Mədəniyyət Nazirliyi bir ədəd kitabı 3781 manata çap etdirəcək .....                     İsrail Müctəba Xameneini ölümə məhkum edib .....                     "Bəlkə o mənim son pulum idi... belə məsuliyyətsizlik olar?.." .....                     ASTANA NƏ EDƏCƏK? .....                     Ukrayna azərbaycanlı iş adamının zavodunu vurdu .....                     "Arzum" ləqəbli bloqer məhkəmə zalından həbs edilib .....                     Çatışmazlıqların acı dadı: .....                     Erməni separatçıları hansı üzlə bəraət istəyirlər? .....                     Azərbaycanda 786 min ailənin “evi yoxdur” .....                     Paşinyan Ursula Fon der Lyayenlə görüşüb .....                     "BAX, BU AYRI `LEVEL`DİR..." .....                     Avropa Azərbaycanla əməkdaşlığı genişləndirir .....                     Azərbaycanla Avropa İttifaqı arasında əməkdaşlığın daha da genişlənməsinə mühüm töhfə verəcək səfər .....                     "Dedi ki, statusu silməsən, işdən qovulacaqsan..." .....                     Azərbaycanda ət bahalaşa bilər... .....                     Rubeni kimlər “Türkiyə agenti” hesab edir və niyə? .....                     Bloger “Space TV”də yeni veriliş aparacaq .....                     Avtomobil bazarında durğunluq var: .....                     Restoranda açıq geyimə görə QALMAQAL .....                     Knyaz Həsənov Ermənistan parlamentinin ilk iclasında... .....                     Güney Azərbaycanlı fəal zindanda məmurlar tərəfindən vəhşicəsinə döyüldü... .....                     Atasını müdafiə etmək istəyən oğul həmkəndlisini bıçaqlayaraq öldürdü .....                     Paşinyan Müdafiə Nazirliyinə də ƏL GƏZDİRİR .....                     "Yanan maşınlardan biri mənə məxsusdur" .....                     Qadın evə gətirdiyi müştərisini bıçaqladı: .....                     İmtahanda toplanan ballar ÖNƏMLİ DEYİL... .....                     BMT-nin Azərbaycandakı yeni rezident əlaqələndiricisi vəzifəsinin icrasına başlayıb .....                     Hamı özünü korluğa və karlığa qoyub... .....                     Qardaşların mübahisəsi faciəyə çevrildi: Ata güllələndi, oğul ittihamları qəbul etmir .....                     GDU-da QANUNSUZLUQLAR SERİYASI... .....                     DƏRMAN MAFİYASI... İŞ BAŞINDA! .....                     Naxçıvana kart sistemi gəlir: AMMA ƏSLİNDƏ... .....                     Bu, Putin üçün çox böyük biabırçılıqdır .....                     "Brent" markalı neftin qiyməti fevraldan bəri ilk dəfə 71 dollardan aşağı düşüb .....                     Anar Əliyevin ABSURD "qənaəti" .....                     AHİK, "Kurort" QSC, ETİHİ və Sanatoriya-Kurort Elektron Rezervasiya Sistemi niyə var? .....                     Müəllimlərin kütləvi etirazı... .....                     Karapetyan müxalifəti xilas etmir, əksinə hədəfə çevirir .....                     Nazirin axtardığı günahkar: Məktəbdə, yoxsa evdə? .....                     Tofiq Heydərovun "AAAF İnşaat" şirkətinin 5.6 milyondan çox borcu var! .....                 

“Xocalı blokadada olanda İran prezidenti Rəfsəncanidən kömək istədim” - Ayaz Mütəllibov
Tarix: 2-02-2016, 09:47 | Çap et
“Xocalı blokadada olanda İran prezidenti Rəfsəncanidən kömək istədim”
Qarşıdan Xocalı soyqırımının 24 illiyi gəlir. Azərbaycan xalqının yaddaşında silinməz bir iz buraxan o dəhşətli gecədə neçə-neçə ailənin ocağı söndü, neçə-neçə arzular şaxtalı havada dondu və bir daha açılmadı.

Bununla yanaşı, həmin genosidlə əlaqədar tam açılmayan siyasi motivli düyünlər də az deyil.

Xocalı faciəsi ilə bağlı bəzi qaranlıq məqamlara işıq salmaq üçün Azərbaycanın eks-prezidenti Ayaz Mütəllibova müraciət etdik.

Ayaz Mütəllibov Xocalı soyqırımının 24-cü ildönümü ərəfəsində Modern.az saytına müsahibə verib. Onunla 1992-ci ilin fevralın 25-dən 26-na keçən keçə baş vermiş dəhşətli, hətta müharibə qanunlarına belə, sığmayan vəhşiliklər barədə apardığımız söhbəti təqdim edirik.

- Ayaz müəllim, Xocalıda yaşanmış ağlasığmaz insanlıq qətliamının üstündən 24 il keçir. İlk sualımız belə olacaq: Həmin gecə Azərbaycanın siyasi rəhbərliyində hansı müzakirələr aparılırdı?

- Fevral ayının 25-də, gecə saatlarında milli təhlükəsizlik naziri İlhüseyn Hüseynov və daxili işlər naziri Tofiq Kərimov həmin o dəhşətli faciənin yaşanacağı ərəfədə mənim kabinetimə gəldilər. Emosional şəkildə dedilər ki, Dağlıq Qarabağda nə isə baş verir. Bildirdilər ki, ermənilər azərbaycanlıları qırırlar. Onlar mənə məruzə etdilər, amma qeyd etdilər ki, tam dolğun informasiyaya malik deyillər. Mən baş verənlər haqqında dəqiqləşdirmə aparmağı tapşırdım. Nazirlər bildirdilər ki, dəqiqləşdirmə aparıb, ölənlər barədə ətraflı məlumat əldə edib yenidən məruzə edəcəklər. Bir saatdan sonra yenə gəldilər (fikrə dalır...). Dedilər... Dedilər ki, Xocalıda dəhşətli hadisə baş verib. Bu xəbərə dözmək mümkün deyildi. Elə bildim ki, kimsə başımdan vurdu...

- Ancaq o zaman rəsmi şəkildə bəyan edilmişdi ki, Xocalıda cəmi 2 nəfər həlak olub....

- Telefonun dəstəyini götürdüm, Dağlıq Qarabağ vilayətinin İcraiyyə Komitəsinin sədri Mkrtıçyana zəng etdim. Ona dedim ki, ermənilər Xocalıda azərbaycanlılara qarşı qırğın törədiblər. Dedim ki, heç Hitler də bu cür hərəkətlərə imza atmayıb. O isə cavabında bildirdi: “Siz nə danışırsınız?! Xocalı sakinləri çoxdan ordan çıxıblar. Xocalı sakinləri şəhərdən çıxıb. Yalnız bir qismi burda qalıb, onları da ərzaqla təmin edirik. Halbuki, özümüz heç azuqə ilə yetərincə təmin olunmamışıq”.

Sual verdim ki, Dağlıq Qarabağın daxili işlər nazirliyinin əməkdaşı İsaqulov ordadırmı? Tələb etdim ki, təcili məlumatlar öyrənsinlər. Çünki biz ya yayılan məlumatları təkzib etməli idik, ya da elan etməli idik ki, dəhşətli hadisə törədilib.

Yəni dediyim odur ki, fevralın 25-dən 26-na keçən gecə nə mənim, nə də iki nazirin Xocalıda baş verənlər barədə tam təsəvvürü olub. İllər keçəndən sonra mən bir yerdə oxudum ki, Müdafiə Nazirliyinin baş qərargahının keçmiş rəisi Şahin Musayev bu faciə barədə açıqlama verərkən belə deyib: “İlk dəfə mənə Xocalıda neçə nəfərin həlak olması ilə bağlı sual veriləndə, mən 2 nəfər demişəm. Amma bunu prezident Ayaz Mütəllibovu pis vəziyyətə qoymamaq üçün belə etmişdim...”.

Ondan bəri elə deyirlər ki, ölənlərin sayı qəsdən gizlədilib. Mən isə başa sala bilmirəm ki, baş verənlərdən xəbərim olmayıb. Niyə gizlətməli idim ki?! Bu cür qətliamı gizlətmək olar?! Mütəllibov kim idi ki, bunu gizlədə?!

- Mərhum telereportyor Çingiz Mustafayevin Xocalıdan çəkdiyi kadrlar Azərbaycanın haqq səsinin dünyaya çatdırılmasında böyük çəkiyə malikdir. Səhv etmirəmsə, onu Xocalıya siz göndərmisiniz.

- Çingiz Mustafayevi ora mən göndərdim. Mənə Ağdamdan zəng etdi və dedi ki, Xocalıya getmək lazımdır. Çingiz Mustafayev dedi ki, onlara vertolyot lazımdır. Bizdə də Bakıda hərbi hissənin helikopterindən başqası yox idi. Zəng etdim, ora vertolyot göndərdilər. Çingiz Mustafayevə dedim ki, hər şeyi çəksin. Belə də oldu.

- Yəqin ki, siz həmin gecəni səhərə qədər kabinetdə qaldınız...

- Bəli. Səhərə qədər kabinetdə o tərəfə, bu tərəfə gəzə-gəzə qaldım.

- Siz 366-cı motoatcı alayın da bu hadisədə iştirakını biləndən sonra Rusiya rəhbərliyi ilə əlaqə saxladınızmı?

- Xeyr. Mən əlaqə saxlaya bilmədim. Əlaqə üçün rəsmi əsas lazım idi. Mən bunu Boris Yeltsinə deməli idim. Amma kimə zəng etsəydim, deyəcəkdi ki, xəbərləri yoxdur.

- Bir prezident kimi xalqa görə məsuliyyət daşıdığınızdan soyqırımı xəbərini eşitmək hər halda sizin daxilinizdə təlatüm yaratmamış olmazdı.

- (Yenə fikrə dalır, gözünü naməlum nöqtəyə zilləyir). Mən özümü heç cür ələ ala bilmirdim. Dəhşətə gəlmişdim, bunu təsəvvür etmək belə, çətindir...

- Xocalı uzun müddət blokadada qaldı. Xocalıda qətliam törədilməzdən qabaq sakinlərin dəhliz vasitəsi ilə oradan çıxarılması üçün ermənilərlə danışıqlar aparılmışdımı?

- Xeyr, Azərbaycan rəhbərliyi belə bir danışığa getməmişdi.

- Ancaq təhlükənin olacağı barədə hər halda sizə siqnallar çatırdı. Düzmü düşünürəm?

- Müxtəlif mənbələrdən, məsələn Nazirlər Kabinetindən belə məlumatlar mənə çatdırılırdı. Bir prezident kimi mən də dərhal bu informasiyaları təhlil edib, müxtəlif göstərişlər verirdim. Bizim Təhlükəsizlik Şurasının iclasında mən göstərişlər verirdim. Bunların çoxu məxfi idi, protokola alınmırdı. Ancaq ermənilər bütün işləri əvvəlcədən hazırlamışdılar. Biz isə qəfil yaxalandıq.

- Sizin Azərbaycana rəhbərliyiniz dövründə Daşaltı əməliyyatı da keçirildi və uğursuzluqla nəticələndi. Sizcə həqiqətənmi, xəyanət səbəbindən bu əməliyyat baş tutmadı?

- Satqınlıq olmuşdu. Mən bu əməliyyatı dəstəkləməmişəm. Əməliyyatın aparılmasını müdafiə naziri Tacəddin Mehdiyev öz üzərinə götürmüşdü. Mən ona inanırdım. AXC qüvvələri Valeh Bərşadlı kimi, Tacəddin Mehdiyevi də tez-tez ittiham edirdi. Tacəddin Mehdiyev də hirslənib qüvvələri Daşaltı əməliyyatına cəlb etdi. Amma bu əməliyyatın olacağı barədə hansısa xəyanətkarlar qarşı tərəfə məlumat vermişdilər.

- Ölkəyə rəhbərlik etdiyiniz zamanlarda mərkəzi hakimiyyətə tabe olan silahlı qüvvələrlə yanaşı, könüllü batalyonlar da fəaliyyət göstərirdi. Maraqlıdır, niyə görə, bu qüvvələr bir araya gəlməkdə çətinlik çəkirdi?

- İqtidar-müxalifət qarşıdurması da bu hadisələrin baş verməsində rol oynadı. Belə düşüncə var idi ki, nə qədər pis qüvvələr hakimiyyətə gəlsələr də, hazırkından yaxşı olacaq. Yerli batalyonların əksəriyyətinə Azərbaycan Xalq Cəbhəsinin üzvləri nəzarət edirdilər. Bunları bir araya yığıb cəmləşdirmək mümkün deyildi.

- Belə bir sual vermək zərurətini hiss edirəm. Xocalı mühasirədə olan vaxtlarda Azərbaycan İran və Türkiyədən yardım istəmişdimi?

- Mən fevral ayının ortalarında İranda İslam ölkələrinin iqtisadi müşavirəsində iştirak edirdim. Mənə Bakıdan zəng etdilər ki, Xocalını atəşə tutublar. Müşavirədə fasilə zamanı İran prezidenti Əli Əkbər Haşimi Rəfsəncaninin kabinetində oldum. Xarici işlər naziri Əli Əkbər Vilayəti də orda idi. Mən dedim: “Ağayi Rəfsəncani, bizdə vəziyyət gərgindir. Mənə zəng edib dedilər ki, Xocalı şəhəri atəşə tutulub. Kömək üçün nə edə bilərsiniz?”. Rəfsəncani açıq şəkildə mənə dedi ki, biz Azərbaycandakı qüvvələrdən İrana göndərək, onlara təlim keçsinlər. Rəfsəncani dedi ki, rəsmi şəkildə hər hansı yardım edə bilməzlər. Mən isə xahiş etdim ki, siyasi yolla müdaxilə etmək mümkündürsə, bunu yerinə yetirin.

Konkret olaraq bir şey demədilər. Mən dedim ki, xarici işlər naziri Vilayəti həm bizimlə, həm də Ermənistanla görüşlər keçirsin, yəni vasitəçi olsun. Vilayəti qeyd dəftərini çıxardı, bildirdi ki, yalnız cümə günü onun üçün münasibdir. Lakin bu, olmadı. Rəfsəncaninin təklifini isə biz reallaşdıra bilmədik. Çünki vaxt çox məhdud idi.

Türkiyəyə gəlincə, sizə deyim ki, bu barədə onlara heç bir müraciət etməmişdik.

- Siz Xocalı hadisələri baş verəndə Azərbaycanın prezidenti idiniz. Nə qədər desək də, məncə məsuliyyət bölgüsündə sizə də pay düşür. Sözsüz ki, yəqin siz belə bir hadisənin olmasını istəməzdiniz, amma dövlət başçısının məsuliyyəti də böyükdür. O məsuliyyəti bu gün etiraf edirsinizmi?

- Prezidentin öz borcu, vəzifəsi var. Onunla bir komandada olan adamların da öz məsuliyyəti var. Mən Xocalıya görə mənəvi məsuliyyət daşıyıram. Qırğının olduğunu eşidəndə vicdan əzabı çəkdim. Amma bu faciə üzərindən siyasi oyun açmağı qəbul edə bilmirdim. Xoşagəlməyən odur ki, martın 5-6-da, naməlum bir vəziyyətdə Ayaz Mütəllibovun istefasını ortaya atdılar. Bununla biz nə udduq?! Əksinə uduzduq. Ermənilər isə bundan kozır kimi istifadə etdilər. İllər keçəndən sonra bizimkilər başa düşdü ki, Xocalı faciəsinə görə prezidentə toxunmaq lazım deyildi.

- Üstündən 24 il keçməsinə baxmayaraq, Xocalıda yaşanan dəhşət, insanların ah-naləsi, fəryadı bu günün özündə də ürəyimizi sızladır, sanki qulaqlarımızda səslənir. O kadrlara baxanda heç kövrəlirsinizmi?

-Əlbəttə ki! Mən Xocalıda çəkilən o kadrlara göz yaşı axıtmadan baxa bilmirəm. (Kövrəlir). Hətta Xocalıdan söhbət düşəndə çox böyük həyəcan keçirirəm.










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Mədəniyyət Nazirliyi bir ədəd kitabı 3781 manata çap etdirəcək - BU NƏDİ BELƏ?
Bu gün, 12:01
İsrail Müctəba Xameneini ölümə məhkum edib - Tehran BMT-yə şikayət etdi
Bu gün, 11:59
"Bəlkə o mənim son pulum idi... belə məsuliyyətsizlik olar?.." - ETİRAZ
Bu gün, 11:57
ASTANA NƏ EDƏCƏK? - İNCƏLƏMƏ
Bu gün, 11:49
Ukrayna azərbaycanlı iş adamının zavodunu vurdu - FOTO
Bu gün, 11:45
"Arzum" ləqəbli bloqer məhkəmə zalından həbs edilib - QƏRAR
Bu gün, 11:30
Çatışmazlıqların acı dadı: - yanacaq böhranı Kremlin imperiya miflərini məhv edir
Bu gün, 11:27
Erməni separatçıları hansı üzlə bəraət istəyirlər? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 11:20
Azərbaycanda 786 min ailənin “evi yoxdur” - RƏSMİ
Bu gün, 11:11
Paşinyan Ursula Fon der Lyayenlə görüşüb
Bu gün, 11:10
"BAX, BU AYRI `LEVEL`DİR..." - pərdəarxası...
Bu gün, 11:03
Avropa Azərbaycanla əməkdaşlığı genişləndirir - MƏQALƏ
Bu gün, 10:57
Azərbaycanla Avropa İttifaqı arasında əməkdaşlığın daha da genişlənməsinə mühüm töhfə verəcək səfər - İsrafil Kərimovun yazısı...
Bu gün, 10:55
"Dedi ki, statusu silməsən, işdən qovulacaqsan..." - Naxçıvanda TALIBOV AB-HAVASI..."
Bu gün, 10:52
Azərbaycanda ət bahalaşa bilər... – Heyvan idxalında yeni qaydalar
Bu gün, 10:45
Rubeni kimlər “Türkiyə agenti” hesab edir və niyə? - "Hraparak"
Bu gün, 10:42
Bloger “Space TV”də yeni veriliş aparacaq
Bu gün, 10:38
Avtomobil bazarında durğunluq var: - Ekspertlər ucuzlaşma olduğunu iddia edir
Bu gün, 10:37
Restoranda açıq geyimə görə QALMAQAL – “Bizdə belə geyinməyin!”
Bu gün, 10:34
Knyaz Həsənov Ermənistan parlamentinin ilk iclasında... - SƏDR KİMİ...
Bu gün, 10:12
Güney Azərbaycanlı fəal zindanda məmurlar tərəfindən vəhşicəsinə döyüldü... -FOTO
Bu gün, 10:09
Atasını müdafiə etmək istəyən oğul həmkəndlisini bıçaqlayaraq öldürdü - TƏFƏRRÜAT
Bu gün, 10:05
Paşinyan Müdafiə Nazirliyinə də ƏL GƏZDİRİR - KİV
Bu gün, 10:01
"Yanan maşınlardan biri mənə məxsusdur" - FOTO
Bu gün, 09:52
Qadın evə gətirdiyi müştərisini bıçaqladı: - “İçkili idim, tam olaraq nə baş verdiyini xatırlamıram”
Bu gün, 09:43
İmtahanda toplanan ballar ÖNƏMLİ DEYİL... - İTTİHAM VAR...
Bu gün, 09:37
BMT-nin Azərbaycandakı yeni rezident əlaqələndiricisi vəzifəsinin icrasına başlayıb - DOSYE
Bu gün, 09:21
Hamı özünü korluğa və karlığa qoyub... - ÖZBAŞINA QALIBLAR...
Bu gün, 09:11
Qardaşların mübahisəsi faciəyə çevrildi: Ata güllələndi, oğul ittihamları qəbul etmir - TƏFƏRRÜAT
Bu gün, 09:00
GDU-da QANUNSUZLUQLAR SERİYASI... - Qanundankənar prorektor və daha nələr...
Bu gün, 08:51
DƏRMAN MAFİYASI... İŞ BAŞINDA! - NƏ ETMƏLİ?
Bu gün, 08:34
Naxçıvana kart sistemi gəlir: AMMA ƏSLİNDƏ... - Sakinlər deyir ki...
Bu gün, 08:29
Bu, Putin üçün çox böyük biabırçılıqdır - Dikinson
Bu gün, 07:17
"Brent" markalı neftin qiyməti fevraldan bəri ilk dəfə 71 dollardan aşağı düşüb
Bu gün, 07:16
Anar Əliyevin ABSURD "qənaəti" - Şöbə müdirinin müavininə də stol və paltar dolabı alır
Bu gün, 07:14
AHİK, "Kurort" QSC, ETİHİ və Sanatoriya-Kurort Elektron Rezervasiya Sistemi niyə var? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 07:11
Müəllimlərin kütləvi etirazı... - Araz Paşayev isə...
Bu gün, 07:04
Karapetyan müxalifəti xilas etmir, əksinə hədəfə çevirir - GƏLİŞMƏ
Bu gün, 06:46
Nazirin axtardığı günahkar: Məktəbdə, yoxsa evdə? - Görünəni odur ki...
Bu gün, 06:44
Tofiq Heydərovun "AAAF İnşaat" şirkətinin 5.6 milyondan çox borcu var! - TƏFƏRRÜAT
Bu gün, 06:41
Azərbaycanın qələbəsini gizlədən sözçüyə yüksək vəzifə verildi - BUNDAN SONRA...
Bu gün, 06:37
İspaniya NATO-da ABŞ üçün yaxşı müttəfiq deyil - Tramp belə deyir...
Bu gün, 06:35
Dövlətin dəstəyi... KİMLƏRİN OYUNCAĞIDIR? - İLGİNC FAKTLAR
Bu gün, 06:32
Dollarla bağlı kritik proqnoz verildi: manat üçün real ssenari açıqlandı - AKTUAL
Bu gün, 06:26
Tehran küçələri... savaşdan sonra... - artıq hicab patrullarına...
Bu gün, 02:59
Tenderi keçirən də, udan da eyni adamdırsa... - HANSI MƏMUR CƏZALANIB?
Bu gün, 02:46
Rusiya benzin dilənməyə başlayıb - "Reuters"
Bu gün, 02:34
"Niyə əlavə 20 manat ödəməliyəm ki..." - ETİRAZ VAR!
Bu gün, 02:29
Nazilə Səfərli qollarını çırmalayıb... - maləsəf xınayaxdı üçün yox....
Bu gün, 02:19
Pirşağıda AÇIQ XƏSTƏLİK MƏNBƏYİ - Başçının xəbəri olsa da...
Bu gün, 02:15
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru