Naxçıvandakı istefalara rəsmi REAKSİYA: “Kimsə Naxçıvanı bu zir-zibildən təmizləməlidir!” .....                     TƏBİB-in "əsassız çağırış" adında bir silahı var... .....                     "Səni məcbur edən var gəlib mənim səhifəmə baxıb əsəbiləşəsən?" .....                     Torpaqları geri almışıqsa, onlar da geri qayıtmalıdırlar... .....                     Tanınmış jurnalistdən İLGİNC açıqlama: "Dəstəklədiyim yeganə kişi Vasif Talıbov olub" .....                     Müəllim seçimində absurd əmsal sistemi .....                     “Oxu atıb, yayı gizlədən” AQTA... .....                     Yeni maşınlar əti daha da qiymətli edəcək? .....                     İrəvanda iddia edirlər ki, Konstitusiya islahatı Paşinyan üçün tələyə çevrilə bilər .....                     Qaradağ Rayon İcra Hakimiyyəti 66 min manat vergi borcu olan şirkətlə müqavilə bağladı .....                     SEPAH ABŞ-nin Yaxın Şərqdəki hərbi obyektlərinə zərbələr endirdiyini açıqlayıb .....                     Beyləqanda “pambıqla baş kəsən” kimlərdir? .....                     ABŞ beş il ərzində 28 min qanadlı raket almağı planlaşdırır .....                     Tramp Kobaxidzeyə məktubunda ABŞ-Gürcüstan əməkdaşlığının möhkəmləndirilməsini dəstəkləyib .....                     Ağsu bazarında QOÇULUQ EDƏN KİMDİR? .....                     TERRORDAN SONRA İLK: Azərbaycan və Rusiya bir sıra istiqamətlər üzrə hava əlaqəsini BƏRPA EDİR .....                     "RUSİYA ŞOVİNİZMDƏN ƏL ÇƏKMƏLİDİR, ƏVVƏLKİ AZƏRBAYCAN DEYİLİK" .....                     Mingəçevir ŞİH ekskavator, yolsüpürən maşın, avtosəbət, otbiçən alır .....                     Vardanyanın arvadına kim dəstək verəcək? .....                     “Studiyada elə düz-qoş edirlər ki, çaş-baş qalırsan” .....                     300 manatlıq borc üstündə dəhşət: Oğul doğma anasını bıçaqladı .....                     Nizami rayonunda nizam yoxdur... RƏSMƏN XAOSDUR! .....                     ABŞ- İran gərginliyi: Azərbaycanı nə gözləyir? .....                     “3+3” formatı yenidən gündəmdə .....                     Öncə arvadını, sonra özünü bıçaqladı .....                     Ermənistan artıq bu məhsulları AB-yə ixrac edəcək .....                     Ukraynanın yeni Nazirlər Kabinetində nazirliklərin sayı 15-dən 17-yə çatıb .....                     SKSP-nın rezidentinə yeni direktor gəlib .....                     İcra başçısı ADSEA rəhbərliyini GÜNAHKAR ÇIXARDI... .....                     “TuranBank”da yeni təyinat .....                     Vüsalə Əlizadə "İncə səhər" proqramı ilə yollarını ayırıb .....                     Toy və yas mərasimində KÜTLƏVİ ZƏHƏRLƏNMƏLƏR .....                     Ruslar erməni güllərini TANIDILAR... .....                     Hacıqabuldan İrəvana satış edən şirkətlə bağlı .....                     Quzu əti bahalaşıb: .....                     Culfada barəsində cinayət işi başlanan sabiq bələdiyyə sədrinin məhkəməsi başlayır .....                     Qoşqar Təhməzli AQTİ-nin İdarə Heyətinə yeni sədr təyin etdi .....                     Evdən dişədək kredit: .....                     Mülayim şimal-qərb küləyi əsəcək .....                     “Döyülə-döyülə arvad olmaq”: Zorakılığı legitimləşdirənlərin “qalxanı” .....                 

QMİ şəhid ailələri və qazilərimizə niyə yardım etmir? - AKTUAL
Tarix: 3-08-2021, 11:22 | Çap et
QMİ şəhid ailələri və qazilərimizə niyə yardım etmir?
2020-ci ilin sentyabr-noyabr aylarında Azərbaycan xalqının birliyi, ordumuzun rəşadəti və Ali Baş Komandanımızın qətiyyəti nəticəsində torpaqlarımız işğaldan azad olundu. Şəhidlərin və qazilərin qanıyla qazanılan Qarabağ zəfərinə bütün dünya şahid oldu.

Vətən müharibəsi ərəfəsində bir sıra iş adamlarının, çoxsaylı vətəndaşlarımızın yardımlar etdiyini müşahidə etdik. Lakin daima insanları yardımlaşamağa səsləyən Şeyx Allahşükür Paşazadənin hər hansısa bir şəkildə müharibə fonduna yardım etdiyini görmədik. Nəzərə almalıyıq ki, söhbət Şeyxin şəxsi vəsaitindən, maaşından getmir, vətəndaşların verdiyi xüms və zəkat hesabına toplanan milyonlarla vəsaitdən gedir.

Rəsmi məlumatlara görə, ölkədə 500-ə qədər ziyarətgah var. Onlardan ən azı 50-i daha çox göz önündədir. Qafqaz Müsəlmanları İdarəsinin bildirdiyinə görə, məscidlərin nəzir qutularına toplanan vəsait, ilk növbədə, məscidin daxili ehtiyacları - kommunal xərclərin ödənilməsi, cari təmir işləri, işçilərin məvacibi üçün sərf olunur, əgər artıq qalarsa, ehtiyacı olan ailələrə yardım göstərilir.

Lakin aldığımız məlumata görə, ölkə rəhbərliyi tərəfindən də Qafqaz Müsəlmanları İdarəsinə maliyyə yardımı göstərilir.

Bu qədər vəsaiti əlində saxlayan Şeyx niyə minlərlə şəhid ailəsinə yardım əlini uzatmayıb və ya hansısa şəhid övladını himayəsinə götürməyib?

Digər bir maraqlı məqam ondan ibarətdir ki, nədənsə Allahşükür Paşazadə Vətən müharibəsi ərəfəsində, eləcə də ondan sonra hər hansısa Şəhidin dəfnində iştirak etməyib.

İlahiyyatçı-alim Əkrəm Həsənov deyir ki, Qafqaz Müsəlmanları İdarəsi qurum olaraq şəhid ailələrinə dəstək olmalıdır: "Ümumiyyətlə, Qafaqaz Müsəlmanları İdarəsi təşkilat olaraq rəsmi şəkildə nəinki nəzirlərin yığılmasını təmin edir, hətta dini yerlərdə ayaq yolu xidmətlərini də ödənişli həyata keçirir. Heç buna da şərait yaradılmır. Bundan əlavə, Qafqaz Müsəlmanları İdarəsinə ölkə rəhbərliyi tərəfindən maliyyə ayrılır. Eyni zamanda, müəyyən yerlərdən də maliyyələri gəlir. Maliyyə cəhətdən çox imkanlıdır. Həmişə də imkanlarının bol olmağını arzu edirəm. Amma qurum olaraq həm şəhid ailələrinə dəstək olmaldırlar, həm də ölkədə çıxan dini kitabların çap edilməsinə maliyyət dəstəyi göstərməlidirlər. Çünki onlar bunlara görə məsuliyyət daşıyırlar. Dini sahənin əsas aparıcı qüvvəsi onlar sayılır. Əgər o qədər maliyyəni özləri üçün xərcləyirlərsə, bu düzgün sayılmır. İslam dinində də bu bəyənilmir. Hətta, o pullar haram pullar sayılır".



Dini ekspert əlavə edib ki, Qafqaz Müsəlmanları İdarəsinin fəaliyyəti cəmiyyəti qane etmir: "Ola bilər ki, Şeyxin özü şəhidlərin yasına getməsə də, öz nümayəndəsini göndərib. Şəhidlərimiz çox oldu. Allah bütün şəhidlərimizə rəhmət etsin. Yəqin ki, özü çatdıra bilmədiyinə görə, idarədən hansısa nümayəndəsini göndərib. Əgər göndəribsə, bunun özü də müsbət addımdır. Bundan əlavə, Allahşükür Paşazadənin addından hansısa yardım göstərilibsə, bu bəyənilən addımdır. Sözsüz ki, insan olaraq tək özünün çox yerə getməsi mümkünsüzdür. Ümumiyyətlə, Qafqaz Müsəlmanları İdarəsinin fəaliyyəti cəmiyyət tərəfindən zəif qarşılanır. Çünki dini kitabların çap edilməsinə dəstək göstərilməlidir. Dini təbliğat geniş şəkildə aparılmalıdır. Amma hansısa məzhəb üzərindən olmamalıdır. Cəmiyyətin dini mənəviyyatının idarə edilməsi yükü onların üzərindədir. Bunu da onlar etməlidirlər. Son vaxtlar Qafqaz Müsəlmanları İdarəsinin sədri Allahşükür Paşazadənin dediyi fikirlərə görə, onun ətrafında kampaniya aparılır. Hamı da bilir ki, 44 günlük Vətən müharibəsində Azərbaycana ən çox qardaş Türkiyə dövləti dəstək olub. Ümumilikdə götürdükdə, idarə tərəfindən müəyyən təbliğat işləri aparılmalıdır. Özlərinin kifayət qədər də büdcəsi var. Həyata keçirmək imkanları genişdir. İnsanlar var ki, dini mövzularda yazır və çap edilməsinə dəstək ala bilmir. Bu cür işlərə dəstək verilməlidir. Cəmiyyət narahatdırsa, demək ki, problem var. Onlar məsuliyyət sahibi olduqlarına görə, problemlərin həlli yollarını fikirləşməlidirlər. Öz məsuliyyətlərini dürüst şəkildə yerinə yetirməlidirlər. Maksimum şəkildə imkanlardan istifadə etmək lazımdır. Qafqaz Müsəlmanları İdarəsi etdiklərini cəmiyyətlə paylaşmalıdır. Ümid edirik ki, gələcəkdə bütün problemlər düzələcək. Cəmiyyət tərəfindən görülmədiyinə görə, Şeyx Allahşükür Paşazadəyə qarşı mənfi fikirlər yaranıb. Ən azından şəhid və qazi ailələrinə yardım edilməsiylə bağlı cəmiyyətə çağırış edilərək, təbliğat aparmaq mümkündür. Yalnız müəyyən dövlət tədbirlərində ölkə başçısı harasa gedirsə onun yanında getmək iş sayılmır. Dinin məsuliyyətini üzərinə götürən şəxsə bu yaraşmır. Əgər cəmiyyətə faydalı işlər görülürsə, bu, insanlarla bölüşülməlidir. Bundan əlavə, kimsə hansısa ucqar kənddə məscid tikmək istəyirsə, buna şərait yaradılmır. Qafqaz Müsəlmanları İdarəsi və rayon icra hakimiyyətləri məsələni bir-birlərinin üzərinə atırlar. Bununla bağlı çox sayda narazılıq müşahidə edilir. Maraqlıdır ki, məscidin tikilməsiylə bağlı hara müraciət etmək lazımdır? Şeyx həzrətləri hörmətini qoruyub saxlamaq istəyirsə, cəmiyyətə dəstək olmalıdır".

Məsələylə bağlı əvvəlcə "Yaşat Fondu" ilə də əlaqə saxladıq. Fonddan bildirildi ki, siyahıda Qafqaz Müsəlmanları İdarəsinin adı yoxdur. O da əlavə edildi ki, ianə edən bəzi qurumlar gizliliyinin təmin olunmasını istəyirlər.

Daha sonra Qafqaz Müsəlmanları İdarəsiylə əlaqə yaratmağa çalışdıq. Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) mətbuat xidmətinin rəhbəri Rəhimə Dadaşova "Hürriyyət"ə məsələylə bağlı informasiyanın dəqiqləşdirəcəyini desə də, günün sonundək gözləməyimizə baxmayaraq, qurumdan heç bir məlumat verilmədi.
//hurriyyet.az//








 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Naxçıvandakı istefalara rəsmi REAKSİYA: “Kimsə Naxçıvanı bu zir-zibildən təmizləməlidir!” - ŞOK GƏLİŞMƏ
Bu gün, 08:03
TƏBİB-in "əsassız çağırış" adında bir silahı var... - MALƏSƏF...
Bu gün, 07:46
"Səni məcbur edən var gəlib mənim səhifəmə baxıb əsəbiləşəsən?" - Nura Suri
Bu gün, 07:30
Torpaqları geri almışıqsa, onlar da geri qayıtmalıdırlar... - ÇAĞIRIŞ
Bu gün, 07:21
Tanınmış jurnalistdən İLGİNC açıqlama: "Dəstəklədiyim yeganə kişi Vasif Talıbov olub" - MR-da NƏ BAŞ VERİR?
Bu gün, 07:15
Müəllim seçimində absurd əmsal sistemi - NARAZILIQ VAR...
Bu gün, 06:46
“Oxu atıb, yayı gizlədən” AQTA... - Keyfiyyətsiz yağların adını niyə açıqlamır?
Bu gün, 06:39
Yeni maşınlar əti daha da qiymətli edəcək? - Görünəni odur ki...
Bu gün, 06:37
İrəvanda iddia edirlər ki, Konstitusiya islahatı Paşinyan üçün tələyə çevrilə bilər - AKTUAL
Bu gün, 06:33
Qaradağ Rayon İcra Hakimiyyəti 66 min manat vergi borcu olan şirkətlə müqavilə bağladı - FOTO
Bu gün, 06:30
SEPAH ABŞ-nin Yaxın Şərqdəki hərbi obyektlərinə zərbələr endirdiyini açıqlayıb
Bu gün, 06:27
Beyləqanda “pambıqla baş kəsən” kimlərdir? – “Ağ qızıl” üzərində qara əməliyyatlar gedir
Bu gün, 06:24
ABŞ beş il ərzində 28 min qanadlı raket almağı planlaşdırır - KİV
Bu gün, 06:19
Tramp Kobaxidzeyə məktubunda ABŞ-Gürcüstan əməkdaşlığının möhkəmləndirilməsini dəstəkləyib
Dünən, 20:12
Ağsu bazarında QOÇULUQ EDƏN KİMDİR? - NARAZILIQ VAR...
Dünən, 16:47
TERRORDAN SONRA İLK: Azərbaycan və Rusiya bir sıra istiqamətlər üzrə hava əlaqəsini BƏRPA EDİR - AÇIQLANDI
Dünən, 16:19
"RUSİYA ŞOVİNİZMDƏN ƏL ÇƏKMƏLİDİR, ƏVVƏLKİ AZƏRBAYCAN DEYİLİK" - "ABŞ-nin ikinci hədəfi qabardılmır..."
Dünən, 16:16
Mingəçevir ŞİH ekskavator, yolsüpürən maşın, avtosəbət, otbiçən alır – 720 min xərcləmək istəyir
Dünən, 16:09
Vardanyanın arvadına kim dəstək verəcək? - KİV
Dünən, 16:07
“Studiyada elə düz-qoş edirlər ki, çaş-baş qalırsan” - Aşıq Namiq Fərhadoğlu
Dünən, 16:05
300 manatlıq borc üstündə dəhşət: Oğul doğma anasını bıçaqladı - TƏFƏRRÜAT
Dünən, 16:02
Nizami rayonunda nizam yoxdur... RƏSMƏN XAOSDUR! - BU NƏDİ BELƏ?
Dünən, 15:56
ABŞ- İran gərginliyi: Azərbaycanı nə gözləyir? - ŞƏRH
Dünən, 15:51
“3+3” formatı yenidən gündəmdə - Lavrov açıqladı
Dünən, 15:49
Öncə arvadını, sonra özünü bıçaqladı - İkisi də sağdır
Dünən, 15:44
Ermənistan artıq bu məhsulları AB-yə ixrac edəcək
Dünən, 15:15
Ukraynanın yeni Nazirlər Kabinetində nazirliklərin sayı 15-dən 17-yə çatıb
Dünən, 15:11
SKSP-nın rezidentinə yeni direktor gəlib - ƏMR
Dünən, 15:07
İcra başçısı ADSEA rəhbərliyini GÜNAHKAR ÇIXARDI... - Əziyyət çəkən isə sakinlərdir...
Dünən, 14:57
“TuranBank”da yeni təyinat - BUNDAN SONRA...
Dünən, 14:54
Vüsalə Əlizadə "İncə səhər" proqramı ilə yollarını ayırıb
Dünən, 14:47
Toy və yas mərasimində KÜTLƏVİ ZƏHƏRLƏNMƏLƏR – Məclisdəki faciənin məsuliyyətini kim daşıyır?
Dünən, 14:41
Ruslar erməni güllərini TANIDILAR... - FIRILDAQ baş tutmadı...
Dünən, 14:36
Hacıqabuldan İrəvana satış edən şirkətlə bağlı MARAQLI DETALLAR
Dünən, 13:38
Quzu əti bahalaşıb: - Qiymətlər 25 manata çatır
Dünən, 13:28
Culfada barəsində cinayət işi başlanan sabiq bələdiyyə sədrinin məhkəməsi başlayır - TƏFƏRRÜAT
Dünən, 13:02
Qoşqar Təhməzli AQTİ-nin İdarə Heyətinə yeni sədr təyin etdi - BUNDAN SONRA...
Dünən, 12:50
Evdən dişədək kredit: - Alıcı və satıcı üçün riskli gələcək
Dünən, 12:48
Mülayim şimal-qərb küləyi əsəcək - belə deyirlər...
Dünən, 12:43
“Döyülə-döyülə arvad olmaq”: Zorakılığı legitimləşdirənlərin “qalxanı” - AKTUAL
Dünən, 12:33
Bu film Azərbaycana milyardlar QAZANDIRA bilər
Dünən, 12:31
Elmi Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutunun direktoruna ağır ittihamlar - "Tomoqrafiya bazarı"ndan tutmuş "ailə podratı"na qədər...
Dünən, 12:24
Müştəridən “Kontakt Home”a ETİRAZ - “Qızıl zəmanətlə məhsul almışam, amma…”
Dünən, 12:20
Ədalətsiz 907-ci düzəliş uğrunda mübarizə: Amerika siyasəti və erməni lobbisi - GÖRÜNƏNİ ODUR Kİ...
Dünən, 12:07
Nəriman Həsənzadənin vəziyyəti ağırdır
Dünən, 12:01
Cəlilov köhnə komanda ilə NİYƏ YOLA GETMİR? - Naxçıvanda kadr islahatları, yoxsa kadrsız idarəçilik…
Dünən, 11:55
Zakir Quliyevdən şübhəli anlaşma – Müqavilə Əfəndi İsmiyevin hansı şirkəti ilə bağlanır
Dünən, 11:36
ABŞ-ın son həftədə hücumlarında 38 nəfər ölüb, 400-dən çox yaralı var - İran Səhiyyə Nazirliyi
Dünən, 11:22
Azərbaycanın milyonlar qazanacağı liman və şəhər niyə bombalandı? - GƏLİŞMƏ
Dünən, 11:19
"Toylara o dəbi ilk dəfə mən gətirdim" - Mətanət İsgəndərli
Dünən, 11:06
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru