Tanınmış aktrisa KÖVRƏLDİ: .....                     Avropa Komissiyası Ermənistan meyvə-tərəvəzinin Aİ-yə tədarük tarixini açıqlamayıb .....                     «Level Leasing» ASC-nin aktivləri 3 milyon manat azalıb .....                     Bu müharibənin başlanması realdır .....                     Prezidenti Məhəmməd Şahabuddin səhhətinə görə istefa verib .....                     Azərbaycanda banklar birləşəcək .....                     Xamenei işimizə mane olur .....                     BURA YASAMALDIR: Burda nə istəsən... OLAR! .....                     "Ölümü aldadıb bu yaşa gəlmişəm" .....                     Müəllimlərin geyimi neçəyə SATILACAQ? .....                     AAYDA-ya məxsus bu idarələr ləğv olundu, direktorları ixtisara düşdü .....                     “Zaqatala-Fındıq” ATSC yenidən təşkil ediləcək .....                     Bakının strateji zəfəri: Əliyev Avropanın enerji gələcəyinə zəmanət verir .....                     Qonaq getdiyi qohumunun evindən oğurluq etdi, saxlanıldı .....                     YAP-da “kadr zəlzələsi” olacaq .....                     Xaricdə təhsil üzrə Dövlət Proqramının nəticələri elan edilib .....                     Rus ordusu Xarkovda iki kəndi işğal etdi .....                     Qafanda İran-Ermənistan “sevgisi”: Tehran nəyə çalışır? .....                     İrəvan Teatrının yeni direktoru kimdir? .....                     "Bətnimdəki Səs" .....                     “Space TV” İFLAS HƏDDİNDƏ! .....                     Məmməd Musayevlə əlbir olub 100 milyonu “yeyiblər” .....                     Gürcüstan XİN Aİ-nin Kulevi NEZ-lə bağlı qərarından təəssüflənib .....                     İran “Amazon”un məlumat mərkəzini vurub .....                     Düz-əməlli marşrut da yoxdur ki... .....                     Paşinyanın gözünü 47 gündür YOLDA qoyan iki “dost” .....                     İcra başçısı rəisi işdən çıxardı - FOTO .....                     İran və Rusiyanın xarici işlər nazirləri görüşüblər .....                     CHP Özgür Özəlin sirlərini yaymağa başladı .....                     SEPAH ABŞ-nin İordaniya və Bəhreyndəki bazalarına PUA hücumu edib .....                     Azərbaycan nefti 8%-dən çox bahalaşıb .....                     Peşə Təhsilində gizlədilən vakansiyalar .....                     "Azəriqaz"da SİLKƏLƏNMƏ: Total ixtisar və... .....                     Qardaşı arvadını yumruqla vuran şəxs cinayət məsuliyyətindən azad edildi .....                     Ukrayna hərbçiləri açıqladı: .....                     Rusiyada azərbaycanlıların da “məşhur hiyləsi” ifşa edildi .....                     Qarabağda quruculuğa HARAM QATANLAR: Bu dəfə “Paramount Construction” MMC... .....                     "Gold Alko"nun milyonluq borc böhranı: 1,6 milyonluq vergi yükü yarandı .....                     Bağlı sərhədlər Azərbaycanın turizm imicinə ciddi zərbə vurur .....                     Uşaqpulu haqda yeni məlumat: Üstünlük bu ailələrə veriləcək .....                 

Ata malı kimi talanan İttifaq, satılan "Məhsul" stadionu, ailə biznesi... - İLGİNC FAKTLAR
Tarix: 14-08-2024, 15:02 | Çap et
Ata malı kimi talanan İttifaq, satılan "Məhsul" stadionu, ailə biznesi...
Milli Məclisin qocaman üzvlərindən olan Səttar Möhbalıyev millət vəkili kreslosundan əl çəkmək istəmir. O bu dəfə də deputat olmaq istəyir. Rəsmi məlumata əsasən, Möhbalıyev bitərəf şəxs kimi 3 saylı Babək-Kəngərli-Naxçıvan seçki dairəsi üzrə namizədliyini verib və onun namizədliyi qeydə alınıb.

S.Möhbalıyev yenidən millət vəkili seçilərsə, onun deputatlıq fəaliyyəti 30 ilə çatacaq.

İlk dəfə 2000-ci ildə deputat olan Möhbalıyev 2005, 2010, 2015 və 2020-ci illərdə keçirilən seçkilərdə parlamentə düşə bilib. Artıq 24 ildir ki, deputat olan S.Möhbalıyev ahıl yaşını millət vəkili kimi qarşılamağı arzulayır.

S.Möhbalıyev müsbət imici olmayan şəxslərdən biridir. O, uzun müddətdir ki, bir neçə postu tutur və siyasi, ictimai fəaliyyəti əsasən mənfi cəhətlərinə görə yadda qalıb.

Möhbalıyev 1993-cü ildən Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının, 2010-cu ildən Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsinin sədridir.

Həmkarlar təşkilatlarının əsas məqsədi işləyənlərin əmək hüquqlarının qorunması, onlar üçün layiqli iş şəraitinin yaradılması olsa da, qocaman millət vəkilinin bu istiqamətdə təsirli fəaliyyəti görünmür. Mehbalıyev heç vaxt müxtəlif sahələr üzrə müstəqil həmkarlar təşkilatının yaranmasına da imkan verməyib.

Milli Məclisin iclaslarında da kifayət qədər passiv olan Möhbalıyev hətta onun peşə fəaliyyətinə aid olan məsələlərin müzakirəsi zamanı da susmağı üstün tutur.

S.Möhbalıyevin millət vəkili, konfederasiya rəhbəri postlarından bərk-bərk yapışmasının əslində başqa məqsədləri var. Bu postlar Möhbalıyevin, onun ailəsinin biznes imkanlarının genişləndirilməsinə himayədarlıq edir.

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası böyük maddi texniki bazası, iri maliyyə vəsaitləri olan təşkilatlardandır. Qurumun balansında çoxlu sayda istirahət, idman və əyləncə qurğuları mövcuddur. Möhbalıyevin adı bu qurğuların bəzilərinin satılması işində hallanır.

Bakı Ağır Cinayətlər Məhkəməsində aparılan məhkəmə araşdırması göstərir ki, Möhbalıyevin rəhbərlik etdiyi konfederasiya Gəncə, Göygöl və başqa yerlərdə olan stadionlarını öz mülkü kimi satıb. S.Möhbalıyevin adı həm də Bakının Yasamal rayonundakı “Məhsul” stadionunun satışı ilə bağlı cinayət işində keçir.

Stadionun ərazisini satmaq adı ilə dələduzluq etməkdə suçlanan Azərbaycan Həmkarlar İttifaqlarının İdman Təşkilatları Assosiasiyasının sədri Nadir Əliyev və “Yasamal” idman-sağlamlıq klubunun direktoru Alik Həsənov 2 ilə yaxındır ki, həbsdədirlər. İddia olunur ki, onlar bina tikintisi ilə məşğul olan bir neçə sahibkarı aldadaraq, həmin əraziyə görə onlardan külli miqdarda pul alıblar. Zərərçəkmiş qismində tanınan sahibkarların təkcə elə birindən beh kimi 900 min manat pul alınıb.

Nadir Əliyev isə istintaqa ifadəsində günahkar olmadığını iddia edir. O hətta Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri S.Möhbalıyevin də adını çəkib, prosesə onun rəhbərlik etdiyini bildirib. Bu işlərlə bağlı məhkəmə prosesi davam edir. Digər bir iddiaya əsasən konfederasiya rəhbəri həmkarlara məxsus mülklərin ərazisini müxtəlif yollarla özəlləşdirməklə çoxmərtəbəli binaların inşasını həyata keçirir. Onun artıq xeyli müddətdir ki, tikinti biznesinə böyük sərmayə qoyduğu bildirilir. Biznes fəaliyyəti isə sadəcə Azərbaycanla məhdudlaşmayıb. Konfederasiya rəhbəri ailə üzvlərinin adına Türkiyədə yaratdığı və nizamnamə kapitalı 250 min dollar olan şirkət vasitəsilə qardaş ölkədə biznesini genişləndirib.
Möhbalıyevin qızının Türkiyədə bahalı villa alması da xaricə qoyulan “investisiya”lardan biridir.

S.Möhbalıyevin rəhbərlik etdiyi həmkarlar təşkilatı faktiki ailə təşkilatına çevrilib. Sədrin ailə üzvlərinin təşkilatda mühüm mövqeləri tutması bunun sübutudur. Mehbalıyevin xanımı, 1960-cı il təvəllüdlü Böyükxanım Mirzə qızı Möhbalıyeva qurumun beynəlxalq əlaqələr departamentinin əməkdaşıdır. Qızı, 1988-ci il təvəllüdlü Lalə Möhbalıyeva isə Həmkarlar İttifaqları Konfederasiyasının Gənclər Şurasının üzvüdür. Konfederasiyanı xarici ölkələrdə keçirilən tədbirlərdə bir qayda olaraq deputatın xanımı və qızı təmsil edir.
Möhbalıyevin biznes və siyasi imkanlarının genişlənməsində Əli Həsənovla quda olması da mühüm rol oynayıb. Ə.Həsənovla qohumluqdan sonra onun xüsusən tikinti biznesinin xeyli böyüdüyü görünüb.

Son illərdə adı korrupsiya faktlarında daha tez-tez çəkilən, siyasi fəaliyyəti görünməyən Möhbalıyev kimi şəxslərin yenidən millət vəkili olması ehtimalı təəssüf doğurur. Belə şəxslərin əvəzinə aktiv, reputasiyası yüksək olan insanların Milli Məclisdə xalqı təmsil etməsi daha yaxşı olardı.

Sfera.az








 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Tanınmış aktrisa KÖVRƏLDİ: - “Ölmüşdüm, sən məni diriltdin”
Bu gün, 16:12
Avropa Komissiyası Ermənistan meyvə-tərəvəzinin Aİ-yə tədarük tarixini açıqlamayıb
Bu gün, 16:09
«Level Leasing» ASC-nin aktivləri 3 milyon manat azalıb – HESABAT
Bu gün, 16:00
Bu müharibənin başlanması realdır – Sabiq nazirdən ŞOK açıqlamalar
Bu gün, 15:58
Prezidenti Məhəmməd Şahabuddin səhhətinə görə istefa verib
Bu gün, 15:56
Azərbaycanda banklar birləşəcək
Bu gün, 15:41
Xamenei işimizə mane olur - Əraqçi
Bu gün, 15:40
BURA YASAMALDIR: Burda nə istəsən... OLAR! - AXI NİYƏ?..
Bu gün, 15:35
"Ölümü aldadıb bu yaşa gəlmişəm" - Xalq artisti
Bu gün, 15:32
Müəllimlərin geyimi neçəyə SATILACAQ? - AÇIQLAMA
Bu gün, 15:30
AAYDA-ya məxsus bu idarələr ləğv olundu, direktorları ixtisara düşdü - SİYAHI
Bu gün, 15:24
“Zaqatala-Fındıq” ATSC yenidən təşkil ediləcək - YIĞINCAQ
Bu gün, 15:22
Bakının strateji zəfəri: Əliyev Avropanın enerji gələcəyinə zəmanət verir - İNCƏLƏMƏ
Bu gün, 15:19
Qonaq getdiyi qohumunun evindən oğurluq etdi, saxlanıldı - TƏFƏRRÜAT
Bu gün, 15:16
YAP-da “kadr zəlzələsi” olacaq - Deputatdan səs-küylü açıqlama
Bu gün, 15:14
Xaricdə təhsil üzrə Dövlət Proqramının nəticələri elan edilib - DİQQƏT!
Bu gün, 15:13
Rus ordusu Xarkovda iki kəndi işğal etdi - KİV
Bu gün, 15:09
Qafanda İran-Ermənistan “sevgisi”: Tehran nəyə çalışır? - ZİBİLƏ DÜŞMÜŞÜK...
Bu gün, 14:59
İrəvan Teatrının yeni direktoru kimdir? - DOSYE
Bu gün, 14:57
"Bətnimdəki Səs" - Əfsanə Zaman...
Bu gün, 14:52
“Space TV” İFLAS HƏDDİNDƏ! - TƏFƏRRÜAT
Bu gün, 14:44
Məmməd Musayevlə əlbir olub 100 milyonu “yeyiblər” - Vəzifəli şəxslər həbs edildi
Bu gün, 14:37
Gürcüstan XİN Aİ-nin Kulevi NEZ-lə bağlı qərarından təəssüflənib
Bu gün, 14:36
İran “Amazon”un məlumat mərkəzini vurub
Bu gün, 14:35
Düz-əməlli marşrut da yoxdur ki... - NARAZILIQ VAR...
Bu gün, 14:30
Paşinyanın gözünü 47 gündür YOLDA qoyan iki “dost” – BİRİ Putin...
Bu gün, 14:25
İcra başçısı rəisi işdən çıxardı - FOTO - FOTO
Bu gün, 14:23
İran və Rusiyanın xarici işlər nazirləri görüşüblər
Bu gün, 14:20
CHP Özgür Özəlin sirlərini yaymağa başladı
Bu gün, 10:35
SEPAH ABŞ-nin İordaniya və Bəhreyndəki bazalarına PUA hücumu edib
Bu gün, 09:39
Azərbaycan nefti 8%-dən çox bahalaşıb
Bu gün, 09:38
Peşə Təhsilində gizlədilən vakansiyalar – Rəqəmsal ixtisaslar niyə sıxışdırılır?
Bu gün, 08:20
"Azəriqaz"da SİLKƏLƏNMƏ: Total ixtisar və... - Cənab Məmmədov NƏ İSTƏYİR?
Bu gün, 08:17
Qardaşı arvadını yumruqla vuran şəxs cinayət məsuliyyətindən azad edildi - TƏFƏRRÜAT
Bu gün, 08:07
Ukrayna hərbçiləri açıqladı: - Ruslar üçün ən vacib nöqtə...
Bu gün, 08:05
Rusiyada azərbaycanlıların da “məşhur hiyləsi” ifşa edildi – onları nə gözləyir?
Bu gün, 08:04
Qarabağda quruculuğa HARAM QATANLAR: Bu dəfə “Paramount Construction” MMC... - Xocalıda işlətdiyi işçilərin pulunu vermir
Bu gün, 08:01
"Gold Alko"nun milyonluq borc böhranı: 1,6 milyonluq vergi yükü yarandı - FOTO
Bu gün, 07:49
Bağlı sərhədlər Azərbaycanın turizm imicinə ciddi zərbə vurur - NƏ ETMƏLİ?
Bu gün, 07:45
Uşaqpulu haqda yeni məlumat: Üstünlük bu ailələrə veriləcək - ARAŞDIRMA
Bu gün, 07:42
Ermənistanın azadlığı üçün olmazsa olmaz şərt sülhdür - FAKT BUDUR!
Bu gün, 07:39
Alıcılara xəbərdarlıq: Bu kərə yağları SAXTADIR - ONA GÖRƏ DƏ...
Bu gün, 07:38
Azərbaycanda pensiya və maaşla bağlı mühüm xəbər – Gözlənilən ssenari
Bu gün, 07:35
Tramp nə qədər çalışsa da... - BACARMADI!
Bu gün, 07:30
Başçıya sığınan şirkət sakinləri incidir - NARAZILIQ VAR...
Bu gün, 07:23
Hədəfə dəqiq vuran İran və arxasından görünən Rusiya... - "Reuters"
Bu gün, 07:09
"Bizdə də belələri var, çox bəsit çevrədirlər..." - partiya sədri
Bu gün, 07:05
Bu ölkəyə Natiq kimi oğul vermiş anadır Dursun xanım! - ANIM
Bu gün, 07:01
Büdcə pullarına QƏNİM KƏSİLƏNLƏR - DƏLİXANADIR, VALLAH...
Bu gün, 06:51
Vətəndaşla dövlət arasında SINIQ KÖRPÜ - Biri elə bu...
Bu gün, 06:44
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru