“Ola bilər ki, Bakıda cəza çəkən məhbusların qaytarılması, Ermənistanın COP29-da iştirakına töhfə verəcək”.
Globalinfo.az xəbər verir ki, bunu Ermənistan parlamentinin spikeri Alen Simonyan deyib.
“Müzakirə zamanı məhbusların geri qaytarılması və ya Ermənistan üçün müsbət addımın atılması imkanı yaranarsa, biz tərəddüd etmədən belə bir addım atacağıq. Amma bu cür müsbət məqamlar olmasa, COP29-da iştirakımızı doğru hesab etmirəm. Hər halda gözləyib görəcəyik”, – deyə Simonyan bildirib.
Simonyan sülh müqaviləsi ilə bağlı məsələyə də toxunub:
“Mən tələsmək və ya hadisələri qabaqlamaq istəmirəm. Amma biz bu istiqamətdə səylərimizi davam edəcəyik və çalışacağıq. Bu müddət ərzində həqiqətən də vəziyyətin çıxılmaz olduğunu düşündüyümüz anlar olub. Amma biz oturub müzakirə etdik və kiçik addımlarla irəlilədik. Bu, bizim işimizdir”, – deyə Simonyan vurğulayıb.