"İnsan hüquqları" adı altında təzyiq? .....                     Ankara Ermənistan sərhədində işləri sürətləndirir .....                     “Azərbaycan özünü ərzaqla tam təmin edə bilər, amma idxaldan asılı vəziyyətə düşüb” .....                     Nazirliyə 12 minə işə düzəldəcəkdi, məhkəməlik oldu .....                     Türkiyədə hansı peşə sahibləri nə qədər maaş alacaq? .....                     “Ya bizi köçürün, ya da bu zibilliyi yığışdırın” .....                     Komediya ustası ilə bağlı şok detallar .....                     "Bolt" sürücülərinin yeni OYUNU .....                     350 minlik iş Hadı Rəcəblinin oğluna verildi .....                     Kılıçdaroğlu Göktaşa dəstək üçün məhkəməyə gəldi .....                     Separatçı istefa verdi: .....                     Amalın bacısı cəzanın artırılmasını istəyir: şikayət verəcək .....                     İstedaddan başqa hər şeyi fəlakət olan Fəlakətimiz .....                     "Brent" nefti 60 dollara qədər ucuzlaşa bilər .....                     Məşhur xanım sənətçiyə ağır qadağalar: .....                     Rusiyadakı çöküş: Azərbaycanlılara necə təsir edəcək? .....                     “PAŞA Kapital”da rəhbər vəzifəyə yeni təyinat .....                     Pomidor 45 qəpiyə düşdü: Bazardakı qiymət oyununun pərdəarxası .....                     Cem Yılmaz Deniz Göktaşın saxlanılmasına “səssiz etiraz” edib? .....                     Paşinyanın partiyasında Simonyan müəmması .....                     Rusiyada yanacaq böhranı elektrikli avtomobillərə tələbatı artırıb .....                     Uzun müddətdir yoxa çıxan SEPAH lideri aylar sonra belə görüntüləndi .....                     Bu qrupa yeni sədr seçildi .....                     BDU yarımçıq qalan tikinti işlərinə 1,1 milyon manat vəsait ayırdı .....                     “Nar” Gəncədə tələbələr üçün marketinq və karyera təlimləri təşkil etdi .....                     Müctəba Xameneyi sağdır? .....                     Rusiyada Putinin reytinqi kəskin azaldı .....                     "Havalandırma yox, kondisioner yox... dustaq nə etməlidir?!" .....                     “Azər Türk Bank”da yeni təyinat .....                     Süleyman Nemətov "general-leytenant" oldu .....                     Natiq Şirinov məhkəmədə qalib gəldi: .....                     Birlikdə kirayədə qaldığı yoldaşını qətlə yetirən şəxs .....                     Əməkdar artist əməliyyat olundu .....                     “Dayı”ya hökm oxundu .....                     Eyni xidmətə iki dəfə PUL ÇIXIRLAR... .....                     Müştərini YATDIĞI YERDƏ QARƏT EDİRLƏR... .....                     Təhsil nazirinin xanımının London təhsili Dövlət büdcəsinə 63 min funta başa gəlib .....                     Məhkəmə ögey atasını öldürən yeniyetmə ilə bağlı .....                     Paşinyan Rusiyaya gedir .....                     Tbilisi-Bakı qatarı ilə Azərbaycana nə qədər əcnəbi gəlib? .....                 

Satınalmalarda qanun, qadağa bilməyən, vergi tanımayan Yusifzadə Nərmin kimdir? - BU NƏDİ BELƏ?!
Tarix: 10-01-2024, 11:16 | Çap et
Satınalmalarda qanun, qadağa bilməyən, vergi tanımayan Yusifzadə Nərmin kimdir?
Azərbaycanın dövlət satınalmaları bazarında bir MMC girib. Təsəvvür edin, ilk addımlarını belə qanunsuzluqla atıb. Penitensiar Xidmətin 12 saylı Cəzaçəkmə Müəssisəsi tərəfindən yumşaq inventarların satınalınması üzrə keçirilmiş 33 405.4 manat dəyərində kotirovka sorğusunun qalibi olub. Hələ 2022-ci ildə.

Qeyd edək ki, 12 saylı Cəzaçəkmə Müəssisəsi tərəfindən keçirilən kotirovka sorğusu müsabiqəsinin başlanma tarixi 27.09.2022-ci ilə, zərflərin açılış tarixi isə 14.11.2022-ci il tarixə müəyyən edilib. “NUR GENERAL SUPPLIER” Məhdud Məsuliyyətli Cəmiyyəti isə 13.10.2022-ci-ci il tarixində, yəni müsabiqənin başlanılmasından 16 gün sonra dövlət qeydiyyatına alınib.

Kommersiya qurumunun hüquqi şəxslərin dövlət reyestrinə daxil edilmiş məlumatlarında “NUR GENERAL SUPPLIER” Məhdud Məsuliyyətli Cəmiyyətinin 13.10.2022-ci il tarixdə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Kiçik Sahibkarlıqla İş üzrə Baş İdarəsində dövlət qeydiyyatına alındığı göstərilir. Reyestr məlumatlarında nizamnamə kapitalı 10 manat olan MMC-nin hüquqi ünvanının BAKI ŞƏHƏRİ SURAXANI RAYONU, HÖVSAN ŞTQ, MUĞAN, ev 7, GİRİŞ 72, MƏRTƏBƏ 1, m. 4, qanuni təmsilçisi kimi isə Yusifzadə Nərmin Tahir qızı qeyd olunub.

Dövlət qeydiyyatına alındıqdan cəmi bir gün sonra Ədliyyə Nazirliyi Penitensiar Xidməti tərəfindən keçirilmiş dəftərxana və təsərrüfat mallarının satın alınması keçirilmiş açıq tenderin qalibi olub və 100.000 manat məbləğində dövlət sifarişi alıb.

Hələ dövlət qeydiyyatına alınmamışdan Lerik rayon İşıqlandırma İdarəsi tərəfindən 10.11.2022-ci il tarixdə başlanmış elektrik avadanlıqlarının satın alınması kotirovkanın da qalibi olub.

MMC daha sonra Ədliyyə Nazirliyi Penitensiar Xidmətinə 11.996 manat dəyərində gül və əklillər alıb.

Dövlət qeydiyyatına alındıqdan bir ay sonra Azərbaycan Respublikası Hərbi Prokurorluğuna 4.157 manat məbləğində mətbəx ləvazimatları alıb.

Sonra Neftçala rayon İcra Hakimiyyətinə 8.760 manat dəyərində sair xərclər üzrə bayram tədbirlərinin keçirilməsini təşkil edib.

Göründüyü kimi MMC dövlət qeydiyyatına alındıqdan bir ay sonra 5 müxtəlif lot üzrə ayrı ayrı dövlət qurumlarının keçirdiyi açıq tender və kotirovkaların qalibi olub. Beləcə 14.11.2022-ci ildən 26.12.2023-cü ilə qədər, yəni bir il bir ay ərzində 45 satınalma prosedurunun iştirakçısı olub.

MMC Hacıqabul rayon Mərkəzi Rayon Xəstəxanasına 20.452,94 manat məbləğində dəftərxana və təsərrüfat malları, Yardımlı rayon Mərkəzi Rayon Xəstəxanasına 19.995,1 avtomobillər üçün ehtiyat hissələri, Bitki Mühafizə və Texniki Bitkilər Elmi-Tədqiqat İnstitutuna 39.200 manat məbləğində kimyəvi maddələr, Abşeron rayon İcra Hakimiyyətinin Mənzil Kommunal Təsərrüfat Birliyinin Abadlıq və Kommunal Xidmətlər İdarəsinə 11.351,6 manat məbləğində abadlıq, təmizlik və yaşıllıqlara qulluq işlərinin həyata keçirilməsi məqsədi ilə çiçəklər, Abşeron rayon İcra Hakimiyyətinin Mənzil Kommunal Təsərrüfat Birliyinin Abadlıq və Kommunal Xidmətlər İdarəsinə 9.006,4 manat məbləğində işçilər üçün geyim və avadanlıqlar, 201 nömrəli hərbi hissə üçün 182.453,75 manat dəyərində vacib olan ləvazimat və detallar, Gəncə şəhər İcra Hakimiyyətinin Tabeliyində “Park-Xiyaban” İstismar və Mühafizə İdarəsinə 95.119,8 manat məbləğində istehsalat nəqliyyatı vasitələri alıb.

Göründüyü kimi satınalmaların içində demək olar bütün xidmət növləri var. MMC -nin qanunun tələb etdiyi kimi müvafiq sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi və ya müəyyən hərəkətlərin yerinə yetirilməsi üçün müvafiq lisenziyaya və ya icazəyə malik olması barədə heç bir məlumat yoxdu. Amma daha maraqlı məlumatlar var.

Dövlət Vergi Xidmətinin rəsmi portalında olan məlumatlara görə “NUR GENERAL SUPPLIER” Məhdud Məsuliyyətli Cəmiyyəti 16.10.2023-cü il tarixdən Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən riskli vergi ödəyicilərin siyahısına daxil edilib. MMC-nin hazırkı günə 31 174.23 manat vergi borcu var.

Daha təəccüblüsü isə şirkətin riskli vergi ödəyicilərin siyahısına daxil edilməsindən, 16.10.2023-cü il tarixdən sonra MMC müxtəlif dövlət qurumlarının keçirdiyi 20 satınalma prosedurunun iştirakçısı olub. Ədliyyə Nazirliyi Penitensiar Xidməti ilə dəftərxana mallarının satınalınması üzrə 110.129,4 manat 17.10.2023-cü il tarixdə, Yardımlı rayon Mərkəzi Rayon Xəstəxanası ilə avtomobillər üçün ehtiyat hissələrinin satınalması üzrə 19.995,1 manat məbləğində 16.10.2023-cü il tarixdə, Abşeron rayon İcra Hakimiyyətinin Mənzil Kommunal Təsərrüfat Birliyinin Abadlıq və Kommunal Xidmətlər İdarəsi ilə 9.006,47 və 11.351,6 manat mələğində 03.11.2023-cü il tarixdə, Gəncə şəhər İcra Hakimiyyətinin Tabeliyində “Park-Xiyaban” İstismar və Mühafizə İdarəsi ilə 95.119,8 manat məbləğində 16.11.2023-cü il tarixdə, 29.972 manat məbləğində 07.12.2023-cü il tarixdə, Kürdəmir rayon Mərkəzi Rayon Xəstəxanası ilə 18.679,87 manat məbləğində 13.12.2023-cü il tarixdə, Salyan rayon İcra Hakimiyyəti ilə 6.274,06 manat məbləğində 30.12.2023-cü il tarixdə, Lerik rayon Yaşillaşdirma İdarəsi ilə 20.596,9 manat məbləğində 08.01.2024-cü il tarixdə ümumi olaraq 9 satınalma müqavilələri bağlayıb.

Buradan suallar yaranır. “NUR GENERAL SUPPLIER” MMC ilə satınalma müqaviləsi bağlayan bu qədər dövlət müəssisəsi bunu görməyibmi? Axı satınalmalar haqqında qanun vergilər və digər icbari ödənişlər üzrə vaxtı keçmiş öhdəliklərinin olması, Vergi Məcəlləsinə uyğun olaraq riskli vergi ödəyicisi olmasına dair barəsində qüvvədə olan qərarın olması kimi halları yolverilməz hesab edir.

Bəs necə olur ki, Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən “NUR GENERAL SUPPLIER” MMC-nin riskli vergi ödəyicisi olmasına dair barəsində qüvvədə olan 2319022459902700 nömrəli qərarı bu qədər dövlət müəssisəsi görməzdən gəlib?

Göründüyü kimi apardığımız kiçik bir araşdırmada bir MMC-nin müxtəlif dövlət qurumları tərəfindən keçirilmiş satınalmalarda ayrı-ayrı lotlar üzrə onlarla tenderin qalibi olması yol verilən qanun pozuntuları ilə bərabər açıq-aydın görsənir. Hansıki, bir xanımın qanuni təmsilçisi olduğu şirkətdir. Barəsində açıq mənbələrdə heç bir məlumata rast gəlinmir. Kimdir Yusifzadə Nərmin Tahir qızı? Bir il əvvəl yaratdığı bir MMC ilə dövlət müəssisələrinə həm yumşaq inventarlar, dəftərxana və təsərrüfat malları, elektrik avadanlıqları, avtomobillər üçün ehtiyat hissələri, sürtgü yağları alır, həm də yaşıllaşdırma və abadlaşdırma xidmətləri göstərir? Həm də heç bir qanun, qadağa bilmədən, vergi tanımadan?

Aktualinfo.org









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
"İnsan hüquqları" adı altında təzyiq? - Bakıya "şərt" qoyanlara sərt CAVAB
Bu gün, 17:42
Ankara Ermənistan sərhədində işləri sürətləndirir
Bu gün, 17:01
“Azərbaycan özünü ərzaqla tam təmin edə bilər, amma idxaldan asılı vəziyyətə düşüb” - FAKT BUDUR
Bu gün, 16:58
Nazirliyə 12 minə işə düzəldəcəkdi, məhkəməlik oldu - TƏFƏRRÜAT
Bu gün, 16:55
Türkiyədə hansı peşə sahibləri nə qədər maaş alacaq? - SİYAHI
Bu gün, 16:53
“Ya bizi köçürün, ya da bu zibilliyi yığışdırın” - ETİRAZ VAR...
Bu gün, 16:49
Komediya ustası ilə bağlı şok detallar - Atası terrorçu olub, terror aktı törədib
Bu gün, 16:34
"Bolt" sürücülərinin yeni OYUNU - Sərnişinlər niyə sifarişi ləğv etməyə məcbur edilir?
Bu gün, 16:26
350 minlik iş Hadı Rəcəblinin oğluna verildi - DETALLAR
Bu gün, 16:19
Kılıçdaroğlu Göktaşa dəstək üçün məhkəməyə gəldi
Bu gün, 16:15
Separatçı istefa verdi: - Danelyan qondarma “parlament”dən getdi
Bu gün, 16:11
Amalın bacısı cəzanın artırılmasını istəyir: şikayət verəcək – VİDEO
Bu gün, 15:58
İstedaddan başqa hər şeyi fəlakət olan Fəlakətimiz - Saffari yazır…
Bu gün, 15:54
"Brent" nefti 60 dollara qədər ucuzlaşa bilər
Bu gün, 15:51
Məşhur xanım sənətçiyə ağır qadağalar: - "O olar, bu olmaz..."
Bu gün, 15:49
Rusiyadakı çöküş: Azərbaycanlılara necə təsir edəcək? - AKTUAL
Bu gün, 15:44
“PAŞA Kapital”da rəhbər vəzifəyə yeni təyinat - DOSYE
Bu gün, 15:42
Pomidor 45 qəpiyə düşdü: Bazardakı qiymət oyununun pərdəarxası - Ekspert deyir ki...
Bu gün, 15:38
Cem Yılmaz Deniz Göktaşın saxlanılmasına “səssiz etiraz” edib?
Bu gün, 15:33
Paşinyanın partiyasında Simonyan müəmması - politoloqdan ilginc təhlil
Bu gün, 15:24
Rusiyada yanacaq böhranı elektrikli avtomobillərə tələbatı artırıb - “Reuters”
Bu gün, 14:56
Uzun müddətdir yoxa çıxan SEPAH lideri aylar sonra belə görüntüləndi - FOTO
Bu gün, 14:55
Bu qrupa yeni sədr seçildi
Bu gün, 14:49
BDU yarımçıq qalan tikinti işlərinə 1,1 milyon manat vəsait ayırdı - DETALLAR
Bu gün, 14:47
“Nar” Gəncədə tələbələr üçün marketinq və karyera təlimləri təşkil etdi - DİQQƏT
Bu gün, 14:46
Müctəba Xameneyi sağdır? - Tabutlar bir-bir sayıldı
Bu gün, 13:40
Rusiyada Putinin reytinqi kəskin azaldı
Bu gün, 13:38
"Havalandırma yox, kondisioner yox... dustaq nə etməlidir?!" - NARAZILIQ VAR...
Bu gün, 13:31
“Azər Türk Bank”da yeni təyinat - BUNDAN SONRA...
Bu gün, 13:20
Süleyman Nemətov "general-leytenant" oldu
Bu gün, 13:18
Natiq Şirinov məhkəmədə qalib gəldi: - 35 min manat təzminat ödəniləcək
Bu gün, 13:11
Birlikdə kirayədə qaldığı yoldaşını qətlə yetirən şəxs HAKIM QARŞISINDA
Bu gün, 13:10
Əməkdar artist əməliyyat olundu - Son durumu açıqlandı
Bu gün, 13:00
“Dayı”ya hökm oxundu - 3 aya azadlığa çıxır
Bu gün, 12:58
Eyni xidmətə iki dəfə PUL ÇIXIRLAR... - GİLEY
Bu gün, 12:48
Müştərini YATDIĞI YERDƏ QARƏT EDİRLƏR... - Bunun başqa adı yoxdur...
Bu gün, 12:44
Təhsil nazirinin xanımının London təhsili Dövlət büdcəsinə 63 min funta başa gəlib - NAZİR ÖZÜ DEDİ...
Bu gün, 12:35
Məhkəmə ögey atasını öldürən yeniyetmə ilə bağlı QƏRAR ÇIXARDI
Bu gün, 12:31
Paşinyan Rusiyaya gedir - KİV
Bu gün, 12:26
Tbilisi-Bakı qatarı ilə Azərbaycana nə qədər əcnəbi gəlib?
Bu gün, 12:24
Rubinyan Türkiyəyə jest olaraq parlament sədri seçilib? - KİV
Bu gün, 12:17
Səhnəyə təsadüfən gəldi, illərlə rol gözlədi: - "Mənə "eqolu" deyirdilər, indi bundan zövq alıram"
Bu gün, 12:15
Misir Mərdanovun Ermənistana səfərinin təfərrüatları: - Niyə ağlayıb, Köçəryandan nə xahiş edib?
Bu gün, 12:06
İnterpolun qırmızı bülleteni ilə axtarılan Azərbaycan vətəndaşı Batumidə tutuldu - TƏFƏRRÜAT
Bu gün, 11:58
Ermənilər Naxçıvanın statusunu qəbul etmir - yeni oyun
Bu gün, 11:52
Oğlunu azad etdirmək üçün evini satdı, kredit götürdü - 57 minlik dələduzluq
Bu gün, 11:50
Moskvada 17 il əvvəl baş vermiş azərbaycanlının qətli: - "Lazım gələrsə, ürəyimi ona verəcəyimi dedim"
Bu gün, 11:46
“Azərişıq”ın 13 milyonluq tenderini bu şirkət uddu
Bu gün, 11:41
Rusiyanın qərarına İrəvandan şərh: - Təsəvvür edə bilməzsiniz, necə sevindik
Bu gün, 11:37
“PASHA Bank Georgia”nın rəhbərliyində iki mühüm təyinat olub - ADLAR
Bu gün, 11:35
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru