Burdan bir məhsul alan bir də almır .....                     Putin getsə... Rusiya SAVAŞDAN ÇƏKİLƏCƏKMİ? .....                     QƏZA İŞTİRAKÇISININ BABASI HÖKUMƏT ÜZVÜ DEYİLSƏ... .....                     "Bu xidmət işləməyəcəksə, biz niyə bunun üçün ödəniş edirik?" .....                     Azərbaycanın S-400 zenit-raket kompleksinə ehtiyacı varmı? .....                     Azərbaycan sərhədindən Türkiyəyədək magistral yolun beynəlxalq yükdaşımalar üçün açılması üzrə iş aparılır .....                     Erməni generallar barədə fərmanlar verildi .....                     Namizəd Səfərovun cinayət işi üzrə məhkəmədə .....                     Milli Məclisdə YENİ TƏYİNAT: Spikerə köməkçi təyin edildi .....                     Məhərrəmlikdə toy etmək olarmı? .....                     ABŞ NATO-ya hamıdan çox pul xərcləyir, amma heç bir fayda əldə etmir .....                     AAYDA-ya məxsus bu yol istismar idarələri ləğv olunduğunu elan etdi .....                     Bakı-Naxçıvan-Bakı avtobus reysləri nə vaxt bərpa olunacaq? .....                     Sənədləri saxtalaşdırdığına görə «qara siyahı»ya düşən “Kon-Lay Project” MMC... .....                     Azərbaycanda eyni sahədə çalışan 10 ŞİRKƏT LƏĞV EDİLDİ .....                     Azərbaycanda 3,5 milyona yeni film çəkilir .....                     35 min manatlıq həkim, yalnız morqda işləyə bilər .....                     Bu klinika təzminat ödəyəcək .....                     Brüsselin Bakı kursu dəyişir: .....                     Ucuz neft Azərbaycana problem yaradacaq? .....                     "UNESCO-ya məktubu və müraciəti şəxsən mən göndərmişəm" .....                     Mən Sərkisyanın Putinlə görüşdə etdiyi kimi etməyəcəm .....                     Özümü Paşinyansız düşünə bilmirəm .....                     İrəvan Moskva ilə dialoqu və Aİ-yə inteqrasiya kursunu davam etdirəcək .....                     Ermənistanın Aİ-yə ixracının təxminən 80 %-i rüsumsuz olacaq .....                     Bakıda yenilənməsi nəzərdə tutulan 177 eskalatorun sifarişi verilib, istehsal başlayıb .....                     Vətəndaşlara saxta diaqnoz və analizlər yazılıb .....                     “Kapital Bank”a yeni Baş maliyyə inzibatçısı təyin edilib .....                     Spiker seçilə bilməyən Simonyan deputat mandatından imtina etdi .....                     “SOCAR-da işləyən vəzifəli şəxslərə rüşvət verəcəm” dedi və... .....                     Rusiya Xerson vilayətinə zərbə endirib, .....                     Bu şirkət ancaq Elm və Təhsil Nazirliyinin tenderlərini udur: 4 ildə 44 milyon manat... .....                     Paşinyan Putindən qorxaraq geri çəkildi: .....                     Səidə Bəkirqızı Sevinc Hüseynovanı məhkəməyə verdi .....                     Putin Paşinyanın telefonunu niyə götürmədi? .....                     2029-cu ildən Aİ ilə viza rejiminin liberallaşdırılmasına ümid edirik .....                     Mədəniyyət Nazirliyi bir ədəd kitabı 3781 manata çap etdirəcək .....                     İsrail Müctəba Xameneini ölümə məhkum edib .....                     "Bəlkə o mənim son pulum idi... belə məsuliyyətsizlik olar?.." .....                     ASTANA NƏ EDƏCƏK? .....                 

“Allahşükür Paşazadə ləyaqətli kişidir, amma ətrafında şeytan dəstəsi var” - Partiya sədri
Tarix: 17-08-2015, 10:09 | Çap et
 “Allahşükür Paşazadə ləyaqətli kişidir, amma ətrafında şeytan dəstəsi var”
Modern.az saytında “Siyasətçi və din” rubrikasının budəfəki qonağı Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyevdir.

- Dindarsınız?

- Xeyr. Nə namaz qılıram, nə də oruc tuturam. Ümumiyyətlə, dini ayinlərin heç birini yerinə yetirmirəm. Amma dinimizə hörmətlə yanaşıram.

- Ümumiyətlə, nə zamansa namaz qılmısınız?

- Heç bir vaxt namaz qılmamışam, oruc da tutmamışam. Dini adət-ənənələrimizə isə çox sayğı ilə yanaşan bir insanam. Öz dədə-baba dinimizi unuda bilmərik. Dinini unudan Allahı da yaddan çıxarar.

- Valideynləriniz necə, dindar olmayıb ki?

- Rəhmətlik atam ömür boyu müəllim işləyib, məktəbdə direktor olub. Anam isə evdar qadın olub. Heç biri dindar olmayıb.

- Bəs övladlarınız?..

- Üç övladım var. Oğlum namaz qılır, dini ayinlərə çox yüksək səviyyədə riayət edir. Bir qızım da həmçinin onun kimidir. O biri qızım isə dindar deyil.

- Çox vaxt deyirlər ki, din siyasətdən ayrıdır. Amma bəzi proseslər göstərir ki, dolayı yolla da olsa, siyasətlə din vəhdət təşkil edir. Din və siyasət eyni olmalıdırmı?

- Din və siyasət ayrı-ayrı anlayışlardır. Lakin bəzən onların vəhdətini də yaradırlar. Siyasətçi üçün dinin, dini ənənələrin təbliğinin özü də böyük bir işdir. Biz öz dini adətlərimizi unutsaq, Azərbaycançılığı, müsəlmanlığı unuda bilərik.

Elə ölkələr var ki, orada dindən istifadə edib dövləti dağıtmaq istəyən qüvvələr fəaliyyət göstərir. Bu, çox qorxulu bir tendensiyadır. Azərbaycanın özündə də bəzi dindarlar tamamilə fərqli, siyasi ambisiyalarla çıxış edirlər. Biz buna boyun əyməməliyik. İşimizi-gücümüzü buraxıb səhərdən axşama kimi dindarların müdafiəsinə qalxmamalıyıq.

Hazırda dini pərdə altında çox xoşagəlməz hallar baş verir. Mən bu iyrənclikləri görürəm və açıq şəkildə deyirəm. Həqiqəti demək lazımdır.

Mən görürəm ki, ölkədə dini pərdə altında nə qədər əxlaqsızlıqlar, qələtlər edirlər. Azərbaycanda əxlaqsız yuvaların bir çoxuna dindarlar rəhbərlik edir. Onların içərisində tanınan dindarlar, ilahiyyatçılar da var. Sözü deyirəm, hərə öz payını götürəcək. Bəzi dindarlarımız çirkli yollarla qazandığı pullarla bir neçə villaya, var-dövlətə sahibdirlər. Bu var dövləti haradan ediblər? Allah onlara bəxş etməyib ki! Bizim kütlə də dini fanatizmə meyllidir. Din pərdəsi altında siyasi dələduzluq etmək olmaz.

- Əqidə baxımından şiəliyə yaxınsınız, yoxsa sünniliyə?

- Heç birinə. Heç zaman şiə-sünni söhbətinə inanmamışam. Müasir dünyada yaşayırıqsa, ümumiyyətlə hər şeyi dinə bağlamağın əleyhinəyəm. Bu gün çoxlu sayda yalançı, saxta dinçilər, mollalar var. Onlar dini həddindən artıq şişirdirlər. Heç ömründə “Quran” oxumayan elələri var ki, onlar yaslarda mollalıq edirlər.

Biz SSRİ zamanında böyümüş insanlarıq. O vaxtlar dinə qarşı mübarizə aparılırdı və ali məktəblərdə elmi ateizm tədris olunurdu.

İndi isə müstəqil dövlətdəyik deyə hər kəs öz dini əqidəsini raha şəkildə açıqlaya bilir. Ancaq bəzən kimlərsə şiə-sünni məsələsini ortaya atmaqla dini nifaq salmaq istəyirlər.

- Belə demək olarmı ki, elmi ateizmin təsirinə düşüb ateist olmusunuz...

- Ali məktəbdə oxuyanda o qədər təbliğat aparılmasına baxmayaraq, mən ateist olmadım. Amma dinə bağlı adam da olmamışam. Müasirliyə üstünlük verən biriyəm. Mənim mollaların, bəzi dindarların hərəkətlərindən heç xoşum gəlmir...

- Məsələn?

- Bu gün Azərbaycanda dinlə məşğul olan elə tanınmış insanlar var ki, əxlaqsız hərəkətlərlə məşğuldur. Yoxlasan, birinin 5-6 arvadı var. Din axı buna icazə vermir. Azərbaycanda dindən kapital kimi istifadə edirlər. Molla tanıyıram ki, axşama kimi alkaşlıqla məşğuldur. Bunları mən gözümlə görmüşəm. Onların içərisində mənim tanışım olan adamlar da var.

- Səmavi hesab edilən dinlərin ilahi qüvvə tərəfindən göndərildiyinə inanırsınızmı?

- Allaha qurban olum! Hamımız taleyimizi Allaha bağlamışıq. Hamı dara düşəndə Allahı köməyə çağırır. Amma insanın özündə də gərək bir hərəkət olsun. Deyirlər “səndən hərəkət, məndən bərəkət”. Biz isə bütün taleyimizi aparıb Allaha bağlasaq və düşünsək ki, Allah bizə göydən çörək yetirəcək, bu da düz deyil. Bir də görürsən biri evdə oturur dua edir ki, “ay Allah sənə qurban olum, mənə pul göndər”. Lakin mən göydən hələ pul töküldüyünü və kiminsə həmin pulun altında batıb getdiyini görməmişəm. Həyata baxışımızı tamamilə başqa formada inkişaf etdirməliyik.

Mən inanıram ki, bizi, kainatı yaradan bir qüvvə var. Lakin elə şeylər var ki, onu elm hələ sübut etməyib. Dində elə şeylər var ki, hələ də onun real olub-olmamağına dair vahid fikir yoxdur.

- Belə görürəm ki, siz fövqəltəbii güclərin var olması məsələsində tərəddüdlər içərisindəsiniz?

- Bəli. Mən fövqəltəbii, ilahi varlıqların mövcud olmasına tərəddüd edirəm. Hərəkətlərimin hamısını fövqəltəbii güclərə bağlaya bilmərəm.

- Səmavi dinlərin kitablarını oxumusunuzmu?

- Nə “Quran”ı, nə “İncili”, nə də “Tövrat”ı oxumuşam. Heç oxumaq fikrim də yoxdur.

- Cənnət və cəhənnəm, xəyali məkanlardır, yoxsa, həqiqətən də insanlar öləndən sonra o biri dünyaya düşəcək?

- Mən cənnət və ya cəhənnəmin var olmasına qətiyyən inamıram. İnsan ölürsə, onu aparıb qəbirə qoyurlar. O qəbir rəhmətə gedənin məkanıdır. Vəssalam. Həmin qəbiri bir ildən sonra qazsan, ölü elə həmin yerdə olur. Cənnət və ya cəhənnəm varsa, onu qəbirdən götürüb apararlar. Cənnət, cəhənnəm boş söhbətdir. İnsan öləndən sonra onu yandırmaq da olar.

- Dediklərinizə, dini terminologiya ilə yanaşsaq, deyə bilərik ki, kafirsiniz. Bəs o biri dünya həqiqətən də varsa, bu fikirlərinizə görə orada sorğu-sual ediləcəyinizdən qorxmursunuz?

- Heç nədən qorxmuram. Bu dünyada məni sorğu-suala çox çəkiblər. Burda nə cür cavablar vermişəmsə, o biri dünyada da lazımi cavablar verərəm. Onsuz məni bu dünyada yaşamağıma peşman ediblər. Bugünkü həyatım o qədər də xoş deyil. Bu gün bəzi harın məmurların, nazirlərin övladları gedib Londonda bir günə 15 min dollar xərcləyirlər. Heç olmasa mənim də 100 dollarım olsun, gedib hardasa özümə bir gün ağlayım. Dövlətçilik yolunda çalışan, xalq maraqlarını önə çəkən Hafiz Hacıyev bu gün öz dolanışığını təmin edə bilmir. Hanı ədalət?! Allah bunları görürsə, o harınlara cəza versin. İlahi ədalət yoxdursa, o zaman elə şarlatan mollalar ən düz yoldadır. Bu gün onlar bu dünyada cənnətdə, mən isə düz cəhənnəmin ortasındayam.

- Hamının həyatının bir sonu var. Bu sonda sizin dəfninizin necə təşkil edilməsini istəyərdiniz?

- Öləndən sonra istəyirlər aparıb məni dənizə tullasınlar, balıqlara yem olum. Ya da elə yerə atsınlar ki, qurd-quş, vəhşi heyvanlar mənim cəsədimi yesinlər. Ya da yandırsınlar. Mənim üçün fərqi yoxdur.

- Hafiz müəllim, onda etiraf edin ki, ateistsiniz.

- Yox, ateist deyiləm. Mən ateizm haqqında danışmaq istəmirəm. Onu deyim ki, mən dinin müqəddəs olmasına şübhə edirəm.

- Heç nə zamansa Həcc ziyarətinə getmək könlünüzdən keçib?

- Əsla. Bu gün Həccə gedənlərin çoxu oğru, pis yolda olanlardır. Azərbaycanda elələri var ki, dövlətə qarşı çıxır, amma Həcc ziyarətinə gedir. Azərbaycandan Həccə gedənlər arasında elələri də var ki, hər tərəfdə bir arvad saxlayır. Onları tanıyıram. Gedib guya Həccdə şeytana daş atırlar. Amma onların özlərinə daş atmaq lazımdır. Mən belə, dələduz, şarlatanlarla bir sırada durmaq istəmərəm.

Həccə gedənlər arasında saf, təmiz insanlar da var. Amma onlar ümumi prosesə təsir edə bilmirlər. Ləyaqətli dindarlar barmaqla sayılacaq qədərdir.

- Spirtli içki içənsiniz?

- Çox az hallarda... İçkiyə meylli adam deyiləm. Haram baxdığım üçün yox, səhhətimdə yaranan problemlərlə əlaqədar içki içmirəm.

- Bəs deyirlər içki haramdır?

- Niyə haram sayılır ki?! Elə onu deyən mollalar, onların başında dayananlar lap alkaşın yekəsidirlər. Səslərini çıxarsalar, tarixi ilə sübut edə bilərəm ki, hansı xarici dövlətdə nə qədər konyak içiblər.

- Qafqaz Müsəlmanları İdarəsinin fəaliyyətini necə qiymətləndirirsiniz?

- Mənim şeyxə böyük hörmətim var. Şeyx Hacı Allahşükür Paşazadə ilə yoldaşlıq da etmişəm, onunla xaricdə də olmuşam. Onunla 20 illik tanışlığım, dostluğum var. Şeyx ləyaqətli bir kişidir. Amma onun ətrafında olan bir qrup, molla, şeytan dəstəsi var. Şeyx onlardan aralansa, yaxşı olar.

Qafqaz Müsəlmanları İdarəsində bir qrup var ki, dövlətin siyasətinə müdaxilə etməyə çalışırlar. Biz bunların hamısını görmüşük.

Onların bəziləri İrandan, bəziləri isə Səudiyyə Ərəbistanından təlimat alırlar. Məsələ ondadır ki, onların da maraqları toqquşur. Məsələn, Qafqaz Müsəlmanları İdarəsində İslam Partiyasına dəstək verənlər var. İslam Partiyası isə bilirsiniz ki, İrandan maliyyələşir. İran isə heç zaman Azərbaycanı müstəqil görmək istəmir.

Hər şey müəyyənləşməlidir. Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi ilə Qafqaz Müsəlmanları İdarəsinin səlahiyyətləri dəqiq müəyyən edilməlidir. Bilinməlidir ki, nəzir qutularından yığılan pullar kimə verilməlidir. Mən bilirəm ki, elə partiya sədri var ki, ona 6-7 nəzir qutusu veriblər. O da nəzirdən gələn pulların bir hissəsini götürür.

- Azərbaycanda ilahiyyatçıların dini çağırışlarında elmi, müasir nəsə görürsünüzmü?

- Mən belə bir şey görmürəm.

- İranda olmusunuz?

- Bəli.

- Şəriət qaydaları ilə idarə edilən, və mühafizəkar dindarlar, ayətullahlar olan İranda nə müşahidə etmisiniz?

- Orada din tam başqa bir xarakterdədir. Mənim İranın ali dini lideri Xamneyi ilə də görüşlərim olub. Bu qənaətə gəlmişəm ki, onlar dinə tamamilə fərqli kontekstdən yanaşırlar. Onlar dini özləri üçün çörək ağacı etmirlər.

- Xamneyi ilə nə zaman görüşmüsünüz?

- Hardasa, 7-8 il bundan qabaq.

- Söhbətləriniz nə mövzuda oldu?

- Bu görüşün olduğunu ilk dəfə sizə deyirəm. Amma o görüşün detallarını açıqlamayacağam. Bir onu deyim ki, Xamneyi Azərbaycanla çox maraqlanır.

- Sizə elə gəlmirmi ki, ali dini lider bilsə idi ki, Hafiz Hacıyev kafirdir, bəlkə də sizi qəbul etməzdi.

- Yox, elə deyil. Mən Allaha, dinə qarşı çıxmıram axı.

- Belə düşünmək olarmı ki, sizin partiyanız İrandan maliyyələşir?

- İran mənimlə işləməyi təklif edib. Amma mən qəbul etməmişəm. Mən öz millətmi o qədər sevirəm ki, onun maraqlarına, dövlət mənafeyinin əleyhinə gedə bilmərəm.

- Övladlarınıza ibadətlərində sərbəstlik verirsiniz?

- Hə. Amma əsəbiləşdiyim vaxtlar da olur. Bir də görürəm ki, saatlarla namaz qılırlar. Hər şeyin yeri, həddi-hüdudu var. İşini-gücünü buraxıb əyilib-qalxmağım mənası yoxdur. Bu dediklərim, qurban olduğum Allaha xoş getmirsə, qoy vurub məni öldürsün.

- Siğə adı ilə tanınan müvəqqəti nikah anlayışı var. Buna riayət edənlər də mövcuddur. Siğəyə necə baxırsınız?

- Çox pis. Bu lotuluq fason bir şeydir. Mollalar indi 10 arvadı özünə siğə edir. Belə şey olar? Siğə pozğunluğun bir formasıdır. Bu qədər əxlaqsız yuvaları var. Ondansa aparıb ora bir molla qoysunlar, o da gəlib-gedən müştərilərlə əxlaqsız qadınları siğə etsin.

- Ölkədə halal brendi olan kolbasalar, sosiskalar var. Sizə görə bu halal meyarı nə ilə ölçülür?

- Heç bir halal deyilən şey yoxdur. Bunlar hamısı pul qazanmaq vasitəsidir. Halal kolbasa deyirlər, mən ondan heç zaman yeməmişəm, yeməyəcəyəm də. At ətini gətirib onun içərisinə qatanda bu necə halal ola bilər?

- Tərkibində donuz əti olan kolbasa yeyirsiniz?

- Onu yeyirəm. At əti, eşşək əti olan “halal” kolbasa yeməkdənsə, elə donuz əti olanı yemək yaxşıdır. Donuz ətini sevirəm. Donuz əti yeməkdən ötrü sinov da gedirəm.

- Donuz əti dinə və şəriətə görə haramdır axı.

- Qoy olsun, eybi yoxdur. Mənə görə haram deyil.

- İxisasca bioloqsunuz. Bir bioloq kimi, Çarlz Darvinin təkamül nəzəriyyəsinə inanırsınızmı?

- Mən Darvinin dediklərinə də inanmıram. İnsan təkamüllə meydana gələ bilməz. Təkamüllə canlı dəyişmir. Bu dəyişikliyi görə bilmirəm.

- Heç şübhəsiz ki, Məhərrəmlik ayına, Aşuraya da qarşısınız.

- Mövhumata, xurafata qarşıyam. Bu gün Aşuralarda bədəninə zəncir vuran, başlarını yaran kimlərdir? Aristokrat, mədəni, intellektual, elmi olan adamlar bunu edərmi? Xeyr. 40 gün yas saxlamağa da yaxşı baxmıram.

- İslam dinində imamlıq mərtəbəsi də var, 12 imam olub. Onların müqəddəsliyini də şübhə altına alırsınız?

- Mən imamları müqəddəs kimi görə bilmirəm.










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Burdan bir məhsul alan bir də almır - GİLEY
Bu gün, 01:51
Putin getsə... Rusiya SAVAŞDAN ÇƏKİLƏCƏKMİ? - Görünəni odur ki...
Bu gün, 01:35
QƏZA İŞTİRAKÇISININ BABASI HÖKUMƏT ÜZVÜ DEYİLSƏ... - ədalət mühakiməsinin milli standartları...
Bu gün, 01:25
"Bu xidmət işləməyəcəksə, biz niyə bunun üçün ödəniş edirik?" - ETİRAZ VAR!
Bu gün, 01:19
Azərbaycanın S-400 zenit-raket kompleksinə ehtiyacı varmı? - AÇIQLAMA
Dünən, 18:05
Azərbaycan sərhədindən Türkiyəyədək magistral yolun beynəlxalq yükdaşımalar üçün açılması üzrə iş aparılır - Paşinyan
Dünən, 18:03
Erməni generallar barədə fərmanlar verildi - KİV
Dünən, 17:00
Namizəd Səfərovun cinayət işi üzrə məhkəmədə ittiham aktı elan olunub
Dünən, 16:57
Milli Məclisdə YENİ TƏYİNAT: Spikerə köməkçi təyin edildi - FOTO
Dünən, 16:55
Məhərrəmlikdə toy etmək olarmı? – Elşad Miri
Dünən, 16:50
ABŞ NATO-ya hamıdan çox pul xərcləyir, amma heç bir fayda əldə etmir - Tramp
Dünən, 16:43
AAYDA-ya məxsus bu yol istismar idarələri ləğv olunduğunu elan etdi - SİYAHI
Dünən, 16:39
Bakı-Naxçıvan-Bakı avtobus reysləri nə vaxt bərpa olunacaq? - GƏLİŞMƏ
Dünən, 16:37
Sənədləri saxtalaşdırdığına görə «qara siyahı»ya düşən “Kon-Lay Project” MMC... – YENİDƏN TƏŞKİL EDİLİR
Dünən, 16:33
Azərbaycanda eyni sahədə çalışan 10 ŞİRKƏT LƏĞV EDİLDİ - TƏFƏRRÜAT
Dünən, 16:33
Azərbaycanda 3,5 milyona yeni film çəkilir
Dünən, 16:28
35 min manatlıq həkim, yalnız morqda işləyə bilər – REPLİKA
Dünən, 16:26
Bu klinika təzminat ödəyəcək - Burun düzəldəndə gözü zədələyib
Dünən, 16:21
Brüsselin Bakı kursu dəyişir: - “Əməkdaşlıq artıq təkcə qaz ixracı ilə məhdudlaşmır”
Dünən, 16:13
Ucuz neft Azərbaycana problem yaradacaq? - AKTUAL
Dünən, 14:01
"UNESCO-ya məktubu və müraciəti şəxsən mən göndərmişəm" - AÇIQLAMA
Dünən, 13:55
Mən Sərkisyanın Putinlə görüşdə etdiyi kimi etməyəcəm - Paşinyan
Dünən, 13:50
Özümü Paşinyansız düşünə bilmirəm – Simonyandan ETİRAF
Dünən, 13:49
İrəvan Moskva ilə dialoqu və Aİ-yə inteqrasiya kursunu davam etdirəcək - Paşinyan
Dünən, 13:45
Ermənistanın Aİ-yə ixracının təxminən 80 %-i rüsumsuz olacaq - Fon der Lyayen
Dünən, 13:42
Bakıda yenilənməsi nəzərdə tutulan 177 eskalatorun sifarişi verilib, istehsal başlayıb - BŞİH
Dünən, 13:11
Vətəndaşlara saxta diaqnoz və analizlər yazılıb - TƏBİB araşdırır
Dünən, 13:07
“Kapital Bank”a yeni Baş maliyyə inzibatçısı təyin edilib - BUNDAN SONRA...
Dünən, 13:04
Spiker seçilə bilməyən Simonyan deputat mandatından imtina etdi - “Heç prezident də olmaq istəmirəm”
Dünən, 13:02
“SOCAR-da işləyən vəzifəli şəxslərə rüşvət verəcəm” dedi və... - TƏFƏRRÜAT
Dünən, 13:01
Rusiya Xerson vilayətinə zərbə endirib, ölən və yaralananlar var
Dünən, 12:59
Bu şirkət ancaq Elm və Təhsil Nazirliyinin tenderlərini udur: 4 ildə 44 milyon manat... - İcazə verin, şübhələnək...
Dünən, 12:57
Paşinyan Putindən qorxaraq geri çəkildi: - İrəvandan Moskvaya BÖYÜK JEST
Dünən, 12:53
Səidə Bəkirqızı Sevinc Hüseynovanı məhkəməyə verdi
Dünən, 12:50
Putin Paşinyanın telefonunu niyə götürmədi? - NƏ BAŞ VERİR?
Dünən, 12:47
2029-cu ildən Aİ ilə viza rejiminin liberallaşdırılmasına ümid edirik - Paşinyan
Dünən, 12:46
Mədəniyyət Nazirliyi bir ədəd kitabı 3781 manata çap etdirəcək - BU NƏDİ BELƏ?
Dünən, 12:01
İsrail Müctəba Xameneini ölümə məhkum edib - Tehran BMT-yə şikayət etdi
Dünən, 11:59
"Bəlkə o mənim son pulum idi... belə məsuliyyətsizlik olar?.." - ETİRAZ
Dünən, 11:57
ASTANA NƏ EDƏCƏK? - İNCƏLƏMƏ
Dünən, 11:49
Ukrayna azərbaycanlı iş adamının zavodunu vurdu - FOTO
Dünən, 11:45
"Arzum" ləqəbli bloqer məhkəmə zalından həbs edilib - QƏRAR
Dünən, 11:30
Çatışmazlıqların acı dadı: - yanacaq böhranı Kremlin imperiya miflərini məhv edir
Dünən, 11:27
Erməni separatçıları hansı üzlə bəraət istəyirlər? - HƏQİQƏTƏN DƏ...
Dünən, 11:20
Azərbaycanda 786 min ailənin “evi yoxdur” - RƏSMİ
Dünən, 11:11
Paşinyan Ursula Fon der Lyayenlə görüşüb
Dünən, 11:10
"BAX, BU AYRI `LEVEL`DİR..." - pərdəarxası...
Dünən, 11:03
Avropa Azərbaycanla əməkdaşlığı genişləndirir - MƏQALƏ
Dünən, 10:57
Azərbaycanla Avropa İttifaqı arasında əməkdaşlığın daha da genişlənməsinə mühüm töhfə verəcək səfər - İsrafil Kərimovun yazısı...
Dünən, 10:55
"Dedi ki, statusu silməsən, işdən qovulacaqsan..." - Naxçıvanda TALIBOV AB-HAVASI..."
Dünən, 10:52
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru