Naxçıvan Muxtar Respublikasında Prezidentin xüsusi nümayəndəsi olmuş Fuad Nəcəflinin başı qaldadır. Bu barədə "DİA-AZ" mötəbər mənbələrdən məlumat əldə edib.
Xəbərə görə, adı külli miqdarda vəsait mənimsənilməsində hallanan Fuad Nəcəfli ilə bağlı hüquqi araşdırmaya start verilib.
Mənbə iddia edir ki, vəzifədə olduğu 3 il ərzində ayrı-ayrı şəxslərə böyük məbləğdə pullar atan, habelə dövlət büdcəsinə aid vəsaiti mənimsəyən Nəcəfli təxminən 45 milyon manatdan sorumlu tutulur.
Məlumatda deyilir: "Artıq bəzi ilgili şəxslər müvafiq qaydada dindirilib. İttiham aktı hazır olandan dərhal sonra Nəcəfli ilə bağlı qərar veriləcək".









