DİA.AZ: - "Şikayətim - bu, məni xəstəliyə salan "Azercell" şirkətindəndir". DİA.AZ bildirir ki, bu barədə "Müştərinin Səsi" sosial qrupundakı paylaşımında Azər Məmmədli adlı istifadəçi giley edir.
Artıq çilədən çıxdığı aşkar şəkildə duyulan narazı abonent fikirlərini belə ifadə edir: "İlahi, il olub 2023 amma bu şirkət hələ də doğru-düzgün internet provayderliyi edə bilmir.
4G (LTE)-nin adı var, özü yox. Adicə 120 kb həcmi olan səs yazısını açmaqda 1 saat düşünür bu internet.
Düz Bakının göbəyində edir bunu. Kürdəmirin hansısa düzündə etsə, yandırmaz məni".
DİA.AZ bildirir ki, müraciətinin sonunda vətəndaş digər abunəçilərə xitab edərək sual edir: "Hər kəsdə bugündədi Azercell-in interneti?"
Məsələ ilə bağlı dia-az.site olaraq qarşı tərəfi də dinləməyə hazırıq...