AZAL hava şəraiti ilə əlaqədar Naxçıvana uçuşları təxirə salıb .....                     Şəhid mayor Vüsal Vəliyevin xatirəsi 263 nömrəli tam orta ümumtəhsil məktəbində ehtiramla anıldı .....                     Bu mövsüm cəzalandırılan hakimlər .....                     Hindlilər Ermənistanda 8 gündür aksiya keçirir .....                     Dövlət qurumu 20 mənzil alır .....                     "Qarabağ" isveçli hücumçunu TRANSFER EDİR .....                     Rusların əfsanəvi əməliyyatını təkrarlamağa çalışdılar .....                     Köçəryanın HƏBSİ GÜNDƏMDƏ .....                     “Azərbaycan 100 minlik silahları ilə bizim milyonluq silahlarımızı 3 günə məhv etdi” .....                     Mətanət İsgəndərlinin bacısı evindən oğurluq edən şəxsi tapdı .....                     Rusiya dərin böhran içində və: .....                     Məktəbdə distant oxumaq olar, .....                     Pensiya 300, minimum əməkhaqqı 450, dövlətdən on milyonlarla manat oğurlayan məmurun əməkhaqqı 10–15 min... .....                     Faiq Ələkbərli İstanbulda beynəlxalq konqresdə məruzə edib .....                     Çin dünyaya hakim olmaq istəyir, .....                     Erməni qısqanclığı: .....                     “Donbasın təhvili sülh deyil, Ukrayna üçün strateji tələdir” .....                     Gələn həftə İrana hücumlar bərpa oluna bilər .....                     “Mən rus deyiləm, yarı azərbaycanlıyam” .....                     Sürücülər cərimələrdən beziblər .....                     Dövlət Komitəsi “Artsax” sözünə görə QHT-ni cərimələyib .....                     “Milyarderlər ittifaqı” bu dəfə Paşinyana qarşı .....                     İcra başçısına “stop” qoyulub: Siyəzəndə nə baş verir? .....                     Jurnalist Sabir Məmmədovun anası vəfat edib .....                     Ərazilər ələ keçirildi .....                     Məşhur kardioloq Baş həkim təyin edilib .....                     Tıxacın kökü haradadır? .....                     Susuzluqdan yansam belə... .....                     Tramp-Cinpin görüşü və: Ukrayna üçün iki xoş xəbər .....                     Dövlət TV-də əhaliyə “Kalaşnikov” dərsi keçirildi .....                     Azərbaycan nefti bahalaşıb .....                     Zirvə görüşünün uğurları Türk dünyasının əlaqəqlərini daha da möhkəmlədir .....                     Türk dünyası XXI əsrin nüfuzlu geosiyasi güc mərkəzlərindən birinə çevrilir .....                     Müştərinin sifarişini OĞURLADILAR VƏ... .....                     Abunəçiyə hər addımda KƏF GƏLİRLƏR... .....                     Dəymiş ziyanı tam ödəmək istəmirlər... .....                     Ağzını açdı və... .....                     Məşhurluq artıq zəhmətlə qazanılmır: .....                     İran Hörmüzdə ABŞ, Xəzərdə Azərbaycanla “savaşır” .....                     4 ayda ÜDM 0,2% artdı: bu, zəif göstəricidir .....                 

Sumqayıtda ağlar günə qalan səhiyyə... - İLGİNC İDDİALAR...
Tarix: 26-04-2022, 15:46 | Çap et
Sumqayıtda ağlar günə qalan səhiyyə...
Son günlər Xətai rayonu 165 nömrəli tam orta məktəbin 8-ci sinif şagirdi Ramal Zaur oğlu Osmanovun ölüm səbəbi ilə bağlı anasının açıqlaması cəmiyyətdə ciddi reaksiyalar doğurub.
Doğrudan da, yazılanları oxuyanda adam dəhşətə gəlir. Adi qanaxmadan yeniyetmə dünyasını dəyişir.
Təsəvvür edirsiniz, XXI əsrdə, tibb elminin bu qədər inkişaf etdiyi bir vaxtda Azərbaycanda yeniyetmə burun qanaxmasından ölür.
Biz “Gündəlik-Bakı” olaraq ölkə səhiyyəsinin real durumu barədə, həkimlərin xəstənin sağ ayağı əvəzinə sol ayağını kəsməsi, kor bağırsaq əvəzinə nazik bağırsağını əməliyyat etməsi və s barədə kifayət qədər yazılar dərc etmişik.
Hazırda yayılan xəbər isə daha dəhşətlidir. Çünki xəstənin anası Mədinə Osmanova deyir ki, 2 xəstəxananın qəbul etmədiyi səbəbdən ölən məktəbli oğlum, həkimlərin səhlənkarlığından və biganəliyindən ölüb.
Ana fəryad edir ki, hər iki xəstəxanada can verən oğlumun üzünə baxmadılar.
Bundan ağır və dəhşətli nə ola bilər..?
Ramal Osmanovun anası bildirir ki, oğluna K.Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutu (OMD) və Ə.Qarayev adına 2 nömrəli Klinik Uşaq Xəstəxanasının həkimləri heç bir yardım göstərmədi.
Bu məqamda bir şeyi qeyd etməliyik ki, müharibə zamanı hətta qarşı tərəf düşmənin əsgərinə, əsirinə humanitar və səhiyyə yardımı göstərir, onu ölümdən xilas edir. Amma Azərbaycan səhiyyəsi, daha doğrusu, Səkinə Sadıqovanın müdir olduğu Sumqayıt şəhər səhiyyə şöbəsi, sabah Qarabağda döyüşəcək yeniyetmənin xilas olması üçün bu qədər laqeydlik göstərir.
Xəstəni qəbul etməyən tibbi ocaqlarının mətbuat xidmətlərinin açıqlamasını oxuyanda adam dəhşətə gəlir. Guya yeniyetmə xəstəxanaya çatdırılanda o artıq dünyasını dəyişmişdi.
Yeniyetmənin anası bununla razılaşmayıb və deyib ki, 2 nömrəli Kliniki Uşaq Xəstəxanasının həkimləri oğlunu 2 saat təcili tibbi yardım maşınında saxlayıb və qəbul etməyib:
“Bu müddət ərzində də uşağın vəziyyəti ağırlaşdı və həkim üzərinə götürmədiyinə görə qorxudan şoka düşdü. Amma nəbzini yoxladılar, uşaq sağ olub. Sonradan başqa bir həkim yaxınlaşaraq Ramala baxacağını deyib. Uşağı liftlə qaldıranda ürəyi partladı və orada keçindi. Əgər təcili tibbi yardımda dünyasını dəyişmişdisə, niyə digər həkim boynuna götürdü? Uşağın ölümü həkim səhlənkarlığından olub və mən bununla bağlı aidiyyəti qurumlara müraciət edəcəyəm”, - deyə ana əlavə edib.
Yuxarıda qeyd etdiyimiz kimi yeniyetmə sadəcə burun qanaxmasından dünyasını dəyişib. Yəni adi bir xəstəlikdən.
Təsəvvür edirsiniz, Sumqayıtda fəaliyyət göstərən “Unikal” klinikasına gətirilən Ramal Osmanovun burun qanaxmasının aradan qaldırılması üçün yerli “yandırma” metodu tətbiq edilmişdir və bu ümumi anesteziya altında keçirilmişdir.
“Gündəlik-Bakı”ya açıqlama verən millət vəkili Müşviq Məmmədli bildirib ki, ümumi anesteziyanın həyata keçirilməsi üçün xəstənin vəziyyəti ona imkan verməlidir:
“Ancaq qan tablosuna baxdıqda görürük ki, hemoqlabin 80 qr/lt, eritrosit 3.5x10 12/lt, rəng göstəricisi 0.7, laxtalanma müddəti isə 2 dəq. başlayır, 6 dəq. bitir qeyd edilmişdir. Bu onu göstərir ki, aktiv şəkildə qanaxma vardır. Xəstəyə tibbi müdaxilənin olması risklidir. Buna baxmayaraq xəstəyə müdaxilə olmuş və xəstədə ağırlaşma baş vermişdir. Bundan sonra dövlət səhiyyə müəssisələrindəki təlimatlara uyğun olmayan, yanlış proseslər baş vermişdir. Unikal klinikasında təcili tibbi yardım maşını nasaz vəziyyətdə olduğu üçün dövlət tibb müəssisəsindən təcli yardım maşını çağırılmış, ağır vəziyyətdə olan xəstə heç bir razılaşma olmadan, heç bir müvafiq təlimatlara uyğun olmadan aparılmışdır”.
Millət vəkili sonra müxbirimizə bildirib ki, köçürülmədən öncə həmin xəstəxanaya məlumat verilməli, xəstənin sənədləri ora göndərilməlidr, təcili yardım “taksi xidməti” deyil.
Millət vəkili Müşfiq Məmmədli müxbirimizə onu da bildirib ki, təcili tibbi yardım maşını reanimasyon xidmət üçün uyğun deyilmiş, defibrillator nasaz vəziyyətdə, maşında oksigen balon olmamışdır. Heç bir tibbi yardım göstərilmədən, sadəcə “taksi” xidməti kimi razılaşma olmadan bu cür ağır vəziyyətdə olan xəstə Bakı şəhərinə göndərilmişdir. Təxliyyədə önəmli məsələ təxliyyə prinsiplərinin səhiyyə idarəetmə pillələrinə uyğun şəkildə müvafiq qurumun rəhbəri tərəfindən idarə edilməlidir. Amma biz nəyi görürük? Sumqayıt Tibb Mərkəzi PHŞ-nin rəhbərinin heç bu prosesdən xəbəri yox imiş. İlkin səhiyyə xidmətini təşkil edən alt strukturlar belə, bu prosesdən xəstə dünyasını dəyişdikdən sonra məlumatı olmuşdur. Sumqayıt kimi böyük şəhərdə, reanimasiyon xidmətin kifayət qədər olmasına baxmayaraq özbaşına qərar qəbul edilmiş və bu da ağır vəziyyətdə olan insanın qanaxmadan həyatını itirməsi ilə nəticələnmişdir. Xəstənin qan müayinələri onu göstərir ki, qanaxma aktiv şəkildə davam etmişdir. Hətta “yandırma” dediyimiz metod qanaxmanı dayandırmamış, əksinə ümumi anesteziya altında olan xəsətədə vəziyyət ağırlaşmış, arqonal vəziyyətdə olan, köçürülməməli xəstə, tibbi yardımın Sumqayıt Tibb Mərkəzi tərəfindən təşkil olunması tələb olunan xəstə uzun bir yol qət edərək, müxtəlif tibb mərəkəzlərini gəzərək daha da ağırlaşmış və bu da xəstənin ölümünə səbəb olmuşdur. Qanunvericiliyə görə tibbi təxliyyə bir başa Sumqayıt Tibb Mərkəzinin rəhbərliyinin səlahiyyətində olan məsələdir. Ona görə də bir gəncin, gələcəkdə Azərbaycan əsgəri olacaq şəxsin vəfat etməsinin günahı onların üzərindədir, ciddi şəklildə həmin şəxslər cəzalandırılmalı və Sumqayıt səhiyyəsinə rəhbərlik edən şəxs öz vəzifəsindən AZAD edilməlidir”.
Bəli, biz “Gündəlik-Bakı” olaraq az qala 1 ildir ki, Sumqayıt Səhiyyə Şöbəsinin müdiri Səkinə Sadıqovanın əməllərindən yazırıq.
Onun Təcili Yardım Stansiaysına ayrılan benzini, sürtkü yağlarını, avtomobil ehtiyyat hissələrini satması barədə silsilə yazılar dərc etmişik.
Bəli, Səkinə Sadıqova “şəriki”, avtoqarajın müdiri Kamrana deyir ki, qoy şoferlər benzini, “zapçastı” öz ciblərindən alsınlar...Hətta Səkinə Sadıqovanın möhürü həmişə Kamranın cibində olur.
Biz bütün bunları 1 ildir yazırıq, niyə bir dövlət qurumu bizdən soruşmur ki, Səkinədən nə istəyirsiniz..?
Niyə bizim yazdıqlarımızı hansısa dövlət qurumu araşdırmır..?
Bəli, bu da nəticəsi..?
Səkinənin təcili yardım maşınında nə yanacaq var, nə oksigen balonu...maşın da nasaz...
Və ortada bir yeniyetmə həyatla vidalaşdı...
Elə bilirsiniz bu proses dayanacaq..?
Nə qədər ki, Səkinə Sadıqova kimilər rəhbər vəzifədədir, hələ çox gənclərimiz adi burun qanaxmasından dünyasını dəyişəcək.
Yeri gəlmişkən, biz də təklif edərdik ki, bu məsələyə Milli Məclisin Səhiyyə Komitəsində baxsınlar.
Məsələ ilə bağlı MM-in Səhiyyə Komitəsinin sədri Əhliman Əmiraslanovla əlaqə saxlasaq da, o Türkiyədən olan nümayəndə heyəti ilə görüşdə olduğu üçün danışa bilmədiyini bildirdi. Sonra MM-in aktiv millət vəkillərinə müraciət etdik. Sumqayıtdan seçilmiş millət vəkili Hicran Hüseynova bildirdi ki, məsələ ilə bağlı ciddi araşdırmalar vacibdir, yəqin ki, məsələyə hüquqi qiymət veriləcək.
Millət vəkili Tahir Mirkişili isə bildirdi ki, məsələdən məlumatlı deyildir. Həmişə aktivliyi ilə seçilən Qənirə Paşayeva isə Masallıda tədbirdə olduğunu və sualın watsapp vasitəsilə ona gondərilməsini istədi. Təbib rəhbəri Vüqar Qurbanov isə bildirdi ki, mən vətəndaş qəbulundayam, bizim mətbuat xidmətimiz var Samirə xanım onunla əlaqə saxlayın.
Biz isə Gündəlik Bakı qəzeti olaraq, ölkə başçımız, cənab İlham Əliyevə, Vitse Prezidentimiz hörmətli Mehriban xanım Əliyevaya üzümüzü tutaraq xahiş edirik ki, bu məsələ ilə bağlı müvafiq qurumlara tapşırıqlar verilsin və xəstələrə səhlənkar yanaşan həkimlərin cəzalandırılması üçün müvafiq orqanlar hərəkətə keçsinlər.
Əldə etdiyimiz son məlumatlara görə, Sumqayıt səhiyyəsinin rəhbəri Səkinə Sadıqova hadisə vaxtı nasaz olan təcili yardım maşınını və maşında olan həkimin adını dəyişdirərək saxtakarlıq etmək istəyir. Biz isə xatırladırıq ki, təcili yardım maşınının dövlət nömrə nişanı 99-JH-839 və həkimin soyadı isə Baxışovadır. (pediatr deyil) Tibb bacısı Hacıəzizova, sürücü isə Taleh adlı şəxs olub. Əldə etdiyimiz məlumata görə, təcili yardım maşını Sumqayıtdan Bakıya 100 manata gedib. Bizim bir qəzet olaraq operativliyimiz həmişə rüşvətxor məmurları narahat edir, amma biz atdığımız hər bir addımı dövlətimiz, dövlətçiliyimiz üçün edirik.
//gundelik-baku.com//









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
AZAL hava şəraiti ilə əlaqədar Naxçıvana uçuşları təxirə salıb
Dünən, 18:02
Şəhid mayor Vüsal Vəliyevin xatirəsi 263 nömrəli tam orta ümumtəhsil məktəbində ehtiramla anıldı - FOTO
Dünən, 14:45
Bu mövsüm cəzalandırılan hakimlər - SİYAHI
Dünən, 14:00
Hindlilər Ermənistanda 8 gündür aksiya keçirir - Video
Dünən, 13:53
Dövlət qurumu 20 mənzil alır – 2 MİLYONLUQ TENDER
Dünən, 13:19
"Qarabağ" isveçli hücumçunu TRANSFER EDİR - Danışıqlar son mərhələdə
Dünən, 13:15
Rusların əfsanəvi əməliyyatını təkrarlamağa çalışdılar - Tunel çökdü, ölənlər var
Dünən, 12:57
Köçəryanın HƏBSİ GÜNDƏMDƏ – Azərbaycana təhvil verilə bilər?
Dünən, 12:53
“Azərbaycan 100 minlik silahları ilə bizim milyonluq silahlarımızı 3 günə məhv etdi” - Sarkisyan
Dünən, 12:33
Mətanət İsgəndərlinin bacısı evindən oğurluq edən şəxsi tapdı
Dünən, 12:31
Rusiya dərin böhran içində və: - "müharibə iqtisadiyyatı"nın əzabı
Dünən, 12:27
Məktəbdə distant oxumaq olar, universitetdə yox?
Dünən, 12:03
Pensiya 300, minimum əməkhaqqı 450, dövlətdən on milyonlarla manat oğurlayan məmurun əməkhaqqı 10–15 min... - Qanun qarşısında isə BƏRABƏRİK...
Dünən, 11:53
Faiq Ələkbərli İstanbulda beynəlxalq konqresdə məruzə edib - FOTO
Dünən, 11:47
Çin dünyaya hakim olmaq istəyir, ABŞ qarşılıq verməlidir
Dünən, 11:41
Erməni qısqanclığı: - Rusiya bizə və Azərbaycana niyə fərqli yanaşır?
Dünən, 11:35
“Donbasın təhvili sülh deyil, Ukrayna üçün strateji tələdir” - ŞƏRH
Dünən, 11:19
Gələn həftə İrana hücumlar bərpa oluna bilər – NYT
Dünən, 11:17
“Mən rus deyiləm, yarı azərbaycanlıyam” - Video
Dünən, 11:12
Sürücülər cərimələrdən beziblər - Ermənistan qəzeti
Dünən, 11:06
Dövlət Komitəsi “Artsax” sözünə görə QHT-ni cərimələyib
Dünən, 10:58
“Milyarderlər ittifaqı” bu dəfə Paşinyana qarşı - TƏFƏRRÜAT
Dünən, 10:54
İcra başçısına “stop” qoyulub: Siyəzəndə nə baş verir? - İLGİNC FAKT
Dünən, 10:44
Jurnalist Sabir Məmmədovun anası vəfat edib
Dünən, 10:41
Ərazilər ələ keçirildi - Ruslar bu mövqelərdə irəliləyir
Dünən, 10:26
Məşhur kardioloq Baş həkim təyin edilib - ƏMR
Dünən, 10:21
Tıxacın kökü haradadır? - AKTUAL
Dünən, 10:19
Susuzluqdan yansam belə... - NARAZILIQ VAR...
Dünən, 10:16
Tramp-Cinpin görüşü və: Ukrayna üçün iki xoş xəbər - ŞƏRH
Dünən, 10:05
Dövlət TV-də əhaliyə “Kalaşnikov” dərsi keçirildi - VİDEO
Dünən, 10:04
Azərbaycan nefti bahalaşıb
Dünən, 09:59
Zirvə görüşünün uğurları Türk dünyasının əlaqəqlərini daha da möhkəmlədir - İsrafil Kərimovun yazısı
Dünən, 09:54
Türk dünyası XXI əsrin nüfuzlu geosiyasi güc mərkəzlərindən birinə çevrilir - MƏQALƏ
Dünən, 09:53
Müştərinin sifarişini OĞURLADILAR VƏ... - FOTOFAKT
Dünən, 09:50
Abunəçiyə hər addımda KƏF GƏLİRLƏR... - BU DA FAKT
Dünən, 09:45
Dəymiş ziyanı tam ödəmək istəmirlər... - AXI NİYƏ?
Dünən, 09:35
Ağzını açdı və... - REPLİKA
Dünən, 09:24
Məşhurluq artıq zəhmətlə qazanılmır: - Ani şöhrətin görünməyən təhlükələri…
Dünən, 09:19
İran Hörmüzdə ABŞ, Xəzərdə Azərbaycanla “savaşır” - ZİBİLƏ DÜŞMÜŞÜK...
Dünən, 08:22
4 ayda ÜDM 0,2% artdı: bu, zəif göstəricidir - NƏ ETMƏLİ?
Dünən, 08:21
Dollar güclənir, neft bahalaşır, bazar dalğalanır: Azərbaycanı nə gözləyir? - AKTUAL
Dünən, 08:19
Paşinyandan 28 may ANONSU: Mesaj kimədir? - GƏLİŞMƏ
Dünən, 08:17
Tramp İranı təslim olmağa məcbur edə biləcəyinə inanır
Dünən, 08:14
Qarabağda 41 milyonluq layihə məmur şirkətinə verildi - BU NƏDİ BELƏ?
Dünən, 08:12
Starmer könüllü olaraq istefa verə bilər - "Telegraph"
Dünən, 07:12
Məqsədimiz bu idi və Putin bacarmadı - Şolts
Dünən, 07:08
Şikayət etmək qadağandır... etsən də xeyri yoxdur... - NARAZILIQ VAR...
Dünən, 06:52
"Bizi adam yerinə qoymurlar..." - ETİRAZ VAR!
Dünən, 06:37
Binəqədidə sakinlər buna görə narazılıq edir... - MÜRACİƏT
Dünən, 05:48
ABŞ kartellərlə əlaqəli Meksika məmurlarını terrorçu kimi tanıyacaq - NYT
Dünən, 05:42
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru