Rusiyadakı azərbaycanlılar təhlükədə .....                     Avtobuslar yenə də `dədə-baba yoluna` qayıdır? .....                     Ləğv olunmaq sırası AYB-yə çatıb? .....                     De sən öl, Həsən ağanın qohumuyam? .....                     Ərazimizi bərpa edib, Quterreşi Bakıya gətirdik… .....                     Paşinyan Aİ-yə üzvlükdən danışdı .....                     70 kiloqram qızılla yaxalanan azərbaycanlı KİMDİR? .....                     Ballistik raketdən istifadə: nüvə hücumu məşqi, yoxsa blef? .....                     İrəvan Bakıya Aİ missiyasının delimatasiya olunacaq ərazidə fəaliyyət göstərməməsini təklif edib .....                     "Bu gün niyə tez parlayanlar tez də sönürlər?" .....                     6 ay Bako Saakyanın villasında qalmış “Sərxan” kod adlı erməni İrəvanda... .....                     Rusiya nüvə silahından istifadə edəcək .....                     Həftəsonu quru sərhədlər AÇILIR? .....                     Dövlət qurumu 13 milyon manatlıq tibbi avadalıqlar aldı .....                     4 rayon və 1 şəhərdə köçkünlərin binaları təmir olunacaq .....                     “Etirazlar olsa, interneti tamamilə söndürəcəyik” .....                     Qaradağda ədliyyə işçilərinin peşə bayramı qeyd edildi .....                     Lüksemburq Nümayəndələr Palatası Fransanın "züy tutanı"dır... .....                     “Sülhlə bağlı Vaşinqtonun yanaşmasında dəyişikliklər gözlənilir” .....                     Məhkəmə Mərkəzi Bankın “Mobilex” şirkətinə qarşı iddiasını təmin etmədi .....                     Keçmiş direktor Bakı şəhər Mədəniyyət Baş İdarəsini nədə ittiham edir? .....                     Azərbaycanlı hərbçi 2 ay əvvəl həlak olubmuş .....                     ABŞ-da Nyu-York birjasını partlatmaq istəyən şəxs saxlanılıb .....                     Leyla Əliyevanın iştirakı ilə Bakıda növbəti ağacəkmə aksiyası keçirilib .....                     Mətbuat katibinin qızı YÖS imtahanında I oldu .....                     “Huner Group” MMC-nin direktoru dəyişdirilib .....                     “Baktelekom” və “Aztelekom” əməkdaşlarını 270, Mərkəzi Bank isə 528 manata sığortalayır .....                     Gəncənin yollarını 10 milyon manata bu şirkət .....                     Bakı həbsxanasında .....                     Mingəçevirdə muzey direktoru vəzifəsindən azad olundu .....                     Həmin rəislər hakim qarşısına çıxarılır .....                     Ramiz Mehdiyevin kürəkəni Azərbaycan məhkəməsini “dubinka”ya çevirib .....                     FHN 57 min manata mənzil təmir edir: “Baku Buildinq”i nazirliyə bağlayan nədir? .....                     “Bakcell”in təşkilatçılığı ilə “Süni İntellektlə Dayanıqlılıq” mövzusunda panel müzakirəsi keçirilib .....                     “Baku Elektroniks”dən “Black Friday”də televizor aldı... VƏ... .....                     Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyasının .....                     Məhkəmə dəhlizlərində azıb qalan “Unibank”... .....                     Berbok Bakıdadır: Əvvəlki incikliklər isə geridə... .....                     Prezident ədliyyə naziri ilə bağlı SƏRƏNCAM VERDİ .....                     Bu il azərbaycanlılar Türkiyədə 7,2 milyon dollar sərmayə ilə .....                 

"Problemlərim çoxdur, yazsam 1 kitab edər" - Azərbaycanın 17 yaşlı ilk qazisi rəsmi qurumlardan şikayətçidir
Tarix: 28-08-2024, 12:23 | Çap et
"Problemlərim çoxdur, yazsam 1 kitab edər"
Azərbaycan Respublikasinin 17 yaşli ilk qazisi, Masazır qəsəbəsi, “Qurtuluş-93” yaşayış massivi, bina 62, ev 16-da yaşayan Qarabağ müharibəsi əlili, “Pak-İz”-MMC-nin təsisçisi Qasımov Vüqar Əliyar oğlu tərəfindən Hürriyyet.az saytı redaksiyasına şikayət məktubu daxil olub. Şikayətçi saytımız vasitəsilə Prezident İlham Əliyevə müraciət ünvanlayıb. Həmin məktubu olduğu kimi dərc edirik:

"Möhtərəm Prezident, cənab Ali Baş Komandan!

Mən bəzi məmurların vəzifə səlahiyyətlərindən istifadə edərək xalqın, o cümlədən bir müharibə əlilinin başına açdıqları haqsızlıqlardan, ədalətsizlikdən təsirlənərək şəxsən Sizə müraciət etmək qərarına gəldim.

Məlumat üçün qısa olsa da özüm haqqında aşağıdakıları bildirirəm:

Hazırda 49 yaşım var, Naxçıvan MR-nın Culfa şəhərində doğulmuşam. 16 yaşında 1-ci Qarabağ müharibəsinə könüllü qatılmışam və 1992-1993-cü illərdə 863 saylı taborun sıralarında AR-nın ərazi bütövlüyü uğrunda gedən döyüş əməliyyatlarında (Ağdam rayonu ərazisində) iştirak etmişəm. 3 dəfə yaralanmışam. 27 aprel 1993-cü ildə düşmən minasının partlaması nəticəsində çoxsaylı qəlpə yaralanmasına məruz qalmışam. Nəticədə düz bir il ölüm-qalım savaşı vermişəm. Əgər Ulu Öndər Heydər Əliyevin şəxsi köməkliyi, qayğısı olmasaydı, yəni İran İslam Respublikasında müalicə olunmağıma göstəriş verməsəydi, yəqin ki, mən 17 yaşım tamam olmadan dünyamı dəyişəcəkdim. Bu gün mən həyatda olduğum üçün ona borcluyam. Çünki mən Heydər Əliyevin əsgəri olmuşam. Onun Vətən uğrunda vuruşan əsgərlərə göstərdiyi atalıq qayğısını görmüşəm. Allah Ulu Öndərə rəhmət etsin. O, məni müalicə üçün İrana göndərəndə sağ qalmaq ehtimalım demək olar ki, sıfıra bərabər idi. Çünki mina qəlpələri ayaqlarımın, baldırlarımın ətlərini məhv etmişdi, sümüklərim görünürdü, bağırsaqlarım çölə tökülmüşdü. İrandakı cərrahların səyi nəticəsində bədənimin müəyyən yerlərindən ətlər götürülərək zədələnmiş əzalarım bərpa edildi. Bunun üçün mən dəfələrlə, saatlarla cərrah bıçağı altında qaldım və nəticədə tam olmasa da, nisbətən sağalaraq həyata qayıtdım. Bir sözlə, ölkə başçısı mərhum Heydər Əliyev başda olmaqla bütün xeyirxah, vətənpərvər insanların diqqəti, qayğısı sayəsində ölmədim, Allah mənə ikinci həyat bəxş etdi. Bu yolda ailəm olmazın əziyyətini çəkdi. Valideynlərim 17 yaşlı yataq xəstəsinə çevrilmiş oğlanlarının dərdinə dözməyərək həyatdan cavan köçdülər, üç azyaşlı qardaş və bacılarımı yaralı vücudla böyütmək mənim öhdəmə düşdü. Fiziki iş görməkdən məhrum olduğum üçün kiçik bizneslə, yəni tikinti materiallarının alqı-satqısı ilə məşğul olmağı qərara aldım. Culfa camaatı kimi Culfa-İran arasında olan gömrük ərazisindən alver etməyə qoşulub, 4 ay müddətində işlədim. 1996-cı ilin sentyabr ayının 27-si İran Respublikasına apardığım 20 000ABŞ dollarıbdəyərində malın İran ərazisinə qanuni girməsinə baxmayaraq, malları müsadirə adı ilə bir idarəyə aparıldım. İzahat yazaraq pulun qanuni gətirildiyini desəm də, məni həbs etdilər. Heç nə anlamırdım. Qaranlıq bir otaqda məni ölümlə təhdid edərək, hətta başıma torba keçirib asmaq kimi təhdidlərlə məni qorxudurdular. Fikirləri məni İrana casusluq etdirmək idi. Mən qəti şəkildə təklifi rədd edərək, öldürün məni deyirdim. 40 gün onların təcridxanasında qaldm. Tanıdığım İran vətəndaşı mənimlə görüş istədi və mən onunla görüşümdə başqa bir çıxış yolum olmadığını və bizim Culfadan bunlarla əməkdaşlıq edən adamların şəxsiyyət vəsiqələrini göstərərək məni razı salmağa çalışdılar. Mən bir hiylə işlədərək həbs qoyulan malların mənə qaytarılmasını tələb etdim. O danışıqlar zamanı hiss etdim ki, mənim döyüşçü olduğumu kimsə deyib və onların mənə verəcəkləri tapşırıqların öhdəsindən gələcəyimə inandıqlarını söyləyiblər. Onlar mənə vəd edirdilər ki, həm mənim pul qazanmağıma köməklik göstərəcək, həm də həbs etdikləri malları da mənə qaytaracaqlar. Mən onları inandırdım ki, borclu olduğum adamlar mənim evimə gedib hay salıb, mənim harda olduğumu soruşurlar və ailəmə əziyyət verirlər. Odur ki, mallar qalsın sizdə mən gedib borclu olduğum insanlarla danışıq aparım və yenə qayıdım gəlim. Bununla da onları 20 000$ dəyərdən imtina etməyəcəyimə inandırdım. O zaman həmin pula nəinki Culfa, Bakıda 4 mənzil almaq mümkün idi. Onlar əgər qayıtmasam məni gecə gəlib evimizdən zorla aparacaqlarını söylədilər. İranda qalma müddəti 15 gün olan buraxılış vəsiqəsi ilə mənim isə burda 43 gün qaldığımı və məni yenə də İran sərhəddində saxlayacaqlarını bildirdim. Məni gəlib İran sərhəddindən yola saldılar. Bizim tərəfə keçib və cibimdəki az miqdardakı pul ilə taksi tutub birbaşa evə girmədən aeroporta gəlib Bakıya getdim. Pulsuz vəziyyətdə Nəsimi bazarında yeməkxanalarda gecələyərək 3 ay orada qaldım. Həmin vaxt Ordubadda olan bir iş adamı mənim müharibədə yaralandığımı öyrənərək Nəsimi bazarındakı obyektində otaq ayırıb mənə sahib çıxdı. Başıma gələnləri tək ona deyərək düşdüyüm durumu izah etdim, sonra ev ilə əlaqə saxladım və ordubadlı bir iş adamının yanında olduğumu dedim. 1999-cu ilə kimi borclu olduğum insanlar məni və ailəmi çox incitdilər. Polis və prokurorluq orqanlarına şikayət edərək məni incidirdilər. İranda başıma gələn hadisəni heç kimə deyə bilmirdim. Çünki borclu olduğum insanlara o pullar lazım idi.

Ordubadlı iş adamı olan mötəbər insan Əlövsət müəllimin köməkliyi ilə 1999-cu ildə borclarımı bağlaya bildim. Amma yenə də müharibə əlilliyimi ala bimirdim. Prezident Administrasiyasına gedərək Ulu Öndərin qəbuluna yazılmaq istədim. Məni qəbul edən şəxsə bu işi ancaq və ancaq Ulu Öndər həll edə bilər və məni də şəxsən tanıyır dedim. Prezidentin hərbi işlər üzrə müşavirinin qəbuluna yazdılar və qəbul etdi. Yaralandığımı və azyaşlı olduğum üçün mənə hərbi əlillik dərəcəsinin verilmədiyini və bu günkü günə kimi maddi dəstək olunmadığını və Ulu Öndərin Naxçıvandan gedəndən sonra mənə heç bir qayğı olmadığını bildirdim. Sağ olsun o, məsələni nəzarətə götürüb həll etdi. 6 il sonra təqaüd almağa başladım. Həmin ili Nəsimi RİH başçısı Tahir Əliyev mənə köşk yeri ayrılması haqda sənədləşmə və ya ayrılması haqda sərəncam verdi. Atamın və anamın istəyi ilə rayona qayıtdım. Atam və anam artıq xəstə idilər. Atam həmin il gənc vəfat etdi. Sonra isə anam rəhmətə getdi. Məndən balaca olan qardaşım və bacılarımın toyu olmamışdı. Ata əvəzi olaraq bu vəzifəni yerinə yetirməli idim. 2001-ci ildə kirayə verdiyim köşkü, Culfa Gömrük keçid məntəqəsində ticarət obyektimi 2003-cü ldə sökdülər. Həm əziyyətlə və alın təri ilə qazanıb, yetimlərin gələcəkləri üçün valideyn vəzifələrini, həm də dolanışıq üçün məcburi ağır fiziki işlərə qatlanırdım. Çünki İranla bağlı heç bir alveri ağlıma gətirmirdim. Məni öz niyyətlərinə ram edə bilməyən fars molla rejimi əfsuslar olsun ki, başqa hərbi və əlil olmuş şəxsləri öz niyyətlərinə, casusluq etməyə razı sala bilmişdilər. Sonra belələri dövlətimiz tərəfindən ifşa olunaraq vətənə xəyanət maddəsi ilə məhkum olundular.

Az sonra müharibə əlili kimi mənə Naxçıvanda ev verildi. Çünki 6 nəfərdən ibarət olan ailəmiz Culfa şəhərində 1 otaqlı mənzildə yaşayırdı. Həmin ərəfədə maddi durumum xeyli yaxşılaşdı və mən halal qazancım ilə sahibkarlıq fəaliyyətimi genişləndirmək üçün satılan bir neçə obyekt aldım və əvvəllər olduğu kimi tikinti materiallarının satışını bir az da genişləndirdim. Bunu görən Naxçıvanın o vaxtkı quldur məmurları üzərimə ayaqlandılar. 2015-ci ildə Naxçıvanın standartlaşdırma və patent idarəsinin rəisi Malik adlı şəxs sertifikat, əmtəə nişanı, mağaza adı almaq bəhanəsi ilə məndən 150 min manat tələb etdi. Əks təqdirdə Malik, yəni onun istədiyi məbləğ verilməsəydi mənim sahibkarlıq fəaliyyətimin ləğv olunacağı və biznes obyektlərimin söküləcəyi ilə hədələdi. Bu isə mənim, ailəmin məhvi demək idi. Qarşımda 2 yol qalırdı - ya onlara müqavimət göstərməli, ya da həyatda yaşamaq üçün dövlət məmuru Malikə 150 min manat verməli idim.

1-ci variant mənim məğlubiyyətimlə nəticələnəcəkdi. Çünki Malik mənə qarşı təzyiqi özbaşına göstərmirdi. Onun arxasında Naxçıvan xanı Vasif Talıbov və digər əlaltılar, yəni polis, icra hakimiyyəti kimi qüvvələr vardı. Əgər mən narazılıq etsəydim yaxın yerim türmə, uzaq yerim qəbiristanlıq ola bilərdi. Eləcə də nələrim vardısa əlimdən alınardı. Bunun üçün onların mexanizmi vardı, elə oyunlar qururdular ki, sən tam hövsələdən çıxasan, icra hakimiyyətini təhqir edəsən, polisə müqavimət göstərib, dövləti pisləyəsən. Bu da onlara imkan verirdi ki, guya mən dövləti pisləyib, ölkə prezidentinin adına ləkə vururam kimi, qələmə verilim. Lakin mən onların istədikləri variantı seçmədim. Çünki mən Qazi – Heydər Əliyevin əsgəri idim. Rüşvətxor məmurlar isə məni belə bir hərəkətə yol verməyə sövq edirdilər ki, ölkə prezidentinin xalq, millət arasındakı etibarına mənim adımdan ləkə vurulsun. Odur ki, mən Naxçıvandakı hər iki evimi, Bakıda yoldaşımın adına olan evi “Atra” banka girov qoyub Malikin tələb etdiyi 150 min manatı götürüb ona verdim. Məhz bundan sonra Malikin üzü güldü və mənə dedi ki, “get işlə, daha səninlə heç kimin işi olmayacaq”.

Ancaq Malikin verdiyi vəd cəmi 3 ay sürdü. Yəni 3 aydan sonra mənim mağazamın qapı və pəncərələri hörüldü və bildirildi ki, sahibkar kimi içəri girməyə ixtiyarım çatmır. Mən yenidən haray saldım, 2 gün öncə H.Əliyevin sahibkarlarla görüşündəki çıxışını onlara xatırlatdım. H.Əliyev çıxışında vurğulayırdı ki, “sahibkarlara ilişmək, maneə törətmək Vətənə xəyanətə bərabərdir”.

Naxçıvanın rüşvətxor məmurları mənim dediyim sözlərə gülüb dedilər ki, hara, kimə istəyirsən şikayət elə. O zaman mən anladım ki, Vasif Talıbovun göstərişi ilə Naxçıvanda hər bir sahə monopoliyaya çevrilib, yəni hamı bir nəfər üçün işləməlidir. Və bu rüşvətxorların hətta onlara etimad göstərən, vəzifələr verən ölkə prezidentinə də heç bir sayğıları qalmayıb.

4 il keçdi. Nəhayət, 2018-ci ildə mənə mağazanın içərisindəki malları götürmək izni verildi. Mən oradakı 400000 manatlıq maldan cəmi 9000 manatını çıxara bildim. Qalan mallar artıq xarab olub, satışa yararsız hala düşmüşdü. O zaman başa düşdüm, anladım ki, alqı-satqı ilə məşğul olanlara, yəni alınıb üzərinə əlavə qazanc qoyanlara əmtəə nişanı və digər sənədlər lazım deyilmiş. Belə sənədlər böyük şirkətlərin brendlərini qorumaq üçündür, daha xırda sahibkara yox. Əslində bu, mənə qarşı qurulmuş tələ, oyun idi ki, mən onların tələb etdikləri pulu ödəyə bilməyib mağazanı xoşluqla bağlayım. Amma mən həmin pulu ödədim, fəaliyyətimi davam etdirdim. Bu da öz növbəsində tikinti materiallarının satışı ilə məşğul olan inhisarlara mane olurdu. Ona görə də 3 aydan sonra mağazamı bağlayıb, obyekti mühafizə polislərinə tapşırdılar. Amma qurduqları oyunlar haqqında mənə heç nə bildirmədilər, nəticədə məni bilə-bilə müflis edib böyük borclarla qarşı-qarşıya qoydular.

2016-cı ilin aprelində baş vermiş müharibəyə qatılmaq istəyəndə hamı mənə deyirdi ki, “sən 1-ci Qarabağ müharibəsində sağlamlığını itirdin, Vətən uğrunda canından keçdin, ancaq qiymətini verən olmadı. Nəyin vardı əlindən alıb müflis etdilər. İndi sən yenə də prezidenti, onun siyasətini dəstəkləmək, döyüşmək fikrindəsən?” Mən nə qədər çalışıb, izahat vermək istəsəm də, heç kim qəlbi yaralı, torpağı parçalanmış bir qazini dinləmək istəmədi. Onlar mənim gözlərimdəki Vətən yanğısını görmədilər. Onlar başa düşmədilər ki, mən Vətən, Torpaq uğrunda bütün var-dövlətimi qurban verməyə hazıram, təki Azərbaycan yaşasın, prezidentimin xalq qarşısında başı uca olsun. Qalan məsələlər, yəni “bulanıq suda balıq tutanlar” bir gün bəlli olacaq, cəzalarını çəkəcəklər. Həmin gün, bu gündür. Artıq naxçıvanlıları daim yumruq, zillət altında saxlayanlar məhşər ayağına çəkilirlər, həbs olunurlar. Onlara heç nə, hətta yığdıqları pullar da kömək etməyəcək və on illərlə ailələrindən təcrid olunmuş, tikanlı məftillər arxasında şərəfsiz həyat yaşayacaqlar. Mən isə kasıb olsam da, yaralı bədənim, yaralı ürəyimlə bu gün həyatdayam. Onlar məndən evlərimi, ticarət obyektlərimi alsalar da, qürurumu, şərəfimi, namusumu ala bilmədilər. Allaha şükürlər olsun ki, kirayə yaşasam da, bəzi borclarım olsa da, ailəmin başı üstündəyəm, bacı-qardaşlarımın arasındayam, övladlarımıza ali təhsil verərək gələcək Azərbaycan üçün xeyirli insanlar yetişdirməklə məşğul oluram.

Möhtərəm Prezident!

Məni erməni güllələri, düşmən minası məhv edə bilmədi. Yenə də vurğulayıram ki, sağ olsun Heydər Əliyev kimi kişi. O, dar günümdə mənə dayaq durdu, müalicə etdirib həyata qaytardı. Bu, prezident tərəfindən olduqca böyük diqqət, kömək və xeyirxahlıq idi. Görünəni odur ki, Ulu Öndər mənim Vətən, Dövlət naminə xidmətlərimə doğru-düzgün qiymət vermişdi. Naxçıvan MR-nın rəhbərliyi, məmurlar isə Heydər Əliyev kimi şəxsiyyətin qiymətləndirdiyi 17 yaşlı Qarabağ müharibəsi əlilini məhv etdilər, müflis halına saldılar. Malik adlı məmur mənə evlərimi banka girov qoydurub 150000 manatımı əlimdən aldı. Halbuki, onun tələb etdiyi sənədlər mənə lazım deyildi. Bu az imiş kimi, Culfa Rayon İcra Hakimiyyəti tərəfindən qərar çıxarılıb ticarət obyektlərim sökdürüldü, nəticədə faydası ilə birlikdə mənə 2 milyon 800 min manatdan yuxarı maddi ziyan vuruldu. Artıq mən bu işdə cavabdeh olan Culfa RİH-ni Naxçıvan MR-nın İqtisad Məhkəməsinə vermişəm. 18 aydır ki, məhkəmədə araşdırma aparılır. Amma heç bir qərar qəbul edilmir, sözsüz ki, “nədənsə”.

Mən haqqımı tələb edirəm. Mənə ziyan vuranlar bu gün həyatdadırlar. Hamısı da yüksək səviyyədə yaşayırlar. Onlar mənim kimi zəhmətkeşlərin pullarını mənimsəyərək özlərinə dəbdəbəli evlər tikiblər, yaxınlarının adlarına biznes obyektləri açıblar. Hər şey də göz qabağındadır. İqtisad Məhkəməsi sədrinin bütün bunlardan yaxşı xəbəri var. Amma məsələ onlara toxunanda sədr susmağa üstünlük verir, mənim haqlı iddiamla əlaqədar az qala 2 ildir ki, qərar qəbul etmir.

Odur ki, məcburiyyət qarşısında qalaraq şəxsən Sizə müraciət etməli oldum ki, haqq və hüquqlarımın qorunmasında mənə yardımçı olasınız.

Möhtərəm Prezident!

Ərz etdiyim kimi, Naxçıvanda başıma açılan oyunlardan bezib 2016-cı ildə Bakıya köçmüşəm. Hər şeyə sıfırdan başlamışam. 3 ildən sonra əlimdə topladığım sərmayə və bankdan götürdüyüm kredit hesabına Sumqayıtda “PAK-İZ MMC” müəssisəsi təsis etmişəm. Fəaliyyətimiz paslanmayan metaldan yarımfabrikat məmulat (120x120 kvadrat) istehsal edib satmaq idi. Bunun üçün biznes planı hazırlayıb İqtisadiyyat Nazirliyindən Sahibkarlığa Dəstək “TƏŞVİQ” fonduna verdim. Bizi 7 illik mənfəət, vergi və əmlak vergisindən azad etdilər. Hazır məhsulu Rusiya, Ukrayna və ölkə daxilindəki müştərilərə satmalı idik. İstehsala başlamaq ərəfəsində pandemiya, daha sonra Rusiya-Ukrayna müharibəsi baş verdi. Buna baxmayaraq biz artıq 100 ton məhsul istehsal etmişdik. Bu sahədə əsas istehlakçı olan Hindistan və Çin öz ölkələrinə bu məmulatın idxalına çoxlu vergi qoymuşdu.

İqtisadiyyat Nazirliyinə verdiyimiz biznes planımızda yarımməmulatların hazır məhsul, yəni paslanmaz fitinq və paslanmaz flanş qeyd etməmişdik. Yarım məmulat fasiləsiz oksigenlə təması olmayan və xüsusi analizlə əldə olunur. Məcbur olduq ki, planımızdan əlavə olaraq flanş və fitinq istehsal edək. Bunun üçün xüsusi dəzgahlara ehtiyacımız var idi. Fəaliyyət göstərib əldə etdiyimizi il ərzində almağımızı düşündük. Hətta yoxlamaq üçün Sumqayıt Sənaye Parkı olan STP-yə hazır detal verib nümunə hazırladıb test etdik və standartlara uyğun hazır flanş hazırladıq. Bu işləri görmək üçün Banklardan 800000 manat kredit və yenə də çoxlu borc aldım. Planlarımız işləyə-işləyə dəzgahları almaq idi. STP-də hazırladığımız hazır məhsulun xidmət haqqı baha olduğu üçün Hindistan və Çin istehsalı olan flanş-fitinqə rəqabət apara bilməməyimdir. Ancaq mənim istehsalım olan yarımməmulatı daxili bazarda son detal hazırlayan fabriklərin olmaması və qonşu dövlətlərdə də bu fabriklər olmadığı üçün sata bilmədik. Ancaq vergi idarəsi mənim işçilərimə aylıq maaşların minimum 1000 manat olmasını səbəb olaraq dedilər. Xarici mühəndislər 1 il ərzində bu işçiləri öyrədib və bunları işdən azad etmədiyim üçün şirkətimizin vergidən yayınması kimi kameral vergi cəriməsi tətbiq edərək hesabımız bloklandı. Şirkətimiz büdcə daxil olma - vergilərin tədarükçiləri əvəzində 5% vergisini, şirkətlərdən aldığımız qırıntıların 18% ƏDV-ni həmişə dövlət büdcəsinə köçürmüşdür. Şirkətimiz işçi əmək haqlarına görə əmək haqqına 1200 manat əlavə olaraq işçi sosial sığortasını ödəyərək 18% olan ƏDV-sini əvəzlə sildirmə etməyərək qanuni fəaliyyət göstərib. Həmişə hər il sonu verginin bizim şirkətə borcu yaranıb. Keçən il bizim şirkəti risk qrupuna əlavə edərək hesabımızı bağlayaraq “PAŞA Bank”dan götürdüyümüz kreditin ödənilməsinə maneə törədildi. 3 ay bizim hesab bağlandığından krediti ödəyə bilmədiyimiz üçün 500000 manat kreditin aylıq 380000 manatını vaxtında ödəyirdik. Buna baxmayaraq, əfsuslar olsun ki, Bank sistemində riskli şirkət kimi tanındıq. Riskli şirkətlərin yoxlanılması üçün pəncərədən vöen nömrəsini yoxlayıb qırıntı qəbul edirdik. Başqa yoxlama riskli olduğu üçün bizə yenə də cərimə tətbiq olundu.

Bu il də 4 ay bizə kameral vergi tətbiq edərək 205000 manat cərimə etdilər. Borclarıma görə stress keçirərək psixoloji duruma düşüb mini-infarkt keçirdim. Vergi xidməti ilə məktublaşdıq və ən son fəaliyyətimizi dayandıracağımızı bildirdik. Mənə, “borclu olduğun vətəndaşlar sənə 50000 versinlər və sən də fəaliyyətini davam etdir” kimi “məsləhət” verdilər. Mən ancaq rüşvət verməyəcəyimizi və son qərarı gözləyəcəyimizi qət etdim. Nəhayət, bizə səhv cərimə yazıldığı haqda məktub göndərdilər. Bu necə olur? Bu səhvlər keçən il və bu il ərzində 7, 8 ay işləməməyim, işçi və icarə haqları üçün əlimdə olan vəsaitin tükənməsinə səbəb oldu. Hələ bankda faizin çoxalmasını demirəm. Qeyd edim ki, mən biznesimə arxayın olaraq Türkiyə Respublikasında övladlarım həkimlik və kompüter mühəndisliyi üzrə təhsil alırlar. Adıma olan bank kartından kredit götürdüyüm üçün hər ay aldığım əlillik müavinətini faiz borcuna çıxırlar. Məni niyə belə məmurların cəzalandırması gözləyir? Və yaxud mən hansı rəqibim olan hansısa bir fabrikin rəhbərlərinin sifarişi ilə cəzalandırılıram? Paslanmaz əritmə-qırıntıdan birbaşa hazır məhsul etmək çox çətin bir sahədir və buna təcrübə vaxtı və maliyyə vəsaiti sərf etmişəm.

Paslanmaz flanş və fitinq istehsal etməyimiz üçün müasir forma dəzgah və müasir əlavə dəzgahlara ehtiyacımız var. Bu istehsalın tamamlanması üçün bir milyon altı yüz min manata ehtiyacım var. Pandemiya dövrü kiraladığım, hər ay kirası olan 5000 manatı ödədim və hər hansı bir dövlət qurumları tərəfindən təyin olunan subsidiyalar mənə verilmədi. Dövlət tərəfindən Sahibkarlığa Dəstək Fondu tərəfindən aşağı faizli uzun müddətli kredit üçün müraciət etdim, yenə də mənə verilmədi. Ancaq başqa sahələrə verildi və o sahələr də özünü doğrultmadı. Mənim əmlaklarımın sökülməsi və evlərimin zorla əlimdən alınması, hüquqlarımın pozulmasına görə Naxçıvan MR-nın inzibati məhkəməsində 18 aydır ki, bu proses yubadılır və mənə vurulmuş ziyan ödənilmir. Halbuki həmin ziyan mənə ödənilərsə işlərimi öz vəsaitim hesabına tamamlaya bilərəm.

Həmişə İqtisadiyyat Nazirliyinin Sahibkarları ilə görüşəndə, ölkəmizin xarici istehsalçılardan asılılığı hər dəfə gündəmə gələndə bizim dövlət qaz, işıq və bu kimi enerjilərin qiymətinin aşağı olması, istehsal üçün maya dəyəri aşağı olan məhsulu istehsal edərək xarici dövlətlərdəki istehlakçılarla rəqabət etmək mümkündür. Azərbaycanımızın strateji coğrafiyası da buna imkan verir. Avropa ilə Asiya arasında tranzit daşımaçılıqlarda aşağı maliyyətlərə şərait yoxdur. Ölkəmizdə neft və qaz çıxarılması sahəsində paslanmaz fitinq və flanş ehtiyacına köməklik edə bilərik.

2019-cu ildə kirayə götürdüyümüz Məişət tullantıları MMC-nin ərazisində boş torpağı 10 illik müqavilənin bitməsinə 5 il qalır. Mən hələ də əvvəldə qeyd etdiyim kimi süni maneələrin qurbanı olaraq son məhsul istehsalını tamamlaya bilməmişəm və kirayə götürdüyüm əraziyə 6 milyon manat maliyyə sərf olunub.

2 il bundan öncə “Xalq Bank”ın baş direktoru Asim müəllimin sifarişi ilə MMC-ə borcum var deyə fəaliyyətim və elektrikimi kəsərək məndən zorla 150000 manat alaraq ona verdilər. İndi fikirləşirəm ki, mənim və şirkətimin aqibəti kiminsə iki dodağı arasındadır. Mənim neçə illik əziyyətim və sərmayəm təhlükə altındadır.

Maraqlandım ki, həmin ərazi Dövlət Əmlakı İdarəsinin balansındadır. Odur ki, mənim xərclərimin danılmaması üçün Rezidentlik verilməsini xahiş edirəm. Bu gün vergi problemləri ilə fəaliyyətimin zəifləməsindən istifadə edən yer sahibi 10000 kV-lıq olan elektriki bizə xəbər etmədən 15 günlə dayandırır və əmlakımızın əlimizdən alınacağı haqda təhdidlər edir. Problemlərim çoxdur, yazsam 1 kitab edər. İndi mən nə edim? Axı mənim nə günahım var?

Artıq 49 yaşındayam, 3 övladım var. Ermənilərlə döyüşüb 17 yaşımda əlil olmuşam. 17 yaşımdan bu günə kimi dövlət başçımızın etimadını qazanmışam.

Əgər mənə bu işlərimdə yaxından köməklik göstərsəniz 100-ə yaxın işçi və çox səxavətli istehsal sahəsi kimi fəaliyyət göstərərək həm dövlətimizə, həm də istehsalçı olaraq daxili tələbləri həyata keçirə bilərik.

Açığı gizlincə həm dövlətdən oğurluq edən, dövlət başçımıza xəyanət edən məmurların hədəfi olmuşam. Ancaq acı bir tale və yaxud ona layiq bir qazi kimi mücadilə aparmışam. 32 il məni ən pis ümidsizliyə vadar ediblər. Ancaq Vətənə və cənab Prezidentə sadiqliyim, olan qürurumu ala biməyiblər. Sizdən xahişim bu problemlərin tam həlli üçün birbaşa nəzarətə götürməyinizdir. Problemlərin həlli hər hansı bir icraat üçün göndərən şöbə müdirinin səlahiyyətində deyil. Sizdən xahiş edirəm bir oğlunuz, bir qardaşınız hesab edib əlil kimi mənə bu işlərimdə köməklik göstərəsiniz. İstehsalı ağır olan bu sahə mənim iradəli, enerjili bir insan olmağımı sübut edir.

Mən bu məmurların mənə qarşı yaratdığı süni fəndlərə qarşı artıq tab gətirə bilmirəm və sabah da başıma hansısa oyun gətirəcəklərindən xəbərim yoxdur. Artıq taqətim qalmayıb. Məcbur olaraq şirkətin 33% pay hissəsini satıb ancaq bu işləri qurmaq, yaratmaq və ərsəyə gətirmək üçün 20 yaxın xarici mütəxəssislər gətirilməsinə və özümün isə aylarla xarici ölkələrə səfərlərim üçün çoxlu maliyyə vəsaiti xərcləmişəm.

Ancaq və ancaq məni necə tələyə salacaqlarından çəkinirəm. Mənə elə gəlir ki, bizim şirkəti izləyirlər. Çünki xaricə ixrac olan kimi satışdan gələcək pul vanksakı hesaba oturmamış kameral vergi borcu və başqa idarələr bir hiylə və süni fənd işlədərək məni nokaut edirlər. Düşünürəm ki, artıq bunlar peşəkar, təcrübəli bir məmur dəstəsidir. Həm dövlətdən, həm də sahibkarları məcbur edərək tələyə salıb pul qazanırlar. Şirkətə yazılan qeyri-qanuni cərimələri ödədib dövlətin yanında özlərini yaxşı edirlər. Ya da qıraqdan rüşvət alıb həmin cəriməni silib özləri qazanırlar. Yetəri qədər mənə təklif etsələr də mən həmin rüşvət təklifini rədd etmişəm. Yəni onlara pul vermədim, borcun silinməsi üçün şikayət etdik, ən son 3 aydan sonra bizə bildirdilər ki, səhv cərimə vurulub. Nəhayət, satış üzrə ixracdan gələn malın pulunu 3 ay ərzində kirayə və işçilərə maaş verdik. Bu da sonumuz oldu. Şirkətin bir balaca pulu var idi, onu da müflisləşdirdilər. Keçən ildə belə bir oyun qurdular. Bu gün aylar üzrə kira və işçi, həm banka olan və tədarükçülərə olan borca görə işləyə bilmirəm.

Borc pul tapıb işə qoysam da, ancaq süni yaradılmış cərimələrə və mənə kəsilən xüsusi cəzalara xərcləndi.

Məmurların mənə qarşı hədəflədiyi nişangahdan yayına bilmirəm. Mənə hansı köməklik oluna bilər ki, onların nişangahına tuş gəlməyim və mənə bir daha yaxınlaşa bilməsinlər.

Hədəfim istehsal edib daxili bazarın ehtiyaclarını ödəyəndən sonra xaricə ixracla məşğul olmaqdır. Çünki bu, həm keyfiyyət baxımından, həm də ki, xarici standartlara cavab verə bilən və çox məsuliyyətli bir istehsal sahəsi olduğu üçün heç kim bu ağır sahə üzrə yatırım etməyib. Yerli sahibkarlar harada rahat pul qazanmaq istehsalı varsa, o işlə məşğul olurlar. Odur ki, mənə dövlət dəstəyi göstərmənizi xahiş edirəm. Onun-bunun qazancına göz dikən məmurlardan yayınmaq çətin məsələdir.

Qeyd etdiyim kimi, Azərbaycanla qonşu olan ölkələrdə paslanmaz fitinq, finans, mufta, dirsək istehsal edən bir şirkətlər yoxdur. Belə detallar yalnız Hindistan və Çindən idxal olunur.

Mən indiyə kimi bizneslə məşğul olub vergi, digər dövlət büdcə yığılmalarını ödəmişəm. Bir əlil kimi Dövlətə yük olmamışam. Müalicə və digər problemlərimin həlli üçün heç bir dövlət orqanlarına müraciət etməmişəm. Bu gün də dövlətə yük olmamaq üçün xahişim odur ki, köhnə Naxçıvan Xan komandası və o biri məmurların mənə qarşı xüsusi plan tapşırıqlar nəticəsində əlimdən aldıqları şəxsi mülklərimi və nəğd pulların geri qaytarılmasını təmin edəsiniz. Mən də əlimdən çıxmış və Sizin köməkliyinizlə geri qaytarılacaq öz halal pulumla biznesimin fəaliyyətini, çoxşaxəli bir sənaye istehsalını gücləndirərəm. Həm neft, həm də hərb sənayesində işlənən və tender yolu ilə xaricdən gələn hazır məhsul asılılığına köməklik edə bilərik.

Bu problem ancaq və ancaq Sizin şəxsi nəzarətinizlə həll oluna bilər.

Mən dövlətdən heç bir maddi köməklik istəmirəm. Yeganə istəyim odur ki, 22 ildə mənə dəymiş maddi ziyan bu işdə təqsirkar olanların hesabına mənə geri qaytarılsın. Bu, ədalətin təntənəsi olardı".

Məsələ ilə bağlı Naxçıvan MR-nın İnzibati Məhkəməsi ilə əlaqə saxlamağa çalışsaq da, zənglərimiz cavabsız qaldı.









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Rusiyadakı azərbaycanlılar təhlükədə – Putinin dedikləri qorxuya saldı
Bu gün, 08:55
Avtobuslar yenə də `dədə-baba yoluna` qayıdır? - AYNA-nın NƏZƏRİNƏ...
Bu gün, 08:47
Ləğv olunmaq sırası AYB-yə çatıb? - İLGİNC...
Bu gün, 08:40
De sən öl, Həsən ağanın qohumuyam? - Sabirabaddakı biabırçılığa sözardı
Bu gün, 08:31
Ərazimizi bərpa edib, Quterreşi Bakıya gətirdik… - FAKT BUDUR!
Bu gün, 08:16
Paşinyan Aİ-yə üzvlükdən danışdı - "50 min imzanın toplanacağına əminəm"
Bu gün, 02:04
70 kiloqram qızılla yaxalanan azərbaycanlı KİMDİR? - “Cumhuriyet”
Bu gün, 02:00
Ballistik raketdən istifadə: nüvə hücumu məşqi, yoxsa blef? - NƏ BAŞ VERİR?
Bu gün, 00:37
İrəvan Bakıya Aİ missiyasının delimatasiya olunacaq ərazidə fəaliyyət göstərməməsini təklif edib - Paşinyan
Bu gün, 00:34
"Bu gün niyə tez parlayanlar tez də sönürlər?"
Bu gün, 00:23
6 ay Bako Saakyanın villasında qalmış “Sərxan” kod adlı erməni İrəvanda... - Ermənistan KİV
Bu gün, 00:20
Rusiya nüvə silahından istifadə edəcək – Hədəfdə bu ölkələr var
Bu gün, 00:17
Həftəsonu quru sərhədlər AÇILIR? - AKTUAL
Bu gün, 00:15
Dövlət qurumu 13 milyon manatlıq tibbi avadalıqlar aldı - DETALLAR
Bu gün, 00:05
4 rayon və 1 şəhərdə köçkünlərin binaları təmir olunacaq - TENDER NƏTİCƏSİ
Bu gün, 00:02
“Etirazlar olsa, interneti tamamilə söndürəcəyik” – Lukaşenko
Dünən, 19:50
Qaradağda ədliyyə işçilərinin peşə bayramı qeyd edildi - FOTO
Dünən, 19:45
Lüksemburq Nümayəndələr Palatası Fransanın "züy tutanı"dır... - ZİBİLƏ DÜŞMÜŞÜK...
Dünən, 19:02
“Sülhlə bağlı Vaşinqtonun yanaşmasında dəyişikliklər gözlənilir” - AKTUAL
Dünən, 19:00
Məhkəmə Mərkəzi Bankın “Mobilex” şirkətinə qarşı iddiasını təmin etmədi
Dünən, 18:58
Keçmiş direktor Bakı şəhər Mədəniyyət Baş İdarəsini nədə ittiham edir? - TƏFƏRRÜAT
Dünən, 18:14
Azərbaycanlı hərbçi 2 ay əvvəl həlak olubmuş - nəşi tapıldı (FOTO)
Dünən, 18:11
ABŞ-da Nyu-York birjasını partlatmaq istəyən şəxs saxlanılıb
Dünən, 18:06
Leyla Əliyevanın iştirakı ilə Bakıda növbəti ağacəkmə aksiyası keçirilib - FOTO
Dünən, 18:03
Mətbuat katibinin qızı YÖS imtahanında I oldu - FOTO
Dünən, 18:01
“Huner Group” MMC-nin direktoru dəyişdirilib - BUNDAN SONRA...
Dünən, 17:56
“Baktelekom” və “Aztelekom” əməkdaşlarını 270, Mərkəzi Bank isə 528 manata sığortalayır - AXI NİYƏ?..
Dünən, 17:52
Gəncənin yollarını 10 milyon manata bu şirkət - TƏMİR EDƏCƏK
Dünən, 17:50
Bakı həbsxanasında ÖLÜM
Dünən, 17:44
Mingəçevirdə muzey direktoru vəzifəsindən azad olundu - ƏMR
Dünən, 17:42
Həmin rəislər hakim qarşısına çıxarılır - Milyonlar yeyilib...
Dünən, 17:40
Ramiz Mehdiyevin kürəkəni Azərbaycan məhkəməsini “dubinka”ya çevirib – sahibkar etiraz edir
Dünən, 17:38
FHN 57 min manata mənzil təmir edir: “Baku Buildinq”i nazirliyə bağlayan nədir?
Dünən, 17:35
“Bakcell”in təşkilatçılığı ilə “Süni İntellektlə Dayanıqlılıq” mövzusunda panel müzakirəsi keçirilib - FOTO
Dünən, 17:34
“Baku Elektroniks”dən “Black Friday”də televizor aldı... VƏ... BƏLAYA DÜŞDÜ!
Dünən, 16:38
Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyasının Milli Məclis tərəfindən təqdim olunan üzvləri müəyyənləşib
Dünən, 16:32
Məhkəmə dəhlizlərində azıb qalan “Unibank”... - Sanki bu bank fəaliyyətini ədalət binalarında həyata keçirir...
Dünən, 16:30
Berbok Bakıdadır: Əvvəlki incikliklər isə geridə... - Berlindən bizə düşmən çıxmaz...
Dünən, 16:26
Prezident ədliyyə naziri ilə bağlı SƏRƏNCAM VERDİ - BUNDAN SONRA...
Dünən, 16:19
Bu il azərbaycanlılar Türkiyədə 7,2 milyon dollar sərmayə ilə 166 şirkət açıblar
Dünən, 16:18
Heydərov əvvəl necə idi... indi də elə: ELƏCƏ YEYİR... - BU NƏDİ BELƏ?..
Dünən, 16:12
Üçüncü Dünya müharibəsi başladı? – “Barmağı pultun düyməsindədir, qərar verilir”
Dünən, 16:05
Kommunal xidmətlər bahalaşacaq? – Tarif Şurası yaxın günlərdə...
Dünən, 16:01
Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin sıraları genişlənir - AÇIQLAMA
Dünən, 15:51
"Kabinetdə oturanda belə yırtıq yaranır” - Rasim Balayev
Dünən, 15:45
Qızıl bazarında xaos: "Sertifikatlı" sex malı, baha qiymət... - NƏ ETMƏLİ?
Dünən, 15:32
Araqçı və Mirzoyanın intensiv telefon danışığının PƏRDƏARXASI
Dünən, 15:29
“Embawood”un şöbə rəisi arvadını öldürmüşdü - 1 il həbs verildi
Dünən, 15:22
Seyid Həsən Amuli təbrizlini döyən ermənilərə niyə “Biz qəzəblənirik!”- demir?!
Dünən, 15:19
Ermənistan labirintdədir: Əllər yuxarı... - NƏ BAŞ VERİR?
Dünən, 14:00
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru