“Axtarışda olan adam Türkanda torpaq alıb satır, hər kəsə meydan oxuyur” - İDDİA
Tarix: 20-05-2021, 10:16 | Çap et
 “Bakının Xəzər rayonu, Türkan qəsəbəsində 91 yaşlı Xumara Şabanova və 80 yaşlı Əzizəxanım Atayevanın sağ olduqları halda, ölmüş kimi sənədləşdirilib hər birinin 25 sot torpaq sahəsinin özlərindən xəbərsiz satılması ilə əlaqədar axtarışda olan Qərib Nadirov qəsəbədə sərbəst gəzib dolaşır”.
Bu haqda redaksiyamıza Türkan sakinləri məlumat verib. Sakinlər bildirir ki, Qərib Nadirov yenə də öz işi ilə məşğuldur, Türkanda torpaq alıb-satır: “O, qəsəbə ərazisində qara rəngli, ”Mersedes" markalı, Az 99 SS 744 nömrə nişanlı avtomobildə sərbəst gəzib dolaşır. Qəsəbə sakinlərinə isə tezliklə barəsindəki axtarış işinin ləğv ediləcəyini, bu iş üzrə həbs olunan digər şəxslərin isə məhkəmədən azad olunacaqlarını deyir. 91 yaşlı Xumara Şabanova və 80 yaşlı Əzizəxanım Atayevanın torpaqlarının cinayət yolu ilə ələ keçirilməsinə görə 5 nəfərin haqqında cinayət işi baxılması üçün aprelin 29-da Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib. Qərib Nadirov və Türkan bələdiyyəsinin keçmiş sədri Mehman Ağayev isə axtarışa verilib.
Hakim önünə çıxarılacaq 5 nəfərdən də yalnız ikisi həbsdədir - Çingiz Səfərov və Xəzər rayonunun icra başçısının Türkan qəsəbəsi üzrə nümayəndəsi olmuş Rahil Babayev. Digər 3 nəfərdən Daşqın Nəsirov dekabrda həbs olunsa da, martda ev dustaqlığına buraxılıb. Xalq artisti Zeynəb Xanlarovanın bacısı oğlu olan Nəsirovun ev dustaqlığına buraxılmasına əsas kimi onun səhhətində problemlər olması göstərilib. Daha iki təqsirləndirilən isə Dövlət Reyestr Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin sabiq rəisi Zəfər Abdulov və onun müavini olmuş Eldar Mirzəyevdir. İstintaq dövründə onların barəsində polis nəzarətinə vermə-qətimkan tədbiri seçilib.
Axtarışda olanlara gəlincə, bunlar Türkan bələdiyyəsinin keçmiş sədri Mehman Ağayev və qəsəbədə torpaq alqı-satqısı ilə məşğul olmuş Qərib Nadirovdur. Axtarışda olduqlarına görə cinayət işi məhkəməyə göndəriləndə onların haqqında iş ayrılıb və Baş Prokurorluğun İstintaq İdarəsində araşdırmalar davam etdirilir. İttihama görə, torpaq alqı-satqısı ilə məşğul olan Səfərov, Nadirov və Nəsirovun təhriki ilə icra başçısının sabiq nümayəndəsi və bələdiyyə sədri, eləcə də Dövlət Reyestr Xidmətinin vəzifəliləri əlbir olub. Nəticədə Türkan qəsəbəsində dəniz sahilində yerləşən Atayeva və Şabanovaya məxsus ümumilikdə 1.12 hektar torpaq sahəsi saxta sənədlərlə qanunsuz satılıb. İstintaq saxta sənədlərlə satılmış torpaq sahələrini 190 min manat dəyərləndirib. Torpaq sahələrinin real bazar qiyməti isə bu məbləği dəfələrlə üstələyir".
Zərərçəkənlər torpaq sahələrinin onlara qaytarılmasını tələb edirlər. Təqsirləndirilən şəxslərə qarşı CM-in 178.3.2 (külli miqdarda ziyan vurmaqla dələduzluq), 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə, ağır nəticələrə səbəb olduqda) və 320.2 (rəsmi sənədləri saxtalaşdırma, qanunsuz hazırlama və ya istifadə etmə) maddələri ilə ittiham irəli sürülüb. Bu maddələrdə 10 ilə qədər azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulub. Bu ilin martında Türkan qəsəbə sakini Natiq Məhəmmədsoy da həbs olunub. O, qanunsuz silah saxlama və narkotik satışında suçlanır. 55-yaşlı Məhəmmədsoy isə ittihamları qəbul etmir, təqsirsiz olduğunu deyir. O, barəsində həbs qərarı verilərkən məhkəmədə deyib ki, qəsəbə sakinləri Atayeva və Şabanovaya vəkil tapmaqda, dövlət orqanlarına şikayətlərdə yardım etdiyinə görə saxta ittihamla cəzalandırılıb. Atayeva və Şabanova da Məhəmmədsoyun günahsız olduğunu, onlara yardım etdiyinə görə şərləndiyini iddia edir. “Yeni Müsavat”


|
|
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
|
|
| • Kişi "WhatsApp"da başqa şəxslə yazışan arvadını döydü, 1500 manat cərimələndi - TƏFƏRRÜAT
Bu gün, 08:19 |
|
|
|
| • Putin 2027-ci ilin fevralınadək danışıqlara getməyəcək - FT
Bu gün, 08:08 |
|
|
|
| • Ev almaq istəyənlərin nəzərinə – Bu sənədi yoxlamadan “beh” verməyin!
Bu gün, 08:06 |
|
|
|
| • “Laçını bu şəbəkənin əlindən qurtarın!” –Qazidən Prezidentə və hüquq-mühafizə orqanlarına müraciət
Bu gün, 07:47 |
|
|
|
| • Ölübsə, necə tibbi yardım göstərəcək? - İllərdir müzakirə olunan maddə
Bu gün, 07:43 |
|
|
|
| • Avropa ABŞ-sız böyük savaşa hazırlaşır
Bu gün, 07:34 |
|
|
|
| • Britaniya XİN əməkdaşlarının elektron poçtları ələ keçirilib - "The Daily Telegraph"
Bu gün, 07:32 |
|
|
|
| • Deputatın şirkəti DÖVLƏTƏ BORCLUDUR - BU DA FAKT...
Bu gün, 06:39 |
|
|
|
| • "Azərbaycanın təklifini blokladıq, Paşinyan çoxluğu itirdi" - Ermənistanda təşviş
Bu gün, 06:34 |
|
|
|
| • Gizli şəbəkənin dəhşətli əməlləri... - qanunsuz fəaliyyət, dağılan ailələr, məhv olan gənclik
Bu gün, 06:30 |
|
|
|
| • Kamaləddin Qafarov səhiyyə naziri olmaq istəyir? - Tibbi təhsili yoxdur
Bu gün, 06:25 |
|
|
|
| • Balakişi müəllim prosesə daha realist baxır... - ONA GÖRƏ DƏ...
Bu gün, 05:00 |
|
|
|
| • Fuad Nəcəfli elə... Ceyhun Cəlilov da belə..! - "Naxçıvan şəxsi biznes meydanı deyil!"
Bu gün, 04:56 |
|
|
|
| • Dübəndi sahilində FACİƏVİ DURUM... - FOTOFAKT
Bu gün, 04:32 |
|
|
|
| • "Kartıma xəstə övladımın müalicəsi üçün edilən ianələr köçürülür..." - MÜRACİƏT
Bu gün, 04:26 |
|
|
|
| • Benzin qıtlığı yaşayan Rusiyanın BELARUS NƏFƏSLİYİ
Bu gün, 04:14 |
|
|
|
| • Paşinyan Rusiya ilə münasibətləri qaydasına qoymağa çalışır - KİV
Bu gün, 04:11 |
|
|
|
| • "Ağılsız müharibədən ağıllı çıxış olmur" - partiya sədri
Bu gün, 04:07 |
|
|
|
| • Zay məhsul satıb, aradan çıxırlar... - AXI NİYƏ?..
Bu gün, 04:02 |
|
|
|
| • İflic duruma düşən elektron məhkəmə sistemi - BU NƏDİ BELƏ?
Bu gün, 03:53 |
|
|
|
| • Gələcəkdə belə əsərlər yarana bilərmi? - ARAŞDIRMA
Bu gün, 03:45 |
|
|
|
| • Erməni adı altında Avropaya sığınan... - Hansı ədaləti axtarır...
Bu gün, 03:41 |
|
|
|
| • Zəlzələn “mübarək”, İqbal Ağazadə! - REPLİKA
Bu gün, 03:37 |
|
|
|
| • Ermənistan Avropa ittifaqının tam hüquqlu üzvünə çevrilir - Üzv olmasa belə...
Bu gün, 03:32 |
|
|
|
| • Zülfəlinin buldozerin ağzına verdiyi TARİX - və aldadılan vətəndaş, susan hüquq...
Bu gün, 03:23 |
|
|
|
| • Krasnodarda Krımı Rusiya ərazisi kimi qəbul etmirlər... - BELƏ ÇIXIR...
Bu gün, 03:08 |
|
|
|
| • Günün fotosu: - MALƏSƏF...
Bu gün, 02:59 |
|
|
|
| • Dəfn mərasimi Xameneinin yox... ABŞ-nin nüfuzunun dəfni idi... - HƏQİQƏTƏN DƏ...
Bu gün, 02:55 |
|
|
|
| • Girişi pullu, çıxışı boş ümid dünyası! - Xərçəngdən DAHA AMANSIZ
Bu gün, 02:44 |
|
|
|
| • İranın sərt nəzarət tədbirlərinə görə Hörmüzdən keçən gəmilərin sayı kəskin şəkildə azalıb - “Bloomberg”
Dünən, 11:01 |
|
|
|
| • Müxalifət genişmiqyaslı müqavimətə imza atdı: birinci bənd Azərbaycana qarşı... - NƏ BAŞ VERİR?
Dünən, 10:57 |
|
|
|
| • Ruslar "Şahid"lərdən niyə azad istifadə edir? - Səbəb
Dünən, 10:55 |
|
|
|
| • AZAL: Bu gün Naxçıvana reyslərin təxirə salınması nəzərdə tutulur - DİQQƏT
Dünən, 09:44 |
|
|
|
| • MƏHKƏMƏLƏR KRALI Azərbaycan qanunlarına rəsmən TÜPÜRÜR... - Tək deyil... cinayət ortaqları var...
Dünən, 09:35 |
|
|
|
| • Ukrayna müharibə sayəsində unikal üstünlük əldə edib - KİV
Dünən, 09:03 |
|
|
|
| • Keçmiş deputatın şirkəti DİLƏNÇİLİK EDİR - BU DA FAKT...
Dünən, 08:38 |
|
|
|
| • Rövşən Məmmədov və Balakişi Qasımovun efirdə mübahisəsi - MEDİA MASASI
Dünən, 08:30 |
|
|
|
| • Tramp fırtınaya baxmayaraq Vaşinqtondakı çıxışını ləğv etməyəcəyini açıqlayıb
Dünən, 08:23 |
|
|
|
| • Zülfəlinin DAHA BİR QURBANI... - BU NƏDİ BELƏ?
Dünən, 08:20 |
|
|
|
| • İqtisadi suverenliyimizə qəsd: BP-nin Azərbaycandakı fəaliyyəti ilə bağlı şok iddialar - ARAŞDIRMA
Dünən, 08:11 |
|
|
|
| • Müharibəyə son qoymaq üçün real perspektiv var - Zelenski
Dünən, 08:07 |
|
|
|
| • İsrailin milli təhlükəsizlik naziri həbs olunmaq qorxusu ilə Nyu-York səfərini ləğv edib - "Haaretz"
Dünən, 08:05 |
|
|
|
| • Azərbaycandan KÖÇ: Axırıncı çıxan QAPINI ÖRTSÜN... - BELƏ HARA GEDİRİK?
Dünən, 07:56 |
|
|
|
| • İranda Naxçıvan MR Baş nazirinə hörmətsizlik - Günah kimdədir?
Dünən, 07:52 |
|
|
|
| • "Görürsüz hörmətli qərarverənlər, vəziyyət yaxşı deyil" - partiya sədri
Dünən, 07:43 |
|
|
|
| • Paşinyan Rusiyanın bu təsir rıçağını da bloklayır... - TƏDARÜK
Dünən, 07:40 |
|
|
|
| • Rusiyada əksər şəhərlər yanacaqsız qalıb - “Bumaqa”
Dünən, 07:37 |
|
|
|
| • "Üfunət iyindən durmaq olmur!" - MÜRACİƏT
Dünən, 07:34 |
|
|
|
| • "Daha bunun nəyi SÜRƏTLİ oldu ki?" - ETİRAZ VAR!
Dünən, 07:28 |
|
|
|
| • "Bu avtobus sanki heç bir qaydaya tabe deyil..." - NARAZILIQ VAR...
Dünən, 07:20 |
|
|
|
|