“Tərəflərdən biri razılaşmanı yerinə yetirmək üçün özünün payına düşən yolu getmək vəziyyətində deyil” .....                     "Bu qədər zülmkar, qəddar və vicdansız olmayın! Qaytarın o xanımı işinə!" .....                     "Bu o demək deyil ki, hər şey alınacaq.." .....                     Qara dənizdə yoxa çıxan belaruslu eks-məmur: vaqiədə 4 azərbaycanlının adı keçir .....                     Moskvaya hücum: .....                     Azər Məmmədovdan yeni İXTİSAR TƏDARÜKÜ... .....                     Söküntü ilə məşğul olan bələdiyyə sədri nə düşünür? .....                     Paşinyan onlara necə qalib gələ bildi? .....                     Hörmüz boğazında təhlükəsiz keçid mexanizmi yaradılacaq .....                     Ucuz dronlar Qərbin ənənəvi strategiyasını darmadağın edir .....                     Yay məktəbi, yoxsa yay işgəncəsi? .....                     "Mən məcbur qalıb sizdən kredit götürdüm, çox da peşman oldum..." .....                     "Prezidentimiz hər zaman deyir ki, məmur özbaşınalıqlarına dözümsüz olmalıyıq…" .....                     SOCAR-ın zavodundan 12 ton benzin oğurlanıb: Həbs olunanlar var .....                     SOCAR rəhbərliyi ilə bağlı ŞOK İDDİA .....                     "Vətəndaşlar nə əziyət çəkir sizin əlinizdən..." .....                     Vətəndaş bu quruma qarşı iddia qaldırdı .....                     Demokratiya bax belə işləyir! .....                     Azərbaycanda çay istehsalı niyə azalıb? .....                     Türkiyənin Azərbaycandan keçən TÜRKÜSTAN YOLU... .....                     "Bəzi şəxslər bunu inkar edib, boyunlarına almırlar" .....                     ABŞ-İran danışıqlarının ilk mərhələsi başa çatıb .....                     Fuad Nəcəfli haqda sensasiya: “Bu məsələ ortaya çıxsa…” .....                     Ukrayna Rusiyaya 3000 kilometrdən uzaq məsafədə zərbələr endirəcək .....                     Sarayda camaatın dil-dodağı quruyub... .....                     Siyasi ekspert suya görə icra başçısına SƏSLƏNDİ .....                     Krım tam böhran şəraitində... .....                     "Bloger, qey və fahişələri dövlət tədbirlərinə dəvət etməyin" .....                     "Bayırşəhərdə tarixi abidələr siyahıdan çıxarılıb məhv edilir..." .....                     Aqil Abbas DÜZMÜ BUYURUR?.. .....                     Kir Starmer bazar ertəsi istefaya gedə bilər .....                     Bu təfəkkürlə TƏHSİLİMİZİ HARA APARIRSINIZ? .....                     Bir şair yaşadı Mingəçevirdə... .....                     AYNA 29 milyon manatlıq tenderə cəmi 7 gün vaxt verdi .....                     Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin yaradılmasından .....                     Təhsil Tələbə Krediti Fondu auditor tapa bilmədi .....                     "Zaur Mikayılova deyin, Yeni Günəşliyə məhsul göndərsin, tükənib" .....                     "İstedadlı adam nə yazır yazsın, onu istedadla yazır" .....                     "Yaxşı, deyək ki, tələbələri apardınız müftə fəhləliyə..." .....                     DİQQƏT: pul yalnız bank köçürməsi yolu ilə verilə bilər... .....                 

“44 günlük müharibə Azərbaycanda separatizm ehtimalını bütünlüklə dəfn elədi” - HƏQİQƏTƏN DƏ...
Tarix: 15-03-2022, 09:02 | Çap et
“44 günlük müharibə Azərbaycanda separatizm ehtimalını bütünlüklə dəfn elədi”
Rusiyanın Ukraynaya hücumu Azərbaycan cəmiyyətində mənfi qarşılanıb. Ölkə əhalisinin böyük əksəriyyəti Ukrayna xalqının azadlıq mübarizəsini dəstəkləyir. Azərbaycan dövləti də Ukraynanın ərazi bütövlüyü prinsipinə sadiq qalaraq, müharibə şəraitində yaşayan ölkəyə ardıcıl humanitar yardımlar göndərir.

Paralel olaraq Azərbaycan Rusiyaya qarşı hər hansı diplomatik və qonşuluq münasibətlərindən kənar münasibət göstərmir. Dövlətimiz 22 fevralda Moskvada imzalanan “Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında müttəfiqlik qarşılıqlı fəaliyyəti haqqında” Bəyannaməyə də sadiqdir.

Bütün bunların fonunda sosial şəbəkələrdə yayılan məlumat Azərbaycanda narahatlıq və qəzəblə qarşılanıb. Məlumatdan aydın olur ki, Rusiyanın Azərbaycandakı səfirliyinin İnstagram hesabında guya Lənkəran rayonundan olan bir qrup soydaşımızın səfirliyə gül göndərdiklərinə dair paylaşım edilib. Guya Lənkəran sakinləri bununla Ukraynada öldürülən işğalçı ordunun hərbçilərinin xatirəsini yad ediblər. Üstəlik də həmin hərbçilərin fotosu olan xatirə lövhəsi hazırlayaraq, onu səfirliyə təqdim ediblər.

Paylaşım sosial şəbəkələrin Azərbaycan seqmentində geniş müzakirələrə səbəb olub. Azərbaycan vətəndaşları hesab edirlər ki, bu, Azərbaycana qarşı açıq şantaj və təhdiddir. Demək istəyirlər, cənub bölgəsində separatizm ocağını qalaya bilərik. “Talış Muğan Respublikası” təxribatı yaddaşlardan hələ silinməyib. Rusiyanın Azərbaycanı bölmək, parçalamaq siyasətinin ən qaynar vaxtlarına təsadüf edən “TMR” ideyası Azərbaycan xalqının qətiyyətli hərəkəti ilə tarixin zibilliyinə atıldı.

Hesab olunur ki, Azərbaycan ictimaiyyətindəki anti-Rusiya havasına qarşı bu cür təxribat xarakterli mesaj verilməsi, Ukraynanın ərazi bütövlüyünə dəstək verən Azərbaycan hakimiyyətinə təzyiq məqsədi daşıyır. Azərbaycan dövlətinin cavabı nə ola bilər? Ümumiyyətlə, Azərbaycan ərazisində yenidən milli separatizm üzərindən oyunlar qurulması mümkündürmü? diaaz.space xəbər verir ki, təhlükəsizlik məsələləri üzrə ekspert İlham İsmayılın “Yeni Müsavat”a dediyinə görə, Rusiyada “Talış Mədəniyyət Mərkəzi” adlı separatizmi təbliğ edən qurumun fəaliyyəti həmişə dəstəklənir: “Bu qurumun rəhbərini hətta Rusiyanın mədəniyyət naziri qəbul etmişdi. Əsas məqsəd Azərbaycanda, yaxud Rusiyada talış mədəniyyətinin təbliğ olunması deyil, separatçılığın əsaslarını yaratmaq idi. Bu, hələ Fəxrəddin Abbaszadənin həbsindən əvvəl olmuşdu. İndi də bu paylaşıma gəlincə, ola bilsin ki, Rusiyada fəaliyyətini hələ də davam etdirən Talış Mədəniyyət Mərkəzində olan şəxslərin işidir bu. Rusiya tərəfi də fürsəti qaçırmayıb, Lənkəranı xüsusi vurğulamaqla məsələni ictimailəşdirib. Burada həm də məqsəd Azərbaycanın Ukrayna məsələsində Rusiyanın yanında olduğu görüntüsünü yaratmaqdır. Sanki Azərbaycan Rusiyanın Ukraynaya qarşı işğalçı siyasətini dəstəkləyir. Amma əmin ola bilərsiniz ki, Ukraynada prosesləri dərindən izləyən, analiz edən siyasətçilər kifayət qədərdir. Onlar səfirliyin paylaşımının da, paylaşımda Lənkəranın adının qabardılmasının da məqsədini yaxşı bilirlər. Bu baxımdan, bu məsələnin Ukrayna ilə Azərbaycan arasındakı münasibətlərə hansısa təsirinin olacağı real deyil”.

İ.İsmayıl bildirir ki, Azərbaycanla Rusiya arasında fevralın 22-də imzalanan bəyannamədə hər iki ölkədə bir-birinə qarşı ayrı-ayrı şəxslərin, həmçinin təşkilatların fəaliyyətinə imkan verilməyəcəyi qeyd olunub: “Çox təəssüf ki, Rusiyada Talış Mədəniyyət Mərkəzinin fəaliyyəti nəinki dayandırılmayıb, hətta bu paylaşımla Rusiya Azərbaycan daxilində separatizmi dəstəklədiyini ortaya qoyur. Bunu Azərbaycan dövlətinə separatizmi alovlandıracağına dair xəbərdarlıq kimi qiymətləndirmirəm, çünki hazırda Rusiya elə aqressivləşib ki, bunu müxtəlif qurumlar vasitəsilə adi telefonla da çatdıra bilər. Təcrübədə belə şeylər olub. Sadəcə, Rusiya hazırda məğlub durumdadır, özünün haradasa dəstəkləndiyini nümayiş etdirməyə ehtiyac duyur”.

Ekspertin fikrincə, hətta Rusiya istəsə belə, Azərbaycanda bundan sonra milli separatizmi gücləndirə bilməz: “44 günlük Vətən müharibəsində Ermənistan üzərindəki qələbə ilə bu məsələ birdəfəlik qapanıb”.

Lənkəran rayonunun tanınmış ziyalısı, ictimai fəal İltifat Rəhimzadə hesab edir ki, hazırda Lənkəranda yaşayan insanların Ukraynada öldürülən Rusiya hərbçilərini tanıması, fotolarına malik olması mümkün deyil: “Rusiyada, xüsusilə Sibir ərazisində çoxsaylı talışlar yaşayırlar. Onların bir çoxu sahibkarlıqla məşğul olur. Bəzi talışlar Rusiyadakı Talış Mədəniyyət Mərkəzinin təsiri altındadırlar. Bu mərkəz öz fəaliyyətini talış mədəniyyətinin, dilinin, ədəbiyyatının təbliği adı altında pərdələməyə çalışsa da, məqsəd başqadır. Bəzi talışlar da həmin mərkəzin təsir dairəsindədir. Onlar Rusiya ilə bağlanan müqavilədən sonra bu ölkədə özlərinə daha yaxşı imkanlar təmin etməyə çalışırlar. Bu baxımdan, ola bilsin ki, buradakı yaxınları vasitəsilə Rusiya səfirliyinə gül göndərsinlər. Bu, sırf onların şəxsi maraqlarından irəli gələn addım olmaqla, talış xalqının iradəsini ifadə etmir. Talışlar separatçılara cavabı Vətən müharibəsində veriblər. Onlar bu dövləti öz dövlətləri sayırlar, onun ərazi bütövlüyü uğrunda canlarından keçirlər. Talış oğulları Azərbaycan dövlətinə düşmən olan ermənilərlə savaşda böyuk hünər göstəriblər və Azərbaycan xalqı da öz övladlarının bu qəhrəmanlığını ən yüksək səviyyədə qiymətləndirib. Üç-beş nəfərin hərəkətlərini talışların adına yazmaq olmaz. Necə deyərlər, meşə çaqqalsız olmaz, hər millətdə nankorlar olur”.

İ.Rəhimzadənin sözlərinə görə, talışlar bütün Azərbaycan xalqı kimi Ukrayna xalqının azadlıq mübarizəsini dəstəkləyir: “Biz Rusiyanın Ukraynaya hücumunu faşistlərin SSRİ-yə hücumu kimi qiymətləndiririk. Talışların bu məsələdə mövqeyi bütün Azərbaycan xalqının mövqeyindən fərqlənmir. Ukrayna xalqının azadlıq sevgisini, mübarizəsini dəstəkləyirik, Rusiya faşizminin tezliklə durdurulmasını arzulayırıq”.










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
“Tərəflərdən biri razılaşmanı yerinə yetirmək üçün özünün payına düşən yolu getmək vəziyyətində deyil” - UŞAKOV
Bu gün, 08:28
"Bu qədər zülmkar, qəddar və vicdansız olmayın! Qaytarın o xanımı işinə!" - ÇAĞIRIŞ
Bu gün, 08:22
"Bu o demək deyil ki, hər şey alınacaq.." - partiya sədri
Bu gün, 08:16
Qara dənizdə yoxa çıxan belaruslu eks-məmur: vaqiədə 4 azərbaycanlının adı keçir - TƏFƏRRÜAT
Bu gün, 08:09
Moskvaya hücum: - Putin niyə susur?
Bu gün, 08:05
Azər Məmmədovdan yeni İXTİSAR TƏDARÜKÜ... - Daha 27 ailə...
Bu gün, 08:03
Söküntü ilə məşğul olan bələdiyyə sədri nə düşünür? - BİR SORUŞAN YOXDUR Kİ...
Bu gün, 07:56
Paşinyan onlara necə qalib gələ bildi? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 07:27
Hörmüz boğazında təhlükəsiz keçid mexanizmi yaradılacaq - İran XİN
Bu gün, 07:05
Ucuz dronlar Qərbin ənənəvi strategiyasını darmadağın edir - AKTUAL
Bu gün, 07:02
Yay məktəbi, yoxsa yay işgəncəsi? - BU NƏDİ BELƏ?
Bu gün, 07:01
"Mən məcbur qalıb sizdən kredit götürdüm, çox da peşman oldum..." - ETİRAZ VAR!
Bu gün, 06:55
"Prezidentimiz hər zaman deyir ki, məmur özbaşınalıqlarına dözümsüz olmalıyıq…" - QALMAQAL
Bu gün, 06:50
SOCAR-ın zavodundan 12 ton benzin oğurlanıb: Həbs olunanlar var - TƏFƏRRÜAT
Bu gün, 06:44
SOCAR rəhbərliyi ilə bağlı ŞOK İDDİA - "Görün, nə tipli işlərlə məşğuldurlar..."
Bu gün, 06:37
"Vətəndaşlar nə əziyət çəkir sizin əlinizdən..." - GİLEY
Bu gün, 06:30
Vətəndaş bu quruma qarşı iddia qaldırdı - "Belə bir ağır vəziyyətdə.."
Bu gün, 06:23
Demokratiya bax belə işləyir! - REPLİKA
Bu gün, 06:17
Azərbaycanda çay istehsalı niyə azalıb? - ARAŞDIRMA
Bu gün, 06:13
Türkiyənin Azərbaycandan keçən TÜRKÜSTAN YOLU... HAMAR OLACAQMI?
Bu gün, 06:10
"Bəzi şəxslər bunu inkar edib, boyunlarına almırlar"
Bu gün, 06:06
ABŞ-İran danışıqlarının ilk mərhələsi başa çatıb - TASS
Bu gün, 06:04
Fuad Nəcəfli haqda sensasiya: “Bu məsələ ortaya çıxsa…” - İLGİNC İDDİA
Bu gün, 06:02
Ukrayna Rusiyaya 3000 kilometrdən uzaq məsafədə zərbələr endirəcək - Zelenski
Bu gün, 06:00
Sarayda camaatın dil-dodağı quruyub... - MÜRACİƏT
Dünən, 20:08
Siyasi ekspert suya görə icra başçısına SƏSLƏNDİ - "Bu insanlara yazığın gəlsin!"
Dünən, 20:00
Krım tam böhran şəraitində... - "Krım Realiyi"
Dünən, 16:23
"Bloger, qey və fahişələri dövlət tədbirlərinə dəvət etməyin" - ÇAĞIRIŞ
Dünən, 15:06
"Bayırşəhərdə tarixi abidələr siyahıdan çıxarılıb məhv edilir..." - NARAZILIQ VAR...
Dünən, 14:42
Aqil Abbas DÜZMÜ BUYURUR?.. - AKTUAL
Dünən, 14:24
Kir Starmer bazar ertəsi istefaya gedə bilər - "Observer"
Dünən, 12:44
Bu təfəkkürlə TƏHSİLİMİZİ HARA APARIRSINIZ? - ETİRAZ VAR!
Dünən, 12:17
Bir şair yaşadı Mingəçevirdə... - VİDA SÖZÜ...
Dünən, 11:44
AYNA 29 milyon manatlıq tenderə cəmi 7 gün vaxt verdi - QALİB ŞİRKƏT BÖYÜK SİFARİŞ ALDI
Dünən, 11:39
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin yaradılmasından 25 il ötür...
Dünən, 11:36
Təhsil Tələbə Krediti Fondu auditor tapa bilmədi – TENDER LƏĞV EDİLDİ
Dünən, 11:33
"Zaur Mikayılova deyin, Yeni Günəşliyə məhsul göndərsin, tükənib" - MÜRACİƏT
Dünən, 11:31
"İstedadlı adam nə yazır yazsın, onu istedadla yazır" - Elxan Zal
Dünən, 09:48
"Yaxşı, deyək ki, tələbələri apardınız müftə fəhləliyə..." - ŞƏRH
Dünən, 09:26
DİQQƏT: pul yalnız bank köçürməsi yolu ilə verilə bilər... - ƏKS HALDA...
Dünən, 09:19
SEPAH-ın əl-qolu açılır... - "Reuter"
Dünən, 09:13
"Onlar əsl apokalipsis təlxəkləridir..." - Yuri Şevçuk
Dünən, 08:46
Təhsildə Keyfiyyət Təminatı Agentliyinın KEYFİYYƏTSİZLİYİ... - "Bu qurum elə hesab edir ki..."
Dünən, 08:37
Bir dövlət qurumunda verilən şiddətli töhmət digərində KEÇƏRSİZDİR? - DƏLİXANADIR, VALLAH...
Dünən, 08:24
"Təsəvvür eləyin, göydən od yağır, avtobus beş saata gəlir..." - AXI NİYƏ?..
Dünən, 08:17
General Həzi Aslanovun şəxsi sənədlərində nə yazılırdı ? - FOTOFAKT
Dünən, 08:07
"Yəqin ki, daha “World-Telecom” şirkətindən məhsul alan olmyacaq..." - ÇÜNKİ...
Dünən, 08:00
Saatlı uzaqdır, yoxsa MARS? - NARAZILIQ VAR...
Dünən, 07:50
Rusiyaya qarşı BİR OLSALAR DA... - aradakı uçurum ÇOX TARİXİDİR...
Dünən, 07:35
"Burdan nəsə alanda İKİ DƏFƏ fikirləşin" - ÇAĞIRIŞ
Dünən, 07:23
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru