Ermənistan-Türkiyə Komissiyasının ilk iclası keçirilib .....                     Cənubi Qafqaza qayıtmaq, yoxsa GUAM-ı dirçəltmək? .....                     AZAL hava şəraiti ilə əlaqədar Naxçıvan uçuşlarını yenidən təxirə salıb .....                     "Efirlərdə toy operatorlarıdır, gəlib ağzının içinə girir, nə gündə çəkirlər, biabırçılıqdır" .....                     Rüşvətə görə həbs edilən məmurlar kassasiya şikayəti verdi .....                     DGK 190 min manata itlər üçün yem, .....                     Moskva-İrəvan qarşıdurması böyüyür .....                     Rusiya Paşinyanla bağlı iddianı təkzib etdi .....                     Azərbaycan şəhərsalma sahəsində beynəlxalq əməkdaşlığı genişləndirir .....                     "Meqa Sığorta”nın xalis mənfəəti kəskin azalıb .....                     MİDA-nın Saraydakı 88 milyon manatlıq tenderlərini kimlər udub? .....                     Tanınmış şair nazirdən nə xahiş edib? .....                     Plastik qabların satışına .....                     Fərid Məmmədova qarşı BÖYÜK YEYİNTİ İTTİHAMI .....                     “Sən bizə sağ lazımsan, Paşinyan...” .....                     Cənubi Qafqazda yeni və sərt reallıq: .....                     "Qiymətlərin Avropa standartlarını da düzgün sırıyın camaata..." .....                     QHT-lərə Dövlət Dəstəyi Agentliyinin dövlət büdcəsinə yük olan forumları .....                     "Birlik kimdir ki, nazirliyin xəbəri olmadan qiymətləri qaldırır?" .....                     Strateji tərəfdaşlıq taktiki xarakter daşıyır .....                     Azərbaycanlı biznesmen və xanımına dələduzluq İTTİHAMI .....                     Fərid Əhmədov onu rəis təyin etdi .....                     "Adamın yoxdursa, dərəcə də ala bilməyəcəksən..." .....                     Ermənilər ruslardan niyə döndü? .....                     “İttifaqdakı gənclər başlarından böyük danışır, “basıb-bağlayırlar”, özbaşınalıq edirlər” .....                     2008-ci ildəki 40 faizlik artım NƏDƏN FƏHLƏYƏ ŞAMİL OLUNMADI? .....                     Təhsil eksperti ilə bağlı qərar verildi .....                     "44 günlük müharibə zamanı nəslindəki oğlanlar tuman altında gizlənmişdilər” .....                     Paşinyanın “kökünüzü kəsəcəm” dediyi separatçı saxlanıldı .....                     İkiüzlü siyasət və... .....                     Normadan artıq yağış... .....                     Budapeştdən Praqaya qatar bileti 37 MANATDIR... .....                     Paşinyandan SON həmlə .....                     Misir muzeylərində oğurlanmış Azərbaycan İrsi .....                     "Kabinetdə oturub sadəcə “dəyişin” göstərişi vermək asandır..." .....                     Bakı-Tiflis yolu... HƏM DƏ TÜRKİYƏ YOLUDUR... .....                     "300 min azərbaycanlı gəlir, hakimiyyətə gəlsəm..." .....                     Bu bir şəhər əfsanəsidir... .....                     Müsəlman Şərqində ilk demokratiya ölkəsi .....                     Azərbaycan regionda yeni reallıq yaradaraq dünyanın siyasi xəritəsində rolunu artırmışdır .....                 

Elmar Vəliyevin “sağ əli” ilə bağlı ilginc dosye - SƏNƏD
Tarix: 6-11-2017, 09:34 | Çap et
Elmar Vəliyevin “sağ əli” ilə bağlı ilginc dosye
Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyevin “sağ əli” hesab olunan Məharət Mustafayevdən yenə də şikayət var. Bu şəxsin adı Gəncədə qanunsuz torpaq satışında, digər əməllərdə dəfələrlə hallanıb. İndi isə 58 yaşlı M.Mustafayevin adı 27 yaşlı xanım işçisi, 2 uşaq anası Gülnar Günəşlini özünü öldürmə həddinə çatdırmaqda əsas fiqur kimi keçir.

"Yeni MÜsavat"a təşrif buyuran G.Günəşli deyir ki, M.Mustafayevin təqib və təzyiqləri bu gün də davam edir: “Bu il avqustun 11-də Məharət Mustafayevin dözülməz təhdidlərindən can qurtarmaq üçün Bakıya gəldim. Buna qədər şikayət etmədiyim dövlət qurumu qalmamışdı. Özümü yandırmaq da istərdim, benzini üstümə tökdüm, amma polis əməkdaşları özümü öldürməyə imkan vermədilər. Tutub Səbayel Rayon Prokurorluğuna gətirdilər. Orada başıma gələnləri danışıb niyə intihar etmək istədiyimi, məni bu həddə Məharət Mustafayevin çatdırdığını ətraflı danışdım. Ümidli idim ki, şikayətimi araşdırıb nəhayət ki, Məharət Mustafayevi cəzalandırarlar. Amma tam əksi oldu. Məharət Mustafayev mənə özümü öldürməkdən başqa yol qoymayıb”.

27 yaşlı G.Günəşli Gəncə Şəhər İcra Hakimiyyətində memar vəzifəsinə 2013-cü ildə işə götürülüb. 2014-cü ildə ailə həyatı qurub. 2016-cı ildə Məharət Mustafayev Gəncə İH-nin Memarlıq və Şəhərsalma İdarəsinə rəis təyin olunana qədər G.Günəşli sakit həyatını yaşayıb, 2 övladını böyüdüb.

Yeni rəisin ilk günlər G.Günəşliyə münasibəti normal olub. Həmin dövrdə G.Günəşli həyat yoldaşından ayrılıb. Bundan sonra isə xanım işçinin pis günləri başlayıb.

Burada G.Günəşlinin intihara cəhd faktı üzrə materialı araşdıran Səbayel rayon prokurorunun köməkçisi İsmayıl Rövşənovun qərarına diqqət. Sitat:

“Hamilə olduğu müddətdə Məharət Mustafayevin ona qarşı münasibətinin çox yaxşı olduğunu, hətta ona qızım deyə müraciət etdiyini, M.Mustafayevdən rəhbər kimi heç bir narazılığının olmadığını bildirmişdir. Lakin övladı dünyaya gələndən sonra Məharət Mustafayevin ona qarşı münasibətinin tamam dəyişdiyini və ona qarşı hisslərinin olduğunu, onu sevdiyini dediyini, telefon vasitəsilə çoxsaylı sevgi mesajları, sevgi musiqiləri göndərdiyini, onunla evlənmək istədiyini dediyini bildirmişdir. O, Məharət Mustafayevə dəfələrlə 2 azyaşlı övladının olduğunu, bir daha evlilik düşünmədiyini, atası yaşında olduğunu, aralarında 31 yaş fərq olduğunu və hərəkətlərinin yaşına yaraşmadığını dəfələrlə dediyini, bu hərəkətlərindən əl çəkməsini bildirib. 2016-cı ilin dekabr ayında işdən çıxmaqla bağlı ərizə yazdığını, lakin ərizəsini qəbul etmədikləri üçün 2017-ci ilin yanvarında təkrarən işdən çıxmaqla bağlı ərizə ilə müraciət etdiyini və mart ayınadək işə çıxmadığını bildirmişdir. Lakin buna baxmayaraq ona məvacib yazıldığını və 2017-ci ilin martında Məharət Mustafayevin onun mobil telefonuna zəng vuraraq bir daha onu narahat etməyəcəyini demiş, işə çıxmağını xahiş etmişdir. O da ailədə yeganə işləyən şəxs olduğu üçün və maddi vəziyyətinin çətin olması ilə əlaqədar yenidən işə çıxmışdır. Həmin ərəfədə icra başçısının sərəncamı ilə Memarlıq və Şəhərsalma İdarəsinin nəzdində Kommersiya sektoru yaradılmış və başçının əmri ilə o, sektor müdiri vəzifəsinə təyin olunmuş, təxminən 1 ay Məharət Mustafayev onu narahat etməmişdir. Lakin sonradan yenə də ona təsir göstərməyə başlamış, lakin sonuncunun təkliflərini yenə də rədd etdiyi üçün və bu sırf işlə bağlı təzyiqlər göstərməyə, onu bu yolla əldə etməyə cəhd etmişdir. Belə ki, o, kommersiya sektoruna müdir təyin ediləndən sonra Məharət Mustafayevin təklifi ilə 6 nəfər işçini kommersiya sektoruna işə qəbul etmiş və həmin şəxsləri onun təklifi ilə işə dəvət etmişdir. Onun Məharət Mustafayevə ”hə “ cavabı verməməsi Məharəti o dərəcədə qıcıqlandırmışdır ki, artıq səbəbsiz yerə onun işçilərini işdən çıxarıb. O, bunun səbəbini öyrənmək üçün İcra Hakimiyyətinə gedərək M.Mustafayevdən bunun səbəbini soruşduqda o, idarənin rəisi olduğunu, bütün işçilərini işdən çıxardığını, bir daha işə gəlməmələrini bildirmiş və göstərişinə əsasən icra hakimiyyətinin mühafizə polisi onu və Sahili idarədən çıxartmışdır”.

G.Günəşli deyir ki, bundan sonra onun otağını möhürləyib onu işə buraxmayıblar. Otaqdakı əşyalarını götürməsinə çox ciddi əngəllər olub: “İcra Hakimiyyətinə iş otağımdan bir sıra sənədlər götürmək üçün getdikdə otağın qapısının möhürləndiyini gördüm. İşçilərdən bunu kimin elədiyini soruşdum. Dedilər ki, M. Mustafayevin göstərişinə əsasən otağın qapısı möhürlənib. M.Mustafayevə yaxınlaşaraq bunun səbəbini soruşduqda dedi ki, başçının göstərişi ilə işdən azad olunmusan, bir daha idarəyə ayaq basma. Otağın açarı məndə idi və girib uşqlarımın fotolarını, şahmat turnirlərində qalib olduğumu təsdiqləyən diplomlarımı, YAP-ın aktiv üzvü olduğumu təsdiqləyən digər sənədləri götürmək istəyirdim ki, M.Mustafayev də ardımca atıldı. Masanın üzərində nə vardı əli ilə vurub yerə tökdü. Barəmdə təhqiramiz ifadələr işlətməklə mühafizə polisini çağırdı və məni binadan çıxartdırdı. Onun təzyiqləri bundan sonra da davam etdi. Mənə zəng edib deyirdilər ki, 1 qardaşın var, onun başına oyun açacağıq. Məcbur olub 2 övladımı da götürərək avqustun 8-də Bakıya gəldim. Ombudsman Aparatına, Prezident Administrasiyasına başıma gətirilən müsibətlər haqda şikayət ərizələri yazdım. Avqustun 11-də Bakıda özümü yandırmağa cəhd etdikdən az sonra icra başçısı zəng vuraraq dedi ki, məni işdən çıxarmayıb, geri qayıdıb işimə davam edə bilərəm”.

G.Günəşli deyir ki, başçının sözlərinə inanıb və Gəncəyə gedərək başçının qəbuluna yollanıb: “Başçının qəbulunda olan zaman əl çantamı qəbul otağında qoymuşdum. Çıxanda gördüm ki, çantama müdaxilə ediblər, mobil telefonumu götürüb suya salıblar yararsız hala gətiriblər”.

G.Günəşlinin sözlərinə görə başçının qəbulunda olandan sonra da vəziyyət yaxşıya doğru dəyişməyib, əksinə daha böyük haqsızlıqlar, təzyiqlərlə üzləşib, üzünə 2 şəxsi qoyublar, onun və işçisi Nəriman Şahmari barəsində qondarma iş başlamağa cəhd olub.

G.Günəşlinin intihara cəhd faktı üzrə materialı araşdıran Səbayel rayon prokurorunun köməkçisi İsmayıl Rövşənovun qərarında Nəriman Salman oğlu Şahmarinin də izahatı yer alıb.

Həmin izahatdan sitat: “G.Günəşli onu və digər bir neçə şəxsi M.Mustafayevə təqdim etmiş, sonuncu da onları işə qəbul etmişdir. Lakin bir müddət sonra M.Mustafayev onları və Gülnar Günəşlini sıxışdırmağa başlamış, onlara məlum olmayan səbəbdən G.Günəşlini və o da daxil bir neçə şəxsi kollektivin içərisində təhqir etməyə başlamışdır. Gülnar xanımın qadınlıq qürurunu alçaldacaq sözlər deyərək alçaltmağa başlamışdır. M.Mustafayev tərəfindən G.Günəşliyə qarşı olunan psixoloji təsirin hamı tərəfındən hiss olunduğunu, sonuncunun 2 azyaşlı övladı olduğu və əlavə qazanc yeri olmadığı üçün məcburiyyət qarşısında həmin işdə qalaraq işlədiyini bildirmişdir. 05.08.2017-ci il tarixdə M.Mustafayev Kommersiya şöbəsinin Sahil adlı işçisini şöbədə kəskin təhqir edərək otaqdan qovduğunu eşitmiş və İdarəyə getmişdir. İş otaqlarında Sahilin və Gülnar xanımın ağladığını, mühafizə polisinin onları otaqdan çıxardığını, bütün işçilərin yığışaraq bunun şahidi olduğunu bildirmişdir. Həmin vaxt G.Günəşli M.Mustafayevə ağlaya-ağlaya hər kəsin içərisində artıq canından bezdiyini, canına qəsd edəcəyini demiş, sonuncu isə onu ağır formada təhqir etmiş, başına oyun açacağını, hələ onu yaxşı tanımamasını bildimişdir. O, M.Mustafayevin G.Günəşliyə qarşı işgüzar deyil, xüsusən də ailəsi dağılandan sonra başqa fikirlə yanaşdığını, onu əldə etmək üçün hər yola əl atdığını, onu əldə edə bilmədiyi üçün işçilərini işdən çıxartmaq, təhqir etmək və s. yollarla iyrənc niyyətinə çatmağa çalışdığını və bunun demək olar ki, bütün Gəncə şəhərinə məlum olduğunu bildirmişdir”.

Səbayel prokurorunun köməkçisi İ.Rövşənov iş üzrə çıxardığı qərarında yazır ki, barəsində şikayət olan M.Mustafayevi araşdırma müddətində istifadəsində olan 050-215-00-XX, 050-505-11-XX, 050-252-00-XX nömrəli mobil telefonlar vasitəsi Gəncə şəhər İcra Hakimiyyətinə teleqram və rəsmi məktub göndərilməklə izahat verməyə dəvət edib. Belə aydın olur ki, M.Mustafayev çağırışlara getməyib və prokuror köməkçisi işə bu haqda arayışlar əlavə etməklə kifayətlənib.

İ.Rövşənovun apardığı araşdırma nəticəsində gəldiyi nəticə isə məntiqə uyğun görünmür.

Cinayət işinin başlanmasının hissəvi rədd edilməsi və materialın aidiyyəti üzrə göndərilməsi haqda qərarında İ.Rövşənov yazır: “Beləliklə, aparılan araşdırma nəticəsində müəyyən edilmişdir ki, Günəşli Gülnar Nəsrəddin qızının intihara cəhd etməsi faktında onunla amansız rəftar etmə, onun ləyaqətini mütəmadi olaraq alçaltma, ona hədə-qorxu gəlmə yolu ilə özünü öldürmə və ya özünü öldürməyə cəhd həddinə çatdırma halları olmamışdır. Belə ki, araşdırma zamanı alınmış izahatlardan da görünür ki, Gəncə Şəhər İcra Hakimiyyətinin Memarlıq və Şəhərsalma İdarəsinin rəisi Mustafayev Məharət Mustafa oğlu tərəfindən həmin idarənin Kommersiya sektorunun müdiri Gülnar Günəşliyə qarşı hər hansı zor tətbiq edilməmiş, həyat və sağlamlığı üçün təhlükəli ola biləcək və ya digər formada hər hansı hədə-qorxu gəlinməmiş, ləyaqəti mütəmadı olaraq alçaldılmamış, əksinə sonuncu G.Günəşlini sevib ailə həyatı qurmaq niyyətində olmuş, ona sevgi mesajları, sevgi mahnıları göndərmişdir. Odur ki, araşdırma nəticəsində toplanmış material üzrə CM-in 125-ci maddəsinin tərkib əlamətləri müəyyən olunmadığından, həmin hissədə cinayət işinin başlanması hissəvi rədd edilməli, Günəşli Gülnar Nəsrəddin qızının izahatında qeyd etdiyi, Gəncə şəhər İcra Hakimiyyətinin başçısının qəbulunda olan zaman qəbul otağında qoyduğu əl çantasına müdaxilə edilərək içərisindəki mobil telefonunun suya salınaraq yararsız hala salınması, bu barədə icra başçısına bildirdikdə ona yeni telefon alınaraq verilməsi və səsini çıxartmamasının bildirilməsi, həmçinin, Nəriman Şahmarı adlı işçisinin və özünün barələrində şikayət olduğunu deyərək Gəncə şəhər Baş Polis İdarəsinə dəvət olunmaları və Nəriman Şahmarinin heç bir səbəb olmadan məhkəməyə aparılması, eləcə də, xəbəri olmadan vəzifəsinin dəyişdirilməsi və məvacibinin 100 manat azaldılmasına dair xüsusatlar Gəncə şəhərində baş verib. Bu səbəbdən material həmin hissədə araşdırmanın davam etdirilərək qanuni qərar qəbul edilməsindən ötrü Gəncə şəhər prokurorluğuna göndərilməlidir”.

G.Günəşli deyir ki, bu qanunsuz qərardan sonra Gəncə şəhərinə qayıtmağa qorxur. Bakıda qalması üçün isə maddi vəsaiti yoxdur: “Bütün səfirliklərə məktublar yazıb başıma gətirilən müsibətlər haqda məlumat vermişəm. 27 yaşım var, mən qərara gəlmişəm ki, uşaqlarımı da götürüb ölkədən çıxım. Ya da özümü öldürməyə məcburam”.

Məsələ ilə bağlı Gəncə Şəhər İcra Hakimiyyətinin, M.Mustafayevin də mövqeyini dərc etməyə hazırıq.
musavat.com
Elmar Vəliyevin “sağ əli” ilə bağlı ilginc dosye









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Ermənistan-Türkiyə Komissiyasının ilk iclası keçirilib
Bu gün, 12:55
Cənubi Qafqaza qayıtmaq, yoxsa GUAM-ı dirçəltmək? - AKTUAL
Bu gün, 12:36
AZAL hava şəraiti ilə əlaqədar Naxçıvan uçuşlarını yenidən təxirə salıb - DİQQƏT
Bu gün, 12:33
"Efirlərdə toy operatorlarıdır, gəlib ağzının içinə girir, nə gündə çəkirlər, biabırçılıqdır"
Bu gün, 12:10
Rüşvətə görə həbs edilən məmurlar kassasiya şikayəti verdi
Bu gün, 12:08
DGK 190 min manata itlər üçün yem, xalta və yemək qabı alır
Bu gün, 12:05
Moskva-İrəvan qarşıdurması böyüyür - Mirzoyan Şoyquya cavab verdi
Bu gün, 12:03
Rusiya Paşinyanla bağlı iddianı təkzib etdi - KİV
Bu gün, 11:55
Azərbaycan şəhərsalma sahəsində beynəlxalq əməkdaşlığı genişləndirir - MƏQALƏ
Bu gün, 11:49
"Meqa Sığorta”nın xalis mənfəəti kəskin azalıb
Bu gün, 11:46
MİDA-nın Saraydakı 88 milyon manatlıq tenderlərini kimlər udub? – ŞİRKƏTLƏR, MƏBLƏĞLƏR
Bu gün, 11:45
Tanınmış şair nazirdən nə xahiş edib? - “Xeyli müzakirə aparmışıq”
Bu gün, 11:40
Plastik qabların satışına QADAĞA GƏLİR?
Bu gün, 11:38
Fərid Məmmədova qarşı BÖYÜK YEYİNTİ İTTİHAMI - TƏFƏRRÜAT
Bu gün, 11:36
“Sən bizə sağ lazımsan, Paşinyan...” -İrəvan qarışır
Bu gün, 11:34
Cənubi Qafqazda yeni və sərt reallıq: - erməni revanşizminin əbədi dəfni
Bu gün, 11:33
"Qiymətlərin Avropa standartlarını da düzgün sırıyın camaata..." - MÜRACİƏT!
Bu gün, 11:24
QHT-lərə Dövlət Dəstəyi Agentliyinin dövlət büdcəsinə yük olan forumları -...ortada nə ictimai hesabatlılıq görünür, nə də real təsir göstəriciləri/FOTOFAKT
Bu gün, 11:21
"Birlik kimdir ki, nazirliyin xəbəri olmadan qiymətləri qaldırır?" - ŞƏRURDA NARAZILIQ!
Bu gün, 11:10
Strateji tərəfdaşlıq taktiki xarakter daşıyır - İNCƏLƏMƏ
Bu gün, 11:06
Azərbaycanlı biznesmen və xanımına dələduzluq İTTİHAMI - TƏFƏRRÜAT
Bu gün, 11:03
Fərid Əhmədov onu rəis təyin etdi - Foto
Bu gün, 11:00
"Adamın yoxdursa, dərəcə də ala bilməyəcəksən..." - ETİRAZ VAR...
Bu gün, 10:52
Ermənilər ruslardan niyə döndü? - Ruslar ermənilərdən nə istəyir?
Bu gün, 10:36
“İttifaqdakı gənclər başlarından böyük danışır, “basıb-bağlayırlar”, özbaşınalıq edirlər” - Xalq artistindən İTTİHAM
Bu gün, 10:14
2008-ci ildəki 40 faizlik artım NƏDƏN FƏHLƏYƏ ŞAMİL OLUNMADI? - NARAZILIQ VAR...
Bu gün, 10:11
Təhsil eksperti ilə bağlı qərar verildi - TƏFƏRRÜAT
Bu gün, 09:53
"44 günlük müharibə zamanı nəslindəki oğlanlar tuman altında gizlənmişdilər” - QALMAQAL
Bu gün, 09:50
Paşinyanın “kökünüzü kəsəcəm” dediyi separatçı saxlanıldı - FOTO
Bu gün, 09:47
İkiüzlü siyasət və... - Brüssel "simvolik jestlər" yolu seçib
Bu gün, 09:35
Normadan artıq yağış... TƏKCƏ BAKININ DƏRDİ DEYİL...
Bu gün, 09:31
Budapeştdən Praqaya qatar bileti 37 MANATDIR... - BU NECƏ OLUR AXI...
Bu gün, 09:27
Paşinyandan SON həmlə – Revanşistlərin ƏSAS dayağı sökülür
Bu gün, 09:15
Misir muzeylərində oğurlanmış Azərbaycan İrsi - FOTO
Bu gün, 09:11
"Kabinetdə oturub sadəcə “dəyişin” göstərişi vermək asandır..." - "AZƏRİQAZ"DA SOS!!!
Bu gün, 09:06
Bakı-Tiflis yolu... HƏM DƏ TÜRKİYƏ YOLUDUR... - AKTUAL
Bu gün, 08:03
"300 min azərbaycanlı gəlir, hakimiyyətə gəlsəm..." - Karapetyandan SENSASİON AÇIQLAMA
Bu gün, 08:00
Bu bir şəhər əfsanəsidir...
Bu gün, 07:58
Müsəlman Şərqində ilk demokratiya ölkəsi - MƏQALƏ
Bu gün, 07:50
Azərbaycan regionda yeni reallıq yaradaraq dünyanın siyasi xəritəsində rolunu artırmışdır - İsrafil Kərimovun yazısı
Bu gün, 07:48
AYNA və AAYDA-nın "koordinasiyasız" fəaliyyəti hara aparır? - ARAŞDIRMA
Bu gün, 07:37
Bir yandan danışıq... bir yandan HƏDƏ.. - GƏLİŞMƏ
Bu gün, 07:25
Türkiyədə ERMƏNİBAZLIQ... - MALƏSƏF...
Bu gün, 07:13
Zamin Mehrəliyevə AĞIR İTTİHAMLAR - bunu bir araşdıran olsa...
Bu gün, 07:04
Arif Hacılı Etibar Məmmədovla bağlı bütün sirrləri açdı - "Görünür, zaman keçdikcə..."
Bu gün, 06:40
İki həkim xəstə gəncin əsgər getməsinə müsbət rəy verib - Cinayət işi
Bu gün, 06:33
Rusiya Belarus istiqamətindən hücum ssenarilərini nəzərdən keçirir - Zelenski
Bu gün, 06:30
Uğursuz deputat özünü 'LABİRİNT'ə salıb... - AXI NİYƏ?..
Bu gün, 06:16
“Məqsədimiz əmlak bazarında peşəkar analitika və şəffaflığı təmin etməkdir” - Firdovsi Xəlilov
Bu gün, 06:00
Təhsil İnstitutunun "MARAQLI " sxemi - 6-cı sinif monitorinqində metodik və dil rüsvayçılığı
Bu gün, 05:56
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru