"Şikayətim "Kontak Home"dandır (adlarını çəkəndə diksinirəm)..." "DİA-AZ" xəbər verir ki, bunu "Müştəriyəm Şikayətim Var" sosial qrupundakı paylaşımında Leyla Zeynallı adlı istifadəçi yazır.
Narazı vətəndaş daha sonra bildirir: "Deməli, zülmlə geri qaytardığım... Dəfələrlə geri qaytarıram, dediyim... "Qaytarılma ilə bağlı sizinlə inzibatçı əlaqə saxlayacaq" deyilən məhsula görə 2 aydan sonra hüquqşünasları əlaqə saxlayıb ki, bəs sizin adınızda gecikmə var. Məsələni izah etmişəm. Əgər səs yazısı varsa, açıb qulaq asa bilərlər, öz hüquqşünasları dinlədikdən sonra mənə "siz təmamilə haqlısınız" deyib.
Ayın 31-i yığmışam ki, bəs qaytarılma həyata keçib? Xanım dedi ki, xeyr, məhsul adınızdadır. Xanıma israrla dedim ki, mənə rekvizitləri göndərin məhkəməyə müraciət edəcəyəm. Bir "borzı" da danışdı ki mənimlə. Birinci gün sizə (yanılmıramsa) akt göndəriləcək, edərsiniz müraciətinizi.
Hələ də heç nə gəlməyib.
Özləri gül kimi bilirlər ki, iş açılsa, uduzacaqlar. Uzada-uzada qalıblar.
Artıq 2 televiziya kanalına yazmışam, təsdiq gələn kimi gedib müsahibə verəcəyəm..."









