Yaşasın MİDA: Bunu da BACARDI... - 5 saniyəyə 500 mənzil satıldı!!!
Tarix: 30-03-2022, 13:26 | Çap et
 Mənzil İnşaatı Dövlət Agentliyinin (MİDA) tikib satışa çıxardığı Yasamal yaşayış kompleksinin ikinci mərhələsi bu gün başa çatıb. diaaz.space demokrat.az-a istinadən xəbər verir ki, MİDA-nın güzəştli mənzillərlə bağlı Yasamal rayonundakı yaşayış kompleksi üzrə keçirilən növbəti yarışda iştirakçıların əksəriyyəti bir neçə saniyə ərzində evlərin yoxa çıxmasından şikayət edirlər.
Vətəndaşlar 500-ə yaxın mənzilin müəmmalı şəkildə 3-4 saniyədə satıldığını deyirlər.
Misal üçün, Amin Nəzərli adlı vətəndaş da qeyd edir ki, onlayn yolla aparılan seçimdə bir insanın fiziki olaraq bunu bacarması mümkünsüzdür:
"Həmişəki kimi uzun illər müəllim işləyənlər, gənc ailələr, elm adamları və bir çox layiqli şəxslər layihədən uzaq və evsiz qaldı. Qurulan ədalətsiz seçim prinsipi davam etdi. Maklerlər işi biznesə çeviriblər, xüsusi yollarla evləri udub 10-15 min bahasına satırlar. MİDA-nın xəbəri yoxdur (bəlkə də var). Yəni, qısaca MİDA-ya bir NİDA!".
Aqşin Ağayev adlı digər iştirakçı da MİDA-nın təşkil etdiyi satışın şəffaf keçirilmədiyini deyir:
"Mənzil İnşaat Dövlət Agentliyi Yasamal rayonunda 2-ci dəfə mənzillərin satışına bu gün saat 11:00-da start verib. Ev almaq istəyən şəxslərin deyərdim ki, 90 faiz qismi proqramçılarla müraciət edib. Hazırda demək olar ki, hər kəs ev ala bilmədikləri üçün narazılıq edir. Hətta, bu prosesi 6, 7, 8, 9 saniyə ərzində etməsinə baxmayaraq. Belə çıxır ki, bu mənzilləri almaq üçün ya bir sehr ya da ilahi qüvvələrin köməyindən istifadə etmək lazımdır. Bu prosesin tam şəffaf olduğunu MİDA necə sübut edə bilər? Və ya hardan izləmək mümkündür? "Sosial ev", "güzəştli mənzil" hesab edilən evlərdən yararlanmaq bu qədər çətin olmamalıdır!".
Elman Mütəllim adlı başqa bir iştirakçı isə MİDA-nın təşkil etdiyi satışı "açıq alver" adlandırıb.
Onun sözlərinə görə, ilkin mərhələ üçün üçün satışa çıxarılmış sosial evlərin birinci mərhələsi uğursuz olub:
"Komanda üzvümüzdən yalnız bir nəfər qalib gələ bildi. Ən uzunmüddətli seçimimiz 9 saniyə olsa da (Bu ən yüksək göstəricilərdəndir) uğur qazana bilmədik. Əgər burada açıq-aşkar alver getmirsə, biz də birşey bilmirik. Allah sizə min lənət eləsin. Kasıbın, ehtiyacı olanların haqqına girdiniz yenə. 8 saniyəyə seçimimizi qəbul etməyən sisteminiz başınıza dəysin. Əgər deyirsinizsə ki, bacarmadınız, sizin ümumi proqramçılarınıza masterclass keçəcək komandayla girmişdik seçimlərə (5-ci saniyədə bloklanmışdı seçimlər). And olsun allaha, açıq alver etdilər. Bütün sistem bloklandı, tanıdığım bütün seçimə girənlərin hər biri məyus oldu. Bu dərəcədə olmamışdı heç. İlkin mərhələ belə getdi. Növbəti seçimdə öz adıma da iştirak edəcəm. Amma bu gedişlə heçnə udmaq olmaz. Xahiş edirəm, bu işi görən proqramçılar, işıqlandırın, qorxmayın", - deyə Elman adlı iştirakçı əlavə edib.
Tanınmış jurnalist Afət Yaqubova isə qeyd edib ki, bu günün gündəmi 5 saniyəyə 500 ev satan MİDA ola bilər.
Qeyd edək ki, MİDA-nın güzəştli mənzillərlə bağlı Yasamal rayonundakı yaşayış kompleksi üzrə keçirilən növbəti yarışı ilə bağlı vətəndaşların şikayətlər yüzlərlədir.
Vətəndaşların narazılıqları ilə bağlı MİDA rəhbərliyi telefon zənglərimizə cavab verməyib.





|
|
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
|
|
| • Şəhid mayor Vüsal Vəliyevin xatirəsi 263 nömrəli tam orta ümumtəhsil məktəbində ehtiramla anıldı - FOTO
Bu gün, 14:45 |
|
|
|
| • Bu mövsüm cəzalandırılan hakimlər - SİYAHI
Bu gün, 14:00 |
|
|
|
| • Hindlilər Ermənistanda 8 gündür aksiya keçirir - Video
Bu gün, 13:53 |
|
|
|
| • Dövlət qurumu 20 mənzil alır – 2 MİLYONLUQ TENDER
Bu gün, 13:19 |
|
|
|
| • "Qarabağ" isveçli hücumçunu TRANSFER EDİR - Danışıqlar son mərhələdə
Bu gün, 13:15 |
|
|
|
| • Rusların əfsanəvi əməliyyatını təkrarlamağa çalışdılar - Tunel çökdü, ölənlər var
Bu gün, 12:57 |
|
|
|
| • Köçəryanın HƏBSİ GÜNDƏMDƏ – Azərbaycana təhvil verilə bilər?
Bu gün, 12:53 |
|
|
|
| • “Azərbaycan 100 minlik silahları ilə bizim milyonluq silahlarımızı 3 günə məhv etdi” - Sarkisyan
Bu gün, 12:33 |
|
|
|
| • Mətanət İsgəndərlinin bacısı evindən oğurluq edən şəxsi tapdı
Bu gün, 12:31 |
|
|
|
| • Rusiya dərin böhran içində və: - "müharibə iqtisadiyyatı"nın əzabı
Bu gün, 12:27 |
|
|
|
| • Məktəbdə distant oxumaq olar, universitetdə yox?
Bu gün, 12:03 |
|
|
|
| • Pensiya 300, minimum əməkhaqqı 450, dövlətdən on milyonlarla manat oğurlayan məmurun əməkhaqqı 10–15 min... - Qanun qarşısında isə BƏRABƏRİK...
Bu gün, 11:53 |
|
|
|
| • Faiq Ələkbərli İstanbulda beynəlxalq konqresdə məruzə edib - FOTO
Bu gün, 11:47 |
|
|
|
| • Çin dünyaya hakim olmaq istəyir, ABŞ qarşılıq verməlidir
Bu gün, 11:41 |
|
|
|
| • Erməni qısqanclığı: - Rusiya bizə və Azərbaycana niyə fərqli yanaşır?
Bu gün, 11:35 |
|
|
|
| • “Donbasın təhvili sülh deyil, Ukrayna üçün strateji tələdir” - ŞƏRH
Bu gün, 11:19 |
|
|
|
| • Gələn həftə İrana hücumlar bərpa oluna bilər – NYT
Bu gün, 11:17 |
|
|
|
| • “Mən rus deyiləm, yarı azərbaycanlıyam” - Video
Bu gün, 11:12 |
|
|
|
| • Sürücülər cərimələrdən beziblər - Ermənistan qəzeti
Bu gün, 11:06 |
|
|
|
| • Dövlət Komitəsi “Artsax” sözünə görə QHT-ni cərimələyib
Bu gün, 10:58 |
|
|
|
| • “Milyarderlər ittifaqı” bu dəfə Paşinyana qarşı - TƏFƏRRÜAT
Bu gün, 10:54 |
|
|
|
| • İcra başçısına “stop” qoyulub: Siyəzəndə nə baş verir? - İLGİNC FAKT
Bu gün, 10:44 |
|
|
|
| • Jurnalist Sabir Məmmədovun anası vəfat edib
Bu gün, 10:41 |
|
|
|
| • Ərazilər ələ keçirildi - Ruslar bu mövqelərdə irəliləyir
Bu gün, 10:26 |
|
|
|
| • Məşhur kardioloq Baş həkim təyin edilib - ƏMR
Bu gün, 10:21 |
|
|
|
| • Tıxacın kökü haradadır? - AKTUAL
Bu gün, 10:19 |
|
|
|
| • Susuzluqdan yansam belə... - NARAZILIQ VAR...
Bu gün, 10:16 |
|
|
|
| • Tramp-Cinpin görüşü və: Ukrayna üçün iki xoş xəbər - ŞƏRH
Bu gün, 10:05 |
|
|
|
| • Dövlət TV-də əhaliyə “Kalaşnikov” dərsi keçirildi - VİDEO
Bu gün, 10:04 |
|
|
|
| • Azərbaycan nefti bahalaşıb
Bu gün, 09:59 |
|
|
|
| • Zirvə görüşünün uğurları Türk dünyasının əlaqəqlərini daha da möhkəmlədir - İsrafil Kərimovun yazısı
Bu gün, 09:54 |
|
|
|
| • Türk dünyası XXI əsrin nüfuzlu geosiyasi güc mərkəzlərindən birinə çevrilir - MƏQALƏ
Bu gün, 09:53 |
|
|
|
| • Müştərinin sifarişini OĞURLADILAR VƏ... - FOTOFAKT
Bu gün, 09:50 |
|
|
|
| • Abunəçiyə hər addımda KƏF GƏLİRLƏR... - BU DA FAKT
Bu gün, 09:45 |
|
|
|
| • Dəymiş ziyanı tam ödəmək istəmirlər... - AXI NİYƏ?
Bu gün, 09:35 |
|
|
|
| • Ağzını açdı və... - REPLİKA
Bu gün, 09:24 |
|
|
|
| • Məşhurluq artıq zəhmətlə qazanılmır: - Ani şöhrətin görünməyən təhlükələri…
Bu gün, 09:19 |
|
|
|
| • İran Hörmüzdə ABŞ, Xəzərdə Azərbaycanla “savaşır” - ZİBİLƏ DÜŞMÜŞÜK...
Bu gün, 08:22 |
|
|
|
| • 4 ayda ÜDM 0,2% artdı: bu, zəif göstəricidir - NƏ ETMƏLİ?
Bu gün, 08:21 |
|
|
|
| • Dollar güclənir, neft bahalaşır, bazar dalğalanır: Azərbaycanı nə gözləyir? - AKTUAL
Bu gün, 08:19 |
|
|
|
| • Paşinyandan 28 may ANONSU: Mesaj kimədir? - GƏLİŞMƏ
Bu gün, 08:17 |
|
|
|
| • Tramp İranı təslim olmağa məcbur edə biləcəyinə inanır
Bu gün, 08:14 |
|
|
|
| • Qarabağda 41 milyonluq layihə məmur şirkətinə verildi - BU NƏDİ BELƏ?
Bu gün, 08:12 |
|
|
|
| • Starmer könüllü olaraq istefa verə bilər - "Telegraph"
Bu gün, 07:12 |
|
|
|
| • Məqsədimiz bu idi və Putin bacarmadı - Şolts
Bu gün, 07:08 |
|
|
|
| • Şikayət etmək qadağandır... etsən də xeyri yoxdur... - NARAZILIQ VAR...
Bu gün, 06:52 |
|
|
|
| • "Bizi adam yerinə qoymurlar..." - ETİRAZ VAR!
Bu gün, 06:37 |
|
|
|
| • Binəqədidə sakinlər buna görə narazılıq edir... - MÜRACİƏT
Bu gün, 05:48 |
|
|
|
| • ABŞ kartellərlə əlaqəli Meksika məmurlarını terrorçu kimi tanıyacaq - NYT
Bu gün, 05:42 |
|
|
|
| • Talıbovun kadrını Budaqov HİMAYƏ EDİR? - İLGİNC FAKTLAR
Bu gün, 05:35 |
|
|
|
|