ABŞ Prezidenti Donald Tramp yaxın 24–36 saat ərzində Rusiyaya qarşı yeni sanksiyaların tətbiqi ilə bağlı qərar verə bilər.
APA xəbər verir ki, bu barədə ABŞ dövlət katibi Marko Rubio Fox Business telekanalına müsahibəsində bildirib.
“Prezident bu qərarı növbəti 24–36 saat ərzində verməlidir. Çox şey qarşıdakı günlərdə vəziyyətin necə inkişaf edəcəyindən və əldə olunacaq irəliləyişdən asılı olacaq,” – deyə Rubio vurğulayıb.