Partiyalar haqqında qanun ictimai müzakirəyə çıxarılmalıdır - TƏLƏB!
Tarix: 20-01-2022, 12:32 | Çap et
 “Siyasi partiyalar haqqında” yeni qanun layihəsi Milli Məclisdə müzakirəyə çıxarıla bilər. Bu barədə Milli Məclis sədrinin müavini Fəzail İbrahimli deyib. Onun sözlərinə görə, layihənin rəhbərlik etdiyi komitənin yaz sessiyasının işlər planına daxil edilməməsinə baxmayaraq, sessiya müddətində tam hazırlanıb müzakirəyə çıxarılacağı istisna olunmur:
“Komitənin işlər planına salınmaması o demək deyil ki, qanun layihəsi parlamentdə müzakirə edilə bilməz. Əgər ehtiyac olarsa, qanun layihəsi işlər planına daxil edilə və parlamentin müzakirəsinə çıxarıla bilər”. Xatırladaq ki, “Siyasi partiyalar haqqında” qanun 1992-ci ildə qəbul edilib. Əksər siyasilər hesab edirlər ki, Azərbaycanda “Siyasi partiyalar haqqında” yeni qanunun qəbul olunması zərurətdir. Ölkədə fikir plüralizmi, siyasi dünyagörüş çalarları artırsa, bunun özü siyasi münasibətlərdə keyfiyyət yeniliyi yaradar. Həmçinin, qlobal çağırışlar Azərbaycandan daha təkmil fəaliyyət tələb edirsə, siyasi sistem mütləq təkmilləşməlidir. Bütün bunların da qanunvericilik bazası olmalıdır ki, fəaliyyət tənzimlənsin.
DİA.AZ-ın məlumatına görə, AĞ Partiya sədri Tural Abbaslı “Şərq”ə açıqlamasında bildirib ki, “Siyasi partiyalar haqqında” qanuna ötən müddət ərzində bəzi dəyişikliklər edilib. Amma təəssüflə qeyd etməliyik ki, bu düzəlişlər çoxpartiyalı demokratik sistemin güclənməsinə heç bir töhfə verməyib. Əgər “Siyasi partiyalar haqqında” qanun demokratik, işlək olsaydı, bu gün Azərbaycanda xeyli güclü partiyalar olardı. Bu qanun partiyaların güclənməsinə, siyasi həyatda rolunun artırılmasına, dövlət idarəçiliyində təmsil olunmasında yardımçı olmalıdır. Qanun partiyalara möhkəmlənmə və strukturlaşma istiqamətində stimul verməlidir. Siyasi təşkilatların səlahiyyətləri, imtiyazları artırılmalıdır. Bizdə 50 manata və 20 dəqiqəyə qeydiyyatdan keçirilən hansısa MMC-nin hüquq və səlahiyyətləri minlərlə insanı özündə birləşdirən siyasi partiyaların səlahiyyətlərindən daha çoxdur. Xeyli boşluqlar var. AĞ Partiya olaraq bir sıra fikirlərimizi şifahi şəkildə hökumətin diqqətinə çatdırmışıq. Hesab edirəm ki, partiyalar haqqında qanun ictimai müzakirəyə çıxarılmalıdır. Əgər qanunun işlək və faydalı olmağını, insanların ictimai-siyasi həyatda fəallığını istəyiriksə, reallıq, müasir siyasi situasiya nəzərə alınaraq qəbul olunmalıdır. Elə qanun qəbul etməliyik ki, partiyalar siyasi fəaliyyətdə peşəkarlaşsın və Milli Məclisə oliqarxlar, kartof və ya tozsoran satanlar deyil, əsl siyasət adamları düşsün”.
T.Abbaslı vurğulayıb ki, partiyaların qeydiyyatı, maliyyələşməsi, qərargahla təmin olunması, regionlarda fəaliyyətinin genişlənməsi, dövlət qurumları ilə münasibətlər və s. məqamlar tənzimlənməlidir:
“Oğuz rayonunda partiyamızın şöbəsini açmaq istəyirəmsə, bu məsələ rayonun icra başçısının şəxsi kefindən asılı olmamalıdır. Əlbəttə, bəzi tələblər daha da sərtləşdirilə bilər. Məsələn, partiyanın hüquq və səlahiyyətləri artırılırsa, öhdəlikləri, məsuliyyəti də paralel artırılmalıdır. Qeydiyyatın tələblərini ağırlaşdıra, seçkidə fəal olmağı, rayon şöbələrinin sayını şərt qoşa bilərlər. O zaman bir-iki adamdan ibarət partiyalar da olmaz. Kimlərsə özlərinə “mən partiya sədriyəm” deyib gəzməzlər. Amma “Siyasi partiyalar haqqında” qanunu tələm-tələsik qəbul etmək də olmaz. Qanun partiyalara, partiyalar siyasi sistemə, siyasi sistem isə dövlətçiliyə xidmət etməlidir”.
ReAL-ın icra katibi Natiq Cəfərli isə bildirib ki, mükəmməl qanun mövcud konstitusion, iqtisadi və siyasi şəraitdə işlək ola bilməz. Onun sözlərinə görə, “Siyasi partiyalar haqqında” yeni qanun Konstitusiya, eləcə də siyasi və iqtisadi şərait dəyişilmədən qəbul olunacaqsa, ən azından Seçki Məcəlləsinə də uyğun dəyişikliklər edilməlidir:
“Hazırda mövcud olan qanunla müqayisədə yeni qanunda məhdudiyyətlər azaldılmalıdır. İctimai Televiziya parlament partiyalarını həftədə 30 dəqiqə, ayda 2 saat canlı efirlə təmin etməlidir. Partiyalar özləri bu yayımı canlı, ya da öncədən hazırlanmış məzmunla təmin etməlidir. Dövlət qeydiyyatından keçməmiş siyasi partiya adından ictimai çıxış və fəaliyyət, onun fəaliyyətində və ya fəaliyyətinin təşkilində iştirak tənzimlənməməlidir. Qeydiyyat üçün tələb olunan partiya üzvlərinin minimal sayının indiki 1000-dən 5000 nəfərə artırılması ideyası siyasi sistemin yeniliyə açıq saxlanılması marağına ziddir”.


|
|
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
|
|
| • Paytaxtda tut ağaclarını qurd basıb, təcili müdaxilə tələb edilir - SOS
Bu gün, 15:54 |
|
|
|
| • “Paşinyanı Bakıya dəvət etməyəcəklər, çağıracaqlar” - Koçaryan
Bu gün, 15:51 |
|
|
|
| • Turizm Agentliyi evlərin təmir bərpa qiymətini şişirtməkdə davam edir – Əvvəl Xınalıqda, indi də Lahıcda
Bu gün, 15:43 |
|
|
|
| • Onların “Qarabağ”dan ayrıldığı rəsmiləşdi - ADLAR
Bu gün, 15:40 |
|
|
|
| • Vətəndaşlar məhərrəmlik məclislərindəki səs-küydən narazıdırlar -İLAHİYYATÇI MÖVQE BİLDİRDİ
Bu gün, 15:34 |
|
|
|
| • Məşhur meyvə-tərəvəz istehsalçısının borcu 1 milyonu keçdi
Bu gün, 15:28 |
|
|
|
| • Pakistan vətəndaşı Azərbaycanda – YENİ ŞİRKƏT YARADIB
Bu gün, 15:27 |
|
|
|
| • SOCAR Serbiya şirkəti ilə yaxın həftələrdə səhmdarlar müqaviləsi İMZALAYACAQ
Bu gün, 15:20 |
|
|
|
| • ADNSU “Məzun günü” keçirmək üçün Əliağa Kürçaylının şirkətinə 83 min manat ödəyəcək - DETALLAR
Bu gün, 15:14 |
|
|
|
| • Sabiq MTN polkovniki həbsxanada dava edib - cəza tədbiri görülüb...
Bu gün, 15:12 |
|
|
|
| • “Lido” restoranında MÜƏMMALI ÖLÜM
Bu gün, 15:10 |
|
|
|
| • Putin və Lukaşenko Zelenskinin Belarusa qarşı təhdidlərini müzakirə edəcək - Peskov
Bu gün, 15:06 |
|
|
|
| • AQTA-nın özü ət məhsulunu ZƏHƏRLƏYİR? - "...orqanizm üçün təhlükə yaradır"
Bu gün, 15:00 |
|
|
|
| • Məmur hoteldə səs salan qonşusu ilə dava etdi - TƏFƏRRÜAT
Bu gün, 14:54 |
|
|
|
| • Rusiya ordusu Ukraynaya məxsus 700-dən çox dronu vurub - KİV
Bu gün, 14:45 |
|
|
|
| • Prezidentə yazılan məktuba sayqısızlıq: Mədəniyyət Nazirliyi bu cürəti kimdən alır? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 14:37 |
|
|
|
| • Əməkdar artistdən TƏSİRLİ çağırış – “Xadimə də olaram, təki...”
Bu gün, 14:34 |
|
|
|
| • 131 minlik dərman qaçaqmalçılığı - Türkiyə vətəndaşı 10 min ödəyəcək, ölkədən çıxarılacaq
Bu gün, 14:32 |
|
|
|
| • Tanınmış jurnalist dələduz şəbəkənin QURBANI OLUB... - TƏFƏRRÜAT
Bu gün, 14:26 |
|
|
|
| • Ermənistandan Moskvaya uçan təyyarə həyəcan siqnalı verib, Mahaçqalaya eniş edib
Bu gün, 14:13 |
|
|
|
| • 2 il əvvəl yaranan şirkət AYNA-dan 110,4 milyon manatlıq sifariş alıb - AY MAŞALLAH...
Bu gün, 13:38 |
|
|
|
| • Tramp–Meloni gərginliyi böyüyür: - NATO və “foto qalmaqalı”
Bu gün, 13:35 |
|
|
|
| • Qurban Qurbanov Elvini bağışlayıb? - SƏN DEMƏ...
Bu gün, 13:15 |
|
|
|
| • Rəşad Dağlı həmin cinayətdən danışdı: - "Dedi ki..."
Bu gün, 13:13 |
|
|
|
| • “İt” yenə sərsəmlədi: - “3 milyon erməni Azərbaycana qayıtmalıdır”
Bu gün, 13:11 |
|
|
|
| • “Qanunsuz çempionat keçirilməsinə cəhd edilir” - Araz Musayev Elçin Quliyevə müraciət etdi
Bu gün, 13:09 |
|
|
|
| • Mingəçevirdə döyülüb öldürülən 34 yaşlı kişinin anası danışdı: Mən də razı deyildim - TƏFƏRRÜAT
Bu gün, 13:06 |
|
|
|
| • Krım xaos içində: - Yarımadada turizm də dayandırıldı
Bu gün, 13:03 |
|
|
|
| • "Karabakh Group"a rəhbərlik ASK-nın Baş katibinə həvalə olundu - BUNDAN SONRA...
Bu gün, 13:00 |
|
|
|
| • Milyardlar ölkədən necə çıxarılır? - AKTUAL
Bu gün, 12:56 |
|
|
|
| • Kremllə Pekin arasında sərin yellər əsir... - İNCƏLƏMƏ
Bu gün, 12:54 |
|
|
|
| • Kriminal avtoritet "Antikvar"ın vəziyyəti ağırlaşdı – Həbsdən təcili xəstəxanaya aparıldı
Bu gün, 12:49 |
|
|
|
| • Qardaşının evinə qonaq getmişdi - 8-ci mərtəbədən yıxılıb öldü
Bu gün, 12:47 |
|
|
|
| • “2019-cu ildən işsiz kimi qeydiyyatdayam, hələ işlə təmin olunmamışam” - GİLEY
Bu gün, 12:42 |
|
|
|
| • Xəyyam Əlizadə yüksək vəzifəyə gətirildi - ƏMR
Bu gün, 12:40 |
|
|
|
| • Azərbaycanın ən böyük ixrac şirkətlərindən birinin rəhbərinə "stop" qoyuldu - TƏFƏRRÜAT
Bu gün, 12:29 |
|
|
|
| • Milli Məclisin sədri Əli Xameneinin vida mərasimində iştirak edəcək
Bu gün, 12:26 |
|
|
|
| • Kəmaləddin Heydərov onu Bakı alayının komandiri təyin etdi - FOTO
Bu gün, 12:22 |
|
|
|
| • Orden qalmaqalı BÖYÜYÜR - Zelenskidən Polşaya SƏRT XƏBƏRDARLIQ
Bu gün, 12:20 |
|
|
|
| • “Tacirə əsəbləşirəm, çox eqoist adamdır, Kənan mənim ifama görə tanındı, utanmırsan xalqı aldadırsan?”
Bu gün, 12:16 |
|
|
|
| • Neyrocərrahiyyə Xəstəxanasının direktoru ABŞ-da təhsil alan gənci niyə oraya buraxmır? - TƏFƏRRÜAT
Bu gün, 12:09 |
|
|
|
| • Sərxoş tanışının təhqirinə görə bıçağa əl atdı, 3 il həbs cəzası aldı – QƏRAR
Bu gün, 12:01 |
|
|
|
| • “Zeytun Pharma”nın anbar işçiləri ETİRAZA QALXDI - NARAZILIQ VAR...
Bu gün, 11:59 |
|
|
|
| • Ölkədə yumurta qıtlığı yarandı: marketlər üsyan etdi - BAZARI KİM QARIŞDIRIR?
Bu gün, 11:53 |
|
|
|
| • GİZLİ OLİQARX Qağaməlinin dövlət büdcəsinə ÜZANAN ƏLİ... - İLGİNC FAKTLAR...
Bu gün, 11:42 |
|
|
|
| • “Huawei Azərbaycan”ın direktoru dəyişdirilib - BUNDAN SONRA...
Bu gün, 11:27 |
|
|
|
| • Molla rejimi süquta doğru - İranın dağılması niyə qaçılmazdır?
Bu gün, 11:25 |
|
|
|
| • Tehrandan Zəngəzurla bağlı QƏRİBƏ siqnal – Bakıdan REAKSİYA
Bu gün, 11:22 |
|
|
|
| • AYNA yollarda nişanlanma işlərinə 29,4 milyon manat xərcləyəcək
Bu gün, 11:20 |
|
|
|
| • “AzerTelecom” və “Telecom Armenia” internet trafikinin tranziti üzrə müqavilə imzalayıb
Bu gün, 11:18 |
|
|
|
|