Yelo Bank şirnikləndirici təkliflərlə vətəndaşların cibinə necə GİRİR? - İLGİNC FAKTLAR
Tarix: 27-08-2024, 10:24 | Çap et
 Azərbaycanda çox az sayda şəxs olar ki, onun banklara kredit borcu olmasın. Maddi vəziyyətinin yaxşı, yaxud pis olmasından asılı olmayaraq, əksəriyyət kredit götürməyə məcbur qalır. Amma Azərbaycanda banklarınn çoxu sərfəli faiz dərəcələri ilə kredit təklif etmir. Ən aşağı faiz dərəcəsi ilə kredit verən bankların sayı isə tək-tükdür.
Yelo Bankın adı da ən aşağı faiz dərəcələri ilə kredit verən banklar sırasında çəkilir və müştərilərinə 11.7% ilə kredit təklifi edir. Əlbəttə ki, kredit alınması qaydaları ölkəmizdə müəyyən şərtlərlə təmin olunur və hər bir bankın kredit vermə şərtləri fərqlidir. Amma vətəndaşları şirniikləndirici təklif və vədlərlə cəlb edib, sonra da onların ümidlərini boşa çıxarmaq nə insani, nə də hüquqi çərçivəyə sığır ki, Yelo Bank fəaliyyətini bu prinsip üzərində qurub. Bankın qanunazidd hərəkəti bir yana, üstəlik “müştəri məmnuniyyəti” məsələsini də arxa plana keçirib.
Keçək əsl mətləbə...
Yelo Bank müştərilərinə “sərfəli” kreditdən faydalanmaları üçün durmadan zənglər edir və 11,7 faizlə kredit təklifi irəli sürür. Hətta təklifdən faydalanmaq üçün vaxt itkisindən xilas edəcək vədlər verilərək, krediti elə həmin faizlə banka getmədən onlayn sifariş etməyin mümkünlüyü qeyd ediıir. Amma banka yaxınlaşanda tamam fərqli situasiya ilə, əslində kreditin 14,5-15 faiz dərəcəsi ilə verildiyini görürsən. Səbəbini soruşduqda isə bank rəsmisi müştərini haqlı ikən haqsız duruma salır.
Analoji hal bu günlərdə Bizim.Media-ya müraciət edən Yelo Bank müştərilərindən birinin başına gəlib:
Yelo bank vətəndaşın cibinə necə girir?
“Yelo Bankdan mənə durmadan zənglər gəlirdi və aşağı faiz dərəcəsi ilə kredit təklif olundu. Təklifdən yararlanmağım üçün bankın əməkdaşı 28 May fililalına yaxınlaşmağımı istədi. Kreditlə bağlı müqaviləyə gələndə faiz dərəcəsinin 14,5 -15 faiz olduğunu gördüm. Səbəbini soruşanda, “kredit şərtlərimiz belədir” deyib, özlərini haqlı çıxarmağa başladılar.
Halbuki dəfələrlə etdikləri telefon zənglərində 11,7 faizlə kredit verdiklərini bəyan edirdilər. Anladım ki, boş yerə vaxtım gedib və ilk baxışda sərfəli dedikləri kredit təklifi əslində yalandır. Sadəcə vətəndaşın cibinə girmək, hüquqlarını pozmaq üçün şirnikləndirilmiş bir oyundur. Yelo Bank nə haqla müştərini aldadıb, onun vaxtını alır? Niyə müştərilərinə xidmətləri ilə bağlı düzgün məlumat vermirlər?”
Demək ki, bank rəsmi saytlarında elan etdikləri kredit şərtlərindən kənara çıxaraq qanunsuz yollarla vətəndaşın cibinə girmək istəyir.
Daha bir kredit oyunu...
Qeyd edək ki, Yelo Bankdan zaman-zaman mətbuatda çoxsaylı şikayətlər dərc olunub. Hətta bankın öz müştərilərinin pullarını oğurlaması haqda da iddialar var. Əlavə olaraq sosial şəbəkələrdə bankın öz müştərilərindən də giley və narazılıqlar əks olunub.
Yerli mediada dərc olunan yazılardan birində Yelo Bankın daha bir kredit oyunundan bəs edilir. Belə ki, banka kredit üçün müraciət edən şəxsin çalışdığı şirkətlə sözügedən bank arasında əməkdaşlıq olmasa, vətəndaşa kredit verilmədiyi əks olunub.
Hüquqşünaslar isə Azərbaycan daxilində istənilən şəxsin sabit gəlir mənbəyi, kredit tarixçəsi (əvvəlki kredit ödənişləri, borclar və s.), eləcə də kreditin ödənilməsi üçün təminat (bəzi hallarda əmlak girovu və ya zamin tələb olunur) tələbləri qarşılandığı halda kredit əldə edə bilməsi hüququna malik olduğunu bildirir.
Bir sözlə vətəndaşların ən çox şikayətçi olduqları Yelo Bank yuxarıda qeyd edilən faktlara görə ictimaiyyətdə etibarını itirməkdədir.
Qaydalara görə banklar etibarını özünə qaytarmaq üçün birinci növbədə qanunlara riayət etməli, soyğunculuğa son qoymalıdır. Amma Yelo Bank bu qaydanın əksinə gedərək, müştəri məmnuniyyətinə zidd addımlar ataraq, vətəndaşları aldadır, kreditə əsassıs yerə yüksək faiz qoyur, depozit fazlərini aşağı salır və müqavilədə yazdıqlarına əməl etmir.
Məsələ ilə bağlı Yelo Bankın mövqeyini dərc etməyə hazırıq.
Bizim.Media


|
|
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
|
|
| • Burdan bir məhsul alan bir də almır - GİLEY
Bu gün, 01:51 |
|
|
|
| • Putin getsə... Rusiya SAVAŞDAN ÇƏKİLƏCƏKMİ? - Görünəni odur ki...
Bu gün, 01:35 |
|
|
|
| • QƏZA İŞTİRAKÇISININ BABASI HÖKUMƏT ÜZVÜ DEYİLSƏ... - ədalət mühakiməsinin milli standartları...
Bu gün, 01:25 |
|
|
|
| • "Bu xidmət işləməyəcəksə, biz niyə bunun üçün ödəniş edirik?" - ETİRAZ VAR!
Bu gün, 01:19 |
|
|
|
| • Azərbaycanın S-400 zenit-raket kompleksinə ehtiyacı varmı? - AÇIQLAMA
Dünən, 18:05 |
|
|
|
| • Azərbaycan sərhədindən Türkiyəyədək magistral yolun beynəlxalq yükdaşımalar üçün açılması üzrə iş aparılır - Paşinyan
Dünən, 18:03 |
|
|
|
| • Erməni generallar barədə fərmanlar verildi - KİV
Dünən, 17:00 |
|
|
|
| • Namizəd Səfərovun cinayət işi üzrə məhkəmədə ittiham aktı elan olunub
Dünən, 16:57 |
|
|
|
| • Milli Məclisdə YENİ TƏYİNAT: Spikerə köməkçi təyin edildi - FOTO
Dünən, 16:55 |
|
|
|
| • Məhərrəmlikdə toy etmək olarmı? – Elşad Miri
Dünən, 16:50 |
|
|
|
| • ABŞ NATO-ya hamıdan çox pul xərcləyir, amma heç bir fayda əldə etmir - Tramp
Dünən, 16:43 |
|
|
|
| • AAYDA-ya məxsus bu yol istismar idarələri ləğv olunduğunu elan etdi - SİYAHI
Dünən, 16:39 |
|
|
|
| • Bakı-Naxçıvan-Bakı avtobus reysləri nə vaxt bərpa olunacaq? - GƏLİŞMƏ
Dünən, 16:37 |
|
|
|
| • Sənədləri saxtalaşdırdığına görə «qara siyahı»ya düşən “Kon-Lay Project” MMC... – YENİDƏN TƏŞKİL EDİLİR
Dünən, 16:33 |
|
|
|
| • Azərbaycanda eyni sahədə çalışan 10 ŞİRKƏT LƏĞV EDİLDİ - TƏFƏRRÜAT
Dünən, 16:33 |
|
|
|
| • Azərbaycanda 3,5 milyona yeni film çəkilir
Dünən, 16:28 |
|
|
|
| • 35 min manatlıq həkim, yalnız morqda işləyə bilər – REPLİKA
Dünən, 16:26 |
|
|
|
| • Bu klinika təzminat ödəyəcək - Burun düzəldəndə gözü zədələyib
Dünən, 16:21 |
|
|
|
| • Brüsselin Bakı kursu dəyişir: - “Əməkdaşlıq artıq təkcə qaz ixracı ilə məhdudlaşmır”
Dünən, 16:13 |
|
|
|
| • Ucuz neft Azərbaycana problem yaradacaq? - AKTUAL
Dünən, 14:01 |
|
|
|
| • "UNESCO-ya məktubu və müraciəti şəxsən mən göndərmişəm" - AÇIQLAMA
Dünən, 13:55 |
|
|
|
| • Mən Sərkisyanın Putinlə görüşdə etdiyi kimi etməyəcəm - Paşinyan
Dünən, 13:50 |
|
|
|
| • Özümü Paşinyansız düşünə bilmirəm – Simonyandan ETİRAF
Dünən, 13:49 |
|
|
|
| • İrəvan Moskva ilə dialoqu və Aİ-yə inteqrasiya kursunu davam etdirəcək - Paşinyan
Dünən, 13:45 |
|
|
|
| • Ermənistanın Aİ-yə ixracının təxminən 80 %-i rüsumsuz olacaq - Fon der Lyayen
Dünən, 13:42 |
|
|
|
| • Bakıda yenilənməsi nəzərdə tutulan 177 eskalatorun sifarişi verilib, istehsal başlayıb - BŞİH
Dünən, 13:11 |
|
|
|
| • Vətəndaşlara saxta diaqnoz və analizlər yazılıb - TƏBİB araşdırır
Dünən, 13:07 |
|
|
|
| • “Kapital Bank”a yeni Baş maliyyə inzibatçısı təyin edilib - BUNDAN SONRA...
Dünən, 13:04 |
|
|
|
| • Spiker seçilə bilməyən Simonyan deputat mandatından imtina etdi - “Heç prezident də olmaq istəmirəm”
Dünən, 13:02 |
|
|
|
| • “SOCAR-da işləyən vəzifəli şəxslərə rüşvət verəcəm” dedi və... - TƏFƏRRÜAT
Dünən, 13:01 |
|
|
|
| • Rusiya Xerson vilayətinə zərbə endirib, ölən və yaralananlar var
Dünən, 12:59 |
|
|
|
| • Bu şirkət ancaq Elm və Təhsil Nazirliyinin tenderlərini udur: 4 ildə 44 milyon manat... - İcazə verin, şübhələnək...
Dünən, 12:57 |
|
|
|
| • Paşinyan Putindən qorxaraq geri çəkildi: - İrəvandan Moskvaya BÖYÜK JEST
Dünən, 12:53 |
|
|
|
| • Səidə Bəkirqızı Sevinc Hüseynovanı məhkəməyə verdi
Dünən, 12:50 |
|
|
|
| • Putin Paşinyanın telefonunu niyə götürmədi? - NƏ BAŞ VERİR?
Dünən, 12:47 |
|
|
|
| • 2029-cu ildən Aİ ilə viza rejiminin liberallaşdırılmasına ümid edirik - Paşinyan
Dünən, 12:46 |
|
|
|
| • Mədəniyyət Nazirliyi bir ədəd kitabı 3781 manata çap etdirəcək - BU NƏDİ BELƏ?
Dünən, 12:01 |
|
|
|
| • İsrail Müctəba Xameneini ölümə məhkum edib - Tehran BMT-yə şikayət etdi
Dünən, 11:59 |
|
|
|
| • "Bəlkə o mənim son pulum idi... belə məsuliyyətsizlik olar?.." - ETİRAZ
Dünən, 11:57 |
|
|
|
| • ASTANA NƏ EDƏCƏK? - İNCƏLƏMƏ
Dünən, 11:49 |
|
|
|
| • Ukrayna azərbaycanlı iş adamının zavodunu vurdu - FOTO
Dünən, 11:45 |
|
|
|
| • "Arzum" ləqəbli bloqer məhkəmə zalından həbs edilib - QƏRAR
Dünən, 11:30 |
|
|
|
| • Çatışmazlıqların acı dadı: - yanacaq böhranı Kremlin imperiya miflərini məhv edir
Dünən, 11:27 |
|
|
|
| • Erməni separatçıları hansı üzlə bəraət istəyirlər? - HƏQİQƏTƏN DƏ...
Dünən, 11:20 |
|
|
|
| • Azərbaycanda 786 min ailənin “evi yoxdur” - RƏSMİ
Dünən, 11:11 |
|
|
|
| • Paşinyan Ursula Fon der Lyayenlə görüşüb
Dünən, 11:10 |
|
|
|
| • "BAX, BU AYRI `LEVEL`DİR..." - pərdəarxası...
Dünən, 11:03 |
|
|
|
| • Avropa Azərbaycanla əməkdaşlığı genişləndirir - MƏQALƏ
Dünən, 10:57 |
|
|
|
| • Azərbaycanla Avropa İttifaqı arasında əməkdaşlığın daha da genişlənməsinə mühüm töhfə verəcək səfər - İsrafil Kərimovun yazısı...
Dünən, 10:55 |
|
|
|
| • "Dedi ki, statusu silməsən, işdən qovulacaqsan..." - Naxçıvanda TALIBOV AB-HAVASI..."
Dünən, 10:52 |
|
|
|
|