Londonda Azərbaycan Evi Mədəniyyət və Dostluq Mərkəzinin rəhbəri vəfat edib .....                     "İnsan hüquqları" adı altında təzyiq? .....                     Ankara Ermənistan sərhədində işləri sürətləndirir .....                     “Azərbaycan özünü ərzaqla tam təmin edə bilər, amma idxaldan asılı vəziyyətə düşüb” .....                     Nazirliyə 12 minə işə düzəldəcəkdi, məhkəməlik oldu .....                     Türkiyədə hansı peşə sahibləri nə qədər maaş alacaq? .....                     “Ya bizi köçürün, ya da bu zibilliyi yığışdırın” .....                     Komediya ustası ilə bağlı şok detallar .....                     "Bolt" sürücülərinin yeni OYUNU .....                     350 minlik iş Hadı Rəcəblinin oğluna verildi .....                     Kılıçdaroğlu Göktaşa dəstək üçün məhkəməyə gəldi .....                     Separatçı istefa verdi: .....                     Amalın bacısı cəzanın artırılmasını istəyir: şikayət verəcək .....                     İstedaddan başqa hər şeyi fəlakət olan Fəlakətimiz .....                     "Brent" nefti 60 dollara qədər ucuzlaşa bilər .....                     Məşhur xanım sənətçiyə ağır qadağalar: .....                     Rusiyadakı çöküş: Azərbaycanlılara necə təsir edəcək? .....                     “PAŞA Kapital”da rəhbər vəzifəyə yeni təyinat .....                     Pomidor 45 qəpiyə düşdü: Bazardakı qiymət oyununun pərdəarxası .....                     Cem Yılmaz Deniz Göktaşın saxlanılmasına “səssiz etiraz” edib? .....                     Paşinyanın partiyasında Simonyan müəmması .....                     Rusiyada yanacaq böhranı elektrikli avtomobillərə tələbatı artırıb .....                     Uzun müddətdir yoxa çıxan SEPAH lideri aylar sonra belə görüntüləndi .....                     Bu qrupa yeni sədr seçildi .....                     BDU yarımçıq qalan tikinti işlərinə 1,1 milyon manat vəsait ayırdı .....                     “Nar” Gəncədə tələbələr üçün marketinq və karyera təlimləri təşkil etdi .....                     Müctəba Xameneyi sağdır? .....                     Rusiyada Putinin reytinqi kəskin azaldı .....                     "Havalandırma yox, kondisioner yox... dustaq nə etməlidir?!" .....                     “Azər Türk Bank”da yeni təyinat .....                     Süleyman Nemətov "general-leytenant" oldu .....                     Natiq Şirinov məhkəmədə qalib gəldi: .....                     Birlikdə kirayədə qaldığı yoldaşını qətlə yetirən şəxs .....                     Əməkdar artist əməliyyat olundu .....                     “Dayı”ya hökm oxundu .....                     Eyni xidmətə iki dəfə PUL ÇIXIRLAR... .....                     Müştərini YATDIĞI YERDƏ QARƏT EDİRLƏR... .....                     Təhsil nazirinin xanımının London təhsili Dövlət büdcəsinə 63 min funta başa gəlib .....                     Məhkəmə ögey atasını öldürən yeniyetmə ilə bağlı .....                     Paşinyan Rusiyaya gedir .....                 

ZƏLZƏLƏ ZAQATALANI YOX, AZƏRBAYCANI YIXDI
Tarix: 15-05-2012, 14:52 | Çap et
ZƏLZƏLƏ ZAQATALANI YOX, AZƏRBAYCANI YIXDI

NEFT ÖLKƏSİ SAKİNLƏRİNİN CƏHƏNNƏMİ

- Ramazan Cəbrayılov 18 yaşlı oğlunun əlil arabasını uçmuş evinin qalıqları altından çıxarır. Mayın 7-də Zaqatalada baş verən zəlzələdən sonra onun 3 otaqlı evi qəzalı vəziyyətə düşüb, evin bir hissəsi uçub. 5 nəfərlik ailə üzvləri ilə həyətdəki at arabasında gecələyən Zaqatala rayonunun Qımır kənd sakini Ramazan Cərbayılov deyir ki, onun vəziyyəti ilə maraqlanan yoxdur:

В«Uşaq xəstədir. Ona görə onu çadıra apara bilmirik. Qalmışıq çıxılmaz vəziyyətdə. Bilmirik nə edək? Bizimlə də heç kim maraqlanmırВ».

Ramazan Cəbrayılov Zaqatalada baş vermiş zəlzələdən əziyyət çəkən sakinlərdən biridir. Rəsmi məlumatlara görə mayın 7-də baş vermiş zəlzələ nəticəsində 3000-dən çox ev və 100-dən çox sosial obyekt ya uçub, ya da qəzalı vəziyyətə düşüb. İnsanlar zəlzələni belə xatırlayır:

В«GƏLİNİ BETONUN ALTINDAN ÇIXARMIŞDIQВ»

В«Gəlinim elə evdən çıxanda ev uçdu. Bax bu taxtaları əlimizlə kəsib, bu lomla bir neçə qonşu yığışıb gəlini betonun altından çıxarmışdıqВ».

Zaqatalanın Gözbarax kənd sakini Yusib Yusibov deyir ki, zəlzələ zamanı uçmuş evinin qalıqları altında qalan gəlinini xəstəxanaya yerləşdirilib. Onun vəziyyəti kafidir. Əlavə edir ki, zəlzələdən bir neçə gün keçməsinə baxmayaraq vəziyyətlə maraqlanan yoxdur:

В«Gəlib baxan, maraqlanan yoxdur ki, ay insan, vəziyyət necədir? Nə gələn var, nə maraqlanan. Heç kim maraqlanmırВ».

Yolların kənarında tam, ya da yarı uçmuş hasarların arasından dağılmış evlər görünür. Kənd sakinləri əşyalarını evlərindən çıxarıb həyətə yağıblar. Yenidən təkan olarsa olan-qalan əşyaları da zədələnməsin deyə. Özləri də ya həyətdə, ya da dövlətin qurduğu çadırlarda gecələyirlər.

ZƏLZƏLƏ ZAQATALANI YOX, AZƏRBAYCANI YIXDI

Fövqəladə Hallar Nazirliyinin məlumatında isə göstərilir ki, evləri zərər çəkmiş ailələrə ərzaq və paltar paylanılır, ehtiyacı olan yerlərə xüsusi təyinatlı avtomobillərlə içməli su paylanır.
Söhbətləşdiyimiz sakinlər isə nə su, nə də ərzaq gördüklərini deyirlər.

В«Kənd sovetindən gəlib baxıblar, eləcə çatları qeydə alıb çıxıb gediblər. Amma bizim evimizə əsas ziyan ikinci - güclü zəlzələ zamanı dəyib. Ondan sonra da bu tərəfə gələn olmayıbВ».

В«NƏ ÇÖRƏK, NƏ SU GƏTİRİBLƏRВ»

Mayın 9-da prezident İlham Əliyev də zəlzələ bölgəsinə səfər edib. Zəlzələnin nəticələrinin tez bir zamanda aradan qaldırılacağını vəd edib.

Prezident səfərdə olduğu müddətdə yollar bağlanıb, nəqliyyat və piyadaların hərəkəti məhdudlaşdırılıb. Zəlzələdən əziyyət çəkən sakinlərsə deyirlər ki, çoxları prezidentin qəbuluna düşməyi ümid edirlərmiş. Amma yolları bağlayıb onları da qəbula buraxmayıblar:

- Prezidenti kim görə bilib?

Sakinlər:

- Kim gördü ki, prezidenti!? Prezidenti görmədik ki, biz. Yolda post qurdular bizi qoymadılar.

- Nə bilim... Heç bilmədik hara getdi. Bizə əvvəlcə dedilər ki, məktəbə gəlib kəndlilərlə görüşəcək. Biz də məktəbdə gözlədik amma gəlmədi.

Zaqatalada təkrar təkanlar bir neçə gün davam edib. Sakinlər təkrar təkanlar zamanı daha böyük təhlükə ilə üzləşəməkdən ehtiyatlanırlar. Deyirlər ki, mayın 7-də baş vermiş zəlzələ zamanı yaranan çatlar kiçik bir təkan zamanı tamamilə uça bilər:

- Sadə bir təkanla güclə canımı qurtardım. Mən evdən çıxan kimi bütün divarlar çökdü.

- Heç evdən bir iynə də belə çıxara bilmədim. Ev beləcə 10 saniyənin içində yerlə bir oldu.

Elə Fövqəladə Hallar naziri Kəmaləddin Heydərov da zəlzələnin vurduğu zərərin bundan sonra artacağını istisna etmir. Nazirliyin Zaqatala, Balakən və Qax rayonlarında yaradılmış operativ qərargahları fəaliyyətlərini davam etdirirlər. Rayona dəyən zərər dəqiqləşdirilir.

В«ARABANIN İÇİNDƏ, AT ARABASINDA YATIRIQВ»

Jurnalistlərə açıqlamasında nazir Kəmaləddin Heydərov deyib ki, evləri uçulmuş sakinlərin hamısına çadırlar paylanıb, onların rahatlığının maksimum təmin edilməsinə çalışırlar.

Söhbət etdiyimiz zəlzələdən əziyyət çəkən sakinlər isə deyirlər ki, onların əksəriyyəti elə həyətlərindəcə gecələyirlər:

В«Arabanın içində, bax bu at arabasında yatırıq. Bu dövlət məmurları bizə çadır vermirlər. Kəndimizin 1800 nəfər əhalisi var, təxminən 100-120 nəfərlik çadır var. Qalan camaat maşında, maşının altında yatır. Heç bir yardım yoxdur, evlərin də 90-95 faizi yararsız haldadır. Gedək istənilən evə baxaq, görəcəksiz ki, orda oturmaq da mümkün deyil. Hətta 90 faiz camaat evindən əmlakını çıxara bilmir. Yağış da hər gün yağır. Bir rəhbər gəlib maraqlanmır ki, harada qalırsız, nə edirsizВ».

Çadırlar evlərdən kənarda bir-birinin yaxınlığında boş sahələrdə qurulub:

В«İstidən, havadan yata bilməmişik. Gecə yağış da yağıb, baxın, bütün üstümüz yaşdırВ»
Bunu isə sakinlərdən Ədalət Əliyev deyir. O, ailəsi, 2 azyaşlı nəvəsi ilə Qımır kəndində Fövqəladə Hallar Nazirliyinin qurduğu çadırlardan birinə sığınıb. Dediyinə görə, 24 nəfər üçün nəzərdə tutulan çadırda 30 nəfər gecələyib. Onun dediklərini çadırın digər sakinləri də təsdiqləyir:

- 30 nəfər burada qalmışıq, az qala bir-birimizin üstündə yatmışıq.

- Yata bilməmişik. Kiminin başı, kiminin böyrəyi, ayaqları ağrıyır. Hər dəqiqəmiz də qorxu, həyəcandır. Ürəyimiz artıq üzülüb qorxudan, həyəcandan. / Azadliq Radiosu /









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Londonda Azərbaycan Evi Mədəniyyət və Dostluq Mərkəzinin rəhbəri vəfat edib
Bu gün, 17:45
"İnsan hüquqları" adı altında təzyiq? - Bakıya "şərt" qoyanlara sərt CAVAB
Bu gün, 17:42
Ankara Ermənistan sərhədində işləri sürətləndirir
Bu gün, 17:01
“Azərbaycan özünü ərzaqla tam təmin edə bilər, amma idxaldan asılı vəziyyətə düşüb” - FAKT BUDUR
Bu gün, 16:58
Nazirliyə 12 minə işə düzəldəcəkdi, məhkəməlik oldu - TƏFƏRRÜAT
Bu gün, 16:55
Türkiyədə hansı peşə sahibləri nə qədər maaş alacaq? - SİYAHI
Bu gün, 16:53
“Ya bizi köçürün, ya da bu zibilliyi yığışdırın” - ETİRAZ VAR...
Bu gün, 16:49
Komediya ustası ilə bağlı şok detallar - Atası terrorçu olub, terror aktı törədib
Bu gün, 16:34
"Bolt" sürücülərinin yeni OYUNU - Sərnişinlər niyə sifarişi ləğv etməyə məcbur edilir?
Bu gün, 16:26
350 minlik iş Hadı Rəcəblinin oğluna verildi - DETALLAR
Bu gün, 16:19
Kılıçdaroğlu Göktaşa dəstək üçün məhkəməyə gəldi
Bu gün, 16:15
Separatçı istefa verdi: - Danelyan qondarma “parlament”dən getdi
Bu gün, 16:11
Amalın bacısı cəzanın artırılmasını istəyir: şikayət verəcək – VİDEO
Bu gün, 15:58
İstedaddan başqa hər şeyi fəlakət olan Fəlakətimiz - Saffari yazır…
Bu gün, 15:54
"Brent" nefti 60 dollara qədər ucuzlaşa bilər
Bu gün, 15:51
Məşhur xanım sənətçiyə ağır qadağalar: - "O olar, bu olmaz..."
Bu gün, 15:49
Rusiyadakı çöküş: Azərbaycanlılara necə təsir edəcək? - AKTUAL
Bu gün, 15:44
“PAŞA Kapital”da rəhbər vəzifəyə yeni təyinat - DOSYE
Bu gün, 15:42
Pomidor 45 qəpiyə düşdü: Bazardakı qiymət oyununun pərdəarxası - Ekspert deyir ki...
Bu gün, 15:38
Cem Yılmaz Deniz Göktaşın saxlanılmasına “səssiz etiraz” edib?
Bu gün, 15:33
Paşinyanın partiyasında Simonyan müəmması - politoloqdan ilginc təhlil
Bu gün, 15:24
Rusiyada yanacaq böhranı elektrikli avtomobillərə tələbatı artırıb - “Reuters”
Bu gün, 14:56
Uzun müddətdir yoxa çıxan SEPAH lideri aylar sonra belə görüntüləndi - FOTO
Bu gün, 14:55
Bu qrupa yeni sədr seçildi
Bu gün, 14:49
BDU yarımçıq qalan tikinti işlərinə 1,1 milyon manat vəsait ayırdı - DETALLAR
Bu gün, 14:47
“Nar” Gəncədə tələbələr üçün marketinq və karyera təlimləri təşkil etdi - DİQQƏT
Bu gün, 14:46
Müctəba Xameneyi sağdır? - Tabutlar bir-bir sayıldı
Bu gün, 13:40
Rusiyada Putinin reytinqi kəskin azaldı
Bu gün, 13:38
"Havalandırma yox, kondisioner yox... dustaq nə etməlidir?!" - NARAZILIQ VAR...
Bu gün, 13:31
“Azər Türk Bank”da yeni təyinat - BUNDAN SONRA...
Bu gün, 13:20
Süleyman Nemətov "general-leytenant" oldu
Bu gün, 13:18
Natiq Şirinov məhkəmədə qalib gəldi: - 35 min manat təzminat ödəniləcək
Bu gün, 13:11
Birlikdə kirayədə qaldığı yoldaşını qətlə yetirən şəxs HAKIM QARŞISINDA
Bu gün, 13:10
Əməkdar artist əməliyyat olundu - Son durumu açıqlandı
Bu gün, 13:00
“Dayı”ya hökm oxundu - 3 aya azadlığa çıxır
Bu gün, 12:58
Eyni xidmətə iki dəfə PUL ÇIXIRLAR... - GİLEY
Bu gün, 12:48
Müştərini YATDIĞI YERDƏ QARƏT EDİRLƏR... - Bunun başqa adı yoxdur...
Bu gün, 12:44
Təhsil nazirinin xanımının London təhsili Dövlət büdcəsinə 63 min funta başa gəlib - NAZİR ÖZÜ DEDİ...
Bu gün, 12:35
Məhkəmə ögey atasını öldürən yeniyetmə ilə bağlı QƏRAR ÇIXARDI
Bu gün, 12:31
Paşinyan Rusiyaya gedir - KİV
Bu gün, 12:26
Tbilisi-Bakı qatarı ilə Azərbaycana nə qədər əcnəbi gəlib?
Bu gün, 12:24
Rubinyan Türkiyəyə jest olaraq parlament sədri seçilib? - KİV
Bu gün, 12:17
Səhnəyə təsadüfən gəldi, illərlə rol gözlədi: - "Mənə "eqolu" deyirdilər, indi bundan zövq alıram"
Bu gün, 12:15
Misir Mərdanovun Ermənistana səfərinin təfərrüatları: - Niyə ağlayıb, Köçəryandan nə xahiş edib?
Bu gün, 12:06
İnterpolun qırmızı bülleteni ilə axtarılan Azərbaycan vətəndaşı Batumidə tutuldu - TƏFƏRRÜAT
Bu gün, 11:58
Ermənilər Naxçıvanın statusunu qəbul etmir - yeni oyun
Bu gün, 11:52
Oğlunu azad etdirmək üçün evini satdı, kredit götürdü - 57 minlik dələduzluq
Bu gün, 11:50
Moskvada 17 il əvvəl baş vermiş azərbaycanlının qətli: - "Lazım gələrsə, ürəyimi ona verəcəyimi dedim"
Bu gün, 11:46
“Azərişıq”ın 13 milyonluq tenderini bu şirkət uddu
Bu gün, 11:41
Rusiyanın qərarına İrəvandan şərh: - Təsəvvür edə bilməzsiniz, necə sevindik
Bu gün, 11:37
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru