Rus ordusu nə qədər ərazini ələ keçirib? .....                     Tələbənin biliyi yox... CİBİ ÖNƏMLİDİR! .....                     Tramp İranla memorandumun mətnini iyunun 19-dan əvvəl açıqlaya bilər .....                     "Qəsdən kəsir, sonra 1500 - 2000 AZN tələb edirlər" .....                     Üç ayda İrandan min tondan çox forel gətirilib .....                     Tibb şirkətinin dövlətə vergi borcu yarandı .....                     Naxçıvanda idarəetmə problemi... .....                     Bu təhsil binası heç oynamalı halda deyil .....                     Aİ-dən Azərbaycan əsilli iş adamına qarşı ŞOK SANKSIYA! .....                     “Həmkarlar”ın etiraz doğuran turpaketi... .....                     Bakının 9 rayonunda bu binalar sökülür .....                     Min kilometrlərlə aralıda güllə atılanda məhsullar niyə bahalaşır?.. .....                     Fermerlərin problemi: Ona çarə tapılacaqmı? .....                     Azərbaycan, yoxsa rus bölməsi? .....                     Daha "Ləzzət" də LƏZZƏT ELƏMİR .....                     "Mən müğənni olmaq istəməmişəm ki..." .....                     Netanyahu parlament seçkilərində qalib gəlmək niyyətində olduğunu bildirib .....                     Cənubi Qafqazda "soyuq müharibə" nəzarətdən çıxır .....                     Qərb İrana qarşı sanksiyaları ləğv etməyə tələsmir .....                     İş saatlarının dəyişdirilməsi Bakıda tıxacı azaldacaq? .....                     Polşa Orxan Məmmədbəylini niyə axtarışa verib? .....                     Rusiya nə mesaj verir? .....                     Sabahdan sığorta ilə bağlı bu sistem ləğv edilir, yeni əmsalın tətbiqinə başlanılır .....                     Paşinyan və Anna Hakopyan boşanmayıblar? .....                     “Dövlət teatrlarının heç birində vakansiya yoxdur” .....                     Paşinyandan Kremli “havalandıracaq” daha bir addım .....                     Sabah Məhərrəm ayı başlayır .....                     Moskvada Elvin Paşayev dələduzluq ittihamı ilə həbs edilib .....                     Qalmaqallı “zərbə planı” İranı necə xilas etdi? .....                     Əsrin sövdələşməsi, yoxsa... .....                     Ermənistan KTMT-dən ÇIXA BİLƏR .....                     Seçkidən sonra Bakı ilə İrəvan arasında ilk təmas: .....                     737 nümayəndədən 729-u Orbana səs verdi: .....                     Putin Kiyevdə dinc sakinləri bombalayarkən .....                     Ermənistanda köhnə xəstəlik yenidən xortlayıb .....                     Tikinti sektoru ötən il gözləntiləri doğrultmayıb .....                     Mirzoyandan Kremli qəzəbləndirəcək demarş .....                     Eyni anda iki həqiqət: ABŞ İrana təslim oldu .....                     Turizm Agentliyinin 878 minlik tenderi ləğv edilib .....                     Bir imza ilə başlayan yeni strateji dövr .....                 

Türkiyənin təklif etdiyi yol xəritəsi ən real, ən optimal həll yoludur - Ekspert danışır...
Tarix: 2-04-2024, 10:26 | Çap et
Türkiyənin təklif etdiyi yol xəritəsi ən real, ən optimal həll yoludur
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla İran rəhbəri İbrahim Rəisi arasında telefon danışığı olub. Görüşdə Türkiyə ilə İran arasında ikitərəfli əlaqələr, İsrailin Fələstin torpaqlarına hücumları və bölgədəki humanitar vəziyyət müzakirə edilib. Ərdoğan görüş zamanı Qəzzada Birləşmiş Millətlər Təşkilatı Təhlükəsizlik Şurasının atəşkəs qərarının yaxın zamanda həyata keçirilməsi üçün səylərin artırılmasının vacib olduğunu və bu prosesdə əl-Fəth və HƏMAS-ın birlik içində hərəkət etməsinin vacibliyini vurğulayıb. Ərdoğan İsrailin gərginliyi bölgəyə yaymaq cəhdlərinin qarşısını almaq üçün birgə çalışmağın zəruri olduğunu da dilə gətirib.
Milli Cəbhə Partiyasının sədr müavini, siyasi şərhçi Tural İrfan "Sherg.az"a deyib ki, Fələstin probleminin həlli məsələsi aktualdır. Ekspertin sözlərinə görə, artıq "bıçaq sümüyə dirənib" və dünya gücləri fərqli qütblərdə qarşı-qarşıya gəlib:

"Ukrayna savaşı kimi başqa problemlərin də yaşandığı bir ərəfədə Fələstin məsələsinin açıq qalması dünya üçün təhdid vəd edir. Hətta dünya savaşına da yol aça bilər. Əsasən, Türkiyə obyektiv və ədalətli mövqe tutaraq hər iki problemin, hər iki savaşın durması üçün ciddi səylər göstərir. İranın qeyri-ciddi və qeyri-adekvat addımları, aqressiv, subyektiv siyasət aparması hər iki münaqişənin daha da alovlanmasına gətirib çıxarır. Türkiyənin Fələstin məsələsindəki mövqeyi məlumdur və daha ədalətlidir. Şübhəsiz, BMT-nin qətnamələri üzrə bu problemin həlli mümkündür. Lakin İran İsrailə dəstəvuz verməklə məsələni daha da gərginləşdirib, sülhdən uzaqlaşdırıb. Bu da yalnız Fələstin xalqının soyqırımına səbəb olur. İran eynən İmam Hüseyni çağırıb ölümə verən keçmiş Kufə əhli kimi davranır. Çağır, öldür, sonra da başına döy, ağla. Hazırda Qəzza bölgəsində durum misli görünməyən dərəcədə ağırdır. İnsanlığın son əsrdə şahid olmadığı faciələr yaşanır. Hər şeydən öncə, geri çəkilmək də olsa, uşaq ölümlərini durdurmaq gərəkdir".
Analitik hesab edir ki, İran müsəlman ölkələrinin ittifaqa gələrək bu məsələnin birlikdə həllinə mane olur: "HƏMAS və Fəthin birliyinə də ciddi mane olan maraqlı qüvvələr var. Türkiyənin bu yöndəki istəyi tam ciddi və həllə aparan yoldur. Məhz Rəisi ilə söhbətdə bu nöqtəyə toxunması da təsadüfi deyil. Yəni vəhdətə mane olmaq ziyan verir, deməkdir. Həmçinin bu danışıqlar məsələnin həllində Türkiyə ilə İranın da ortaq təsir vasitələrini birləşdirməsinə vasitəçi ola bilər. Fərqli münasibətlər prosesi ləngidir və nəticədə qan tökülməsi dayanmır, Fələstinin işğalı davam edir. Fələstin artıq əldən gedir. Odur ki, Rusiya, Türkiyə, İran, Pakistan kimi bu məsələyə bilavasitə aidiyyəti olan dövlətlərin ortaq rəyi və hərəkəti lazımdır".
T.İrfanın qənaətincə, mümkündür ki, Qərbin Qafqazda qərar tutması cəhdi və bunun nə dərəcədə reallaşması mövzusunda da danışıqlar olsun: "Regionu maraqlandıran bir mövzu ətrafında təbii ki, fikir mübadiləsinin olması labüddür. Hər bir halda Qərbin regionda və Cənubi Qafqazdakı niyyətləri, cəhdləri, planları Türkiyəyə məlumdur və yerləşməsinin nə kimi təsirlər buraxacağı da aydındır.
Rəsmi İrəvanın təxribatçı addımlarına İranın dəstək verib-verməməsi də Qərbin Cənubi Qafqaza yerləşməsinə münasibətə görə dəyişə bilər. İran bir növü ərköyün uşaq siyasəti apararaq demək istəyir ki, siz Qərbin Cənubi Qafqaza yerləşməsinə şərait yaratsanız, bu, İran üçün təhdiddir və biz də Ermənistana dəstək verəcəyik. Əvvəla qeyd etdim ki, Türkiyə həm özünə, həm də qonşu region ölkələrinə Qərbin ziyan verə biləcək addımlarına imkan verməz. İkinci tərəfdən isə İranın İrəvanı dəstəkləməsi yalnız heyif çıxmaq mahiyyəti daşıya bilər. Reallıqda isə Qərb - Fransa, ABŞ kimi üzdə İrana qarşı olan dövlətlər də Ermənistanı dəstəkləyir. Onda belə çıxır ki, İran öz düşmənləri ilə həmrəydir. Məntiqsiz dəstək heç Ermənistana da sərf etmir. Çünki Qərb istəmir ki, İran Ermənistanın yanında olsun. Hər bir halda region ölkələri istər Fələstin məsələsinin ölkələrimizdə buraxdığı təsirlər mövzusunda, istərsə də Ukrayna-Rusiya savaşı mövzusunda danışıqları ayırmalı, səyləri gücləndirməli, anlaşılmaz mövzuları aradan qaldırmalıdırlar. Əks halda Qərb məkrli planlarını Ermənistanın əli ilə həyata keçirməyə cəhd edib region ölkələrinin maraqlarını toqquşdura bilər. Türkiyə bu məsələlərdə, problemlərin həllində maraqlı tərəf kimi öncüllüyü də öhdəsinə götürüb real addımlar ata bilər. Daha doğrusu, bu addımları atmaq üzrədir. Ərdoğanın Rəisi ilə danışıqları da məhz Türkiyənin həlledici məsələlərdə vacib tərəfdaş olduğunu bir daha sübut edir. Türkiyəsiz bu proseslərin irəliləməsi mümkün deyil, habelə Türkiyənin təklif etdiyi yol xəritəsi də ən real, ən optimal həll yoludur"










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Rus ordusu nə qədər ərazini ələ keçirib? - General
Bu gün, 07:05
Tələbənin biliyi yox... CİBİ ÖNƏMLİDİR! - BAZAR AÇIBLAR...
Bu gün, 07:03
Tramp İranla memorandumun mətnini iyunun 19-dan əvvəl açıqlaya bilər
Bu gün, 06:57
"Qəsdən kəsir, sonra 1500 - 2000 AZN tələb edirlər" - "ADPU tələbələri NARAZIDIR
Bu gün, 06:54
Üç ayda İrandan min tondan çox forel gətirilib – Kiloqramı 7,6 manata
Bu gün, 06:46
Tibb şirkətinin dövlətə vergi borcu yarandı - "İZOMER MEDİCAL" MMC büdcəyə ödəniş etmir
Bu gün, 06:43
Naxçıvanda idarəetmə problemi... ONSUZ DA VAR!
Bu gün, 06:32
Bu təhsil binası heç oynamalı halda deyil - NAZİRİN NƏZƏRİNƏ...
Bu gün, 06:26
Aİ-dən Azərbaycan əsilli iş adamına qarşı ŞOK SANKSIYA! – Siyahıya salındı
Bu gün, 06:17
“Həmkarlar”ın etiraz doğuran turpaketi... - “O boyda pul yığırlar, verdikləri yeməyə bax” + VİDEO
Bu gün, 06:12
Bakının 9 rayonunda bu binalar sökülür – Sakinlərinə MÜHÜM XƏBƏR
Bu gün, 06:07
Min kilometrlərlə aralıda güllə atılanda məhsullar niyə bahalaşır?.. - HƏQİQƏTƏN DƏ...
Bu gün, 05:53
Fermerlərin problemi: Ona çarə tapılacaqmı? - Ekspert deyir ki...
Bu gün, 05:49
Azərbaycan, yoxsa rus bölməsi? – AKTUAL MÜZAKİRƏ
Bu gün, 05:47
Daha "Ləzzət" də LƏZZƏT ELƏMİR - GİLEY
Bu gün, 05:42
"Mən müğənni olmaq istəməmişəm ki..."
Bu gün, 05:37
Netanyahu parlament seçkilərində qalib gəlmək niyyətində olduğunu bildirib - KİV
Bu gün, 05:30
Cənubi Qafqazda "soyuq müharibə" nəzarətdən çıxır - Paşinyanın "Avropa xəyalı" Rusiyanı geopolitik labirintə yönəldir
Dünən, 18:39
Qərb İrana qarşı sanksiyaları ləğv etməyə tələsmir - GƏLİŞMƏ
Dünən, 18:35
İş saatlarının dəyişdirilməsi Bakıda tıxacı azaldacaq? - AKTUAL
Dünən, 17:14
Polşa Orxan Məmmədbəylini niyə axtarışa verib? - TƏFƏRRÜAT
Dünən, 17:12
Rusiya nə mesaj verir? - ŞƏRH
Dünən, 16:45
Sabahdan sığorta ilə bağlı bu sistem ləğv edilir, yeni əmsalın tətbiqinə başlanılır - DETALLAR
Dünən, 16:35
Paşinyan və Anna Hakopyan boşanmayıblar? – Baş nazirin qərarı müzakirələrə səbəb olub
Dünən, 16:25
“Dövlət teatrlarının heç birində vakansiya yoxdur” - Gənc aktrisadan etiraz
Dünən, 16:21
Paşinyandan Kremli “havalandıracaq” daha bir addım - ŞOK DETALLAR
Dünən, 16:18
Sabah Məhərrəm ayı başlayır
Dünən, 16:13
Moskvada Elvin Paşayev dələduzluq ittihamı ilə həbs edilib - TƏFƏRRÜAT
Dünən, 16:11
Qalmaqallı “zərbə planı” İranı necə xilas etdi? – Pezeşkiandan SEPAH həmləsi
Dünən, 13:37
Əsrin sövdələşməsi, yoxsa... - Kövrək razılaşmanın pozulma ehtimalı
Dünən, 13:32
Ermənistan KTMT-dən ÇIXA BİLƏR - GƏLİŞMƏ
Dünən, 13:26
Seçkidən sonra Bakı ilə İrəvan arasında ilk təmas: - Dilican görüşü nəyə təkan verə bilər?
Dünən, 13:22
737 nümayəndədən 729-u Orbana səs verdi: - “Heç vaxt təslim olmuram”
Dünən, 13:10
Putin Kiyevdə dinc sakinləri bombalayarkən Çin bir güllə atmadan Rusiyanın şərq ərazilərini işğal edir...
Dünən, 13:00
Ermənistanda köhnə xəstəlik yenidən xortlayıb
Dünən, 12:57
Tikinti sektoru ötən il gözləntiləri doğrultmayıb - Hesablama Palatası
Dünən, 12:45
Mirzoyandan Kremli qəzəbləndirəcək demarş - KİV
Dünən, 12:41
Eyni anda iki həqiqət: ABŞ İrana təslim oldu - Senatordan səs-küylü paylaşım
Dünən, 12:12
Turizm Agentliyinin 878 minlik tenderi ləğv edilib - SƏBƏB NƏDİR?
Dünən, 11:53
Bir imza ilə başlayan yeni strateji dövr - MƏQALƏ
Dünən, 11:52
Mahsun Bakıda kimin toyuna gəlib? - Məclisə yüksək çinli məmurlar da getdi
Dünən, 11:50
“Qarabağ problemini yaratmaqla çox şeylər itirdik” - Hovannasiyan
Dünən, 11:42
Ermənilər təəccüb içində: Paşinyanın partiyası parlamentə rusları da buraxacaq - DETALLAR
Dünən, 11:41
Seçkidən sonra İrəvanın gözlədiyi mesajı Hacıyev verdi – Dilicanda diqqətçəkən detal
Dünən, 11:30
"Azenco"nun mənfəəti bölüşdürüləcək
Dünən, 11:28
Vüqar Ağayev bəraət aldı: azərbaycanlı kriminal avtoriteti kim öldürüb? - TƏFƏRRÜAT
Dünən, 11:13
Vəzifəli şəxs vəfat etdi - FOTO
Dünən, 11:11
Flora Kərimovanın səhhəti normaldır - Yaqut İmanova
Dünən, 11:08
“Yəqin Kamal Abdulla qısqanc insandır, ya da qadını ona qarşı biganə olub ki, bu sözü deyir” - REAKSİYA
Dünən, 10:40
Ermənistanda neçə azərbaycanlı daşınmaz əmlak alıb? - AÇIQLAMA
Dünən, 10:35
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru