“AzerGold”un nizamnamə kapitalı 4 dəfəyə yaxın artırılacaq
Tarix: 5-01-2023, 16:30 |
Çap et
“AzerGold” QSC-nin nizamnamə kapitalı 171,3 milyon manat və yaxud 3,8 dəfə artırılaraq 62 milyon manatdan 233,3 milyon manata çatdırılacaq.
Kapital artımı şirkətin dövriyyədə olan 2 milyon ədəd səhminin nominal dəyərinin 31 manatdan 116,65 manata çatdırılması hesabına baş tutacaq.
Xatırladaq ki, “AzerGold” Prezident İlham Əliyevin 11 fevral 2015-ci il tarixli sərəncamı ilə 2016-cı ildə yaradılıb. Cəmiyyətin əsas fəaliyyəti Azərbaycanda qeyri-neft sektorunun inkişafı ilə səciyyələnir və onun əsas məqsədi qiymətli və əlvan metal filizi yataqlarının öyrənilməsi, tədqiqi, kəşfiyyatı, idarə olunması, hasilatı, emalı və satışı, bu sahədə yeni texnologiyaların tətbiqi, maddi-texniki bazanın müasirləşdirilməsi və ondan səmərəli istifadə, habelə bu sahənin inkişafı ilə bağlı digər işlərin yerinə yetirilməsidir.