərcləri də 66 min manat (5,9%) artaraq 1 milyon 190 min manata yüksəlib.
Şirkət icarədə olan xalis investisiyalar üzrə ehtimal olunan kredit zərərinə 89 min manat ayırıb. Bu, 2024-cü ildəki 500 min manatdan 411 min manat (5,6 dəfə) daha azdır.
2025-ci ildə ASC-nin xalis faiz gəlirləri 1 milyon 182 manat olmaqla illik müqayisədə 117 min manat (10,1%) artıb. Xalis faiz gəlirlərinin artması də olan xalis investisiyalar üzrə ehtimal olunan kredit zərərinin 5,6 dəfə azalması hesabına baş verib.
«Level Leasing» ASC-nin faiz gəlirlərindən 592,4 min manat ümumi və inzibati xərclərə, 17,3 min manat digər xərclərə sərf olunub. 2024-cü illə müqayisədə ümumi və inzibati xərclər 22,7 min manat (4%), digər xərclər 13,9 min manat (5,1 dəfə) artıb.
Şirkətin mənfəət vergisindən əvvəlki mənfəəti 572,6 min manat, mənfəət vergisi xərci 114 min manat təşkil edib.
Yekunda ötən il «Level Leasing» ASC-nin xalis mənfəəti 458,6 min manat olub. Bu da, 2024-cü ildəki 387 min manat xalis mənfəətdən 71,6 min manat (18,5%) çoxdur.
Hesabat dövrünün sonunda şirkətin cəmi aktivləri 8 milyon 564 min manat təşkil edib. Şirkətin aktivləri son bir ildə 2 milyon 815 min manat (24,7%) azalıb. Aktivlərin azalmasının əsas səbəbi icarədə olan xalis investisiyaların 2024-cü ildəki 6 milyon 409 min manatdan 2 milyon 116 min manata düşməsi, – yəni 4 milyon 293 min manat (3 dəfə) azalması olub.
Şirkətin pul vəsaitləri və onların ekvivalentlərinin həcmi 334,2 min manat və ya 16,8 dəfə artaraq 355,4 min manata yüksəlib.
Bəhs olunan dövrün sonunda ASC-nin cəmi öhdəliklərini həcmi 8 milyon 253 min manat təşkil edib. Şirkətin öhdəlikləri 2024-cü ilin sonuna nəzərən 2 milyon 527 min manat (23,4%) azalıb. Öhdəliklərin azalmasının əsas səbəbi uzunmüddətli borc alınmış vəsaitlərin 9 milyon 24 min manatdan 5 milyon 667 min manata düşmməsi – 3 milyon 357 min manat (37,2%) azalması hesabına baş verib. Bununla yanaşı, yeni alınmış borc vəsaitlərinin həcmi 1 milyon 140 min manat (2 dəfə) artaraq 2 milyon 275 min manata yüksəlib.
2025-ci ilin sonunda «Level Leasing» ASC-nin cəmi kapitalı 310,6 min manat olub. Bu, 2024-cü ilə nəzərən 288,4 min manat və ya 48,1% daha azdır. Qeyd edək ki, 2024-cü ilin sonunda şirkətin cəmi kapitalı 599 min manat idi.
Şirkətin kapitalında 1 milyon 50 min manat səhmdarların payıdır. Yığılmış zərər isə 739,4 min manat təşkil edir. Yığılmış zərərin 288,4 min manat və ya 63,9% artması şirkətin cəmi kapitalının azalması ilə nəticələnib.












