Bədəl Bədəlov artıq mandatı cibində hiss edir... - Deyir, nə seçki... nə seçici...
Tarix: 6-08-2024, 17:18 | Çap et
 Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin dəfələrlə tapşırıq verməsinə, məmurların xalqa xidmət etməli olduğu ilə bağlı tövsiyələrinə zidd hərəkətlər edən, büdcə vəsaitini şəxsi maraqlarına uyğun şəkildə sərf edən kifayət qədər məmurlar var.
Yenicag.az həmin məmurlardan biri olan və mediada dəfələrlə adı qalmaqallı hadisələrdə çəkilsə də, buna baxmayaraq, sentyabrın 1-i keçiriləcək növbədənkənar parlament seçkilərinə namizədliyini irəli sürən bir zamanlar Dövlət Neft Şirkətinin (SOCAR) sosial məsələlər üzrə vitse-prezidenti vəzifəsini icra edən Bədəl Bədəlov haqqında məlumatları təqdim edir.
Bədəl Bədəlov 2011-ci ildən bu vəzifəni icra etsə də, Prezident İlham Əliyevin 28 iyul 2023-cü il tarixli sərəncamı ilə vəzifəsindən azad edilib. Bu dövr ərzində sabiq vitse-prezident heç vaxt yaxşı işləri ilə gündəmə gəlməyi bacarmayıb. Ya oğlunun qalmaqallı hərəkətləri, ya da çoxsaylı əmlaklarını siyahısı ilə diqqət çəkib
Bədəl Bədəlov üzdə olmayan məmur olsa da, sərvəti heç də Vasif Talıbov, Ziya Məmmədov və digər oliqarx məmurların var-dövlətindən az deyil. Mediada dərc olunan məlumatlara görə, Bədəl Bədəlovun təkcə Bakıda onlarla bahalı əmlakı var. Paytaxtın “Varovski” deyilən və varlılar məhəlləsi kimi tanınan ərazisində dəyəri milyonlarla manatla ölçülən bir neçə villaya sahibdir. Yəqin ki, Bədəl Bədəlov bu villaları, həmçinin Bakıdakı bahalı əmlaklarını əmək haqqı ilə almayıb.
Bundan başqa, bir neçə il əvvəl məlumat yayılmışdı ki, Bədəl Bədəlovun oğlu Elvin Bədəlov sanatoriya açıb. Söhbət “Naftalan Mərkəzi Sanatoriyası” MMC-dən gedir. Nizamnamə kapitalı 50 manat olan MMC-nin qanuni təmsilçisi Elvin Bədəlov olub. Bu məlumat ictimailəşəndən sonra sanatoriyanın qanuni təmsilçisi dəyişib. Bədəl Bədəlov “proxy sahibkar”la sanatoriyanın ona aid olmadığını gizlətməyə çalışıb. Lakin məlumatlarda deyilir ki, hazırda sanatoriyanın idarə edilməsi ilə Elvin Bədəlov məşğuldur. Elvin Bədəlovun sahibkarlıq fəaliyyəti ilə məşğul olması əlbəttə ki, atasının məmur olması ilə bağlıdır. Mediada onun barəsində yayılan informasiyalardan biri də həm də müxtəlif obyektlər açmaqla atasının çirkli pullarını yuması ilə bağlıdır. Bədəl Bədəlovun müxtəlif şəxslərin adına olan çoxsaylı şirkətlərinin də olduğu bildirilir. Onun digər oğlu Elçin Bədəlovun dəbdəbəli həyat yaşaması və bunu açıq-aşkar nümayiş etdirməsi faktı da var. Onun bahalı avtomobillərlə fotoları sosial şəbəkələrin “bəzəyinə” çevrilib.
Bədəl Bədəlov bəzi hallarda məmur statusundan istifadə edərək sıravi vətəndaşların hüquqlarını da pozub. Bununla bağlı da mediada kifayət qədər yazılıb. Məsələn, bir neçə il əvvəl Keşlə qəsəbəsində sıravi vətəndaşlardan birinə ev tikməyə icazə verməyib. Əraziyə gələn SOCAR əməkdaşları açıq şəkildə bildiriblər ki, ev tikilərsə, Bədəl Bədəlov onu yerlə-yeksan elətdirəcək. Onlar hətta ərazinin SOCAR-a aidiyyatı olmadığını, sadəcə Bədəl Bədəlovun belə istədiyini bildiriblər. Bəzi iddialara görə, həmin ərazidə Bədəl Bədəlova və ya onun yaxınlarından birinə məxsus ev var. Vətəndaşın tikdiyi ev həmin evin görünüşünə xələl gətirdiyinə görə vitse-prezident tikintiyə icazə verməyib.
Bir sözlə, Bədəl Bədəlovun qanunsuz əməlləri və korrupsiya əməlləri barədə faktları sadalamaqla bitməz.
Bədəl Bədəlovun seçkilərdə iştirakı ilə bağlı qalmaqallı məlumatlardan biri də Naftalanın icra başçısı Vüqar Novruzov vəzifə səlahiyyətlərindən sui-istifadə edərək, 96 saylı Goranboy – Naftalan Seçki Dairəsindən YAP-ın namizədi olan Bədəl Bədəlovun vəkilliyini edib, onun təbliğatını aparması ilə bağlıdır. Qeyd edilir ki, o, hətta işini bununla da yekunlaşdırmayıb, həmin dairədən kimin namizəd olub-olmayacağına da qərar verir.
Yayılan məlumatlara görə, bu qanun pozuntuları ilə bağlı Mərkəzi Seçki Komissiyasına şikayət də olunub.

|
|
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
|
|
| • Tanınmış aktrisa KÖVRƏLDİ: - “Ölmüşdüm, sən məni diriltdin”
Bu gün, 16:12 |
|
|
|
| • Avropa Komissiyası Ermənistan meyvə-tərəvəzinin Aİ-yə tədarük tarixini açıqlamayıb
Bu gün, 16:09 |
|
|
|
| • «Level Leasing» ASC-nin aktivləri 3 milyon manat azalıb – HESABAT
Bu gün, 16:00 |
|
|
|
| • Bu müharibənin başlanması realdır – Sabiq nazirdən ŞOK açıqlamalar
Bu gün, 15:58 |
|
|
|
| • Prezidenti Məhəmməd Şahabuddin səhhətinə görə istefa verib
Bu gün, 15:56 |
|
|
|
| • Azərbaycanda banklar birləşəcək
Bu gün, 15:41 |
|
|
|
| • Xamenei işimizə mane olur - Əraqçi
Bu gün, 15:40 |
|
|
|
| • BURA YASAMALDIR: Burda nə istəsən... OLAR! - AXI NİYƏ?..
Bu gün, 15:35 |
|
|
|
| • "Ölümü aldadıb bu yaşa gəlmişəm" - Xalq artisti
Bu gün, 15:32 |
|
|
|
| • Müəllimlərin geyimi neçəyə SATILACAQ? - AÇIQLAMA
Bu gün, 15:30 |
|
|
|
| • AAYDA-ya məxsus bu idarələr ləğv olundu, direktorları ixtisara düşdü - SİYAHI
Bu gün, 15:24 |
|
|
|
| • “Zaqatala-Fındıq” ATSC yenidən təşkil ediləcək - YIĞINCAQ
Bu gün, 15:22 |
|
|
|
| • Bakının strateji zəfəri: Əliyev Avropanın enerji gələcəyinə zəmanət verir - İNCƏLƏMƏ
Bu gün, 15:19 |
|
|
|
| • Qonaq getdiyi qohumunun evindən oğurluq etdi, saxlanıldı - TƏFƏRRÜAT
Bu gün, 15:16 |
|
|
|
| • YAP-da “kadr zəlzələsi” olacaq - Deputatdan səs-küylü açıqlama
Bu gün, 15:14 |
|
|
|
| • Xaricdə təhsil üzrə Dövlət Proqramının nəticələri elan edilib - DİQQƏT!
Bu gün, 15:13 |
|
|
|
| • Rus ordusu Xarkovda iki kəndi işğal etdi - KİV
Bu gün, 15:09 |
|
|
|
| • Qafanda İran-Ermənistan “sevgisi”: Tehran nəyə çalışır? - ZİBİLƏ DÜŞMÜŞÜK...
Bu gün, 14:59 |
|
|
|
| • İrəvan Teatrının yeni direktoru kimdir? - DOSYE
Bu gün, 14:57 |
|
|
|
| • "Bətnimdəki Səs" - Əfsanə Zaman...
Bu gün, 14:52 |
|
|
|
| • “Space TV” İFLAS HƏDDİNDƏ! - TƏFƏRRÜAT
Bu gün, 14:44 |
|
|
|
| • Məmməd Musayevlə əlbir olub 100 milyonu “yeyiblər” - Vəzifəli şəxslər həbs edildi
Bu gün, 14:37 |
|
|
|
| • Gürcüstan XİN Aİ-nin Kulevi NEZ-lə bağlı qərarından təəssüflənib
Bu gün, 14:36 |
|
|
|
| • İran “Amazon”un məlumat mərkəzini vurub
Bu gün, 14:35 |
|
|
|
| • Düz-əməlli marşrut da yoxdur ki... - NARAZILIQ VAR...
Bu gün, 14:30 |
|
|
|
| • Paşinyanın gözünü 47 gündür YOLDA qoyan iki “dost” – BİRİ Putin...
Bu gün, 14:25 |
|
|
|
| • İcra başçısı rəisi işdən çıxardı - FOTO - FOTO
Bu gün, 14:23 |
|
|
|
| • İran və Rusiyanın xarici işlər nazirləri görüşüblər
Bu gün, 14:20 |
|
|
|
| • CHP Özgür Özəlin sirlərini yaymağa başladı
Bu gün, 10:35 |
|
|
|
| • SEPAH ABŞ-nin İordaniya və Bəhreyndəki bazalarına PUA hücumu edib
Bu gün, 09:39 |
|
|
|
| • Azərbaycan nefti 8%-dən çox bahalaşıb
Bu gün, 09:38 |
|
|
|
| • Peşə Təhsilində gizlədilən vakansiyalar – Rəqəmsal ixtisaslar niyə sıxışdırılır?
Bu gün, 08:20 |
|
|
|
| • "Azəriqaz"da SİLKƏLƏNMƏ: Total ixtisar və... - Cənab Məmmədov NƏ İSTƏYİR?
Bu gün, 08:17 |
|
|
|
| • Qardaşı arvadını yumruqla vuran şəxs cinayət məsuliyyətindən azad edildi - TƏFƏRRÜAT
Bu gün, 08:07 |
|
|
|
| • Ukrayna hərbçiləri açıqladı: - Ruslar üçün ən vacib nöqtə...
Bu gün, 08:05 |
|
|
|
| • Rusiyada azərbaycanlıların da “məşhur hiyləsi” ifşa edildi – onları nə gözləyir?
Bu gün, 08:04 |
|
|
|
| • Qarabağda quruculuğa HARAM QATANLAR: Bu dəfə “Paramount Construction” MMC... - Xocalıda işlətdiyi işçilərin pulunu vermir
Bu gün, 08:01 |
|
|
|
| • "Gold Alko"nun milyonluq borc böhranı: 1,6 milyonluq vergi yükü yarandı - FOTO
Bu gün, 07:49 |
|
|
|
| • Bağlı sərhədlər Azərbaycanın turizm imicinə ciddi zərbə vurur - NƏ ETMƏLİ?
Bu gün, 07:45 |
|
|
|
| • Uşaqpulu haqda yeni məlumat: Üstünlük bu ailələrə veriləcək - ARAŞDIRMA
Bu gün, 07:42 |
|
|
|
| • Ermənistanın azadlığı üçün olmazsa olmaz şərt sülhdür - FAKT BUDUR!
Bu gün, 07:39 |
|
|
|
| • Alıcılara xəbərdarlıq: Bu kərə yağları SAXTADIR - ONA GÖRƏ DƏ...
Bu gün, 07:38 |
|
|
|
| • Azərbaycanda pensiya və maaşla bağlı mühüm xəbər – Gözlənilən ssenari
Bu gün, 07:35 |
|
|
|
| • Tramp nə qədər çalışsa da... - BACARMADI!
Bu gün, 07:30 |
|
|
|
| • Başçıya sığınan şirkət sakinləri incidir - NARAZILIQ VAR...
Bu gün, 07:23 |
|
|
|
| • Hədəfə dəqiq vuran İran və arxasından görünən Rusiya... - "Reuters"
Bu gün, 07:09 |
|
|
|
| • "Bizdə də belələri var, çox bəsit çevrədirlər..." - partiya sədri
Bu gün, 07:05 |
|
|
|
| • Bu ölkəyə Natiq kimi oğul vermiş anadır Dursun xanım! - ANIM
Bu gün, 07:01 |
|
|
|
| • Büdcə pullarına QƏNİM KƏSİLƏNLƏR - DƏLİXANADIR, VALLAH...
Bu gün, 06:51 |
|
|
|
| • Vətəndaşla dövlət arasında SINIQ KÖRPÜ - Biri elə bu...
Bu gün, 06:44 |
|
|
|
|