Gecə ərzində Rusiya üzərində 44 Ukrayna PUA-sı vurulub .....                     Bu parad həm də o demək idi ki... .....                     Əliyevin ZƏFƏR YÜRÜŞÜ... .....                     Burda sığorta olundunsa... BATDIN! .....                     ABŞ-nin ŞATDAUN QAYĞISI .....                     `Baku Electronics` mənşəyi bəlli olmayan məhsulları satır .....                     Dövlət qurumlarında planlanan YENİ İXTİSAR DALĞASI .....                     Keçmiş deputatın şirkəti XALQA QARŞI... .....                     Qalıcı sülh iradəsinin ehtişamı .....                     Təhsildə Keyfiyyət Təminatı Agentliyinin KEYFİYYƏTSİZ İŞLƏRİ .....                     Göygöl səhiyyəsində SAXTA TENDER HOQQASI .....                     GDU nə idi ki... nəzdindəki də nəsə olsun... .....                     Hesablama Palatası sədrinin milyonçu qaynatası YANLIŞ HESAB APARDI VƏ... .....                     Zəfər Günü dünyada və regionda yeni reallıqlar .....                     Rusiya xarici işlər naziri postunda kimin olmasının əhəmiyyəti yoxdur .....                     AZTV-nin aparıcısı işini tərk edib dənizçi oldu .....                     "Xəstə kimi olmuşdum, görəsən, mənə nə demək istəyirdi" .....                     MİNLƏRLƏ CAN QURBAN OLDU... .....                     “Parad revanşistlərə xəbərdarlıq, dostlara isə güvən mesajıdır” .....                     Əfqanıstandan çıxmaq alyansın ən böyük məğlubiyyəti idi .....                     Övladı əsgərliyə gedən .....                     İcra hakimiyyətinin binasına sərxoş vəziyyətdə girən şəxs həbs edildi .....                     "Azerbaijan Rigs" MMC auditor .....                     Ata ilə oğulun `ANA VƏTƏN` DAVASI... .....                     Azərbaycandan sonra digər ölkələr də bu addımı atmağa başlayıb .....                     "Bəzi yerlərdə rusların sayı Ukrayna döyüşçülərindən 20 dəfə çoxdur..." .....                     “Həmin zabit əsgərlərinə deyib ki, indi də gedirik bizdən incik Şuşanın könlünü almağa...” .....                     Tramp G20-nin Cənubi Afrikada keçirilməsini rüsvayçılıq adlandırdı .....                     Nazir müavininə yaxın şirkət Qubada bayram tədbiri keçirəcək .....                     Pokrovskun itirilməsi Ukrayna üçün fəlakət deyil, lakin... .....                     Swiss Dent klinikası: Bura qəssabxanadır, yoxsa?.. .....                     Paşinyandan Qarabağ açıqlaması .....                     İşdən çıxarılan direktor Təhsil İdarəsini məhkəməyə verib .....                     Azərbaycan və Ermənistandakı partiyalar arasında görüşlər keçirilməlidir .....                     Üç qonşu ölkənin tale ortaqlığının uzunömürlü olması bir halda mümkündür .....                     Geosiyasətdə yeni ünvan: Ağ Ev üzünü Azərbaycana çevirir .....                     Rusiya helikopterinin vurulmasına Prezident necə reaksiya vermişdi? .....                     Vardanyanın Bakıdan sarsaq çağırışı .....                     Rusların Güney Qafqazdan qalma çabaları... .....                     Paşinyan Göyçədən danışdı və... çaşdı .....                 

Soltanlı kəndi uğrunda 3 gün qanlı döyüşlər gedib - Aran Qarabağın açarı
Tarix: 6-10-2024, 14:49 | Çap et
Soltanlı kəndi uğrunda 3 gün qanlı döyüşlər gedib
Bir neçə gün öncə Cəbrayıl şəhəri günü kimi qeyd olunub. Bu əlamətdar günün təsis olunması Cəbrayıl şəhərinin Ermənistan silahlı qüvvələrinin işğalından azad edilməsi tarixi ilə bağlıdır. 4 il əvvəl oktyabrın 4-də Cəbrayıl şəhəri 27 illik erməni işğalından azad olunub. Prezident İlham Əliyevin cari ilin 31 iyulunda imzaladığı sərəncama uyğun olaraq həmin gün təntənəli şəkildə Cəbrayıl Şəhəri Günü kimi qeyd edilir.
Bu əlamətdar günə həsr olunan konsert proqramaları keçirilir.
Məlumat üçün bildirək ki, 2020-ci ilin oktyabrın 4-də Cəbrayıl şəhəri ilə yanaşı, rayonun daha 9 kəndi - Karxulu, Şükürbəyli, Çərəkən, Daşkəsən, Horovlu, Mahmudlu, Cəfərabad, Yuxarı Maralyan və Dəjəl düşmən işğalından azad olunub, Azərbaycanın üçrəngli şanlı bayrağı sancılıb.
Burada bir haşiyə çıxaq ki, Cəbrayıl rayonu 8 avqust 1930-cu ildə təşkil edilib. 4 yanvar 1963-cü ildə ləğv edilərək Füzuli rayonuna birləşdirilib, 17 iyun 1964-cü ildə yenidən yaradılıb. Cəbrayıl Kiçik Qafqaz dağlarının cənub-şərqində, Gəyən düzü və Qarabağ silsiləsində yerləşir. Rayon cənubdan Araz çayı boyu İran İslam Respublikası ilə həmsərhəddir. Sahəsi 1049 kvadrat kilometrdir, ərazisi əsasən dağlıqdır. Araz çayının qırağı vaxtilə Tuqay meşələri ilə sıx olub. Arazboyu düzənliklərin torpaqları yüksək məhsuldarlığa malik tünd şabalıdı torpaqlardır. Cəbrayıl rayonu 1993-cü il avqustun 23-də Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilib. İşğal zamanı rayon 1 şəhər, 4 qəsəbə və 97 kənddən ibarət idi. İşğal dövründə cəbrayıllı məcburi köçkünlər ölkənin 58 rayonunun 2 000-dək yaşayış məntəqəsində, çadır düşərgələrində, yük vaqonlarında və yataqxanalarda məskunlaşıblar. Cəbrayıl rayonu erməni işğalı zamanı vandalizmə məruz qalıb. Rayon ərazisində olan evlər, tarixi abidələr tamamilə dağıdılıb, ağaclar məhv edilib.

Əslən Cəbrayıldan olan jurnalist, Yenisabah.az saytının baş redaktoru Seymur Verdizadə “Sherg.az"a açıqlamasında 4 oktyabrla bağlı təəssüratlarını bölüşüb:

- Cəbrayıl 44 günlük müharibədə işğaldan azad edilən ilk böyük rayon idi. Cəbrayılın düşməndən təmizlənməsi ordumuzun və xalqımızın qələbəyə inamını daha da artırdı. Bu rayon hərbi-strateji cəhətdən xüsusi əhəmiyyət kəsb etdiyi üçün onun azadlığı yeni qələbələrin müjdəsi sayılırdı. Bu cür düşünənlər, hərbi əməliyyatların məhz bu istiqamətdə davam edəcəyini proqnozlaşdıranlar yanılmadı. Cəbrayılın azad olunmasından sonra qəhrəman Azərbaycan Ordusu qələbələri bir-birinin ardınca sıraladı.

S.Verdizadə deyib ki, Cəbrayıl həm də Aran Qarabağın açarı idi. Bunu bildiyi üçün düşmən o ərazidə ciddi müdafiə istehkamları qurmuşdu. Amma ordumuz ermənilərin müqavimətini qıra bildi:
“44 günlük Vətən müharibəsində Cəbrayıl ən ağır döyüşlərin aparıldığı rayonlardan biri idi. Təsəvvür edin ki, bir kənd - doğulduğum Soltanlı kəndi uğrunda 3 gün qanlı döyüşlər gedib.
Düşmən Cəbrayıl ərazisində bir neçə xətdən ibarət istehkamlar qurmuşdu və bu istehkamları yarmaq çox böyük qəhrəmanlıq və fədakarlıq tələb edirdi. Cəbrayıl əməliyyatının əhəmiyyəti, eyni zamanda ondan ibarət idi ki, Cəbrayıl azad olunandan sonra o vaxt işğal altında olan digər rayonlara uğurlu əks hücumunuz mümkün olub. Cəbrayıldan sonra Azərbaycan Ordusunun Xocavənd rayonunun cənub kəndləri və strateji Hadrut qəsəbəsi istiqamətində hərbi əməliyyatlar keçirməsi üçün geniş imkanlar yaranıb. Üstəlik, Zəngilan, ondan sonra Qubadlı və Laçın rayonunun cənub hissəsi işğalçılardan azad edilib və Laçın dəhlizi Azərbaycanın nəzarətinə götürülüb.
Cəbrayıl rayonunun işğaldan azad edilməsi uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak edərək şəxsi igidlik və şücaət nümayiş etdirmiş Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 22797 hərbi qulluqçusu “Cəbrayılın azad olunmasına görə” medalı ilə təltif edilib. Cəbrayıl rayonu ərazisində yerləşən qədim Xudafərin körpüsünün düşməndən azad edilməsi və Müzəffər Ali Baş Komandan İlham Əliyevin bu körpüdə Azərbaycan bayrağını ucaltmasının böyük tarixi və siyasi əhəmiyyəti vardır. Buna görə də Azərbaycan xalqının 4 oktyabr tarixini bayram kimi qeyd etməyə tam haqqı çatır. Hazırda Azərbaycan xalqı tarixinin ən parlaq dövrlərindən birini yaşayır. Ölkənin bütün ərazisində suverenliyimiz tam təmin olunub. Qarabağda həyat yenidən dirçəlir, bölgənin siması sürətlə dəyişir. Cəmi 24 saatdan da az davam edən antiterror əməliyyatından sonra terror yuvaları dağıdılıb, qanunsuz və başıpozuq erməni quldur dəstələrinin fəaliyyətinə son qoyulub. Əminəm ki, Ermənistan özünün destruktiv siyasətindən əl çəksə, bölgəyə tezliklə sülh, əmin-amanlıq gələcək. Bu isə bütövlükdə regionun inkişafını stimullaşdıran faktora çevriləcək. Əgər Ermənistan özünün ənənəvi siyasətini davam etdirsə, bundan ən çox itirən yenə özü olacaq. Heç bir kənar faktor Azərbaycan xalqının tarixi qələbəsinə kölgə salmaq iqtidarında deyil”.

Millət vəkili Musa Qasımlı da Cəbrayıl şəhər günü ilə bağlı fikirlərini paylaşıb. Deputatın sözlərinə görə, Cəbrayıl şəhər günü ərəfəsində cənab Prezidentimiz İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın Cəbrayıl və Zəngilan şəhərlərinə səfərləri həm rəmzi məna daşıyır, həm də dövlət başçımızın müəyyənləşdirdiyi ümumi strateji xəttin həyata keçirilməsində vacib addımdır:

“Ona görə rəmzi məna daşıyır ki, dövlət müstəqilliyi bərpa edildikdən sonra xalqımız daim şəhər, rayon və kəndlərimizin işğal günlərini acıyaraq xatırlayıb, dədə-baba torpaqlarına nə vaxt qayıdacaqlarını düşünüblər. Bu milli istəyi yerinə yetirən Prezident İlham Əliyev tariximizdə ilk dəfə olaraq millətimizin həyatına bayram ovqatlı şəhər günlərini gətirib. Hər dəfə də şəhər günləri ərəfəsində həmin rayonlara səfər edir. Ona görə ümumi strateji xəttin tərkib hissəsidir ki, dövlət başçımız işğaldan azad edilmiş ərazilərin ən müasir şəkildə - "ağıllı kənd", "ağıllı şəhər" kimi qurulmasını, qeyri-neft sektorunun inkişafını irəli sürüb və bu iş planlı olaraq davam etdirilir. Araz Vadisi İqtisadi Zonası Sənaye Parkında bir neçə fabrik və zavodun təməlinin qoyulması, tam orta məktəbin, yeni su elektrik stansiyasının açılışı, yeni yaşayış massivinin, istirahət mərkəzinin tikintisi ilə tanışlıq həmin məqsədin yerinə yetirilməsinə yönəlib. Bu, eyni zamanda turizmin inkişafına imkanların açılması, yeni iş yerlərinin yaradılması və insanların rifahı deməkdir”.









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Gecə ərzində Rusiya üzərində 44 Ukrayna PUA-sı vurulub - KİV
Bu gün, 08:31
Bu parad həm də o demək idi ki... - SÖZARDI...
Bu gün, 08:27
Əliyevin ZƏFƏR YÜRÜŞÜ... - GƏLİŞMƏ
Bu gün, 08:24
Burda sığorta olundunsa... BATDIN! - ÖZBAŞINA QALIBLAR...
Bu gün, 08:20
ABŞ-nin ŞATDAUN QAYĞISI - Müzakirə davam edir...
Bu gün, 08:11
`Baku Electronics` mənşəyi bəlli olmayan məhsulları satır - Rəsmi qurumlar HARA BAXIR?
Bu gün, 08:09
Dövlət qurumlarında planlanan YENİ İXTİSAR DALĞASI - BELƏ HARA GEDİRİK?
Bu gün, 08:03
Keçmiş deputatın şirkəti XALQA QARŞI... - GİLEY
Bu gün, 07:59
Qalıcı sülh iradəsinin ehtişamı - Bahəddin Həzi yazır...
Bu gün, 07:45
Təhsildə Keyfiyyət Təminatı Agentliyinin KEYFİYYƏTSİZ İŞLƏRİ - NARAZILIQ VAR...
Bu gün, 07:36
Göygöl səhiyyəsində SAXTA TENDER HOQQASI - BU NƏDİ BELƏ?
Bu gün, 07:31
GDU nə idi ki... nəzdindəki də nəsə olsun... - İTTİHAM VAR...
Bu gün, 07:27
Hesablama Palatası sədrinin milyonçu qaynatası YANLIŞ HESAB APARDI VƏ... - TƏFƏRRÜAT
Bu gün, 07:07
Zəfər Günü dünyada və regionda yeni reallıqlar - İNCƏLƏMƏ
Bu gün, 07:01
Rusiya xarici işlər naziri postunda kimin olmasının əhəmiyyəti yoxdur - ONA GÖRƏ DƏ...
Bu gün, 06:57
AZTV-nin aparıcısı işini tərk edib dənizçi oldu - “Arzum gəmi kapitanı olmaqdır”
Bu gün, 06:54
"Xəstə kimi olmuşdum, görəsən, mənə nə demək istəyirdi" - Xalq artisti
Bu gün, 06:51
MİNLƏRLƏ CAN QURBAN OLDU... - Günün qutlu olsun, BAYRAĞIM!
Bu gün, 06:42
“Parad revanşistlərə xəbərdarlıq, dostlara isə güvən mesajıdır” - AKTUAL
Bu gün, 06:37
Əfqanıstandan çıxmaq alyansın ən böyük məğlubiyyəti idi - NATO-nun sabiq baş katibi
Bu gün, 06:34
Övladı əsgərliyə gedən DEPUTATLAR
Dünən, 11:00
İcra hakimiyyətinin binasına sərxoş vəziyyətdə girən şəxs həbs edildi - TƏFƏRRÜAT
Dünən, 10:58
"Azerbaijan Rigs" MMC auditor - SEÇİR
Dünən, 10:53
Ata ilə oğulun `ANA VƏTƏN` DAVASI... - AÇIQLAMA
Dünən, 10:49
Azərbaycandan sonra digər ölkələr də bu addımı atmağa başlayıb - bərpası mümkündürmü?
Dünən, 10:46
"Bəzi yerlərdə rusların sayı Ukrayna döyüşçülərindən 20 dəfə çoxdur..." - Hərbçi Pokrovskdakı vəziyyətdən danışır...
Dünən, 10:44
“Həmin zabit əsgərlərinə deyib ki, indi də gedirik bizdən incik Şuşanın könlünü almağa...” - xalq artisti
Dünən, 10:18
Tramp G20-nin Cənubi Afrikada keçirilməsini rüsvayçılıq adlandırdı - Heç bir ABŞ rəsmisi iştirak etməyəcək
Dünən, 10:11
Nazir müavininə yaxın şirkət Qubada bayram tədbiri keçirəcək - TƏFƏRRÜAT
Dünən, 10:06
Pokrovskun itirilməsi Ukrayna üçün fəlakət deyil, lakin...
Dünən, 09:44
Swiss Dent klinikası: Bura qəssabxanadır, yoxsa?.. - NARAZILIQ VAR...
Dünən, 09:42
Paşinyandan Qarabağ açıqlaması - Səhvə yol verdim
Dünən, 09:33
İşdən çıxarılan direktor Təhsil İdarəsini məhkəməyə verib - TƏFƏRRÜAT
Dünən, 09:31
Azərbaycan və Ermənistandakı partiyalar arasında görüşlər keçirilməlidir - Sərdar Cəlaloğlu
Dünən, 09:25
Üç qonşu ölkənin tale ortaqlığının uzunömürlü olması bir halda mümkündür - analitikin proqnozu
Dünən, 09:20
Geosiyasətdə yeni ünvan: Ağ Ev üzünü Azərbaycana çevirir - İNCƏLƏMƏ
Dünən, 09:18
Rusiya helikopterinin vurulmasına Prezident necə reaksiya vermişdi? - Nazir açıqladı
Dünən, 09:15
Vardanyanın Bakıdan sarsaq çağırışı - Maddəsi ağırlaşa bilər
Dünən, 09:13
Rusların Güney Qafqazdan qalma çabaları... - ZİBİLƏ DÜŞMÜŞÜK...
Dünən, 09:10
Paşinyan Göyçədən danışdı və... çaşdı - Bakıdan sərt cavab
Dünən, 08:59
“Dəmir İnşaat” MMC-nin vergi borcu yaranib
Dünən, 08:55
Aİ Rusiya və Çindən gələn dezinformasiya təhdidləri ilə mübarizə aparmaq üçün mərkəz yaradacaq - "The Guardian"
Dünən, 08:50
Qonşu ölkədə dollar kəskin bahalaşdı: Azərbaycanı nələr gözləyir? - BELƏ DAVAM EDƏRSƏ...
Dünən, 07:37
Heç bunu QARDAŞ QARDAŞA DA ETMƏZDİ... - AMMA...
Dünən, 07:34
Cəlilabadda təhsil sistemini KOLXOZA DÖNDƏRİBLƏR - BU NƏDİ BELƏ?
Dünən, 07:30
8 noyabra doğru "kiçik" addımlar... - MƏQALƏ
Dünən, 07:25
"220 manat pensiya ilə 5 nəfər dolanar?" - NAZİRƏ SUAL!
Dünən, 07:23
Vətən Savaşı qazisi 5 ildir haqqını ala bilmir - MƏHKƏMƏLƏRDƏ QALIB...
Dünən, 07:17
Əgər Qarabağ qaziləri də incidilirsə... - Siyəzəndə ETİRAZ VAR...
Dünən, 07:13
“Monqol əti” genetikamıza necə təsir edəcək? - “İnsan nə yeyirsə, odur”
Dünən, 07:01
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru