“Deyirlər, əsgər yoldaşı ilə şokolad yağına görə dalaşıb, sonra da özünü öldürüb” - NARAZILIQ VAR!
Tarix: 26-08-2023, 11:40 | Çap et
 “Deyirlər ki, uşağım silah otağından silah götürərək özünü vurub. Silah otağı niyə açıq idi? Silah otağının rəisi harada idi?”
Bu sözləri bu ilin iyul ayında Laçında xidmətdə olduğu hərbi hissədə intihar etdiyi bildirilən kiçik çavuş Telman Eyyubovun anası Əfsanə Macanova deyir.
Rəsmi məlumatlarda 2004-cü il təvəllüdlü T.Eyyubovun özünü silahla vurduğu bildirilsə də, anası Əfsanə Macanova oğlunun intihar etdiyinə inanmır. O, deyir ki, iş yenidən və ədalətli araşdırılmalıdır:
“Hərbi hissənin batareya komandiri səhər saatlarında atasına zəng edib ki, oğlun burada əsgərlə dalaşıb, raport yazıb onu tutduracam. Biz atasından ayrı idik, atası 8 yaşından uşağı görməyib. Qaynım oğlu zəng elədi ki, belə məsələ var, hərbi hissə ilə danışacam. Batareya komandiri ona da eyni şeyləri deyib. Elə bu anlarda Qazax Rayon İcra Hakimiyyətindən anama (mərhumun nənəsinə) zəng ediblər ki, uşaq hərbi hissədə ölüb. Gah deyiblər dağdan düşüb, gah deyiblər özünü asıb. Anam deyib ki, o uşaq çox çətinlik görmüş uşaqdır, özünü asa bilməz. Necə oldu, 1 il 4 ay dözdü, 2 ay qalmış dözməyib özünü asdı? Sonra batareya komandirinə zəng çatmadı”.

Əfsanə Macanova deyir ki, bundan sonra uşağı ilə bağlı məlumat almaq üçün Qazax rayon Hərbi Komissarlığına gedib, ancaq onu içəri buraxmayıb, suallarını cavablandırmayıblar. Qadının sözlərinə görə, ölüm dəqiqləşəndən sonra atası (mərhumun babası) meyiti görmək üçün gedib:
“Atam deyir, açdılar üzünü göstərdilər ki, boğazının altından özünü vurub, güllə yarası var. Deyirlər ki, 2 əsgər şokolad yağına görə dalaşıb, bu da gedib silah otağından silah götürərək özünü vurub. Silah otağı niyə açıq idi, silah otağının rəisi harada idi? Orda silahı götürəndə qol çəkib götürürsən, mənim uşağım necə silah götürdü? Bu iş üzrə heç kim həbs olunmayıb. Mən batareya komandirindən şikayətçiyəm. Prokurorluqda soruşdular inanırsan uşaq özünü öldürüb? Dedim, yox. Ölən gününə kimi narazılıq etməyib. Qazax Rayon İcra Hakimiyyətindən camaata deyiblər ki, heç kim yasa getməsin, uşaq özünü öldürüb, vətən xainidir”.
Əfsanə Macanova deyir ki, oğlu həmişə ona arzularından danışıb, planları olub. Ona görə də, hadisənin intihar olmasına inanmır:
“Hər gün danışırdıq, uşağım heç vaxt problem yaşamırdı. Mən inana bilmirəm ki, mənim oğlum intihar edib. O bilirdi ki, evdə iki qadın qoyub gedib. Böyük arzuları var idi, deyirdi ki, ana, qayıdacam, hərbçi olacam, ev tikəcəm. 1 il 4 ayı getmişdi, 2 ayı qalmışdı. Laçında xidmət edirdi. Rütbəsi kiçik çavuş idi, dəstə komandiri idi, 12 əsgəri var idi. Mən onu atasız böyütmüşəm, uşağımı tanıyıram. Bilmirəm, özünü öldürər, ya yox?!” – deyə o, bildirib.
Məsələ ilə bağlı Müdafiə Nazirliyindən Abzas Media-ya bildirilib ki, sorğu ilə Hərbi Prokurorluğa müraciət edək. Hərbi prokurorluğun mətbuat xidmətinin rəhbəri Firad Əliyev isə bildirib ki, qeyd olunan məsələlər istintaq sirri olduğu üçün sualları cavablandırmırlar. //Abzas Media//


|
|
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
|
|
| • Londonda Azərbaycan Evi Mədəniyyət və Dostluq Mərkəzinin rəhbəri vəfat edib
Dünən, 17:45 |
|
|
|
| • "İnsan hüquqları" adı altında təzyiq? - Bakıya "şərt" qoyanlara sərt CAVAB
Dünən, 17:42 |
|
|
|
| • Ankara Ermənistan sərhədində işləri sürətləndirir
Dünən, 17:01 |
|
|
|
| • “Azərbaycan özünü ərzaqla tam təmin edə bilər, amma idxaldan asılı vəziyyətə düşüb” - FAKT BUDUR
Dünən, 16:58 |
|
|
|
| • Nazirliyə 12 minə işə düzəldəcəkdi, məhkəməlik oldu - TƏFƏRRÜAT
Dünən, 16:55 |
|
|
|
| • Türkiyədə hansı peşə sahibləri nə qədər maaş alacaq? - SİYAHI
Dünən, 16:53 |
|
|
|
| • “Ya bizi köçürün, ya da bu zibilliyi yığışdırın” - ETİRAZ VAR...
Dünən, 16:49 |
|
|
|
| • Komediya ustası ilə bağlı şok detallar - Atası terrorçu olub, terror aktı törədib
Dünən, 16:34 |
|
|
|
| • "Bolt" sürücülərinin yeni OYUNU - Sərnişinlər niyə sifarişi ləğv etməyə məcbur edilir?
Dünən, 16:26 |
|
|
|
| • 350 minlik iş Hadı Rəcəblinin oğluna verildi - DETALLAR
Dünən, 16:19 |
|
|
|
| • Kılıçdaroğlu Göktaşa dəstək üçün məhkəməyə gəldi
Dünən, 16:15 |
|
|
|
| • Separatçı istefa verdi: - Danelyan qondarma “parlament”dən getdi
Dünən, 16:11 |
|
|
|
| • Amalın bacısı cəzanın artırılmasını istəyir: şikayət verəcək – VİDEO
Dünən, 15:58 |
|
|
|
| • İstedaddan başqa hər şeyi fəlakət olan Fəlakətimiz - Saffari yazır…
Dünən, 15:54 |
|
|
|
| • "Brent" nefti 60 dollara qədər ucuzlaşa bilər
Dünən, 15:51 |
|
|
|
| • Məşhur xanım sənətçiyə ağır qadağalar: - "O olar, bu olmaz..."
Dünən, 15:49 |
|
|
|
| • Rusiyadakı çöküş: Azərbaycanlılara necə təsir edəcək? - AKTUAL
Dünən, 15:44 |
|
|
|
| • “PAŞA Kapital”da rəhbər vəzifəyə yeni təyinat - DOSYE
Dünən, 15:42 |
|
|
|
| • Pomidor 45 qəpiyə düşdü: Bazardakı qiymət oyununun pərdəarxası - Ekspert deyir ki...
Dünən, 15:38 |
|
|
|
| • Cem Yılmaz Deniz Göktaşın saxlanılmasına “səssiz etiraz” edib?
Dünən, 15:33 |
|
|
|
| • Paşinyanın partiyasında Simonyan müəmması - politoloqdan ilginc təhlil
Dünən, 15:24 |
|
|
|
| • Rusiyada yanacaq böhranı elektrikli avtomobillərə tələbatı artırıb - “Reuters”
Dünən, 14:56 |
|
|
|
| • Uzun müddətdir yoxa çıxan SEPAH lideri aylar sonra belə görüntüləndi - FOTO
Dünən, 14:55 |
|
|
|
| • Bu qrupa yeni sədr seçildi
Dünən, 14:49 |
|
|
|
| • BDU yarımçıq qalan tikinti işlərinə 1,1 milyon manat vəsait ayırdı - DETALLAR
Dünən, 14:47 |
|
|
|
| • “Nar” Gəncədə tələbələr üçün marketinq və karyera təlimləri təşkil etdi - DİQQƏT
Dünən, 14:46 |
|
|
|
| • Müctəba Xameneyi sağdır? - Tabutlar bir-bir sayıldı
Dünən, 13:40 |
|
|
|
| • Rusiyada Putinin reytinqi kəskin azaldı
Dünən, 13:38 |
|
|
|
| • "Havalandırma yox, kondisioner yox... dustaq nə etməlidir?!" - NARAZILIQ VAR...
Dünən, 13:31 |
|
|
|
| • “Azər Türk Bank”da yeni təyinat - BUNDAN SONRA...
Dünən, 13:20 |
|
|
|
| • Süleyman Nemətov "general-leytenant" oldu
Dünən, 13:18 |
|
|
|
| • Natiq Şirinov məhkəmədə qalib gəldi: - 35 min manat təzminat ödəniləcək
Dünən, 13:11 |
|
|
|
| • Birlikdə kirayədə qaldığı yoldaşını qətlə yetirən şəxs HAKIM QARŞISINDA
Dünən, 13:10 |
|
|
|
| • Əməkdar artist əməliyyat olundu - Son durumu açıqlandı
Dünən, 13:00 |
|
|
|
| • “Dayı”ya hökm oxundu - 3 aya azadlığa çıxır
Dünən, 12:58 |
|
|
|
| • Eyni xidmətə iki dəfə PUL ÇIXIRLAR... - GİLEY
Dünən, 12:48 |
|
|
|
| • Müştərini YATDIĞI YERDƏ QARƏT EDİRLƏR... - Bunun başqa adı yoxdur...
Dünən, 12:44 |
|
|
|
| • Təhsil nazirinin xanımının London təhsili Dövlət büdcəsinə 63 min funta başa gəlib - NAZİR ÖZÜ DEDİ...
Dünən, 12:35 |
|
|
|
| • Məhkəmə ögey atasını öldürən yeniyetmə ilə bağlı QƏRAR ÇIXARDI
Dünən, 12:31 |
|
|
|
| • Paşinyan Rusiyaya gedir - KİV
Dünən, 12:26 |
|
|
|
| • Tbilisi-Bakı qatarı ilə Azərbaycana nə qədər əcnəbi gəlib?
Dünən, 12:24 |
|
|
|
| • Rubinyan Türkiyəyə jest olaraq parlament sədri seçilib? - KİV
Dünən, 12:17 |
|
|
|
| • Səhnəyə təsadüfən gəldi, illərlə rol gözlədi: - "Mənə "eqolu" deyirdilər, indi bundan zövq alıram"
Dünən, 12:15 |
|
|
|
| • Misir Mərdanovun Ermənistana səfərinin təfərrüatları: - Niyə ağlayıb, Köçəryandan nə xahiş edib?
Dünən, 12:06 |
|
|
|
| • İnterpolun qırmızı bülleteni ilə axtarılan Azərbaycan vətəndaşı Batumidə tutuldu - TƏFƏRRÜAT
Dünən, 11:58 |
|
|
|
| • Ermənilər Naxçıvanın statusunu qəbul etmir - yeni oyun
Dünən, 11:52 |
|
|
|
| • Oğlunu azad etdirmək üçün evini satdı, kredit götürdü - 57 minlik dələduzluq
Dünən, 11:50 |
|
|
|
| • Moskvada 17 il əvvəl baş vermiş azərbaycanlının qətli: - "Lazım gələrsə, ürəyimi ona verəcəyimi dedim"
Dünən, 11:46 |
|
|
|
| • “Azərişıq”ın 13 milyonluq tenderini bu şirkət uddu
Dünən, 11:41 |
|
|
|
| • Rusiyanın qərarına İrəvandan şərh: - Təsəvvür edə bilməzsiniz, necə sevindik
Dünən, 11:37 |
|
|
|
|