Londonda Azərbaycan Evi Mədəniyyət və Dostluq Mərkəzinin rəhbəri vəfat edib .....                     "İnsan hüquqları" adı altında təzyiq? .....                     Ankara Ermənistan sərhədində işləri sürətləndirir .....                     “Azərbaycan özünü ərzaqla tam təmin edə bilər, amma idxaldan asılı vəziyyətə düşüb” .....                     Nazirliyə 12 minə işə düzəldəcəkdi, məhkəməlik oldu .....                     Türkiyədə hansı peşə sahibləri nə qədər maaş alacaq? .....                     “Ya bizi köçürün, ya da bu zibilliyi yığışdırın” .....                     Komediya ustası ilə bağlı şok detallar .....                     "Bolt" sürücülərinin yeni OYUNU .....                     350 minlik iş Hadı Rəcəblinin oğluna verildi .....                     Kılıçdaroğlu Göktaşa dəstək üçün məhkəməyə gəldi .....                     Separatçı istefa verdi: .....                     Amalın bacısı cəzanın artırılmasını istəyir: şikayət verəcək .....                     İstedaddan başqa hər şeyi fəlakət olan Fəlakətimiz .....                     "Brent" nefti 60 dollara qədər ucuzlaşa bilər .....                     Məşhur xanım sənətçiyə ağır qadağalar: .....                     Rusiyadakı çöküş: Azərbaycanlılara necə təsir edəcək? .....                     “PAŞA Kapital”da rəhbər vəzifəyə yeni təyinat .....                     Pomidor 45 qəpiyə düşdü: Bazardakı qiymət oyununun pərdəarxası .....                     Cem Yılmaz Deniz Göktaşın saxlanılmasına “səssiz etiraz” edib? .....                     Paşinyanın partiyasında Simonyan müəmması .....                     Rusiyada yanacaq böhranı elektrikli avtomobillərə tələbatı artırıb .....                     Uzun müddətdir yoxa çıxan SEPAH lideri aylar sonra belə görüntüləndi .....                     Bu qrupa yeni sədr seçildi .....                     BDU yarımçıq qalan tikinti işlərinə 1,1 milyon manat vəsait ayırdı .....                     “Nar” Gəncədə tələbələr üçün marketinq və karyera təlimləri təşkil etdi .....                     Müctəba Xameneyi sağdır? .....                     Rusiyada Putinin reytinqi kəskin azaldı .....                     "Havalandırma yox, kondisioner yox... dustaq nə etməlidir?!" .....                     “Azər Türk Bank”da yeni təyinat .....                     Süleyman Nemətov "general-leytenant" oldu .....                     Natiq Şirinov məhkəmədə qalib gəldi: .....                     Birlikdə kirayədə qaldığı yoldaşını qətlə yetirən şəxs .....                     Əməkdar artist əməliyyat olundu .....                     “Dayı”ya hökm oxundu .....                     Eyni xidmətə iki dəfə PUL ÇIXIRLAR... .....                     Müştərini YATDIĞI YERDƏ QARƏT EDİRLƏR... .....                     Təhsil nazirinin xanımının London təhsili Dövlət büdcəsinə 63 min funta başa gəlib .....                     Məhkəmə ögey atasını öldürən yeniyetmə ilə bağlı .....                     Paşinyan Rusiyaya gedir .....                 

"Müsavatın indiki rəhbərliyi tarix qarşısında məsuliyyətini dərk edə bilmir" - Qubad İbadoğlu
Tarix: 20-02-2015, 12:02 | Çap et
"Müsavatın indiki rəhbərliyi tarix qarşısında məsuliyyətini dərk edə bilmir"
Moderator.az Azərbaycan Demokratiya və Rifah (ADR) Hərəkatı Təşkilat Komitəsinin sədri Qubad İbadoğlunun "Report"a müsahibəsini təqdim edir:

- Fevralın 6-da Müsavat Divanın qərarı ilə partiyadan xaric edildiniz. Partiya üzvlüyünə bərpa edilməklə bağlı hansısa addım atacaqsınızmı?

- Birinci mərhələdə düşündük ki, Divanın qərarının həm Nizamnamə pozuntusu olduğu, həm də bu qərarın sifarişlə verildiyi, eyni zamanda əsassız olduğunu ictimaiyyətin diqqətinə çatdıraq. Mənim üçün həm partiya üzvlərinin, həm də ictimaiyyətin rəyi çox əhəmiyyətlidir. Həqiqətən də sualları partiya Divanında geniş və əhatəli şəkildə cavablandırmaq imkanlarına malik idim. Bununla bağlı əvvəlcədən razılaşdırıldı ki, video-çəkiliş aparılsın. İstəyirdim ki, kimin haqlı və ya haqsız olduğu, kimin arqumentlərinin güclü və ya zəif olduğunu ictimaiyyət görsün. Təəssüflər olsun ki, əvvəlcədən razılaşdırdığımız şərtlər sonradan pozuldu, qarşı tərəf arqumentlərinin zəifliyini, acizliyini nümayiş etdirərək müzakirələrin video-yazılışına icazə vermədi. Bundan sonra məcbur olduq ki, qərarın ictimai baxımdan dəyərləndirilməsinə üstünlük verək. Müsavatın ziyalı üzvləri partiya rəhbərliyinə müraciət ünvanlandılar. Qarşı tərəfin münasibəti gözlənildi. Təəssüf ki, qarşı tərəfin ilkin münasibəti çox sərt oldu. Bu, bir daha göstərdi ki, onları partiyanın ictimai nüfuzu maraqlandırmır. Biz qarşı tərəfin münasibət açıqlamasını gözləyirik, yəqin ki, bu ay ərzində nəticəyə gəlinəcək.

İstənilən halda bu məsələnin partiya müstəvisində həllinə çalışacağıq. Nizamnaməyə görə partiyadan kənarlaşdırılan üzv 6 aydan sonra bərpa olunmaqla bağlı müraciət edə bilər. Bu barədə indidən nə isə demək niyyətində deyiləm. Hələ də düşünürəm ki, bu müddət kifayət qədər uzun bir müddətdir və bu zaman kəsiyində dəyişikliklər baş verəcək. Gözləntim var ki, partiya rəhbərliyi buraxdığı səhvi gec də olsa, düzəldəcək və mənim partiya üzvlüyümlə bağlı məsələyə yenidən baxacaq.

- Siz partiyadan çıxarılandan sonra xeyli tərəfdarınız istefa verdi. Buna münasibətiniz necədir?

- Mənim partiyadan çıxarılacağım əvvəlcədən bəlli idi, müzakirələr formal xarakter daşıyırdı. Bilirdim ki, belə bir sifariş verilib və qərar icra olunacaq. Ona görə də əvvəlcədən tərəfdarlarıma müraciət etmişdim ki, çıxarılacağım tədqirdə partiyanı tərk etməsinlər. Bu məsələdə partiya üzvlərinin fikirləri müxtəlifdir. Bəziləri istefa verdi, bəziləri də gözləmə mövqeyindədirlər, yəni, istefalarını ertələyiblər. Şəxsəm mən kiminsə partiyadan istefa verməsinin tərəfdarı deyiləm. Həmişə məsələlərin partiya daxilində müzakirəsinin tərəfində olmuşam. Partiya daxilində müzakirələrin aparılması üçün demokratik mühit olmalı, qarşı tərəf də buna hazır olmalıdır. Biz dəfələrlə müraciət etdik. Ən son müraciətimiz yanvarın 31-də oldu. İstəyirdik ki, partiyanın keçmiş və indiki rəhbəri müzakirələrə qoşulsun. Buna görə də müsavatçıları həmin gün qərargaha dəvət etmişdim, məqsədim barış mühiti yaratmaq idi. Amma Müsavatın indiki rəhbərliyi məsuliyyəti dərk etmədi, barışıq üçün olan çağırışlara əngəl yaratdı. Onlar həmin tədbirin məqsədəuyğun olmadığını bildirdilər. Hətta partiya üzvlərinə çatdırdılar ki, kim tədbirdə iştirak edəcəksə, cəzalandırılacaq. Buna görə də tədbiri təxirə saldıq və məsləhətləşmək üçün partiya qərargahında toplaşdıq. Partiyanın indiki rəhbərliyi çalışır ki, biz partiyanı özümüz tərk edək, bunun üçün də partiyadaxili fəaliyyətimizi məhdudlaşdırmaq xətti götürüblər. Biz özümüz istefa verib getmiriksə, müxtəlif strukturlar vasitəsilə uzaqlaşdıralacağıq. Hazırda partiyanın siyasi xətti bundan ibarətdir. Mən bu cür vəziyyətin analoqunu görməmişəm. Təsəvvür edin, partiya rəhbərliyi qurultayda partiya üzvlərinin 46% səsini qazanmış bir adamı kənarlaşdırır. Bu, partiya daxilində həm fərqli fikirə dözümsüzlüyün göstəricisi, həm də acizliyin nümunəsidir. Bu adamlar nəzərə almalıdırlar ki, özləri ölkədə demokratikləşmə uğrunda mübarizə aparırlarsa, belə qərarlara yol verməli deyildilər. Bu cür addımlar cəmiyyət üçün yaxşı örnək deyil. Müsavatın indiki rəhbərliyi tarix qarşısında məsuliyyətini dərk edə bilmir. Düşünürəm ki, zaman gələcək, bu məsələlər aydınlaşacaq.

- Müsavat Partiyasının sabiq başqanı İsa Qəmbərlə sonuncu dəfə nə vaxt görüşmüsünüz?

- Ötən il keçirilən qurultaydan bir gün sonra görüşümüz oldu. Əslində buna görüş demək olmaz. Sonra noyabrın 23-də partiyanın ümumrespublika müşavirəsində iştirak etdik.

- Baş verənlərdə İsa Qəmbərin payı nə qədərdir?

- Onun payı 100 faizdir.

- Qubad bəy, sizin qurultay gününün sonunda çıxışınızda narazılıq hiss edilmirdi. Sonradan isə narazı addımlar atmanızı rəqibləriniz "özünüreklam" kimi qiymətləndirdilər...

- Razıyam. Qurultay günü və qurultaya qədər ictimaiyyətin bilmədiyi narazılıqlarımız var idi. Bununla bağlı Qurultaya Hazırlıq üzrə Təşkilat Komitəsində (QHTK) məsələ qaldırılmışdı. İctimaiyyətə məlumat vermirdik, çalışırdıq ki, qurultayı yüksək səviyyədə keçirək, partiya qurultaydan qazanclar əldə etsin. Noyabrın 23-də keçirilən ümumrespublika müşavirəsində təklif etdim ki, Təşkilat Komitəsinin protokolları dərc edilsin. Partiya üzvləri də bilsinlər ki, bizim həmin toplantılarda hansı müzakirələrimiz olub. Biz həmin toplantılarda partiyanın qurultaya qədərki dövrdə fəaliyyətini tənqid etmişik. Demişik ki, qurultayda inzibati resurslardan istifadə olunmasın. Başqanlığa namizədlərdən biri partiyanın Mərkəzi İcra Aparatının rəhbəri idi. Təəssüf ki, buna nail ola bilmədik, qərarlar bir qrupun marağını əks etdirdi. QHTK-da bir namizədin təmsçisi digərlərindən kifayət qədər çox idi. Bu da qərarların qəbulunda özünü göstərirdi. Qurultayda müşahidə etdik ki, orada iştirak edən nümayəndələrin iradəsinə müdaxilə var. İsa bəyə bu barədə məlumat verdik ki, qarşısını alsın. O isə "kiçik məsələlərin" böyüdülməməsini tövsiyə etdi. Sonra göründü ki, bu kiçik məsələlər kifayət qədər əhəmiyyətli rol oynadı. Daha sonra müəyyən olundu ki, qurultay günü səsvermənin gizliliyi pozulub. İsa Qəmbərin mövqeyi, yanaşması qurultayın nəticələrinə təsirsiz ötüşməyib. Bu məsələlərin həyata keçirilməsində İsa Qəmbərin rolunun olması, proseslərdə iştirak etməsə də, razılığının alınması bizim üçün nəticə çıxarmaq və mövqeyimizi ortaya qoymaq üçün əsas idi. Biz bunu İsa Qəmbərin üzərinə götürdüyü öhdəliyin yetirinə yetirməməsi kimi qiymətləndirdik. Bir sözlə, qurultayda ədalət prinsipi pozulub. Daha bir hadisə isə qurultayın səhəri günü baş verdi və bu da qərarlarımızın əsaslandırılmasında önəmli rol oynadı. Əslində, qurultay iki gün olmalı idi. Qurultayın birinci günü Səttar Bəhlulzadə adına Mədəniyyət Sarayında, ikinci günü isə partiya qərargahında olmalı idi. Qurultayın ilk günü baş verənlərə etiraz olaraq, qurultay nümayəndələrinin bir hissəsi seçkinin ikinci gününə qoşulmadı. Boykot nəticəsində qurultayın ikinci günü baş tutmadı. Qurultayın birinci günü seçilən strukturlar legitimlik qazanmadı. Çünki onların legitimlik qazanması üçün qurultay nümayəndələri nəticələri təsdiq etməli idi. Qurultay nümayəndələrinin iştirak etmədiyi seçkinin ikinci günündə, yetərsay olmayan bir iclasda Məclisə və Mərkəzi Nəzarət-Təftiş Komissiyasına keçirilən seçkilərin nəticələrini qanunsuz olaraq təsdiq edildi. O zaman gördük ki, bu, sistemli yanaşmadır. Bütün bunlarla bağlı arayış hazırlamaq qərarına gəldik. Arayışı MNTK-ya təqdim etdik. Təəssüflər olsun, MNTK bu arayışı hərtərəfli şəkildə dəyərləndirmədən siyasi qərar çıxardı. Araşdırma üçün təqdim etdiyimiz iddialarımızın hamısı təkzib olundu. Arayışda göstərilənlərin biri də kompromis, barış naminə dəyərləndirilmədi.
Qurultaya qədər olan dövrlə qurultaydan sonrakı dövrdəki çıxışlarımız arasında müəyyən fərq yarandı. Qurultaya qədərki dövrdə hesab edirdik ki, bizim kimi digərləri də partiya maraqlarını əsas götürərək, mübarizə aparacaqlar. Amma görünən odur ki, biz partiya maraqları üçün çıxış etmişik, bəziləri isə qrup maraqları üçün çıxış ediblər. Biz yenidən partiya maraqlarını önə çəkdik. Təəssüf ki, cəhdlərimiz heç bir nəticə vermədi, təkliflərimiz yetərincə dəyərləndirilmədi. MNTK legitimlik problemi olsa da, özünə bəraət qazanmaq üçün verilən şansı qiymətləndirə bilmədi. Bundan sonra MNTK etimadını itirdi. Biz dəfələrlə partiya maraqlarından çıxış etdik. Partiyanın indiki rəhbərliyi Müsavatın indiki vəziyyətinə görə məsuliyyət daşıyır.

- Qurultaydan sonra Siz və tərəfdarlarınız seçkili orqanların təşkilində niyə iştirak etmədiniz?

- Hesab edirdik ki, yeni rəhbərlik seçilib. Düzdür, rəhbərliyi legitim qəbul etməyənlər də var. Şəxsən mən partiya maraqları naminə o barədə çıxışlar da etmirdim. Düşünürdüm, bunlara vaxt vermək lazımdır. Yeni rəhbərliyin platforması olmasa da, hətta köhnə platforma ilə partiyanı idarə etsinlər, biz də Nizamnaməyə əməl olunmasını, siyasi xəttin partiya maraqlarına uzlaşması məsələlələrini nəzarətdə saxlayaq. Məlum oldu ki, onlar partiyanın hədəfləri üçün deyil, bizə qarşı fəaliyyətə daha çox üstünlük verdilər. Əvvəlcədən bilirdim ki, tərəfdarlarımın partiya strukturlarında təmsilçiliyinə imkan verilməyəcək. Həm MNTK, həm Məclis, həm də Divan birtərəfli formalaşmışdı. Bilirsiz ki, mənə Məclisə sədrlik məsələsi təklif olunmuşdu. Mən də bu məsələni tərəfdarlarımızdan bir ilə müzakirə etməyi və demokratik əsaslarla seçki keçirib, bizimlə işləmək qabiliyyətinə malik olan birisinin Məclis sədri olması təklifini verdim. Hesab edirdim ki, həmin şəxs Məclisə sədr seçilərsə, təkliflər paketimizi reallaşdıra bilərik. Təəssüflər olsun ki, bütün strukturlarda partiya rəhbərliyinə sadəqətli və bizə qarşı olan insanlar yerləşdirildi. Bir daha nümayiş etdirildi ki, partiya hədəflərində strateji xətti müəyyən etmədən fəaliyyət göstərmək niyyətindədir. Parlament seçkilərində iştirakla bağlı 3 mövqe ortaya qoyuldu, əvvəlcə bloka qoşulmaqla bağlı fikirlər səsləndi, sonra partiyanın seçkilərə təkbaşına getməsi ilə bağlı mövqe ortaya qoyuldu və nəhayət bildirildi ki, partiya parlament seçkiləri ilə bağlı apreldə qərar verəcək. İqtidarla dialoq məsələsində Müsavat əvvəlcə çox sərt mövqe ortaya qoydu. Divan iclasında isə qərar verildi ki, Müsavat Partiyasının dialoqda iştirakı mümkündür. Bəlli olur ki, partiyanın strateji xətti və hədəfləri ilə bağlı müzakirələr aparılmır. Bu da partiyanın nüfuzdan düşməsinə gətirib çıxarır.

- Arif Hacılı bir neçə dəfə "qucaqlaşmaq" mesajı verdi, amma nəticə olmadı. Səbəb nədir?

- Çünki səmimi deyildilər. Deyilənlər hamısı mətbuat, ictimaiyyət üçün idi. Biz Arif Hacılı ilə görüşlər keçirmişik, müzakirələr aparmışıq. Qucaqlaşmaq istəyən adam bizim təkliflərimizin, tövsiyələrimizin müzakirəsinə, partiya strukturlarında tərəfdarlarımızın təmsilçiliyinə çalışardı. Bütün bunlar formal səsləndirilmiş mesajlar idi. Bu gün "qucaqlaşmaq" mesajı verilirdi, sonra partiyanın rayon şöbələrinə göstəriş verilirdi ki, filankəsləri çıxarın. Yəni deyilənlərlə əməllər bir-birilə uzlaşmırdı. Təsəvvür edin, Müsavat başqanlığına 4 namizəddən ikisini partiyadan xaric ediblər. Hələ 3-cü şəxsin də mövqeyi bir qədər sərtləşsə, eyni qərar da onu gözləyir. Partiyanın hazırki rəhbərliyi uğursuzluqlarını belə qərarlarla pərdələməyə çalışır. Partiyanın adı yalnız daxili qarşıdurmalarda hallanır. Partiya Azərbaycan cəmiyyətinə bir dənə də olsun konsepsiya təqdim etməyib. Demək olar ki, gənclər qalmadı, kütləvi şəkildə partiyanı tərk etdilər, yeni gənclər Gənclər Təşkilatının rolu hiss olunmur. Bu, partiya üçün böyük zərbə oldu.

- Siz qurultaydan sonra Arif Hacılını Müsavat Partiyasının başqanı kimi qəbul edirdiniz?

- Mən partiyanın heç bir struktruna qeyri-legitim yanaşmamışam. Həmişə çalışmışam ki, bu məsələlər barışıqla həll olsun. Düşünmüşəm ki, reallığı qəbul etmək lazımdır. Düzdür, legitim hesab etməyə şübhələrim və əsaslarım da var. Mən də strukturları qeyri-legitim hesab etsəm, aramızda olan münasibətlər daha da gərginləşəcək. Bu da gərginliyin şiddətlənməsinə gətirib çıxara bilər. Ona görə də həmişə çalışırdım ki, partiyada barışıq olsun. Bu baxımdan tərəfdarlarımın mövqeyinə hörmətlə yanaşıram. Tərəfdarlarım arasında Müsavat rəhbərliyini legitim hesab edənlər də, etməyənlər də var idi. Mənim xəttim partiyanın mövcud reallığını qəbul etmək və buna uyğun da hərəkət etmək üzərində qurulub. Bu baxımdan bir problem görmürdüm, Arif Hacılı görüşə dəvət edəndə gedirdim. Həmişə çalışmışam ki, vəziyyət gərginləşməsin.

- Müsavat Partiyasının hazırki rəhbərliyi iddia edir ki, Qubad İbadoğlu və tərəfdarları anti-müsavat mövqedən çıxış edirlər. Bu barədə İsa Qəmbərin də açıqlaması var. O bildirib ki, partiyanın qurultayına qarşı çıxmaq ideoloji xəttə qarşı çıxmaqdır. Bu fikirlərlə bağlı nə deyə bilərsiz?

- Bu, kommunist təfəkkürüdür. Müsavat Partiyasının üzvləri bilirlər ki, bizim siyasi xəttimizlə Müsavat ideologiyası arasında heç bir fərq yoxdur. Anti-müsavat mövqeyi sərgiləməyimizlə bağlı bir dənə də fakt göstərə bilməzlər. Bunu mənim ictimaiyyətdə nüfuzuma kölgə salmaq və qərarlarını əsaslandırmaq üçün deyirlər. Biz Azərbaycan Demokratiya və Rifah Hərəkatını yaradan zaman onların xeyir-dualarını eşitmişik. Müsavat Partiyası üzvlərinin böyük əksəriyyəti bu Hərakatda iştirak etməkdə maraqladırlar, rəqiblərin gözləntiləri özünü doğrultmadı. Bizim Hərakat yalnız müsavatçılardan ibarət deyil, digərləri də burada aktiv iştirak edir. Hərəkat qısa zamanda fəaliyyətilə ortaya örnək qoydu. Hərəkatda təmsil olunan insanların nüfuzları da önəmli rol oynayır. Ziyalı kəsim, gənclər bizim Hərəkatın nüvəsini təşkil edirlər.

- Müsavat Partiyasının müxalifətdəki durumu sizi qane edirmi?

- Müsavat Partiyasının müxalifətçiliyi bizim Hərəkata münasibətdə görünür. Başqa bir mövqelərini isə görmürük. Qurultaydan sonra partiyanın fəaliyyəti bizim resurslarımızın məhdudlaşdırılmasına xidmət edib. İndiki rəhbərlik yalnız bununla məşğul olub. Biz dəfələrlə demişik ki, bu nə onlara, nə də bizə nüfuz qazandırır. İctimaiyyətin Müsavat Partiyası ilə bağlı böyük gözləntiləri var. Cəmiyyət Müsavatın parçalanmasını qəbul etmir. Müsavat Partiyası Azərbaycanın siyasi tarixində şərəfli yolu olan partiyadır. Hazırda resurslar azalıb, partiya zəifləyib. Bunu Müsavat Partiyasının sonuncu mitinqi bir daha göstərdi. Mitinq göstərdi ki, güclü müxalif mövqe sərgiləməyə resurs yoxdur. Partiya rəhbərliyi Müsavatın güclü təşkilata çevrilməsində maraqlı deyil. Rəhbərlik partiyanı üzüyola adamlardan ibarət dərnəyə çevirib.

- Ümumiyyətlə, Siz İsa Qəmbərin başqan olduğu dövrdə partiyanın fəaliyyətini qənaətbəxş hesab edirdiniz?

- İsa Qəmbərin dövrünün Müsavatı başqa bir Müsavat idi. İndiki Müsavat isə fərqlidir. İsa Qəmbərin heyranları o qədər çox idi ki, onun özü ilə, partiyanın siyasi xətti ilə bağlı deyilənləri süngü ilə qarşılayırdılar. Onlar bunu nəinki qəbul etmək, heç müzakirə etmək istəmirdilər. O zaman müsavatçılar bu cür müzakirələrə hazır deyildilər. İllərlə İsa Qəmbərin göstərdiyi xidməti nəzərə alaraq, onun etdiyi səhvlərə güzəşt edirdilər. Biz Divanda öz mövqeyimizi ortaya qoyurduq, narazılığımızı dəfələrlə bildirmişik. Narazılıq, xüsusilə 2005-ci ildən sonrakı dövrü əhatə edirdi. İsa Qəmbərlə kifayət qədər fikir ayrılığımız olub, sadəcə, bunu ictimailəşdirməmişik. Hesab etmişik ki, bu, bir mərhələdir. Qurultaya qədər olan dövrdə də bilirdim ki, Arif Hacılı ilə deyil, İsa Qəmbərlə mübarizə aparırıq. İsa Qəmbər Müsavat Partiyasında status-kvonun saxlanılmasında maraqlıdır. O hesab edib ki, indiki şəraitdə Arif Hacılının başqan olması daha məqbuldur. Bu, müzakirələrdən də bəlli olurdu. Qurultay öncəsi bölgələrdə olduq və məlum oldu ki, insanların əksəriyyəti partiya rəhbərliyindən narazıdırlar. Onlar düşünürdülər ki, qurultay məsələni həll edəcək. Bu olmadıqda isə onlar bu addımları bizdən tələb etdilər. Qurultaydan sonra bir neçə ay istefaların qarşısını almışam. Hesab edirdim ki, bu şanslar hələ itirilməyib. Təəssüflər olsun ki, partiyadan gedənləri "xəyanətkar" adlandırdılar, getməyənlərə də yol göstərdilər ki, "qapı açıqdır".

- Artıq, Azərbaycan Demokratiya və Rifah (ADR) Hərəkatı təsis olunur. Gələcəkdə Hərəkatın siyasi partiyaya çevrilməsi ehtimalı varmı?

- Hesab edirik ki, indiki halda bu Hərəkatın təşkilatlanması və şəbəkələnməsi ilə məşğul olmalıyıq. Əvvəlcədən hədəf kimi qoyulmuşdu ki, Azərbaycan ərazisinin üçdə birini əhatə edəndən sonra təsis konfransı keçirilsin. Təsis konfransından sonra təşkilatlanmanın ikinci mərhələsi başlayır. Çalışacağıq ki, avqust ayına qədər ölkə ərazisinin üçdə ikisini əhatə edək. Bundan sonra isə ciddi qərarlar vermək üçün həm resurslarımız, həm də tərəfdarlarımız olacaq. Biz Hərəkatı bir nəfərin iradəsi ilə idarə etmək niyyətində deyilik. Çalışacağıq ki, qərarlar Hərəkatın ümumi yığıncaqlarında verilsin. Burada hər bir üzvün qərarlara təsir etmək imkan olacaq. Yaxın dövr üçün Hərəkatın siyasi partiyaya çevrilməsi hədəflənməyib. Hesab edirik ki, belə transformasiya siyasi şəraitdən də yarana bilər. İstənilən halda qərarı Hərəkat üzvləri verəcək. Hesab edirəm ki, Hərəkat formatı partiya formatından daha çox fayda verə bilər. Azərbaycanda siyasi partiyalar böhran içindədir. Partiyaların uzun müddətli müxalif mövqedə qalması, dəyişikliklərin baş verməməsi vəziyyəti gərginləşdirib. Hərəkat partiyaların böhrandan çıxarılması üçün də təkliflər verə bilər. Müsavat Partiyasının timsalında gördük ki, bütün partiyalarda köklü islahatlar getməlidir. Müsavatdan və başqa partiyadan Hərəkatda təmsil olunanlar bu mövqeni bölüşürlər.

- Tərəfdarlarınız parlament seçkilərində hansı formada iştirak edəcək?

- Hərəkat üzvlərinin dairələr üzrə namizədliklərini irəli sürməklə bağlı müraciətləri olarsa, biz onlara məhdudiyyət qoymayacağıq. Öncədən deyim ki, biz Hərəkatın resurslarından o məqsədlər üçün istifadə etməyəcəyik. Çünki bu, qanunvericiliklə qadağan olunur.

- Bəs özünüz seçkidə iştirak edəcəksiniz?

- Bununla bağlı qərarı seçkilərə bir müddət qalmış verəcəm. Çalışıram ki, əsas qüvvəmi Hərəkatın təşkilatlanmasına yönəldim.









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Londonda Azərbaycan Evi Mədəniyyət və Dostluq Mərkəzinin rəhbəri vəfat edib
Bu gün, 17:45
"İnsan hüquqları" adı altında təzyiq? - Bakıya "şərt" qoyanlara sərt CAVAB
Bu gün, 17:42
Ankara Ermənistan sərhədində işləri sürətləndirir
Bu gün, 17:01
“Azərbaycan özünü ərzaqla tam təmin edə bilər, amma idxaldan asılı vəziyyətə düşüb” - FAKT BUDUR
Bu gün, 16:58
Nazirliyə 12 minə işə düzəldəcəkdi, məhkəməlik oldu - TƏFƏRRÜAT
Bu gün, 16:55
Türkiyədə hansı peşə sahibləri nə qədər maaş alacaq? - SİYAHI
Bu gün, 16:53
“Ya bizi köçürün, ya da bu zibilliyi yığışdırın” - ETİRAZ VAR...
Bu gün, 16:49
Komediya ustası ilə bağlı şok detallar - Atası terrorçu olub, terror aktı törədib
Bu gün, 16:34
"Bolt" sürücülərinin yeni OYUNU - Sərnişinlər niyə sifarişi ləğv etməyə məcbur edilir?
Bu gün, 16:26
350 minlik iş Hadı Rəcəblinin oğluna verildi - DETALLAR
Bu gün, 16:19
Kılıçdaroğlu Göktaşa dəstək üçün məhkəməyə gəldi
Bu gün, 16:15
Separatçı istefa verdi: - Danelyan qondarma “parlament”dən getdi
Bu gün, 16:11
Amalın bacısı cəzanın artırılmasını istəyir: şikayət verəcək – VİDEO
Bu gün, 15:58
İstedaddan başqa hər şeyi fəlakət olan Fəlakətimiz - Saffari yazır…
Bu gün, 15:54
"Brent" nefti 60 dollara qədər ucuzlaşa bilər
Bu gün, 15:51
Məşhur xanım sənətçiyə ağır qadağalar: - "O olar, bu olmaz..."
Bu gün, 15:49
Rusiyadakı çöküş: Azərbaycanlılara necə təsir edəcək? - AKTUAL
Bu gün, 15:44
“PAŞA Kapital”da rəhbər vəzifəyə yeni təyinat - DOSYE
Bu gün, 15:42
Pomidor 45 qəpiyə düşdü: Bazardakı qiymət oyununun pərdəarxası - Ekspert deyir ki...
Bu gün, 15:38
Cem Yılmaz Deniz Göktaşın saxlanılmasına “səssiz etiraz” edib?
Bu gün, 15:33
Paşinyanın partiyasında Simonyan müəmması - politoloqdan ilginc təhlil
Bu gün, 15:24
Rusiyada yanacaq böhranı elektrikli avtomobillərə tələbatı artırıb - “Reuters”
Bu gün, 14:56
Uzun müddətdir yoxa çıxan SEPAH lideri aylar sonra belə görüntüləndi - FOTO
Bu gün, 14:55
Bu qrupa yeni sədr seçildi
Bu gün, 14:49
BDU yarımçıq qalan tikinti işlərinə 1,1 milyon manat vəsait ayırdı - DETALLAR
Bu gün, 14:47
“Nar” Gəncədə tələbələr üçün marketinq və karyera təlimləri təşkil etdi - DİQQƏT
Bu gün, 14:46
Müctəba Xameneyi sağdır? - Tabutlar bir-bir sayıldı
Bu gün, 13:40
Rusiyada Putinin reytinqi kəskin azaldı
Bu gün, 13:38
"Havalandırma yox, kondisioner yox... dustaq nə etməlidir?!" - NARAZILIQ VAR...
Bu gün, 13:31
“Azər Türk Bank”da yeni təyinat - BUNDAN SONRA...
Bu gün, 13:20
Süleyman Nemətov "general-leytenant" oldu
Bu gün, 13:18
Natiq Şirinov məhkəmədə qalib gəldi: - 35 min manat təzminat ödəniləcək
Bu gün, 13:11
Birlikdə kirayədə qaldığı yoldaşını qətlə yetirən şəxs HAKIM QARŞISINDA
Bu gün, 13:10
Əməkdar artist əməliyyat olundu - Son durumu açıqlandı
Bu gün, 13:00
“Dayı”ya hökm oxundu - 3 aya azadlığa çıxır
Bu gün, 12:58
Eyni xidmətə iki dəfə PUL ÇIXIRLAR... - GİLEY
Bu gün, 12:48
Müştərini YATDIĞI YERDƏ QARƏT EDİRLƏR... - Bunun başqa adı yoxdur...
Bu gün, 12:44
Təhsil nazirinin xanımının London təhsili Dövlət büdcəsinə 63 min funta başa gəlib - NAZİR ÖZÜ DEDİ...
Bu gün, 12:35
Məhkəmə ögey atasını öldürən yeniyetmə ilə bağlı QƏRAR ÇIXARDI
Bu gün, 12:31
Paşinyan Rusiyaya gedir - KİV
Bu gün, 12:26
Tbilisi-Bakı qatarı ilə Azərbaycana nə qədər əcnəbi gəlib?
Bu gün, 12:24
Rubinyan Türkiyəyə jest olaraq parlament sədri seçilib? - KİV
Bu gün, 12:17
Səhnəyə təsadüfən gəldi, illərlə rol gözlədi: - "Mənə "eqolu" deyirdilər, indi bundan zövq alıram"
Bu gün, 12:15
Misir Mərdanovun Ermənistana səfərinin təfərrüatları: - Niyə ağlayıb, Köçəryandan nə xahiş edib?
Bu gün, 12:06
İnterpolun qırmızı bülleteni ilə axtarılan Azərbaycan vətəndaşı Batumidə tutuldu - TƏFƏRRÜAT
Bu gün, 11:58
Ermənilər Naxçıvanın statusunu qəbul etmir - yeni oyun
Bu gün, 11:52
Oğlunu azad etdirmək üçün evini satdı, kredit götürdü - 57 minlik dələduzluq
Bu gün, 11:50
Moskvada 17 il əvvəl baş vermiş azərbaycanlının qətli: - "Lazım gələrsə, ürəyimi ona verəcəyimi dedim"
Bu gün, 11:46
“Azərişıq”ın 13 milyonluq tenderini bu şirkət uddu
Bu gün, 11:41
Rusiyanın qərarına İrəvandan şərh: - Təsəvvür edə bilməzsiniz, necə sevindik
Bu gün, 11:37
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru