Londonda Azərbaycan Evi Mədəniyyət və Dostluq Mərkəzinin rəhbəri vəfat edib .....                     "İnsan hüquqları" adı altında təzyiq? .....                     Ankara Ermənistan sərhədində işləri sürətləndirir .....                     “Azərbaycan özünü ərzaqla tam təmin edə bilər, amma idxaldan asılı vəziyyətə düşüb” .....                     Nazirliyə 12 minə işə düzəldəcəkdi, məhkəməlik oldu .....                     Türkiyədə hansı peşə sahibləri nə qədər maaş alacaq? .....                     “Ya bizi köçürün, ya da bu zibilliyi yığışdırın” .....                     Komediya ustası ilə bağlı şok detallar .....                     "Bolt" sürücülərinin yeni OYUNU .....                     350 minlik iş Hadı Rəcəblinin oğluna verildi .....                     Kılıçdaroğlu Göktaşa dəstək üçün məhkəməyə gəldi .....                     Separatçı istefa verdi: .....                     Amalın bacısı cəzanın artırılmasını istəyir: şikayət verəcək .....                     İstedaddan başqa hər şeyi fəlakət olan Fəlakətimiz .....                     "Brent" nefti 60 dollara qədər ucuzlaşa bilər .....                     Məşhur xanım sənətçiyə ağır qadağalar: .....                     Rusiyadakı çöküş: Azərbaycanlılara necə təsir edəcək? .....                     “PAŞA Kapital”da rəhbər vəzifəyə yeni təyinat .....                     Pomidor 45 qəpiyə düşdü: Bazardakı qiymət oyununun pərdəarxası .....                     Cem Yılmaz Deniz Göktaşın saxlanılmasına “səssiz etiraz” edib? .....                     Paşinyanın partiyasında Simonyan müəmması .....                     Rusiyada yanacaq böhranı elektrikli avtomobillərə tələbatı artırıb .....                     Uzun müddətdir yoxa çıxan SEPAH lideri aylar sonra belə görüntüləndi .....                     Bu qrupa yeni sədr seçildi .....                     BDU yarımçıq qalan tikinti işlərinə 1,1 milyon manat vəsait ayırdı .....                     “Nar” Gəncədə tələbələr üçün marketinq və karyera təlimləri təşkil etdi .....                     Müctəba Xameneyi sağdır? .....                     Rusiyada Putinin reytinqi kəskin azaldı .....                     "Havalandırma yox, kondisioner yox... dustaq nə etməlidir?!" .....                     “Azər Türk Bank”da yeni təyinat .....                     Süleyman Nemətov "general-leytenant" oldu .....                     Natiq Şirinov məhkəmədə qalib gəldi: .....                     Birlikdə kirayədə qaldığı yoldaşını qətlə yetirən şəxs .....                     Əməkdar artist əməliyyat olundu .....                     “Dayı”ya hökm oxundu .....                     Eyni xidmətə iki dəfə PUL ÇIXIRLAR... .....                     Müştərini YATDIĞI YERDƏ QARƏT EDİRLƏR... .....                     Təhsil nazirinin xanımının London təhsili Dövlət büdcəsinə 63 min funta başa gəlib .....                     Məhkəmə ögey atasını öldürən yeniyetmə ilə bağlı .....                     Paşinyan Rusiyaya gedir .....                 

"İndi mən təzədən gedib Xalq Cəbhəsinin, yaxud Müsavatın üzvü olası deyiləm ki"... - Əli Ömərov
Tarix: 5-02-2015, 11:12 | Çap et
"İndi mən təzədən gedib Xalq Cəbhəsinin, yaxud Müsavatın üzvü olası deyiləm ki"...
Keçmiş baş prokuror, təxminən bir ay öncə YAP sıralarına daxil olmuş Əli Ömərovun Moderator.az-a genişmüsahibəsinin birinci hissəsini təqdim edirik:

-Əli müəllim, 600 minlik orduya-YAP-a üzv olmağınız münasibətilə sizi şəxsən təbrik edirəm. Üzv olarkən ayda nə qədər üzvlük haqqı keçirəcəyinizlə maraqlandınızmı?

-Hələ üzv olduğumun bir ayı tamam deyil. Doğrusu, heç bilmirəm nə qədərdir. Təbii ki, qanunda hansı miqdar nəzərdə tutulubsa onu da ödəmək lazım, burda nə var ki.

-Sizin YAP-a gəlişiniz birmənalı qarşılanmadı...

-O partiyanın yaranmasında mənim xidmətlərim çox olub. O vaxt mənim kabinetimdə gəlib vətəndaşlardan ərizə yığıblar Ağabəy Əsgərovla Əli Nağıyev. Mən kömək etmişəm bu işə. Gəncəbasardakı bütün ərkim çatan adamları partiyaya cəlb etməyə çalışmışam. Siz bilirsiniz ki, mən Heydər Əliyevçiyəm. İndiyədək heç yanda rast gələ bilmərsiniz ki, haradasa Heydər Əliyevin əleyhinə bir kəlmə danışım. İndi də Heydər Əliyevin adına bağlı olduğu üçün partiyaya qəbul olmuşam. Bunda da heç bir qaranlıq niyyətim, hansısa gizli planlarım olmayıb. Sadəcə o partiyanın yaranmasında da müəyyən qədər rolum olub. İndi də işləmirəm, təqaüdddəyəm, hər hansı bir partiyanın üzvü olmalıyam da. İndi mən təzədən gedib Xalq Cəbhəsinin, yaxud Müsavatın üzvü olası deyiləm ki. Özümün kömək etdiyim partiyaya sadəcə olaraq üzv qəbul olunmuşam. Bu da mənim təşəbbüsümlə olmayıb. Sizin kimi bir jurnalist mənə deyib ki, Əli müəllim, siz 91-lərdənsiniz, dəvət olunsanız gedərsinizmi, mən də demişəm ki, gedərəm. O da götürüb yazıb ki, Əli Ömərov Yeni Azərbaycan Partiyasına qəbul olunmaq istəyir. Bundan sonra mənə müraciət ediblər, mən də demişəm ki, mənim üçün fərqi yoxdur, lazımdırsa mən partiyaya girərəm. Beləliklə də partiyaya üzv olmuşam.

-Yeri gəlmişkən, indi Müsavat yaman günə qalıb. Elə az qala təcili yardıma möhtac oilan və kömək ediləsi partiya Müsavat idi...

-Bilirsiniz, mən bir sifətli adamam. İstəyir Müsavatın vəziyyəti ağır və ya yüngül olsun, əvvəlcədən də o partiyaların heç birinin üzvü olmamışam. Sözsüz ki, müxalifətdə də yaxşı insanlar var. İstər Müsavatda, istər Xalq Cəbhəsində də yaxşı oğlanlar, vətənpərvərlər var. Yəni əgər mən o partiyanın yaranmasına müəyyən qədər köməyim dəyibsə, ona görə YAP-a üzvlüyə qəbul olmuşam.

-Üzv olduğunuz hakim partiyada hətta müxalifətin mövcudluğunu danırlar, amma siz orada yaxşı oğlanların olduğunu deyirsiniz.

-Hər şeydən öncə biz hamımız azərbaycanlıyıq. Azərbaycanlı olmağımızla da fəxr etməliyik ki, millətimiz intellekt və mədəniyyət sahəsində, vicdan, səmimiyyət məsələsində hamıya nümunə ola bilər. Mən bütün bu məsələlərdə həmişə öz millətimi başqa millətlərdən üstün tutmuşam. Hansı partiyanın üzvü olub-olmamağın dəxli yoxdur, insanın əqidəsi düz olmalıdır. Bəzən biri o birinə irad tutur ki, filankəs mənim düşmənimdir, sən niyə ona salam verirsən? Axı sənə düşmən olan şəxs mənə dost ola bilər. Bunun nə dəxli var? İnsan insandır, yaxşısı da var, pisi də. Bu mənada mənim üçün iqtidar- müxalifət anlayışı əhəmiyyət kəsb etmir. Mənim üçün əsas insan, səmimiyyət, əxlaq, vicdan anlayışı əhəmiyyət kəsb edir. Kim vicdanlıdırsa onunla dost olmaq heç vaxt qəbahət hesab olunmamalıdır. Məsələn, Allahı tanımayan müsəlmandan Allahı tanıyan xristianı daha üstün tutmaq lazımdır. Ona görə də insanları iqtidara və müxalifətə bölmək doöru deyil. iqtidarda da yaxşı oğlanlar çoxdur, müxalifətdə də. Müxalifətdə də pisniyyət insanlar var, iqtidarda da.

-Namaz qılmırsınız?

-Qılıram.

-İllər ıərzində Əli Ömərova qarşı haqsız münasibət sərgilənib. O Əli Ömərova ki, 91-lərdən olub, bütün ömrü boyu Heydər Əliyevçiliyə sadiq qalıb. İllər sonra YAP-a üzvlüyünüz sizə olan haqsızlığın gecikmiş etirafı deyil ki?

-Mən üzv olandan sonra heç kimlə görüşməmişəm. İqtidarda bəzi adamlar var ki, bu gün də Əli Ömərova qarşı düşmən münasibət bəsləyirlər. O da bilirsiniz nədən qaynaqlanır? Çünki Əli Ömərov düz adamdır, prinsipialdır və hər zaman öz sözünü deyib, yaltaq adam deyil. O iqtidarda ki, yaltaq adamlar var, onlar ki, Əli Ömərova qarşı hər cür pisliklər ediblər və edirlər, sabah Allah etməsin, prezidentimiz İlham Əliyevin işi əyilsə, həmin yaltaq adamların hamısı onun üzünə durmağa növbəyə yazılacaqlar. Amma Əli Ömərov həyatının axırına qədər nə Heydər Əliyevə, nə də onun nəslinə qarşı heç vaxt xəyanətkar olmayıb və olmayacaq da.

-Baş prokuror olanda hər zaman Allahla olmaq mümkün deyil axı. Ümumiyyətlə hər zaman Allahla iş görmüsünüz?

-Mən bu gün də fəxr edirəm və həmişə də deyirəm ki, qoy tale mənə dostlarımın yox, müqəssirlərimin arzusu qədər versin. Təbii ki, ağır sözdür. Müqəssir cinayət törədib, oturub mənimlə üzbəüz, demişəm oğlum, gəl yerimizi dəyişək, bax sən bu cinayəti törətmisənmi? Bəli. Mənə kömək edə bilərsənmi? Deyir xeyr. Deyirəm ki, amma mən sənə qanun çərçivəsində bax bu köməyi edirəm. Ona görə də heç bir müqəssirim hələ Əli Ömərovdan şikayətçi, qarğışçı olmayıb. Amma iqtidarda elə adamlar var, Allahı bu gün də tanımır. Qoy tanımasınlar. Amma Allahın hökmü, ədaləti, cəzası böyükdür. Onu tanımayanların başına elə bir gündə ildırım çaxacaq ki, özləri də peşman olacaq ki, Allahım, Səni tanımadığıma görə bu fəlakətlə üzləşmişəm. Allahı kim tanıyırsa ona zaval yoxdur. Mənsə Allahı tanıyıram, Onun qarşısında baş əyirəm, yüksəlişimi də, nailiyyətimi də, geriliyimi də, pisliyimi, yaxşılığımı da-hər şeyi mən Onda görürəm.

-Geriliyinizi də Onunla bağladınız. Allah adamı olduğunuz halda niyə həyatınızın çox böyük hissəsini mənəvi sarsıntılarla keçirdiniz?

-Mən heç vaxt mənəvi sarsıntı keçirməmişəm.

-Qoy olsun haqsızlıqla üzləşmək.

-Sizcə Allahı tanıyanı Allah ömürlük vəzifədəmi tutmalıdır? Mənim sağlam balalarım, sağlam əiləm,özümün sağlam canım,Alaha şükr, bir tikə çörəyim də var. Allah bundan artıq nə verməlidir mənə? O siz dediyiniz də Allahdan asılı deyil.Allahın özü də “Quran”da şeytanın mövcudluğunudeyir . Yəni mənə pislik edən adamlar qəlbinəşeytan soxulmuş adamlardı. Hansı ki, əgər onlar mənim haqqımı tapdalayıblarsa, deməli, onlar Allaha qarşıda çıxıblar, Allahı datanımırlar. Amma əminəm ki. Allah bir gün onların cəzasını verəcək. Mən də ona tam inanıram ki, haqsız, günahsız yerə illərlə hüquqlarımı tapdalayanlar bir gün Allah qarşısında cavab verəcəklər.

-İnsan oğölunun səbri dardır və istəyir ki, dediyiniz o “bir gün” daha tez gəlsin, ən azı onu öz gözləriylə görüb təskinlik tapa bilsin...

Ardı var...









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Londonda Azərbaycan Evi Mədəniyyət və Dostluq Mərkəzinin rəhbəri vəfat edib
Bu gün, 17:45
"İnsan hüquqları" adı altında təzyiq? - Bakıya "şərt" qoyanlara sərt CAVAB
Bu gün, 17:42
Ankara Ermənistan sərhədində işləri sürətləndirir
Bu gün, 17:01
“Azərbaycan özünü ərzaqla tam təmin edə bilər, amma idxaldan asılı vəziyyətə düşüb” - FAKT BUDUR
Bu gün, 16:58
Nazirliyə 12 minə işə düzəldəcəkdi, məhkəməlik oldu - TƏFƏRRÜAT
Bu gün, 16:55
Türkiyədə hansı peşə sahibləri nə qədər maaş alacaq? - SİYAHI
Bu gün, 16:53
“Ya bizi köçürün, ya da bu zibilliyi yığışdırın” - ETİRAZ VAR...
Bu gün, 16:49
Komediya ustası ilə bağlı şok detallar - Atası terrorçu olub, terror aktı törədib
Bu gün, 16:34
"Bolt" sürücülərinin yeni OYUNU - Sərnişinlər niyə sifarişi ləğv etməyə məcbur edilir?
Bu gün, 16:26
350 minlik iş Hadı Rəcəblinin oğluna verildi - DETALLAR
Bu gün, 16:19
Kılıçdaroğlu Göktaşa dəstək üçün məhkəməyə gəldi
Bu gün, 16:15
Separatçı istefa verdi: - Danelyan qondarma “parlament”dən getdi
Bu gün, 16:11
Amalın bacısı cəzanın artırılmasını istəyir: şikayət verəcək – VİDEO
Bu gün, 15:58
İstedaddan başqa hər şeyi fəlakət olan Fəlakətimiz - Saffari yazır…
Bu gün, 15:54
"Brent" nefti 60 dollara qədər ucuzlaşa bilər
Bu gün, 15:51
Məşhur xanım sənətçiyə ağır qadağalar: - "O olar, bu olmaz..."
Bu gün, 15:49
Rusiyadakı çöküş: Azərbaycanlılara necə təsir edəcək? - AKTUAL
Bu gün, 15:44
“PAŞA Kapital”da rəhbər vəzifəyə yeni təyinat - DOSYE
Bu gün, 15:42
Pomidor 45 qəpiyə düşdü: Bazardakı qiymət oyununun pərdəarxası - Ekspert deyir ki...
Bu gün, 15:38
Cem Yılmaz Deniz Göktaşın saxlanılmasına “səssiz etiraz” edib?
Bu gün, 15:33
Paşinyanın partiyasında Simonyan müəmması - politoloqdan ilginc təhlil
Bu gün, 15:24
Rusiyada yanacaq böhranı elektrikli avtomobillərə tələbatı artırıb - “Reuters”
Bu gün, 14:56
Uzun müddətdir yoxa çıxan SEPAH lideri aylar sonra belə görüntüləndi - FOTO
Bu gün, 14:55
Bu qrupa yeni sədr seçildi
Bu gün, 14:49
BDU yarımçıq qalan tikinti işlərinə 1,1 milyon manat vəsait ayırdı - DETALLAR
Bu gün, 14:47
“Nar” Gəncədə tələbələr üçün marketinq və karyera təlimləri təşkil etdi - DİQQƏT
Bu gün, 14:46
Müctəba Xameneyi sağdır? - Tabutlar bir-bir sayıldı
Bu gün, 13:40
Rusiyada Putinin reytinqi kəskin azaldı
Bu gün, 13:38
"Havalandırma yox, kondisioner yox... dustaq nə etməlidir?!" - NARAZILIQ VAR...
Bu gün, 13:31
“Azər Türk Bank”da yeni təyinat - BUNDAN SONRA...
Bu gün, 13:20
Süleyman Nemətov "general-leytenant" oldu
Bu gün, 13:18
Natiq Şirinov məhkəmədə qalib gəldi: - 35 min manat təzminat ödəniləcək
Bu gün, 13:11
Birlikdə kirayədə qaldığı yoldaşını qətlə yetirən şəxs HAKIM QARŞISINDA
Bu gün, 13:10
Əməkdar artist əməliyyat olundu - Son durumu açıqlandı
Bu gün, 13:00
“Dayı”ya hökm oxundu - 3 aya azadlığa çıxır
Bu gün, 12:58
Eyni xidmətə iki dəfə PUL ÇIXIRLAR... - GİLEY
Bu gün, 12:48
Müştərini YATDIĞI YERDƏ QARƏT EDİRLƏR... - Bunun başqa adı yoxdur...
Bu gün, 12:44
Təhsil nazirinin xanımının London təhsili Dövlət büdcəsinə 63 min funta başa gəlib - NAZİR ÖZÜ DEDİ...
Bu gün, 12:35
Məhkəmə ögey atasını öldürən yeniyetmə ilə bağlı QƏRAR ÇIXARDI
Bu gün, 12:31
Paşinyan Rusiyaya gedir - KİV
Bu gün, 12:26
Tbilisi-Bakı qatarı ilə Azərbaycana nə qədər əcnəbi gəlib?
Bu gün, 12:24
Rubinyan Türkiyəyə jest olaraq parlament sədri seçilib? - KİV
Bu gün, 12:17
Səhnəyə təsadüfən gəldi, illərlə rol gözlədi: - "Mənə "eqolu" deyirdilər, indi bundan zövq alıram"
Bu gün, 12:15
Misir Mərdanovun Ermənistana səfərinin təfərrüatları: - Niyə ağlayıb, Köçəryandan nə xahiş edib?
Bu gün, 12:06
İnterpolun qırmızı bülleteni ilə axtarılan Azərbaycan vətəndaşı Batumidə tutuldu - TƏFƏRRÜAT
Bu gün, 11:58
Ermənilər Naxçıvanın statusunu qəbul etmir - yeni oyun
Bu gün, 11:52
Oğlunu azad etdirmək üçün evini satdı, kredit götürdü - 57 minlik dələduzluq
Bu gün, 11:50
Moskvada 17 il əvvəl baş vermiş azərbaycanlının qətli: - "Lazım gələrsə, ürəyimi ona verəcəyimi dedim"
Bu gün, 11:46
“Azərişıq”ın 13 milyonluq tenderini bu şirkət uddu
Bu gün, 11:41
Rusiyanın qərarına İrəvandan şərh: - Təsəvvür edə bilməzsiniz, necə sevindik
Bu gün, 11:37
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru