“Bundan sonra Müsavat Məclisinin toplantılarında iştirak etmək niyyətim yoxdur” - Vurğun Əyyub
Tarix: 27-10-2014, 11:30 |
Çap et
“Özümü Müsavat Partiyasının Məclis üzvü hesab etmirəm”.
Bunu APA-ya açıqlamasında Müsavat Partiyası Məclisinin üzvü Vurğun Əyyub deyib.
O, partiya Məclisinin toplantılarında iştirak etməməsinin səbəblərinə də aydınlıq gətirib.
V. Əyyub qeyd edib ki, qurultayda keçirilmiş seçkilərin nəticələrini legitim saymadığı üçün partiyanın toplantılara qatılmır: “Bundan sonra da Məclisin toplantılarında iştirak etmək niyyətim yoxdur”.