Erməni blogerdən rəsmi Bakıya xahiş .....                     Ukrayna Türkiyədə keçiriləcək NATO sammitində təmsil olunacaq .....                     Tiflisdə Azərbaycan vətəndaşı olan qadın qətlə yetirilib .....                     Hörmüzün blokadası qlobal humanitar fəlakətə səbəb olur .....                     ABŞ Ukraynanın “Hörümçək toru”nun təlimini keçirdi .....                     “Sülh və Barışıq üçün Gernika mükafatı”na layiq görülmək böyük şərəfdir .....                     ABŞ və Qərb Qafqazda "demokratiya savaşı"na başladı .....                     ABŞ-dakı atışmadan sonra Paşinyanı sevindirən xəbər .....                     Təlxək Məmdani ifşa etdi: Nikol Bakıya qarşı oyun qurur .....                     Aİ Trampın iştirak etdiyi tədbirdə atışmaya münasibət bildirib .....                     Atəş açan şəxsin hədəfi Tramp deyilmiş: .....                     Çin Avropanı hədələdi: .....                     Ölkəmizin Ukraynaya yardımları çətin vaxtlarda dost ölkə üçün böyük dəstək olub .....                     Azərbaycan və Ukrayna münasibətlərində yeni mərhələ .....                     Nəvəsi xalq artistini belə öydü .....                     Zelenski Rusiya ilə görüş üçün niyə Bakını təklif etdi? .....                     “Sürgün əvəzinə Sevgi” .....                     Hindistanın baş naziri Vaşinqtondakı insidentə münasibət bildirdi .....                     Trampın iştirak etdiyi tədbirdə atəş açan şəxs bazar ertəsi hakim qarşısına çıxacaq .....                     Tramp Vaşinqtondakı atışmanın İran əməliyyatı ilə əlaqəli olduğuna inanmır .....                     Məktəb direktorunun DAŞ YARAN TAMAHI .....                     Həmişə çox işləyən prezidentlərə sui-qəsd edirlər .....                     Rubio İran danışıqlarında iştirakdan yayınıb .....                     Bank kartından pulu oğurlananlara müjdə .....                     Atışmada şübhəli bilinən şəxs bu adam imiş .....                     Təcili olmayan TİBBİ YARDIM... .....                     Trampın qəbulunda atəş açan şəxs saxlanıldı .....                     Donald Tramp tədbir zamanı atışmanın baş verdiyi yerdədir .....                     "Dəfələrlə əlaqə saxlasam da..." .....                     " Allaha min şükür ki, Azərbaycan “pro-Rusiya” olmadı..." .....                     TÜRKÜN TANRISI TƏBİƏTDƏDİR! .....                     Bu gün Əflatun Amaşov üçün ÖZƏL GÜNDÜR .....                     Din Dövlətdən ayrıdır, bəs din futboldan ayrıdırmı? .....                     Tramp və Vens Vaşinqtonda qəbul zamanı baş verən ATIŞMADA xəsarət almayıb .....                     Kürdəmir Psixiatriya Xəstəxanası deyil, sanki qul düşərgəsidir" .....                     ABŞ Prezidenti Ağ Evdə Müxbirlər Assosiasiyası üzvlərinin qəbulu zamanı təxliyə edilib .....                     İcra başçısına etiraz edən vətəndaş avtomobilinə od vurdu .....                     Şahin Mehdiyev Qarabağda işçiləri işlədib, pulunu vermir… .....                     Binəqədidə tikinti xaosuna KİM RƏVAC VERİR... .....                     Güllü İbadovaya necə vəzifə həvalə olunur? .....                 

"Həm В«MüsavatВ», həm də AXCP-də gərginlik var" - YAP-çı deputat
Tarix: 25-11-2014, 09:45 | Çap et
"Həm В«MüsavatВ», həm də AXCP-də gərginlik var"
DİA.AZ Yeni Azərbaycan Partiyası İcra katibinin müavini, Milli Məclisin deputatı Siyavuş Novruzovun yap.org.az-a müsahibəsini təqdim edir:
- Siyavuş müəllim, məlum olduğu kimi, dekabrın 23-də ölkəmizdə növbəti bələdiyyə seçkiləri keçiriləcək. Yeni Azərbaycan Partiyası bu seçkilərə ciddi şəkildə hazırlaşır. Bu seçkilərin əhəmiyyəti nədən ibarətdir?

- Əlbəttə ki, bələdiyyələrin yerli demokratiyanın inkişafında mühüm rol oynadığını nəzərə alsaq, qarşıdan gələn seçkilər böyük əhəmiyyət kəsb edir. Çünki ilk növbədə, bələdiyyələrin səmərəli fəaliyyəti idarəetmənin daha da təkmilləşdirilməsi baxımından önəmlidir. Nəzərə almaq lazımdır ki, Azərbaycanda həyata keçirilən inkişaf strategiyasının fonunda reallaşdırılan demokratik islahatlar mütəmadi xarakter daşıyır. Azərbaycan siyasi, hüquqi, iqtisadi islahatları davam etdirmək əzmindədir və həyata keçirilən bütün tədbirlər ölkəmizin davamlı inkişafına xidmət edir. Eyni zamanda, Azərbaycan hüquqi dövlətdir və ölkəmizdə demokratik seçki sistemi formalaşıb. Azərbaycanda mükəmməl seçki qanunvericiliyi var və bu hüquqi baza beynəlxalq standartlara tam uyğundur. Məhz bunun nəticəsidir ki, ildən-ilə seçki təcrübəsi təkmilləşdirilir və ölkəmizdə demokratik, şəffaf seçkilər keçirilir.
Ümumiyyətlə, ölkəmizin ən güclü siyasi qüvvəsi olan YAP bütün seçkilərdə qələbə qazanıb. Qarşıdan gələn seçkilərdə də qələbəni təmin etmək üçün partiyamız tərəfindən zəruri addımlar atılır. Bilirsiniz ki, YAP İdarə Heyətinin seçkilərlə bağlı müvafiq qərarı var və bu qərara uyğun olaraq tədbirlər planı hazırlanıb. YAP seçkilərin keçirilməsində böyük və zəngin təcrübəyə malikdir. Bu mənada dekabr ayında keçiriləcək bələdiyyə seçkilərində də qazanılan təcrübədən səmərəli istifadə olunacaq.

- Yeni Azərbaycan Partiyası bələdiyyə seçkiləri kampaniyasının indiki mərhələsində nə kimi işlər görür?

- Qeyd etdiyim kimi, Yeni Azərbaycan Partiyası bələdiyyə seçkilərinə ciddi şəkildə hazırlaşır. Partiyanın Mərkəzi Seçki Qərargahı da bələdiyyə seçkiləri ilə bağlı çevik, operativ fəaliyyət göstərməkdədir. Bütövlükdə partiya və onun fəal üzvləri seçki kampaniyasının yüksək səviyyədə keçirilməsi üçün tam səfərbər olunublar. Partiyanın Mərkəzi Seçki Qərargahı rayon və şəhər təşkilatları ilə sıx əlaqə qurur və seçki prosesinin gedişini diqqət mərkəzində saxlayır. İndiyə qədər partiyanın yerli təşkilatlarından namizədlərin irəli sürülməsi, onların imza vərəqələri götürməsi, müvafiq sənədlərin dairə seçki komissiyalarına təqdim olunması, imzatoplama prosesi, namizədlərin DSK-lar tərəfindən qeydiyyata alınması və s. seçki fəaliyyəti haqda YAP-ın Mərkəzi Seçki Qərargahına operativ məlumatlar verilib. Eyni zamanda, Mərkəzi Seçki Qərargahının əməkdaşları da bölgələrlə mütəmadi əlaqə saxlayaraq yerli təşkilatların fəaliyyətini koordinasiya edirlər.
YAP olaraq vaxtında imza toplama kampaniyasını həyata keçirmişik və bütün namizədlərimizin imza vərəqələri müvafiq sənədlərlə birlikdə dairə seçki komissiyalarına təqdim olunub. Ümumiyyətlə, qeyd edim ki, Yeni Azərbaycan Partiyası hər bir seçkiyə çox yüksək səviyyədə hazırlaşır. Biz hər zaman seçki prosesində müasir texnologiyalardan istifadə edirik və seçki praktikası da mütəmadi olaraq təkmilləşdirilir. Bu məqsədlə partiyamızın nümayəndələri müxtəlif ölkələrdə keçirilən seçki prosesini izləyir, onların istifadə etdiyi seçki texnologiyaları ilə tanış olur və s. Həmçinin, bir sıra ölkələrdə keçirilən seçkilərdə bizim partiya üzvlərimiz müşahidəçi kimi iştirak edirlər. Təbii ki, onlar həmin ölkələrin də təcrübəsini öyrənərək və yerli xüsusiyyətləri nəzərə almaqla Azərbaycanın seçki təcrübəsində tətbiq edirlər. Məsələn, Türkiyədə, Avropanın ayrı-ayrı ölkələrində, MDB ölkələrində keçirilən seçkilərə biz mütəmadi olaraq öz nümayəndələrimizi göndəririk ki, onların seçki təcrübəsini, seçki qərargahlarının iş praktikasını öyrənsin. Təbii ki, özümüzün də bu sahədə kifayət qədər təcrübəmiz var.
YAP qarşıdan gələn bələdiyyə seçkilərinə də inamla gedir. Partiya hələ xeyli öncədən özünün seçki planını hazırlayıb və buna uyğun mərhələli şəkildə seçkilərin həyata keçirilməsi üçün lazımi addımları atır. Beləcə, qrafikə uyğun olaraq işlər davam edir. Bütövlükdə, seçkilərlə bağlı işlər bir neçə mərhələdən ibarətdir. Bunu ilkin, seçkilər elan olunduqdan sonrakı dövr və yekun mərhələ kimi təsnifatlandırmaq olar. İlkin mərhələdə, əsasən YAP-ın rayon və şəhər təşkilatlarında seçki qərargahları yaradıldı. Seçki qərargahlarında seçki təcrübəsi olan partiya üzvləri təmsil olunurlar. Həmçinin, gənclərin, qadınların və fəalların bu işə cəlb olunması da əsaslı şəkildə özünü göstərdi. Biz 84 rayon və şəhər üzrə seçki qərargahı formalaşdırmışıq və burada qərargah üzvləri fəaliyyət göstərir. Sonradan isə biz bu qərargah üzvləri üçün treninqlər keçirdik. Çünki bələdiyyə seçkiləri digər seçkilərdən öz spesifikasına görə fərqlidir. Bələdiyyə seçkilərində namizədlər çoxluq təşkil edir. Əgər partiya tərəfindən prezident seçkilərində bir, parlament seçkilərində 125 namizəd irəli sürülürsə, bələdiyyə seçkilərində isə Azərbaycanda 1607 bələdiyyəyə 15035 nəfərlik yer üçün namizəd irəli sürülməlidir və onların sənədləşmə işi aparılmalıdır. Bu baxımdan da bələdiyyə seçkilərində seçki qərargahlarının üzərinə düşən iş digər seçkilərdən daha çoxdur. Məhz buna görə də, seçki qərargahı nümayəndələrinə treninqlər keçirilib.
Seçki günü elan olunana qədər YAP seçki prosesi ilə məşğul olacaq şəxsləri (məşvərətçi səs hüquq olan üzvlər, imza toplayanlar, müşahidəçilər və s.) müəyyənləşdirib. Onlar seçki qanunvericiliynə müvafiq şəkildə öz missiyalarını yerinə yetirməlidirlər və yetirirlər. Oktyabr ayının 23-də YAP İdarə Heyəti tərəfindən bələdiyyə seçkilərində səlahiyyətli nümayəndələr təyin olunub. Ümumilikdə, partiyanın 204 nəfər səlahiyyətli nümayəndəsi var ki, hər dairə üzrə 2 nəfər səlahiyyətli nümayəndə təyin olunub. Eləcə də, ümumrespublika üzrə səlahiyyətli nümayəndələr də var. Mərkəzi Seçki Komissiyası tərəfindən xüsusi lövhəciklər alınıb ki, səlahiyyətli nümayəndələr müvafiq ərazilər üzrə YAP-ı təmsil edirlər. 25 oktyabrda isə partiyanın İdarə Heyətinin qərarı ilə bütün dairə və bələdiyyələr üzrə YAP-ın namizədləri irəli sürüldü. Oktyabrın 29-da hazırlanmış sənədlər dairə seçki komissiyalarına təqdim olundu. Bundan sonra isə Seçki Məcəlləsinə uyğun olaraq bir neçə gün müddətində DSK o sənədləşməni yoxlayıb müvafiq qərarlar qəbul etməkdədir.

- Bu günə qədər Yeni Azərbaycan Partiyasının namizəd kimi irəli sürdüyü şəxslərin qeydə alınması statistikası necədir?

- YAP tərəfindən ilkin olaraq 15 min nəfərdən çox şəxsin namizədliyi irəli sürülmüşdü və onlardan da 15 min nəfərə yaxını imza vərəqələri almışdı. Artıq bir neçə gün öncə imzatoplama kampaniyası uğurla başa çatıb və imza vərəqələri müvafiq sənədlərlə birlikdə dairə seçki komissiyalarına təqdim olunub. Konkret rəqəmlə desək, 15035 nəfər namizəd irəli sürmüşdük. Onların da 14 861-i dairə seçki komissiyalarında namizəd kimi qeydiyyata alınıb. Biz bütövlükdə 15035 bələdiyyənin hamısına namizəd irəli sürmüşük.Bələdiyyə seçkilərinin bir tələbi ondan ibarətdir ki, namizəd olmaq istəyən şəxslər gərək yaşayış qeydiyyatında olduğu ərazidə bu prosesi həyata keçirsin. Yəni bir ərazidə qeydiyyatda olan şəxslər digər ərazidə bələdiyyəyə namizədliyini irəli sürə bilməz. Elə nümayəndələr var idi ki, faktiki həmin ərazidə yaşasa da, amma başqa yerdə yaşayış qeydiyyatındadır. Buna görə də, bir neçə nəfərə dairə seçki komissiyaları tərəfindən imza vərəqələri verilmədi. Eyni zamanda, səhhəti ilə əlaqədar olaraq öz namizədliyini geri götürənlər də oldu. Bu səbəblərdən təxminən 174 nəfərə imza vərəqələri verilmədi. Onlar istisna olunmaqla bütün bələdiyyələrə namizədlərimiz irəli sürülüb. Qeydə alınan namizədlərin bütün sənədləri təqdim olunub, yoxlanılıb və bələdiyyəyə namizəd kimi qeydiyyatdan keçərək, xüsusi lövhəciklərlə təmin olunublar.
Bundan əlavə, YAP həm Mərkəzi Seçki Komissiyasına, həm də dairə və məntəqə seçki komissiyalarına bir nəfər müşahidəçi və bir nəfər məşvərətçi səs hüquqlu üzvü təyin etməlidir. Artıq MSK üzrə nümayəndəmiz təyin olunub. DSK və məntəqə seçki komissiyalarına da məşvərətçi səs hüquqlu üzvlər təyin ediləcək. Çünki seçki qanunvericiliyi YAP-a bu hüququ verir. Belə ki, Seçki Məcəlləsinə əsasən bələdiyyələrin yarısından çoxunda namizəd irəli sürən partiya vahid formada təbliğat işini apara bilər, həmçinin, hər dairə və məntəqəyə 1 nəfər məşvərətçi səs hüquqlu üzv ilə müşahidəçi təyin edə bilər. Dekabrın 1-dək bu proses başa çatacaq. Onlar üçün qanunlardan, Seçki Məcəlləsindən, MSK-nın təlimatlarından çıxarışlar çap olunub.

- Partiyamız bələdiyyə seçkiləri kampaniyasının təbliğat-təşviqat mərhələsinə necə hazırlaşır?

- Qanunvericiliyə əsasən, seçki gününə 23 gün qalmış təbliğat-təşviqat prosesi başlayır. Beləliklə də, bələdiyyə seçkiləri kampaniyasının təbliğat-təşviqat mərhələsinə dekabrın 1-dən start veriləcək. Bununla bağlı da hazırlıq işlərimiz görülür. Belə ki, YAP bütün bələdiyyələrdə özünün namizədlərinin vahid formada hazırlanmış plakatlarını çap etdirib. 1607 bələdiyyənin hər birində YAP-ın vahid plakatları olacaq. Bununla belə, partiya ayrı-ayrı bukletlər, təbliğat-təşviqat materialları hazırlayıb.
Dekabrın 1-də qruplar hazırdır ki, plakatların asılması, paylanması ilə məşğul olacaq. Və iki hissədən ibarət seçicilərlə təbliğat görüşləri keçirəcəyik. Dairə seçki komissiyalarının müəyyən etdiyi açıq və qapalı yerlərdə seçicilərlə görüşlər olacaq. Qruplardan biri mərkəzdən olan səlahiyyətli nümayəndələr, təbliğat-təşviqat qrupunun üzvləri və s. İkincisi isə rayon seçki qərargahlarının təbliğat qrupları olacaq. Onlar da rayonlarda bu prosesi fəal surətdə həyata keçirəcəklər. Ölkə üzrə bələdiyyələrin hər birində görüşlər olacaq ki, onların da qrafikləri hazırdır. Bizim təbliğat kampaniyamız dekabrın 22-ə qədər davam edəcək. Beləliklə, YAP bu seçkilərdə də çox fəal təbliğat kampaniyası həyata keçirməyi nəzərdə tutur.

- İndiyə qədər ölkəmizdə bir neçə bələdiyyə seçkisi keçirilib. Sizcə, son seçkilərdən keçən müddət ərzində bələdiyyələrin fəaliyyətində daha hansı yeniliklər özünü göstərir?

- Bildiyiniz kimi, ölkəmizdə bələdiyyə seçkiləri 1999-cu, 2004-cü və 2009-cu illərdə keçirilib. Son, 2009-cu ilin bələdiyyə seçkiləri isə xüsusilə yaddaqalan oldu. İlk növbədə, deyə bilərəm ki, həmin seçkilərə gedərkən Azərbaycanda bu institutun artıq 10 yaşı var idi və müəyyən təcrübə əldə olunmuşdu. Eyni zamanda, bu dəfə kadrların seçilməsi, gənclərə və qadınlara üstünlük verilməsi son seçkilərin daha çox maraq kəsb etməsinə səbəb oldu. Bu gün Azərbaycan bələdiyyələrində qadınların və gənclərin təmsilçiliyi xeyli yüksəkdir. Son seçkilərdə mütəxəssislərin say faizi, ali savadlı insanların bələdiyyələrdə təmsilçiliyi də artdı. Nəzərinizə çatdırım ki, partiyamız bu müsbət təcrübəni qarşıdan gələn seçkilərdə də davam etdirəcək. Belə ki, namizəd irəli sürərkən daha çox ali təhsilli insanlara, gənclərə və qadınlara üstünlük vermişik.

- Siyavuş müəllim, radikal müxalifət partiyaları bələdiyyə seçkilərində iştirak etmir və fəal seçki kampaniyası aparmır. Onların bu addımını hansı amillərlə izah edərdiniz?

- Müxalifətin bələdiyyə seçkilərində iştirak etməməsinin iki səbəbi var. Bələdiyyə seçkiləri böyük seçkidir. Bu seçkilərdə 15 mindən artıq fəal insanın namizədilyi irəli sürülməlidir. Onlar əhali tərəfindən tanınmalı, imza toplayıb qeydiyyatdan keçməlidir. Radikal müxalifətin isə belə potensialı yoxdur. Bu potensial, sosial baza, eloktorat olmadığı üçün onlar çalışırlar ki, seçki prosesinə kölgə salsınlar, guya bələdiyyələrin səlahiyyətləri yoxdur və s. Amma əslində, hər hansı siyasi partiyanın yerli strukturlarının möhkəmlənməsi, formalaşması, əhali arasında nüfuzun artması üçün bələdiyyə seçkiləri ən vacib seçkilərdir. Nəzərə alsaq ki, gələn il parlament seçkiləri keçiriləcək, bələdiyyə seçkilərində iştirak hər bir partiya üçün sınaq ola bilər. Amma proseslər onu göstərir ki, müxalifət düşərgəsinin potensalı yoxdur. Onlar bir qrup adamlardırlar ki, qərargahda toplaşıb mətbuat üzərində fəaliyyət göstərirlər.
İkinci səbəb ondan ibarətdir ki, müxalifət partiyalarının daxilində çox ciddi qarşıdurmalar mövcuddur. Həm В«MüsavatВ», həm də AXCP-də gərginlik var. Həmin partiyalar parçalanmaq ərəfəsindədir. В«MüsavatВ»ın qurultayında keçirilən qeyri-obyektiv seçkilər üzvlərin etirazına səbəb olub. Onlar ədalətli seçkilər tələb edir, yaxud da alternativ Müsavat Partiyası yarada bilərlər.
Acınacaqlı durum AXCP-də də hökm sürür. Görürlər ki, bu partiya xalqın maraqlarına deyil, xarici qüvvələrin, erməni lobbisinin maraqlarına xidmət edir, antiazərbaycançı fəaliyyət göstərir. AXCP-də az-çox öz dövlətini istəyən insanlar partiya sıralarını tərk edirlər. Bu partiyalar öz daxili problemlərini həll edib başa çatdıra bilməyiblər ki, bələdiyə seçkilərinə də qoşulsunlar.










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Erməni blogerdən rəsmi Bakıya xahiş - “Bunları azad etməyin”
Dünən, 17:32
Ukrayna Türkiyədə keçiriləcək NATO sammitində təmsil olunacaq
Dünən, 17:28
Tiflisdə Azərbaycan vətəndaşı olan qadın qətlə yetirilib - TƏFƏRRÜAT
Dünən, 16:09
Hörmüzün blokadası qlobal humanitar fəlakətə səbəb olur – BMT
Dünən, 16:06
ABŞ Ukraynanın “Hörümçək toru”nun təlimini keçirdi
Dünən, 16:00
“Sülh və Barışıq üçün Gernika mükafatı”na layiq görülmək böyük şərəfdir - Azərbaycan Prezidenti
Dünən, 15:58
ABŞ və Qərb Qafqazda "demokratiya savaşı"na başladı - Paşinyan Kremlin casus şəbəkəsini dağıdır, xaos yaradır
Dünən, 13:21
ABŞ-dakı atışmadan sonra Paşinyanı sevindirən xəbər - KİV
Dünən, 13:18
Təlxək Məmdani ifşa etdi: Nikol Bakıya qarşı oyun qurur - ZİBİLƏ DÜŞMÜŞÜK...
Dünən, 13:16
Aİ Trampın iştirak etdiyi tədbirdə atışmaya münasibət bildirib
Dünən, 13:15
Atəş açan şəxsin hədəfi Tramp deyilmiş: - o, kimi öldürmək istəyib?
Dünən, 10:34
Çin Avropanı hədələdi: - Dərhal siyahıdan çıxart!
Dünən, 10:32
Ölkəmizin Ukraynaya yardımları çətin vaxtlarda dost ölkə üçün böyük dəstək olub - MƏQALƏ
Dünən, 09:41
Azərbaycan və Ukrayna münasibətlərində yeni mərhələ - İsrafil Kərimovun yazısı
Dünən, 09:39
Nəvəsi xalq artistini belə öydü
Dünən, 09:30
Zelenski Rusiya ilə görüş üçün niyə Bakını təklif etdi? - GƏLİŞMƏ
Dünən, 09:25
“Sürgün əvəzinə Sevgi” - VİDEO
Dünən, 08:57
Hindistanın baş naziri Vaşinqtondakı insidentə münasibət bildirdi
Dünən, 08:54
Trampın iştirak etdiyi tədbirdə atəş açan şəxs bazar ertəsi hakim qarşısına çıxacaq - AÇIQLAMA
Dünən, 08:53
Tramp Vaşinqtondakı atışmanın İran əməliyyatı ilə əlaqəli olduğuna inanmır
Dünən, 08:27
Məktəb direktorunun DAŞ YARAN TAMAHI - DƏLİXANADIR, VALLAH...
Dünən, 08:26
Həmişə çox işləyən prezidentlərə sui-qəsd edirlər - Tramp belə deyir...
Dünən, 08:07
Rubio İran danışıqlarında iştirakdan yayınıb - “Financial Times” qəzeti
Dünən, 08:05
Bank kartından pulu oğurlananlara müjdə – bu yolla qaytarılacaq
Dünən, 08:04
Atışmada şübhəli bilinən şəxs bu adam imiş - FOTO
Dünən, 08:00
Təcili olmayan TİBBİ YARDIM... - AXI NİYƏ?..
Dünən, 06:22
Trampın qəbulunda atəş açan şəxs saxlanıldı - “Truth Social”
Dünən, 06:09
Donald Tramp tədbir zamanı atışmanın baş verdiyi yerdədir - Ağ Ev
Dünən, 06:07
"Dəfələrlə əlaqə saxlasam da..." - GİLEY
Dünən, 06:00
" Allaha min şükür ki, Azərbaycan “pro-Rusiya” olmadı..." - partiya sədri
Dünən, 05:51
TÜRKÜN TANRISI TƏBİƏTDƏDİR! - Murad Köhnəqala yazır...
Dünən, 05:48
Bu gün Əflatun Amaşov üçün ÖZƏL GÜNDÜR - qəzetə çevrilən ADAM...
Dünən, 05:39
Din Dövlətdən ayrıdır, bəs din futboldan ayrıdırmı? - Saqqalılar imperiyasının çöküşü…
Dünən, 05:35
Tramp və Vens Vaşinqtonda qəbul zamanı baş verən ATIŞMADA xəsarət almayıb - YENİLƏNDİ
Dünən, 05:29
Kürdəmir Psixiatriya Xəstəxanası deyil, sanki qul düşərgəsidir" – ŞOK İDDİALAR
Dünən, 05:18
ABŞ Prezidenti Ağ Evdə Müxbirlər Assosiasiyası üzvlərinin qəbulu zamanı təxliyə edilib - VİDEO
Dünən, 05:14
İcra başçısına etiraz edən vətəndaş avtomobilinə od vurdu - TƏFƏRRÜAT
Dünən, 05:11
Şahin Mehdiyev Qarabağda işçiləri işlədib, pulunu vermir… - NARAZILIQ VAR...
Dünən, 05:05
Binəqədidə tikinti xaosuna KİM RƏVAC VERİR... - FOTOLAR
Dünən, 05:00
Güllü İbadovaya necə vəzifə həvalə olunur? - İLGİNC FAKTLAR
Dünən, 04:55
İran təzyiq altında danışıqlarda iştirak etməyəcək - Pezeşkian
Dünən, 04:49
AHİK-də nə dəyişib: sədr, yoxsa idarəetmə? - Çingiz Hacıyevin “Kurort”u və Buzovna filialı “ailə şirkəti”dirmi?
Dünən, 04:43
Təhsil geriləyib, yoxsa DİM sərt siyasətə keçib? - Ekspert deyir ki...
Dünən, 04:37
Bakı şəhəri üzrə Təhsil İdarəsinin “boz kardinal”ı: - Turanə Məcidlinin sürətli inkişafının sirri
Dünən, 04:36
Goranboyda icra başçısı Məhərrəm Quliyev qaziləri dinləmir... - Arzu Məmmədovu buna görə himayə edir
Dünən, 04:31
“Yaxşı ki, mədəniyyət evində kazino açmayıblar” - Akif İslamzadədən sərt TƏNQİD
Dünən, 04:23
Bakının kriminal məktəbləri: Hansı qadağalara ehtiyac var? - AKTUAL
Dünən, 04:20
Adil Əliyevin bu özbaşınalıqdan xəbəri yoxdursa.... - BU NƏDİ BELƏ?
Dünən, 04:18
Dialoq məkanı kimi Azərbaycanın təklif olunması təsadüfi deyil - ŞƏRH
Dünən, 04:09
SEPAH-dan kritik açıqlama - “Hərbi hücum üçün zəmin hazırlayanlar məhv edildi”
Dünən, 04:03
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru