AZAL İranın iki şəhərinə uçuşlara başlayır .....                     Qazaxıstan AZAL-a məxsus təyyarənin qəzaya uğraması ilə bağlı yekun hesabat hazırlayacaq .....                     Xaricdə təhsil alan tələbələrin narazılığı böyüyür .....                     Tibbi qurum 41 milyon manatlıq laboratoriya testlərini .....                     8 min Culfa sakininin SU ÇİLƏSİ... .....                     Xalq artisti Naibə Allahverdiyeva üzgərdirmə edir? .....                     Ukrayna üçün Qarabağ ssenarisi .....                     Qubanın köhnə yolunda işıq əvəzinə radar var, nişanlar da "gözə dəymir" .....                     “Nar” ən yüksək nəticə göstərən abituriyentləri mükafatlandıracaq .....                     ABŞ Rusiyanın Azərbaycan qazını Ukraynaya nəql edən .....                     3 ay əvvəl beh alıb... QEYBƏ ÇƏKİLDİLƏR... .....                     Artur Rasizadədən açıqlama: "Jurnalistlərin bir insafı, vicdanı olsun" .....                     “Övladlarımız var-dövlət üstündə dava etməz, .....                     “Tennis kortu”nu icarəyə götürmək adı ilə 16,5 minlik dələduzluq edildi .....                     İran Prezidenti Ermənistana səfər edəcək .....                     AZNEFT rəhbərliyi bu QƏZANI NİYƏ GİZLƏDİR? .....                     Elm və Təhsil Nazirliyindən qalmaqallı addım .....                     Paşinyanın həyat yoldaşı Ərdoğanın kitabını oxumağa başlayır: .....                     “Kredit götürməyə kömək” adı altında dələduzluq .....                     “Rapid Services Azerbaijan” MMC məhkəmədə .....                     Sabah Azərbaycan və Ermənistanın iştirakı ilə tarixi hadisə baş verəcək .....                     Xankəndidə işləyən fəhlənin başına gələnlər: evlərdən birində divanın altından tapdığını satmaq istədi və... .....                     Kremlin Qarabağdakı “desantı”nın alacağı cəza .....                     Mənzilini "VTB Bank"a girov qoydu, pulunu ödəsə də evini itirdi... .....                     AXI NİYƏ: Təqaüd yaşına 1 il qalmış İXTİSARA SALINIR... .....                     “Azərbaycan – Şimali İran deyil!” .....                     Təhsil yox, telefon var: Qızlar da, oğlanlar da məktəbdən qaçır .....                     ““Azəreneji”yə 10 min manata işə düzəldəcəm” deyərək dələduzluq etdi .....                     Sülhə mina basdırılır: Ermənistan xəritə ilə alver edir .....                     Qazaxlar ruslarla müharibəyə hazırlaşır .....                     Kreml izi ilə “Sea Breeze”ə hücum: Özbəkistanda Emin Ağalarov niyə hədəfə alınır .....                     Kreml Azərbaycan qazının yolunu raketlə kəsir .....                     Vaşinqton görüşü: Hansı razılaşma olacaq? .....                     İrandan gecikmiş Zəngəzur təklifi .....                     Yeni separatçı ocaq yaradılır .....                     Şəmkirdə QƏTLİAM KİMİ QƏZA: 7 nəfər ölüb, yaralananlar var .....                     Trampın təsdiq etdiyi tariflər qüvvəyə minib .....                     Vaşinqtonda memorandum imzalanacaq? .....                     Dələduzlar İŞ BAŞINDA: Kreditdə olan telefonu satışa çıxarırlar... .....                     Dollar bu halda bahalaşacaq .....                 

Nazir rektora niyə yazılı xəbərdarlıq edib: - Plagiat iş, yoxsa gizli qovğa? (SƏNƏD)
Tarix: 29-07-2016, 12:10 | Çap et
Nazir rektora niyə yazılı xəbərdarlıq edib:
Azərbaycanda təhsil sistemində hökm sürən bərbad vəziyyətə uzun illərdir çoxsaylı səbəblər, sayısız amillər göstərilsə də, söhbət hərlənib-fırlanıb yekunda bir qənaətdə bitir: nə qədər ki, bu sektora millətin yetişdirildiyi, dövlətin gələcəyinin qurulduğu əsas bünövrə kimi deyil, sadəcə, yaxşı gəlir gətirən sahətək baxılacaq, Azərbaycanda təhsil elə bu kökdə də olacaq və heç vaxt da inkişaf etməyəcək!

Elə məhz "yaxşı gəlir gətirən sahə” kimi yanaşıldığındandır ki, uzun illərdir təhsil sektoru həm də böyük bir intriqa ocağına çevrilib və bu proses hər gün bir az da körüklənməkdə, alovlanmaqdadır: iş-güc, təhsilin, tədrisin problemləri qalıb bir kənarda, təzə gələnlər köhnələrin, köhnədən qalanlar da təzələrin "torbasını hörməklə” məşğuldur…

Çox uzatmadan, aşağıda sizə təqdim edəcəyimiz bir sənəd də uzun müddətdir bu sektorda hökm sürən "yenilər”lə "köhnələr”in intriqalarına işıq salmaq baxımından çox və olduqca maraqlı, həm də heyrətamiz və ibrətamizdir.

Beləliklə, Strateq.az-ın əldə etdiyi bir sənəddən aydın olur ki, Təhsil naziri Mikayıl Cabbarov iyulun 5-də "Təhsil müəssisələrində hazırlanan tədris vəsaitlərində plagiat halları ilə mübarizənin gücləndirilməsi haqqında” 464 saylı əmr imzalayıb.

Sənədin preambulasında qeyd olunur ki, Təhsil Nazirliyində 2015-ci ilin dekabrın 12-də keçirilmiş müşavirədə (?!), eləcə də Müəllif Hüquqları Agentliyi və Təhsil Nazirliyinin təşkilatçılığı ilə 7 aprel 2016-cı il tarixdə keçirilən "Dəyirmi masa”da bəyan edilmiş "Nazirliyin plagiat halları ilə barışmazlıq mövqeyi” əsas tutularaq və təhsil müəssisələri tərəfindən plagiatlığa qarşı real addımların atılmasını təmin etmək məqsədilə belə bir əmr imzalanıb.

Əlbəttə, 2015-ci ilin dekabrın 12-də (xatırladaq ki, bu tarix mərhum prezident Heydər Əliyevin vəfatının 12-ci ildönümünə təsadüf edir və adətən, həmin günlər rəsmi tədbirlər yox, daha çox mərhum prezidenti anma mərasimləri keçirilir – S.Q.)Təhsil Nazirliyində "plagiatlıqla mübarizəyə həsr olunmuş müşavirə”də nə kimi məsələlərin müzakirə edildiyi haqda məlumatımız yoxdur və sənəddə də bu haqda əlavə hər hansı məlumat verilmir… Ancaq 05 iyul 2016-cı il tarixli 464 saylı əmrin mətnindən o aydın olur ki, nazir Mikayıl Cabbarov tədris vəsaitlərində plagiat halların qarşısının alınması sahəsində Təhsil Nazirliyinin Tədris resursları şöbəsinin fəaliyyətini qeyri-qənaətbəxş hesab etməklə yanaşı, rəsmi şəkildə bir rektora da çox sərt şəkildə xəbərdarlıq da edib.

Bu rektor kim olsa, yaxşıdır? Adı xeyli vaxtdır ölkə mətbuatında Mikayıl Cabbarovun vəzifəsindən uzaqlaşdırmaq istədiyi qocaman rektorlardan biri kimi çəkilən Azərbaycan Texniki Universitetinin rektoru, professor Havar Məmmədov!

Nazir rektora niyə yazılı xəbərdarlıq edib:

Xatırladaq ki, 71 yaşlı texnika elmlər doktoru, professor Havar Məmmədov 1989-cu ildən – Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin "Elm və təhsil müəssisələri” şöbəsində fəaliyyətini başa vurandan bəri, həyatını Texniki Universitetə bağlayıb. O vaxt Politexnik İnstitutu adlanan sözügedən ali təhsil müəssisəsində əvvəlcə axşam və qiyabi təhsil üzrə prorektor, 1991-1993-cü illərdə tədris işləri üzrə prorektor, sonrakı dövrdə kafedra müdiri işləyib, 2000-ci ildənsə Azərbaycan Texniki Universitetinin rektorudur.

İşin ən maraqlı tərəflərindən biri budur ki, nazir Mikayıl Cabbarovun plagiatlığa görə rəsmi şəkildə xəbərdarlıq etdiyi şəxs "texniki elmlərin və təhsilin inkişafındakı xidmətlərinə görə” yüksək dövlət mükafatı – "Şöhrət” ordeni ilə təltif olunub, üstəlik, ötən ilin oktyabrında ona Prezident İlham Əliyevin sərəncamı ilə "Əməkdar elm xadimi” fəxri adı verilib.

İndi gəlin, baxaq, görək, gənc təhsil nazirimizin əmrində bu "Şöhrət” ordenli 71 yaşlı qocaman rektor-professorun, "Əməkdar elm xadimi”nin barəsində nə yazılıb:

"… Azərbaycan Texniki Universitetində hazırlanan tədris vəsaitlərində plagiat hallarına dəfələrlə (!!!-red.) yol verildiyinə və belə halların qarşısının alınması üçün ciddi tədbirlərin görülmədiyinə görə rektor, professor Havar Məmmədova xəbərdarlıq edilsin…”.

Əlbəttə, hüquqi baxımdan nazirin rektora bu sayaq xəbərdarlıq etməsinə heç bir maneə yoxdur, əksinə, neqativ hallara qarşı mübarizə aparmaq baxımından cəsarətli addımdır və təqdir edilməlidir. Ancaq işin mənəvi və ən əsası, gerçək mahiyyətinə gəldikdəsə, bax, "xoruzun quyruğu” da elə burada üzə çıxır…

Söhbət ondan gedir ki, bizim hökumətimizin idarəetmə fəlsəfəsində, adətən, Prezidentin etimad göstərərək təyin etdiyi və yüksək dövlət mükafatı verdiyi şəxslərin öz nazirləri tərəfindən bu sayaq cəzalandırılması halı, demək olar, yoxdur və bu, "yuxarılarda” hamının bilib gözlədiyi "yazılmamış qanunlar”dan sayılır. Belə demək mümkünsə, hörmətli gənc Təhsil nazirimiz idarəçilikdəki bu ənənəvi qaydaların götürülməsi istiqamətində də bir "ilkə” imza atıb.

Üstəlik, Prezidentin təhsildəki xidmətlərini nəzərə alıb "Əməkdar elm xadimi” adıyla mükafatlandırdığı sərəncamın mürəkkəbi qurumamış professor-rektora "…tədris vəsaitlərində plagiat hallarına dəfələrlə yol verildiyinə və belə halların qarşısının alınması üçün ciddi tədbirlərin görülmədiyinə görə” cəza təyini həm də təhsil sistemində və bütövlükdə bu sektordakı idarəçiliyin, əməyin qiymətləndirilməsi meyarlarının hansı vəziyyətdə olduğuna işıq tutmaq baxımından da çox diqqətçəkici və absurd haldır…

Və daha bir maraqlı detal: nazir Mikayıl Cabbarov əmrə əsas kimi, Təhsil Nazirliyinin Aparat rəhbərinin müavini, Elm, ali və orta ixtisas təhsili şöbəsinin müdiriYaqub Piriyevin təqdimatını göstərib. O Yaqub Piriyevin ki, Texniki Universitetin dəhlizlərində gəzən söz-söhbətə görə, çox yaxın zamanlarda Texniki Universitetlə Memarlıq və İnşaat Universiteti birləşdiriləcək, ona rektor da məhz elə Yaqub Piriyev gətiriləcək…

Əlbəttə, kimin haraya qoyulub-qoyulmayacağını o yerə iddiaçılar yox, o yerə təyin edən yaxşı bilir. Heç şübhəsiz ki, bu dəfə də elə olacaq və biz mövzunun bu tərəfini dartışmaqda, müzakirə açmaqda qətiyyən maraqlı deyilik.

Bizim üçün maraqlı olan əsas məqam budur: nazirin rektoru bu sayaq cəzalandırmasının kökündə, arxasında nə yatır? İndiyədək deyilənlər və yazılanlar, yoxsa, sadəcə, plagiatlıq?! Axı təhsilin problemlərinin həlli üçün plagiatlığa və ya buna şərait yaratmağa görə cəzalandırma belə zəruridirsə, gərək ki, Texniki Universitet siyahının başında durmaya?! Bəlkə, elə təhsildəki gerçək islahatlar Nazirliyin özündən başlaya?!

Mövzu diqqətimizdədir, əlavə məlumatlar veriləcək.

Nazir rektora niyə yazılı xəbərdarlıq edib:
Nazir rektora niyə yazılı xəbərdarlıq edib:










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
AZAL İranın iki şəhərinə uçuşlara başlayır - DİQQƏT!
Bu gün, 11:02
Qazaxıstan AZAL-a məxsus təyyarənin qəzaya uğraması ilə bağlı yekun hesabat hazırlayacaq - TASS
Bu gün, 11:00
Xaricdə təhsil alan tələbələrin narazılığı böyüyür – Agentlikdən hələ də həll yolu görsədəcək açıqlama yoxdur...
Bu gün, 10:50
Tibbi qurum 41 milyon manatlıq laboratoriya testlərini - BU ŞİRKƏTDƏN ALDI
Bu gün, 10:45
8 min Culfa sakininin SU ÇİLƏSİ... - AXI NİYƏ?
Bu gün, 10:43
Xalq artisti Naibə Allahverdiyeva üzgərdirmə edir? - AÇIQLAMA
Bu gün, 10:33
Ukrayna üçün Qarabağ ssenarisi - İlham Əliyevin tarixi çağırışı
Bu gün, 10:29
Qubanın köhnə yolunda işıq əvəzinə radar var, nişanlar da "gözə dəymir" - Köhnə kəndə, təzə adət...
Bu gün, 10:24
“Nar” ən yüksək nəticə göstərən abituriyentləri mükafatlandıracaq - DİQQƏT!
Bu gün, 10:20
ABŞ Rusiyanın Azərbaycan qazını Ukraynaya nəql edən infrastruktura hücumunu pisləyib
Bu gün, 10:19
3 ay əvvəl beh alıb... QEYBƏ ÇƏKİLDİLƏR... - "İndi telefonlara da cavab vermirlər..."
Bu gün, 10:15
Artur Rasizadədən açıqlama: "Jurnalistlərin bir insafı, vicdanı olsun" - REAKSİYA
Bu gün, 10:06
“Övladlarımız var-dövlət üstündə dava etməz, Səmədin vəsiyyəti olmadı”
Bu gün, 09:59
“Tennis kortu”nu icarəyə götürmək adı ilə 16,5 minlik dələduzluq edildi – HÖKM
Bu gün, 09:58
İran Prezidenti Ermənistana səfər edəcək
Bu gün, 09:55
AZNEFT rəhbərliyi bu QƏZANI NİYƏ GİZLƏDİR? - "Yaralananlar var, amma..."
Bu gün, 09:52
Elm və Təhsil Nazirliyindən qalmaqallı addım – Müəmma
Bu gün, 09:46
Paşinyanın həyat yoldaşı Ərdoğanın kitabını oxumağa başlayır: - Özü açıqladı
Bu gün, 09:36
“Kredit götürməyə kömək” adı altında dələduzluq - MƏHKƏMƏ
Bu gün, 09:34
“Rapid Services Azerbaijan” MMC məhkəmədə “Core Construction”a qalib gəlib
Bu gün, 09:33
Sabah Azərbaycan və Ermənistanın iştirakı ilə tarixi hadisə baş verəcək - Saakaşvili yazdı
Bu gün, 09:30
Xankəndidə işləyən fəhlənin başına gələnlər: evlərdən birində divanın altından tapdığını satmaq istədi və... - TƏFƏRRÜAT
Bu gün, 09:24
Kremlin Qarabağdakı “desantı”nın alacağı cəza - AKTUAL
Bu gün, 09:22
Mənzilini "VTB Bank"a girov qoydu, pulunu ödəsə də evini itirdi... - TƏFƏRRÜAT
Bu gün, 09:17
AXI NİYƏ: Təqaüd yaşına 1 il qalmış İXTİSARA SALINIR... - ETİRAZ VAR...
Bu gün, 09:10
“Azərbaycan – Şimali İran deyil!” – Bakı ilə Tehran arasında konsulluq qalmaqalı
Bu gün, 09:03
Təhsil yox, telefon var: Qızlar da, oğlanlar da məktəbdən qaçır - “Statistika kağız üzərindədir, siniflər isə boşdur"
Bu gün, 09:01
““Azəreneji”yə 10 min manata işə düzəldəcəm” deyərək dələduzluq etdi - TƏFƏRRÜAT
Bu gün, 08:59
Sülhə mina basdırılır: Ermənistan xəritə ilə alver edir - SÜLHƏ İNANAQMI?
Bu gün, 08:52
Qazaxlar ruslarla müharibəyə hazırlaşır – Putin Rusiyanın xilası üçün Turana hücuma keçir
Bu gün, 08:50
Kreml izi ilə “Sea Breeze”ə hücum: Özbəkistanda Emin Ağalarov niyə hədəfə alınır - GƏRGİNLİK ARTIR...
Bu gün, 08:43
Kreml Azərbaycan qazının yolunu raketlə kəsir - ZİBİLƏ DÜŞMÜŞÜK...
Bu gün, 08:41
Vaşinqton görüşü: Hansı razılaşma olacaq? - Görünəni odur ki...
Bu gün, 08:39
İrandan gecikmiş Zəngəzur təklifi - Bakı o modelə çoxdan razılıq verib
Bu gün, 08:37
Yeni separatçı ocaq yaradılır - GƏLİŞMƏ
Bu gün, 08:34
Şəmkirdə QƏTLİAM KİMİ QƏZA: 7 nəfər ölüb, yaralananlar var - TƏFƏRRÜAT
Bu gün, 08:24
Trampın təsdiq etdiyi tariflər qüvvəyə minib
Bu gün, 08:21
Vaşinqtonda memorandum imzalanacaq? - GÖZLƏNTİ
Bu gün, 08:16
Dələduzlar İŞ BAŞINDA: Kreditdə olan telefonu satışa çıxarırlar... - ÖZBAŞINA QALIBLAR...
Bu gün, 08:12
Dollar bu halda bahalaşacaq – İqtisadçı xəbərdarlıq etdi
Bu gün, 07:06
FHN Akademiyasının tenderi ləğv edildi - BUNA GÖRƏ...
Bu gün, 06:47
Rusiyaya qarşı yeni sanksiyalarla bağlı qərar 24–36 saat ərzində verilə bilər
Bu gün, 05:07
Binəqədidə sürətli tikinti - NƏ BAŞ VERİR?
Bu gün, 05:05
AAAF Parkda total təftiş QƏRARI - təsisçi Tofiq Heydərov ölkədən çıxıb?
Bu gün, 05:00
"ATƏT-in Minsk qrupunun buraxılması sülh müqaviləsi ilə eyni gündə baş verəcək" - GƏLİŞMƏ
Bu gün, 04:34
Kremlin əlində yeni alət: Qarabağ ermənilərindən Bakıya və İrəvana qarşı istifadə edəcək... - NƏ ETMƏLİ?
Bu gün, 04:27
"Qoyulan qiymətlər peşə məktəbinə yönələn insanların cibinə adekvat deyil" - HƏQİQƏTƏN DƏ...
Bu gün, 04:22
Masazırda vətəndaşlar buna etiraz edir - hər yer SATILIB
Bu gün, 04:17
ABŞ Cənubi Qafqazda sülhün əsas oyunçusuna çevrilir - FAKT BUDUR!
Bu gün, 04:14
"Trampın görüşlərində gözlənilməzlik faktoru böyükdür" - ONA GÖRƏ DƏ...
Bu gün, 04:12
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru