Londonda Azərbaycan Evi Mədəniyyət və Dostluq Mərkəzinin rəhbəri vəfat edib .....                     "İnsan hüquqları" adı altında təzyiq? .....                     Ankara Ermənistan sərhədində işləri sürətləndirir .....                     “Azərbaycan özünü ərzaqla tam təmin edə bilər, amma idxaldan asılı vəziyyətə düşüb” .....                     Nazirliyə 12 minə işə düzəldəcəkdi, məhkəməlik oldu .....                     Türkiyədə hansı peşə sahibləri nə qədər maaş alacaq? .....                     “Ya bizi köçürün, ya da bu zibilliyi yığışdırın” .....                     Komediya ustası ilə bağlı şok detallar .....                     "Bolt" sürücülərinin yeni OYUNU .....                     350 minlik iş Hadı Rəcəblinin oğluna verildi .....                     Kılıçdaroğlu Göktaşa dəstək üçün məhkəməyə gəldi .....                     Separatçı istefa verdi: .....                     Amalın bacısı cəzanın artırılmasını istəyir: şikayət verəcək .....                     İstedaddan başqa hər şeyi fəlakət olan Fəlakətimiz .....                     "Brent" nefti 60 dollara qədər ucuzlaşa bilər .....                     Məşhur xanım sənətçiyə ağır qadağalar: .....                     Rusiyadakı çöküş: Azərbaycanlılara necə təsir edəcək? .....                     “PAŞA Kapital”da rəhbər vəzifəyə yeni təyinat .....                     Pomidor 45 qəpiyə düşdü: Bazardakı qiymət oyununun pərdəarxası .....                     Cem Yılmaz Deniz Göktaşın saxlanılmasına “səssiz etiraz” edib? .....                     Paşinyanın partiyasında Simonyan müəmması .....                     Rusiyada yanacaq böhranı elektrikli avtomobillərə tələbatı artırıb .....                     Uzun müddətdir yoxa çıxan SEPAH lideri aylar sonra belə görüntüləndi .....                     Bu qrupa yeni sədr seçildi .....                     BDU yarımçıq qalan tikinti işlərinə 1,1 milyon manat vəsait ayırdı .....                     “Nar” Gəncədə tələbələr üçün marketinq və karyera təlimləri təşkil etdi .....                     Müctəba Xameneyi sağdır? .....                     Rusiyada Putinin reytinqi kəskin azaldı .....                     "Havalandırma yox, kondisioner yox... dustaq nə etməlidir?!" .....                     “Azər Türk Bank”da yeni təyinat .....                     Süleyman Nemətov "general-leytenant" oldu .....                     Natiq Şirinov məhkəmədə qalib gəldi: .....                     Birlikdə kirayədə qaldığı yoldaşını qətlə yetirən şəxs .....                     Əməkdar artist əməliyyat olundu .....                     “Dayı”ya hökm oxundu .....                     Eyni xidmətə iki dəfə PUL ÇIXIRLAR... .....                     Müştərini YATDIĞI YERDƏ QARƏT EDİRLƏR... .....                     Təhsil nazirinin xanımının London təhsili Dövlət büdcəsinə 63 min funta başa gəlib .....                     Məhkəmə ögey atasını öldürən yeniyetmə ilə bağlı .....                     Paşinyan Rusiyaya gedir .....                 

Milli Şura rəhbərliyi "xəstə" elan olundu - ŞOK İDDİALAR
Tarix: 19-02-2015, 11:38 | Çap et
Milli Şura rəhbərliyi "xəstə" elan olundu
Milli Şuranın Koordinasiya Mərkəzi (MŞ KM) toplantı keçirərək siyasi partiyalarla iqtidar arasındakı görüşlərə münasibətini açıqlayıb. MŞ KM-in üzvləri hadisəni dialoq yox, əslində ölkə iqtidarının avtoritar və repressiv mahiyyətini pərdələmək adlandırıblar. Meydan.tv-nin yaydığı xəbərdə deyilir ki, KM üzvlərinə görə, bu “dialoq” siyasi və vicdan məhbuslarının sayı üzrə “dünya çempionu” olan, parlamentində bir nəfər müxalifətçi olmayan, demokratik təsisat və prinsipləri məhv etməyi prioritetə çevirən hakimiyyətin beynəlxalq birliyə yönələn demokratiya imitasiyasına xidmət edən siyasi şoudur.

Sənəddə deyilir ki, KM üzvləri bu “şou”da iştirak edən siyasi partiyaların böyük əksəriyyətinin bugünədək fəaliyyətlərinin nəzərə çarpmadığına, onların adlarının belə ölkə cəmiyyətinə heç nə demədiyinə iddia edirlər: “Dialoq” imitasiyası başlanandan ölkədə insan hüquqlarının vəziyyəti daha da pisləşib, yeni həbslər həyata keçirilib, həbsdəki siyasi məhbuslara saxta hökmlər elan edilib, yeni və uydurma ittihamlar irəli sürülüb. Lakin bütün bunlar “dialoq” iştirakçılarını narahat etməyib və onların bugünədək əldə etdiyi yeganə nəticə “dialoqun davam etdirilməsi haqqında razılığa gəlinməsi” olub. Böyük əksəriyyətinin müxalifət adına iddia etməyə mənəvi haqqı olmayan və özlərindən başqa heç kimi təmsil etməyən fərdlərin bir iqtidar məmuru ilə belə predmetsiz və məzmunsuz görüşləri “hakimiyyət-müxalifət dialoqu” sayıla bilməz", - sənəddə vurğulanır.

MŞ rəhbərliyinin bu bəyanatına görüşdə iştirak edən partiyalardan bir neçəsinin sədrinin mövqeyini öyrəndik.

KXCP sədri Mirmahmud Mirəlioğlu bəyanatla tanış olmadığını dediyi üçün bəyanatın mahiyyətini onun nəzərinə çatdırdıq. Münasibəti belə oldu: “Mən sizdən eşitdiklərimin əsasında cavab verirəm. Hesab edirəm ki, o bəyanatdakı mövqe, yanaşma hətta tənqidə də layiq deyil, o dərəcədə zəifdir. İkincisi, Azərbaycan siyasətində, xüsusilə Milli Şuranın rəhbərliyində bir sıra insanlar var ki, onlara hörmətimizi saxlamaq şərtilə biz onların şəxsiyyətinə heç bir xələl gətirən ifadə işlətmədən onların fəaliyyətinə münasibət bildirmək istəyirəm. Bu gün Milli Şuranın Koordinasiya Mərkəzində elə şəxslər var ki, onlar kluarlarda, ayrı-ayrı şəxslərlə görüşlərdə, kütləvi görüşlərdə öz adamlarını aldadaraq deyirlər ”Əli Həsənov bizə on dəfə zəng elədi, amma biz oraya getmədik, Əli Həsənov zəng edib dəvət elədi, biz dedik ki, siz bizi heç cür oraya apara bilməzsiniz, Əli Həsənov filankəsə də zəng etmişdi, ancaq biz onu məcbur elədik ki, getməsin". Tərəfdarlarına bax, bu cür deyirlər. Olmayan şeyləri danışmaq ayıbdır. Mən sadəcə olaraq, təəssüf edirəm. Mən bunu mediaya açıqlamaq istəmirdim, amma məcbur elədilər deyirəm.

Əli Həsənovla görüşdə isə bütün məsələlər hamısı qaldırılıb. Biz heç o qənaətdə də deyilik ki, bütün orada deyilənlərin hamısı yüzdə yüz həll olunacaq. Bu cür görüşlərin olmasının Azərbaycan cəmiyyətinə xeyri var. Tənqid edən dostlar da unutmasınlar ki, ən çox da xeyri onlara var. Hesab edirik ki, bu görüşlərin səmərəsi də, nəticəsi də hər kəsə olacaq. Mənim buna böyük inamım var. Amma olmaya da bilər, bu da faciə deyil. Tənqid edirlər etsinlər, amma insaflı olmaq lazımdır. İnsafı, ədaləti kənara qoymaq olmaz".

Ümid Partiyasının sədri İqbal Ağazadə Milli Şuranın rəhbərliyinin bəyanatına sərt münasibət bildirdi: “Biz haqsızlığa qarşı mübarizə aparırıq. Harada ədalətsizlik varsa, orada mövqeyimizi ifadə edirik. Nə yazıq ki, dörd tərəfimiz haqsızlıq olur bəzən və nəyə qarşı mübarizə aparacağımızı bilmirik. Milli Şuranın da mövqeyi belədirsə, olsun. Eyni bəyanatlarla nə qədər istəsən çıxış etmək olar. Amma adamlara bircə şeyi xatırladıram ki, quyruq acılarını prosesin içərisində demokratikləşməyə ziyan kimi təqdim etməsinlər. 1995-ci ildən 2005-ci ilə qədər ”bu gün bizdən başqa müxalifət yoxdur" deyən adamlarla böyük bir kəsim mübarizə aparıb ki, bunlar müxalifət deyil.

Bu adamlar əslində siyasətə hakimiyyətdən getdikdən sonra bir təşkilat olaraq gəldikləri dönəmdən bu yana hamının onlara dediyi “siz müxalifət deyilsiniz”in acısını bu gün digərlərindən çıxarır. Ayıbdır belə yanaşma. Məşhur bir deyimdə deyilir ki, zəiflər qisas alır, güclülər bağışlayır, xoşbəxtlər isə unudur. O qədər zəifdirlər ki, 10 il onlara “müxalifət deyilsiniz” deyən adamlardan indi qisas almağa çalışırlar və deyirlər ki, bizdən başqa müxalifət yoxdur. Halbuki bu yanaşmanın özü səhvdir. Mən dünyada bircə nəfər də olsun ağlı başında olan adam tanımadım ki, müxalifət olmaq uğrunda savaşsın, ideoloji müharibə aparsın. Mən bu adamlara deyirəm ki, qardaş, əl çəkin biz müxalifət deyilik, amma biz haqqı müdafiə edirik. Ay qardaş, sənsən müxalifət buyur. Biz heç bilmirik kimik, amma biz haqqı deyirik, haqqı tapdalananın yanındayıq. Necə istəyirsən elə qəbul elə. Müxalifət tək sənsən, sonra?! Bu nəyisə dəyişirmi?! Müxalifətsən anladıq. Cəmiyyətə verə biləcəyini de görək nə verirsən.

Adam bu cür xəstəliyə tutularmı heç. Təəssüf edirəm, yazığım gəlir. Təəssüf edirəm ki, bu marafona qoşulan adını alim, ziyalı qoyan, professor deyilən adamlar da var. Oturduğum parlamentdə haqqı tapdalanan hər bir kəsi müdafiə etmişəm, hər bir kəs haqqında mövqe ifadə etmişəm. Kürsüdən hələ haqsız dediyim bircə dənə söz olmayıb, hələ haqsızın yanında olduğum bircə dənə də çıxışım olmayıb. Bu qədərmi ədalətsiz olub cəmiyyətə ədalət aşılamaq barədə düşünürlər?! Onlar bu cür ciddi xəstəliyə düçar olublar. Təəssüf ki, bu xəstəlik cəmiyyətə, demokratikləşməyə ziyan vurur. Vallah, çox səmimi deyirəm. Əlimdə imkanım olsa o insanları müalicə edərdim. Sadəcə, müalicəsi mümkün deyil. Xəstəlikdir bunlar, ciddi xəstəlikdir. Bir adam da tapılmır ki, bunları bir oturda qarşısına, deyə “bala, yazıqsınız özünüzü məhv eləməyin”. Yazıqlar olsun. Adamlar gözümüzün qarşısında məhv olur. Bu xəstəliyin adını gərək ekspertlər bildirə".

ADP sədri Sərdar Cəlaloğlu isə Milli Şuranın müxalifətçiliyini İŞİD-lə, Ukraynada döyüşən üsyançılarla müqayisə etdi: “İŞİD də özünü Suriyada hakimiyyətə qarşı əsas müxalifət elan etmişdi. Ukraynada mərkəzi hakimiyyətə tabesizlik nümayiş etdirib silahlı mübarizə aparanlar da özlərini müxalifət hesab edir. İndi gəlin görək, İŞİD-in müxalifliyi Suriya dövlətinə və xalqına xeyir gətirdi?! Milli Şuranın və AXCP-nin müxalifət olmağı indiyə qədər bu xalqa nə verib?! Bir müsbət nə isə verib?! Sən müxalifət ola bilərsən, ancaq sənin müxalifətçiliyin indiyə qədər bu ölkədə heç bir cüzi də olsa dəyişikliyə nail ola bilməyibsə, belə müxalifətçilik heç kimə lazım olmayan zərərli müxalifətçilikdir. 20 ildir sən Azərbaycan müxalifətinin önündə getdiyini bəyan edirsən, 20 ildir Azərbaycan müxalifəti uduza-uduza gedir. Sənin müxalifətçiliyin budursa, kimə lazımdır belə müxalifətçilik!? Bu xalq səni 20 ildir görür, alovlu taftalogiyadan ibarət nitq söyləmək xalqa xidmət etmək deyil”.
\\ musavat.com \\








 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Londonda Azərbaycan Evi Mədəniyyət və Dostluq Mərkəzinin rəhbəri vəfat edib
Bu gün, 17:45
"İnsan hüquqları" adı altında təzyiq? - Bakıya "şərt" qoyanlara sərt CAVAB
Bu gün, 17:42
Ankara Ermənistan sərhədində işləri sürətləndirir
Bu gün, 17:01
“Azərbaycan özünü ərzaqla tam təmin edə bilər, amma idxaldan asılı vəziyyətə düşüb” - FAKT BUDUR
Bu gün, 16:58
Nazirliyə 12 minə işə düzəldəcəkdi, məhkəməlik oldu - TƏFƏRRÜAT
Bu gün, 16:55
Türkiyədə hansı peşə sahibləri nə qədər maaş alacaq? - SİYAHI
Bu gün, 16:53
“Ya bizi köçürün, ya da bu zibilliyi yığışdırın” - ETİRAZ VAR...
Bu gün, 16:49
Komediya ustası ilə bağlı şok detallar - Atası terrorçu olub, terror aktı törədib
Bu gün, 16:34
"Bolt" sürücülərinin yeni OYUNU - Sərnişinlər niyə sifarişi ləğv etməyə məcbur edilir?
Bu gün, 16:26
350 minlik iş Hadı Rəcəblinin oğluna verildi - DETALLAR
Bu gün, 16:19
Kılıçdaroğlu Göktaşa dəstək üçün məhkəməyə gəldi
Bu gün, 16:15
Separatçı istefa verdi: - Danelyan qondarma “parlament”dən getdi
Bu gün, 16:11
Amalın bacısı cəzanın artırılmasını istəyir: şikayət verəcək – VİDEO
Bu gün, 15:58
İstedaddan başqa hər şeyi fəlakət olan Fəlakətimiz - Saffari yazır…
Bu gün, 15:54
"Brent" nefti 60 dollara qədər ucuzlaşa bilər
Bu gün, 15:51
Məşhur xanım sənətçiyə ağır qadağalar: - "O olar, bu olmaz..."
Bu gün, 15:49
Rusiyadakı çöküş: Azərbaycanlılara necə təsir edəcək? - AKTUAL
Bu gün, 15:44
“PAŞA Kapital”da rəhbər vəzifəyə yeni təyinat - DOSYE
Bu gün, 15:42
Pomidor 45 qəpiyə düşdü: Bazardakı qiymət oyununun pərdəarxası - Ekspert deyir ki...
Bu gün, 15:38
Cem Yılmaz Deniz Göktaşın saxlanılmasına “səssiz etiraz” edib?
Bu gün, 15:33
Paşinyanın partiyasında Simonyan müəmması - politoloqdan ilginc təhlil
Bu gün, 15:24
Rusiyada yanacaq böhranı elektrikli avtomobillərə tələbatı artırıb - “Reuters”
Bu gün, 14:56
Uzun müddətdir yoxa çıxan SEPAH lideri aylar sonra belə görüntüləndi - FOTO
Bu gün, 14:55
Bu qrupa yeni sədr seçildi
Bu gün, 14:49
BDU yarımçıq qalan tikinti işlərinə 1,1 milyon manat vəsait ayırdı - DETALLAR
Bu gün, 14:47
“Nar” Gəncədə tələbələr üçün marketinq və karyera təlimləri təşkil etdi - DİQQƏT
Bu gün, 14:46
Müctəba Xameneyi sağdır? - Tabutlar bir-bir sayıldı
Bu gün, 13:40
Rusiyada Putinin reytinqi kəskin azaldı
Bu gün, 13:38
"Havalandırma yox, kondisioner yox... dustaq nə etməlidir?!" - NARAZILIQ VAR...
Bu gün, 13:31
“Azər Türk Bank”da yeni təyinat - BUNDAN SONRA...
Bu gün, 13:20
Süleyman Nemətov "general-leytenant" oldu
Bu gün, 13:18
Natiq Şirinov məhkəmədə qalib gəldi: - 35 min manat təzminat ödəniləcək
Bu gün, 13:11
Birlikdə kirayədə qaldığı yoldaşını qətlə yetirən şəxs HAKIM QARŞISINDA
Bu gün, 13:10
Əməkdar artist əməliyyat olundu - Son durumu açıqlandı
Bu gün, 13:00
“Dayı”ya hökm oxundu - 3 aya azadlığa çıxır
Bu gün, 12:58
Eyni xidmətə iki dəfə PUL ÇIXIRLAR... - GİLEY
Bu gün, 12:48
Müştərini YATDIĞI YERDƏ QARƏT EDİRLƏR... - Bunun başqa adı yoxdur...
Bu gün, 12:44
Təhsil nazirinin xanımının London təhsili Dövlət büdcəsinə 63 min funta başa gəlib - NAZİR ÖZÜ DEDİ...
Bu gün, 12:35
Məhkəmə ögey atasını öldürən yeniyetmə ilə bağlı QƏRAR ÇIXARDI
Bu gün, 12:31
Paşinyan Rusiyaya gedir - KİV
Bu gün, 12:26
Tbilisi-Bakı qatarı ilə Azərbaycana nə qədər əcnəbi gəlib?
Bu gün, 12:24
Rubinyan Türkiyəyə jest olaraq parlament sədri seçilib? - KİV
Bu gün, 12:17
Səhnəyə təsadüfən gəldi, illərlə rol gözlədi: - "Mənə "eqolu" deyirdilər, indi bundan zövq alıram"
Bu gün, 12:15
Misir Mərdanovun Ermənistana səfərinin təfərrüatları: - Niyə ağlayıb, Köçəryandan nə xahiş edib?
Bu gün, 12:06
İnterpolun qırmızı bülleteni ilə axtarılan Azərbaycan vətəndaşı Batumidə tutuldu - TƏFƏRRÜAT
Bu gün, 11:58
Ermənilər Naxçıvanın statusunu qəbul etmir - yeni oyun
Bu gün, 11:52
Oğlunu azad etdirmək üçün evini satdı, kredit götürdü - 57 minlik dələduzluq
Bu gün, 11:50
Moskvada 17 il əvvəl baş vermiş azərbaycanlının qətli: - "Lazım gələrsə, ürəyimi ona verəcəyimi dedim"
Bu gün, 11:46
“Azərişıq”ın 13 milyonluq tenderini bu şirkət uddu
Bu gün, 11:41
Rusiyanın qərarına İrəvandan şərh: - Təsəvvür edə bilməzsiniz, necə sevindik
Bu gün, 11:37
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru