Arif Hacılı Qubad İbadoğlunu da Müsavatdan çıxara bilər
Tarix: 19-11-2014, 11:36 | Çap et
 Müsavat Partiyasının sentyabrın 27-də keçirilən VIII qurultayından iki aya yaxın zaman ötsə də, qarşıdurma müstəvisinə keçən narazılıqlar səngimir. Narazılara rəhbərlik edən başqanlığa keçmiş namizəd Qubad İbadoğlu partiya daxilindəki son vəziyyətlə bağlı “Meydan TV”yə müsahibə verib.
O, əvvəlcə Arif Hacılının istefalarla bağlı dəyərləndirməsini qiymətləndirib. Vurğulayıb ki, birincisi, partiya üzvlərin könüllü olaraq birləşdiyi bir qurumdur. İkincisi, partiya nizamnamə ilə idarə olunur: “Müsavat Partiyasının nizamnaməsinin 1.8-ci bəndində partiya üzvlərinin aşağıdakı hüquqları göstərilib. Bunlardan biri də hər kəsin siyasi və əməli fəaliyyət məsələlərini partiya yığıncaqlarında, mətbuat səhifələrində müzakirə etmək, tənqid etmək, təklif və rəylər verməkdir. Nizamnamədə yazılıb ki, hər bir partiya orqanını və vəzifəsindən asılı olmayaraq istənilən partiya üzvünü tənqid etməyə partiya üzvünün hüququ vardır. Eyni zamanda üzvlər bütün partiya orqanlarına müraciət etmək və cavab tələb etmək hüququna malikdirlər. Bütün bu məsələlər nizamnamə ilə tənzimlənib. Baş verənləri təhlil edəndə görəcəyik ki, qəbul edilən qərar 1.8-ci bəndinə əsasən üzvlərin hüquqlarının kobud şəkildə pozulması deməkdir. Partiya üzvü partiyanın əməli fəaliyyəti ilə bağlı mətbuat səhifələrində, yığıncaqlarda azad müzakirə aparıb tənqidlər edib təkliflərini verə bilər.
Yəni nizamnamə buna icazə verir. Amma bu hüquqla ortaya çıxan mövqeləri partiyanın siyasi xəttinə əks xətt olaraq qiymətləndirməklə üzvlərin təşkilatdan xaric olunması, yaxud digər cəzaların verilməsi partiyadaxili demokratiyanın olmaması, həm də tənqidi fikirlərə dözümsüzlüyün mövcudluğu və siyasi plüralizmin partiya daxilində tətbiq imkanlarının məhdudluğunu göstərir. Bu qərarlar nizamnaməni kobud şəkildə pozulması ilə bərabər, həm də birtərəfli qaydada aparılır. Hətta iki partiya üzvü arasında olan mübahisə ilə bağlı cəzalandırma qərarları həyata keçirildikdə bir tərəfə cəza verilsə də, digər tərəfə qarşı bu cəzalandırma vasitələrindən istifadə olunmur. Partiya nizamnaməsinin tətbiqi, nizamnamənin normaları ilə bağlı MNTK-in bizim təqdim etdiyimiz arayışa cavabda müəyyən gözləntilərimiz vardı.
Çox təəssüflər ki, partiya məclisinin və rayon təşkilatlarının bəyanatı və partiya rəhbərliyində təmsil olunanların çıxışları artıq belə qərarların nizamnamə əsasında verilmədiyini deməyə əsas verir. Bu, bir növ siyasi repressiya qərarlardır. Olanlar göstərdi ki, Müsavat Partiyası demokratik düşüncəli insanların toplandığı siyasi təsisat olsa da, avtoritar üsullarla idarə olunur. Bu da partiya daxilində narazılığın artmasına gətirib çıxarır”.
Q.İbadoğlu jurnalistin “Bu gedişatla Vurğun Əyyub və sizin də partiyadan çıxarılmağınız reallaşa bilərmi” sualını da cavablandırıb. Başqanlığa sabiq namizəd deyib ki, əgər qanun, nizamnamə yoxdursa, yaxud bu istiqamətdə müzakirələr yalnız siyasi məqsədlərə, bir qrupun maraqlarına xidmət edirsə, hər şey gözləmək mümkündür: “ Bunu həm də o məqsədlə edirlər ki, partiyada tanınmış, üzdə olan bir neçə şəxsin cəzalandırılması və partiya sıralarından xaric olunması həmin şəxslərin tərəfdarlarında müəyyən sakitlik, müəyyən dövr üçün öz iddialarından geri çəkilmə instinkti yaratsın. Yəni adamlar özlərinin də cəzalanmasından qorxaraq fəallıqlarını azaltsınlar. Yanaşma bundan ibarətdir ki, əgər 10-15 nəfər cəzalanacaqsa, bu, son nəticədə digərlərinin susmasına gətirib çıxaracaq. Burda məqsədlərdən biri digər üzvlərin susdurulmasıdır. Qarşı tərəfin sayı müzakirələrə qoşulanların sayı ilə eyni deyil. Bizim mövqeyimizi bölüşənlərin sayı qarşı tərəfdən xeyli çoxdur”. Maraqlıdır, bəs Q.İbadoğlu partiya daxilində baş verənlərə İsa Qəmbərin susqun yanaşmasını necə qiymətləndirir?
Qubad İbadoğlu bu suala cavabında bildirib: “Düşünmürəm ki, İsa bəy məsələlərdən xəbərsizdir və olanlara laqeyd yanaşır. Sadəcə, indiki məqamda öz mövqeyini təqdim etmək və onu ictimailəşdirmək məqsədəuyğun deyil, amma hesab edirəm ki, yaxın zamanda İsa bəyin bu istiqamətdə mövqeyi ilə tanış olacağıq”.


|
|
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
|
|
| • Londonda Azərbaycan Evi Mədəniyyət və Dostluq Mərkəzinin rəhbəri vəfat edib
Dünən, 17:45 |
|
|
|
| • "İnsan hüquqları" adı altında təzyiq? - Bakıya "şərt" qoyanlara sərt CAVAB
Dünən, 17:42 |
|
|
|
| • Ankara Ermənistan sərhədində işləri sürətləndirir
Dünən, 17:01 |
|
|
|
| • “Azərbaycan özünü ərzaqla tam təmin edə bilər, amma idxaldan asılı vəziyyətə düşüb” - FAKT BUDUR
Dünən, 16:58 |
|
|
|
| • Nazirliyə 12 minə işə düzəldəcəkdi, məhkəməlik oldu - TƏFƏRRÜAT
Dünən, 16:55 |
|
|
|
| • Türkiyədə hansı peşə sahibləri nə qədər maaş alacaq? - SİYAHI
Dünən, 16:53 |
|
|
|
| • “Ya bizi köçürün, ya da bu zibilliyi yığışdırın” - ETİRAZ VAR...
Dünən, 16:49 |
|
|
|
| • Komediya ustası ilə bağlı şok detallar - Atası terrorçu olub, terror aktı törədib
Dünən, 16:34 |
|
|
|
| • "Bolt" sürücülərinin yeni OYUNU - Sərnişinlər niyə sifarişi ləğv etməyə məcbur edilir?
Dünən, 16:26 |
|
|
|
| • 350 minlik iş Hadı Rəcəblinin oğluna verildi - DETALLAR
Dünən, 16:19 |
|
|
|
| • Kılıçdaroğlu Göktaşa dəstək üçün məhkəməyə gəldi
Dünən, 16:15 |
|
|
|
| • Separatçı istefa verdi: - Danelyan qondarma “parlament”dən getdi
Dünən, 16:11 |
|
|
|
| • Amalın bacısı cəzanın artırılmasını istəyir: şikayət verəcək – VİDEO
Dünən, 15:58 |
|
|
|
| • İstedaddan başqa hər şeyi fəlakət olan Fəlakətimiz - Saffari yazır…
Dünən, 15:54 |
|
|
|
| • "Brent" nefti 60 dollara qədər ucuzlaşa bilər
Dünən, 15:51 |
|
|
|
| • Məşhur xanım sənətçiyə ağır qadağalar: - "O olar, bu olmaz..."
Dünən, 15:49 |
|
|
|
| • Rusiyadakı çöküş: Azərbaycanlılara necə təsir edəcək? - AKTUAL
Dünən, 15:44 |
|
|
|
| • “PAŞA Kapital”da rəhbər vəzifəyə yeni təyinat - DOSYE
Dünən, 15:42 |
|
|
|
| • Pomidor 45 qəpiyə düşdü: Bazardakı qiymət oyununun pərdəarxası - Ekspert deyir ki...
Dünən, 15:38 |
|
|
|
| • Cem Yılmaz Deniz Göktaşın saxlanılmasına “səssiz etiraz” edib?
Dünən, 15:33 |
|
|
|
| • Paşinyanın partiyasında Simonyan müəmması - politoloqdan ilginc təhlil
Dünən, 15:24 |
|
|
|
| • Rusiyada yanacaq böhranı elektrikli avtomobillərə tələbatı artırıb - “Reuters”
Dünən, 14:56 |
|
|
|
| • Uzun müddətdir yoxa çıxan SEPAH lideri aylar sonra belə görüntüləndi - FOTO
Dünən, 14:55 |
|
|
|
| • Bu qrupa yeni sədr seçildi
Dünən, 14:49 |
|
|
|
| • BDU yarımçıq qalan tikinti işlərinə 1,1 milyon manat vəsait ayırdı - DETALLAR
Dünən, 14:47 |
|
|
|
| • “Nar” Gəncədə tələbələr üçün marketinq və karyera təlimləri təşkil etdi - DİQQƏT
Dünən, 14:46 |
|
|
|
| • Müctəba Xameneyi sağdır? - Tabutlar bir-bir sayıldı
Dünən, 13:40 |
|
|
|
| • Rusiyada Putinin reytinqi kəskin azaldı
Dünən, 13:38 |
|
|
|
| • "Havalandırma yox, kondisioner yox... dustaq nə etməlidir?!" - NARAZILIQ VAR...
Dünən, 13:31 |
|
|
|
| • “Azər Türk Bank”da yeni təyinat - BUNDAN SONRA...
Dünən, 13:20 |
|
|
|
| • Süleyman Nemətov "general-leytenant" oldu
Dünən, 13:18 |
|
|
|
| • Natiq Şirinov məhkəmədə qalib gəldi: - 35 min manat təzminat ödəniləcək
Dünən, 13:11 |
|
|
|
| • Birlikdə kirayədə qaldığı yoldaşını qətlə yetirən şəxs HAKIM QARŞISINDA
Dünən, 13:10 |
|
|
|
| • Əməkdar artist əməliyyat olundu - Son durumu açıqlandı
Dünən, 13:00 |
|
|
|
| • “Dayı”ya hökm oxundu - 3 aya azadlığa çıxır
Dünən, 12:58 |
|
|
|
| • Eyni xidmətə iki dəfə PUL ÇIXIRLAR... - GİLEY
Dünən, 12:48 |
|
|
|
| • Müştərini YATDIĞI YERDƏ QARƏT EDİRLƏR... - Bunun başqa adı yoxdur...
Dünən, 12:44 |
|
|
|
| • Təhsil nazirinin xanımının London təhsili Dövlət büdcəsinə 63 min funta başa gəlib - NAZİR ÖZÜ DEDİ...
Dünən, 12:35 |
|
|
|
| • Məhkəmə ögey atasını öldürən yeniyetmə ilə bağlı QƏRAR ÇIXARDI
Dünən, 12:31 |
|
|
|
| • Paşinyan Rusiyaya gedir - KİV
Dünən, 12:26 |
|
|
|
| • Tbilisi-Bakı qatarı ilə Azərbaycana nə qədər əcnəbi gəlib?
Dünən, 12:24 |
|
|
|
| • Rubinyan Türkiyəyə jest olaraq parlament sədri seçilib? - KİV
Dünən, 12:17 |
|
|
|
| • Səhnəyə təsadüfən gəldi, illərlə rol gözlədi: - "Mənə "eqolu" deyirdilər, indi bundan zövq alıram"
Dünən, 12:15 |
|
|
|
| • Misir Mərdanovun Ermənistana səfərinin təfərrüatları: - Niyə ağlayıb, Köçəryandan nə xahiş edib?
Dünən, 12:06 |
|
|
|
| • İnterpolun qırmızı bülleteni ilə axtarılan Azərbaycan vətəndaşı Batumidə tutuldu - TƏFƏRRÜAT
Dünən, 11:58 |
|
|
|
| • Ermənilər Naxçıvanın statusunu qəbul etmir - yeni oyun
Dünən, 11:52 |
|
|
|
| • Oğlunu azad etdirmək üçün evini satdı, kredit götürdü - 57 minlik dələduzluq
Dünən, 11:50 |
|
|
|
| • Moskvada 17 il əvvəl baş vermiş azərbaycanlının qətli: - "Lazım gələrsə, ürəyimi ona verəcəyimi dedim"
Dünən, 11:46 |
|
|
|
| • “Azərişıq”ın 13 milyonluq tenderini bu şirkət uddu
Dünən, 11:41 |
|
|
|
| • Rusiyanın qərarına İrəvandan şərh: - Təsəvvür edə bilməzsiniz, necə sevindik
Dünən, 11:37 |
|
|
|
|