İnvestAZ-ın rəhbərliyində təyinatlar – Şirkət Korporativ İdarəetməsini təkmilləşdirir
Tarix: 29-11-2024, 17:28 |
Çap et
“İnvestAz” investisiya şirkəti yeni inkişaf mərhələsinə qədəm qoyur!
Şirkətin Müşahidə Şurasının tərkibi təkmilləşdirilərək yüksək peşəkarlığı ilə seçilən yeni üzvlər – Ceyhun Abdullayev və Tural Eyvazlı rəhbərliyə qoşulub. Bu addım şirkətin korporativ idarəetmə standartlarını daha da möhkəmləndirəcək və müştərilərə göstərilən xidmətlərin keyfiyyətini artıracaq.
“İnvestAz”ın Müşahidə Şurasının sədri isə Elşən Quliyevdir. Əminik ki, yeni heyətin təcrübəsi və liderlik keyfiyyətləri şirkətin fəaliyyətini daha da irəli aparacaq.
İnvestAZ İnvestisiya Şirkəti 2006-cı ildən bazar iştirakçılarına inamlı və dayanıqlı maliyyə həlləri təqdim edir. Nizamnamə kapitalı 3 milyon manat olmaqla, ölkənin qabaqcıl investisiya şirkətlərindən biridir. Şirkətin qanuni təmsilçisi Şəhriyar Qurbanzadə isə bu uğurların davamlı olmasını təmin edən əsas fiqurlardan biridir.
“İnvestAZ” – etibarlılığın, yenilik və dayanıqlığın simvoludur!
Ətraflı məlumat üçün: www.investaz.az