"Qoy yeni ildə də bizi güldürsün!" - REPLİKA
Tarix: 4-01-2025, 09:52 |
Çap et
"1 apreldə doğulmuş deputat Razi Nurullayev xalqımızı güldürməkdən yorulmur..." "DİA-AZ" xəbər verir ki, bu ironik açıqlamanın müəllifi tanınmış hüquqşünas Əkrəm Həsənovdur.
O, "hədəfini" "İLİN `ADAMI`" nominasiyasına layiq olduğunu qeyd edərək aşağıdakıları bildirib:
"Hər çıxışı, hər videosu (idman da edəndə, itin “parodiyası” ilə maraqlananda da və s. və i.a.) gülüş obyektidir.
Xalqımıza da məhz bu lazımdır. Çünki çox bədbin olub insanlarımız.
Xaricə gedirsən, insanların üzündə təbəssüm var. Bizdə isə yoxdur.
Odur ki, Razi müəllim bu sahədə çox böyük iş görür.
Qoy yeni ildə də bizi güldürsün!"