Bakı Neft Emalı zavodunda ƏYRİ İŞLƏR... .....                     Azərbaycanda universitet təşkilati-hüquqi formasını dəyişir .....                     Radiasiyalı yumurta, yoxsa müflis etmə planı? .....                     Azərbaycan təhsili iki yol arasında qalıb: .....                     Gürcüstanda azərbaycanlıların sayının artması müsbət tendensiyadır .....                     Auditorlar Palatasının sabiq vəzifəli şəxsləri ilə bağlı .....                     Bakıda 330 kilo çəkisi olan kişi evdən belə çıxarıldı .....                     Ümidsizliyə qapılan XANƏNDƏ: .....                     19 yaşlı qız 3-cü mərtəbədən yıxıldı .....                     Qadağa artdıqca, qiymət bahalaşır: .....                     “Azərbaycan məktəbi XXI əsrin insanını hazırlaya bilmir… .....                     Paytaxtda tut ağaclarını qurd basıb, təcili müdaxilə tələb edilir .....                     “Paşinyanı Bakıya dəvət etməyəcəklər, çağıracaqlar” .....                     Turizm Agentliyi evlərin təmir bərpa qiymətini şişirtməkdə davam edir .....                     Onların “Qarabağ”dan ayrıldığı rəsmiləşdi .....                     Vətəndaşlar məhərrəmlik məclislərindəki səs-küydən narazıdırlar .....                     Məşhur meyvə-tərəvəz istehsalçısının borcu .....                     Pakistan vətəndaşı Azərbaycanda .....                     SOCAR Serbiya şirkəti ilə yaxın həftələrdə səhmdarlar müqaviləsi .....                     ADNSU “Məzun günü” keçirmək üçün Əliağa Kürçaylının şirkətinə 83 min manat ödəyəcək .....                     Sabiq MTN polkovniki həbsxanada dava edib .....                     “Lido” restoranında .....                     Putin və Lukaşenko Zelenskinin Belarusa qarşı təhdidlərini müzakirə edəcək .....                     AQTA-nın özü ət məhsulunu ZƏHƏRLƏYİR? .....                     Məmur hoteldə səs salan qonşusu ilə dava etdi .....                     Rusiya ordusu Ukraynaya məxsus 700-dən çox dronu vurub .....                     Prezidentə yazılan məktuba sayqısızlıq: Mədəniyyət Nazirliyi bu cürəti kimdən alır? .....                     Əməkdar artistdən TƏSİRLİ çağırış .....                     131 minlik dərman qaçaqmalçılığı .....                     Tanınmış jurnalist dələduz şəbəkənin QURBANI OLUB... .....                     Ermənistandan Moskvaya uçan təyyarə həyəcan siqnalı verib, .....                     2 il əvvəl yaranan şirkət AYNA-dan 110,4 milyon manatlıq sifariş alıb .....                     Tramp–Meloni gərginliyi böyüyür: .....                     Qurban Qurbanov Elvini bağışlayıb? .....                     Rəşad Dağlı həmin cinayətdən danışdı: .....                     “İt” yenə sərsəmlədi: .....                     “Qanunsuz çempionat keçirilməsinə cəhd edilir” .....                     Mingəçevirdə döyülüb öldürülən 34 yaşlı kişinin anası danışdı: Mən də razı deyildim .....                     Krım xaos içində: .....                     "Karabakh Group"a rəhbərlik ASK-nın Baş katibinə həvalə olundu .....                 

“Şuşa o zaman Şuşa olacaq ki, orada uşaqların, körpələrin səsi gələcək” - deputat
Tarix: 7-01-2022, 08:08 | Çap et
“Şuşa o zaman Şuşa olacaq ki, orada uşaqların, körpələrin səsi gələcək”
Prezident İlham Əliyev Azərbaycan Respublikasında 2022-ci ilin “Şuşa İli” elan edilməsi haqqında sərəncam imzalayıb. Bu il Şuşanın yaranmasının 270 illiyi qeyd olunacaq. Bununla bağlı böyük tədbirlərin, festivalların keçirilməsi gözlənilir.

Qeyd edək ki, Şuşada artıq erməni işğalı zamanı ucaldılan binaların sökülməsinə başlanılır. Şuşada yeni məscid kompleksinin tikintisi üçün erməni işğalı illərində tikilmiş obyektlər söküləcək. Altı beşmərtəbəli bina, “parlament” adlanan bina və digər obyektlər sökülməlidir. Həmçinin abadlıq işləri aparılacaq. Erməni izləri birdəfəlik silinir.

Çox güman ki, “Şuşa İli”ndə həm də Şuşaya ilk qayıdış da gerçəkləşsin. Bəs tanınmışlar bu il Şuşada hansı tədbirlərin keçirilməsini arzulayır, gözləntiləri nədir?

DİA.AZ-ın məlumatına görə, millət vəkili Aqil Abbas mövzu ilə bağlı “Yeni Müsavat”a bildirdi ki, Şuşanın əvvəlki şöhrətini özünə qaytarmaq üçün çox işlər görülməlidir: “Yəni abidələrimiz bərpa olunmalıdır, erməni izləri silinməlidir. Bu il, yəni ”Şuşa İli"ndə şuşalıların Şuşaya geri dönüşü başlayacaq, onlar öz vətənlərinə qayıdacaqlar. Əlbəttə ki, proses tədricən həyata keçiriləcək. Lakin əsas odur ki, geri dönüş başlayacaq. Bütün Azərbaycan Şuşanın 270 illiyini qeyd edəcək. Bütün dünyadan, böyük ölkələrdən Şuşaya nümayəndələr gələcək, bu şəhəri görəcəklər. Həmçinin orada yenidən “Xarıbülbül” festivalı, Yazıçılar İttifaqının qurultayı keçiriləcək. Bildiyim qədər Şuşaya avtobus reysləri açılır. Yəni Şuşaya gediş-gəliş normal vəziyyətinə dönəcək. Ən əsası şuşalıların bir hissəsi bərpa olunmuş evlərinə köçə biləcəklər. Həmçinin gözləyirəm ki, Şuşada televiziya, radio açılsın. Vaxtilə orada televiziya olub. Özü də təkcə Azərbaycan dilində deyil, müxtəlif dillərdə. Lap elə erməni dilində də olsun, qoy onlar eşitsinlər ki, Şuşada, Azərbaycanda nələr olur.

Əvvəllər Şuşada pioner düşərgələri olub, indi də arzulayıram ki, hansısa formada o cür düşərgələr olsun, ölkənin hər yerindən uşaqlar Şuşaya axışsın. Şuşa o zaman Şuşa olacaq ki, orada uşaqların, körpələrin səsi gələcək, eşidiləcək".

Şuşa şəhərinin əsasını qoymuş Pənahəli xanın sülaləsinin ən parlaq nümayəndəsi Xan Şuşinskinin qızı Bəyimxanım Cavanşirova-Verdiyeva da mövzu ilə bağlı “Yeni Müsavat”a danışıb: “İlk öncə fürsətdən istifadə edib, bütün xalqımızı təbrik edirəm. Gözümüz aydın olsun, çox şükür! Gözləmədiyimiz anları yaşayırıq.

Əlbəttə ki, Şuşa bizim üçün çox doğmadır, əzizdir. Şuşa mənim ruhumun şəhəridir. Körpəliyim, uşaqlığım, xoşbəxt atalı-analı günlərim Şuşada keçib.

Bildiyiniz kimi, Şuşa şəhərinin 1752-ci ildə mənim ulu babam Qarabağ xanı Pənahəli xan Cavanşir tərəfindən bünövrəsi qoyulub. Şuşa əvvəllər Qala adlanırdı. Görkəmli musiqiçi Rəşid Behbudov “Qalalıyam, qalalı” mahnısını oxuyanda “Şuşalıyam, şuşalı” demək istəyirdi. Şuşa bir müddət Pənahabad adlandırılıb. Pənah xan qalanı tikib, ora zəmanəsinin tanınmış şairlərini, sənətkarlarını, nəqqaşlarını, alimlərini, simaca gözəl insanlarını cəlb edib, məskunlaşdırıb. Sonradan Şuşaya gəlib, orada yaşamaq istəyənlər qalanın ətrafında məskunlaşıblar, hansı ki, həmin yer Çöl Qala adlanırdı. Hərdən düşünürəm ki, bir əsrdə bu qədər dahi şəxsiyyətlər nədən məhz kiçik bir şəhərdən çıxıb? Bunun cavabı məhz bir az öncə dediyim faktla bağlıdır. Həqiqətən də o cür insanlardan, ziyalılardan törəyənlər dahi şəxsiyyətlər olmalı idi.

Şuşa bir zamanlar “Qafqazın konservatoriyası” adlanırdı. Lakin mən deyərdim ki, təkcə Qafqazın deyil, Şərqin konservatoriyası idi. Şuşada hər məhəllədən, hər qapıdan bir dahi çıxıb.

Çox sevindim ki, Prezidentimiz Şuşanı Azərbaycanın mədəniyyət mərkəzi adlandırdı. İstərdim ki, 2 əsr öncə olan ənənələr yenidən bərpa olunsun. Məsələn, Şuşada Realnıy məktəb var idi, orada tez-tez məclislər təşkil olunar, tanınmış ziyalılar, alimlər, şairlər bir yerə toplaşardı. Elə mənim babamın evində də bu cür məclislər keçirilərmiş. Həmin məclislərdə elə orada şeirlər yazılar, mahnılar bəstələnərmiş, hansı ki, hazırda da həmin vaxtlar sevilərək ifa olunur.

Atamda da musiqiyə sevgi, maraq məhz həmin gecələrdə yaranıb. Evlərində qrammafonlar olub, onlarda Şərqin tanınmış böyük sənətkarlarının səs yazılarını dinləyiblər.

Şuşa çox gözəl təbiətli şəhərdir. 30 il işğal altında olmasına baxmayaraq, öz əzəmətini qoruyub saxlaya bilib. Hazırda Prezidentimizin sərəncamı ilə orada çox gözəl bərpa işləri aparılır. İnanıram ki, həmin bərpa işləri bu il daha da sürətlənəcək. Düşünürəm ki, Prezidentimiz həm bu bərpa işlərinin sürətlənməsi, həm də Şuşanın bütün dünyada tanınması üçün bu ili “Şuşa ili” elan edib. Düşünürəm ki, Şuşa tezliklə dünyanın ən tanınmış turizm şəhərlərindən biri olacaq, dünyanın müxtəlif ölkələrindən ora axın edəcək, orada dünyaya səs salacaq musiqi və kino festivalları, müsabiqələr, konsert və tədbirlər keçiriləcək".

Əslən Şuşadan olan “Parni iz Baku” KVN komandasının üzvü, əməkdar artist Tahir İmanov da Şuşa ilə bağlı öz arzularını bildirib: “İşğaldan əvvəl mənim babam xalq artisti, bəstəkar Süleyman Ələsgərov konservatoriyanın Şuşa filialına rəhbərlik edib. Bu onun son vəzifəsi olub. Mən də onun nəvəsi kimi, ümumiyyətlə, ailəmiz çox istərdik ki, həmin filial yenidən bərpa olunsun və öz fəaliyyətini davam etdirsin. Şuşa ilə bağlı daha bir arzum, orada ”Parni iz Baku"nun konsertlərini keçirək. Şuşa işğaldan azad olunana qədər biz hər konsertimizi bu sözlərlə bitirmişik ki, gün o gün olsun yeni konsertimizi Şuşada keçirək. Komandamız hər an bu konsertə hazırdır.

Şuşa ilə bağlı keçirilən bütün tədbirləri alqışlayır və çox böyük sevinclə qarşılayıram. Düşünürəm ki, bundan sonra həyatımızın hər bir anı Şuşaya, Qarabağa həsr olunmalıdır. 30 il bu xalq, bu millət bu günləri gözləyib və öz əməlləri ilə ona yaxınlaşıb. Bundan sonra nə ediriksə-edək, hər kəs öz sahəsində, fəaliyyətində bu mövzuya həsr etməlidir".










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Bakı Neft Emalı zavodunda ƏYRİ İŞLƏR... - SOCAR Təhlükəsizlik idarəsinin iştirakı ilə...
Bu gün, 17:12
Azərbaycanda universitet təşkilati-hüquqi formasını dəyişir - DETALLAR
Bu gün, 16:55
Radiasiyalı yumurta, yoxsa müflis etmə planı? – İki istehsalçının “yumurta savaşı”
Bu gün, 16:53
Azərbaycan təhsili iki yol arasında qalıb: - Hansını seçsin?
Bu gün, 16:38
Gürcüstanda azərbaycanlıların sayının artması müsbət tendensiyadır - Natiq Cəfərli
Bu gün, 16:34
Auditorlar Palatasının sabiq vəzifəli şəxsləri ilə bağlı məhkəmə istintaqı yenilənib
Bu gün, 16:32
Bakıda 330 kilo çəkisi olan kişi evdən belə çıxarıldı - ŞOK VİDEO
Bu gün, 16:28
Ümidsizliyə qapılan XANƏNDƏ: - “Yeni nazirdən gözləntilərim çoxdur”
Bu gün, 16:25
19 yaşlı qız 3-cü mərtəbədən yıxıldı - Vəziyyəti ağırdır
Bu gün, 16:23
Qadağa artdıqca, qiymət bahalaşır: - Azərbaycanda maşın bazarı “ölüb”
Bu gün, 16:20
“Azərbaycan məktəbi XXI əsrin insanını hazırlaya bilmir… - DİM-in son hesabatı bunu deyir…”
Bu gün, 16:04
Paytaxtda tut ağaclarını qurd basıb, təcili müdaxilə tələb edilir - SOS
Bu gün, 15:54
“Paşinyanı Bakıya dəvət etməyəcəklər, çağıracaqlar” - Koçaryan
Bu gün, 15:51
Turizm Agentliyi evlərin təmir bərpa qiymətini şişirtməkdə davam edir – Əvvəl Xınalıqda, indi də Lahıcda
Bu gün, 15:43
Onların “Qarabağ”dan ayrıldığı rəsmiləşdi - ADLAR
Bu gün, 15:40
Vətəndaşlar məhərrəmlik məclislərindəki səs-küydən narazıdırlar -İLAHİYYATÇI MÖVQE BİLDİRDİ
Bu gün, 15:34
Məşhur meyvə-tərəvəz istehsalçısının borcu 1 milyonu keçdi
Bu gün, 15:28
Pakistan vətəndaşı Azərbaycanda – YENİ ŞİRKƏT YARADIB
Bu gün, 15:27
SOCAR Serbiya şirkəti ilə yaxın həftələrdə səhmdarlar müqaviləsi İMZALAYACAQ
Bu gün, 15:20
ADNSU “Məzun günü” keçirmək üçün Əliağa Kürçaylının şirkətinə 83 min manat ödəyəcək - DETALLAR
Bu gün, 15:14
Sabiq MTN polkovniki həbsxanada dava edib - cəza tədbiri görülüb...
Bu gün, 15:12
“Lido” restoranında MÜƏMMALI ÖLÜM
Bu gün, 15:10
Putin və Lukaşenko Zelenskinin Belarusa qarşı təhdidlərini müzakirə edəcək - Peskov
Bu gün, 15:06
AQTA-nın özü ət məhsulunu ZƏHƏRLƏYİR? - "...orqanizm üçün təhlükə yaradır"
Bu gün, 15:00
Məmur hoteldə səs salan qonşusu ilə dava etdi - TƏFƏRRÜAT
Bu gün, 14:54
Rusiya ordusu Ukraynaya məxsus 700-dən çox dronu vurub - KİV
Bu gün, 14:45
Prezidentə yazılan məktuba sayqısızlıq: Mədəniyyət Nazirliyi bu cürəti kimdən alır? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 14:37
Əməkdar artistdən TƏSİRLİ çağırış – “Xadimə də olaram, təki...”
Bu gün, 14:34
131 minlik dərman qaçaqmalçılığı - Türkiyə vətəndaşı 10 min ödəyəcək, ölkədən çıxarılacaq
Bu gün, 14:32
Tanınmış jurnalist dələduz şəbəkənin QURBANI OLUB... - TƏFƏRRÜAT
Bu gün, 14:26
Ermənistandan Moskvaya uçan təyyarə həyəcan siqnalı verib, Mahaçqalaya eniş edib
Bu gün, 14:13
2 il əvvəl yaranan şirkət AYNA-dan 110,4 milyon manatlıq sifariş alıb - AY MAŞALLAH...
Bu gün, 13:38
Tramp–Meloni gərginliyi böyüyür: - NATO və “foto qalmaqalı”
Bu gün, 13:35
Qurban Qurbanov Elvini bağışlayıb? - SƏN DEMƏ...
Bu gün, 13:15
Rəşad Dağlı həmin cinayətdən danışdı: - "Dedi ki..."
Bu gün, 13:13
“İt” yenə sərsəmlədi: - “3 milyon erməni Azərbaycana qayıtmalıdır”
Bu gün, 13:11
“Qanunsuz çempionat keçirilməsinə cəhd edilir” - Araz Musayev Elçin Quliyevə müraciət etdi
Bu gün, 13:09
Mingəçevirdə döyülüb öldürülən 34 yaşlı kişinin anası danışdı: Mən də razı deyildim - TƏFƏRRÜAT
Bu gün, 13:06
Krım xaos içində: - Yarımadada turizm də dayandırıldı
Bu gün, 13:03
"Karabakh Group"a rəhbərlik ASK-nın Baş katibinə həvalə olundu - BUNDAN SONRA...
Bu gün, 13:00
Milyardlar ölkədən necə çıxarılır? - AKTUAL
Bu gün, 12:56
Kremllə Pekin arasında sərin yellər əsir... - İNCƏLƏMƏ
Bu gün, 12:54
Kriminal avtoritet "Antikvar"ın vəziyyəti ağırlaşdı – Həbsdən təcili xəstəxanaya aparıldı
Bu gün, 12:49
Qardaşının evinə qonaq getmişdi - 8-ci mərtəbədən yıxılıb öldü
Bu gün, 12:47
“2019-cu ildən işsiz kimi qeydiyyatdayam, hələ işlə təmin olunmamışam” - GİLEY
Bu gün, 12:42
Xəyyam Əlizadə yüksək vəzifəyə gətirildi - ƏMR
Bu gün, 12:40
Azərbaycanın ən böyük ixrac şirkətlərindən birinin rəhbərinə "stop" qoyuldu - TƏFƏRRÜAT
Bu gün, 12:29
Milli Məclisin sədri Əli Xameneinin vida mərasimində iştirak edəcək
Bu gün, 12:26
Kəmaləddin Heydərov onu Bakı alayının komandiri təyin etdi - FOTO
Bu gün, 12:22
Orden qalmaqalı BÖYÜYÜR - Zelenskidən Polşaya SƏRT XƏBƏRDARLIQ
Bu gün, 12:20
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru