İcra hakimiyyəti kondisioner təmirinə 13 min manat xərcləyəcək .....                     İranın “neft hücumu” başladı .....                     “Deyirlər ki, partiyalar “satılıblar”, onda belə çıxır ki, dövlətdən məvacib alan hamı satılıb?” .....                     Qarabağın əski parçası Ermənistanda yığışdırılır .....                     Azərbaycan-Türkmənistan münasibətləri inkişafdadır .....                     Qədim tarixə söykənən Azərbaycan və Türkmənistan münasibətləri .....                     Sığınacaqdakı qızlara elçi düşənlərin məqsədləri... .....                     Rusiya və bu üç ölkə Ermənistandan təcili cavab gözləyir .....                     İşdən çıxarılan rəisin vəzifəsi bu şəxsə həvalə edildi .....                     Bakı Neft Emalı zavodunda ƏYRİ İŞLƏR... .....                     Azərbaycanda universitet təşkilati-hüquqi formasını dəyişir .....                     Radiasiyalı yumurta, yoxsa müflis etmə planı? .....                     Azərbaycan təhsili iki yol arasında qalıb: .....                     Gürcüstanda azərbaycanlıların sayının artması müsbət tendensiyadır .....                     Auditorlar Palatasının sabiq vəzifəli şəxsləri ilə bağlı .....                     Bakıda 330 kilo çəkisi olan kişi evdən belə çıxarıldı .....                     Ümidsizliyə qapılan XANƏNDƏ: .....                     19 yaşlı qız 3-cü mərtəbədən yıxıldı .....                     Qadağa artdıqca, qiymət bahalaşır: .....                     “Azərbaycan məktəbi XXI əsrin insanını hazırlaya bilmir… .....                     Paytaxtda tut ağaclarını qurd basıb, təcili müdaxilə tələb edilir .....                     “Paşinyanı Bakıya dəvət etməyəcəklər, çağıracaqlar” .....                     Turizm Agentliyi evlərin təmir bərpa qiymətini şişirtməkdə davam edir .....                     Onların “Qarabağ”dan ayrıldığı rəsmiləşdi .....                     Vətəndaşlar məhərrəmlik məclislərindəki səs-küydən narazıdırlar .....                     Məşhur meyvə-tərəvəz istehsalçısının borcu .....                     Pakistan vətəndaşı Azərbaycanda .....                     SOCAR Serbiya şirkəti ilə yaxın həftələrdə səhmdarlar müqaviləsi .....                     ADNSU “Məzun günü” keçirmək üçün Əliağa Kürçaylının şirkətinə 83 min manat ödəyəcək .....                     Sabiq MTN polkovniki həbsxanada dava edib .....                     “Lido” restoranında .....                     Putin və Lukaşenko Zelenskinin Belarusa qarşı təhdidlərini müzakirə edəcək .....                     AQTA-nın özü ət məhsulunu ZƏHƏRLƏYİR? .....                     Məmur hoteldə səs salan qonşusu ilə dava etdi .....                     Rusiya ordusu Ukraynaya məxsus 700-dən çox dronu vurub .....                     Prezidentə yazılan məktuba sayqısızlıq: Mədəniyyət Nazirliyi bu cürəti kimdən alır? .....                     Əməkdar artistdən TƏSİRLİ çağırış .....                     131 minlik dərman qaçaqmalçılığı .....                     Tanınmış jurnalist dələduz şəbəkənin QURBANI OLUB... .....                     Ermənistandan Moskvaya uçan təyyarə həyəcan siqnalı verib, .....                 

“Beynəlxalq hüquqda ərazi mübadiləsi var, amma nə Ermənistan, nə İran razılaşar” - Partiya sədri
Tarix: 2-11-2021, 10:56 | Çap et
“Beynəlxalq hüquqda ərazi mübadiləsi var, amma nə Ermənistan, nə İran razılaşar”
Ötən həftənin cümə günü “Yeni Müsavat” Media Qrupunun rəhbəri Rauf Arifoğlunun təqdimatında TVMusavat-da canlı yayımlanan “Dərin Təhlil” analitik proqramında regiondakı son proseslərlə bağlı kifayət qədər əhəmiyyətli fikirlər, proqnozlar, həmçinin təkliflər səsləndi. R.Arifoğlunun moderatorluğu ilə baş tutan polemikada parlamentin üç üzvü - Zahid Oruc, Qüdrət Həsənquliyev və Fazil Mustafa iştirak edirdilər. İki saatdan çox davam edən müzakirələrin gedişində deputat Həsənquliyev dərhal etirazla qarşılanan təklif və ehtimal irəli sürdü. Onun sözlərinə görə, Qarabağın dağlıq ərazisində suverenliyin təmin olunması əvəzində Xankəndi ilə Mehrinin dəyişdirilməsi razılaşdırıla bilər.

Amma onun bu fikrinə həmkarı Z.Oruc etiraz etdi və Azərbaycanın bir qarış ərazisinin də Ermənistana güzəştə gedilməyəcəyini açıqladı. Təxminən 20-22 il öncə də bu məsələ gündəmdə olub. O zaman Dağlıq Qarabağla Mehrinin dəyişdirilməsi təklifləri səsləndirilirdi. Amerikalı ekspert Pol Qoblun “ərazi mübadiləsi planı” ötən əsrin 90-cı illərində çox populyar idi, hətta danışıqların əsas tezisini, bazasını təşkil edirdi. İndi bu plan yenidən gündəmə gətirilir, mətbuatda bu tezislərin ətrafında müzakirələr aparılır. Söhbət təxminən eyni ölçüdə ərazini əhatə etməklə Laçın və Mehri dəhlizlərinin mübadiləsindən gedirdi.

İsveçrədə yaşayan jurnalist Elbəyi Həsənli bu məsələyə toxunarkən yazıb ki, Ermənistan Mehrini Azərbaycana verməz. Onun sözlərinə görə, Mehrini vermək o deməkdir ki, Ermənistanın İranla sərhədi olmayacaq: “Ermənistan buna razı olarmı? İran, Rusiya necə? Olmaz. Avropa Birliyi, ABŞ, Çin, Ərəb ölkələri... heç biri buna razılıq verməz. Bu işə yalnız Türkiyə, Pakistan, Böyük Britaniya, İsrail yaşıl işıq yandıra bilər”.

Siyasət adamları isə yazırlar ki, bu, Azərbaycan Respublikası Konstitusiyasının 11-ci maddəsinə ziddir, torpaqlarımızın heç bir hissəsini heç bir şəkildə kimsəyə vermək hüququmuz yoxdur. Yalnız sərhəd dəyişdirilməsi referenduma çıxarıla bilər ki, bunun da hüquqi təfsiri ərazi mübadiləsi deyil. Sərhəd xəttinin çəkilməsi ilə ərazi mübadiləsi fərqli hüquqi terminlərdir. Ona görə də yolverilməz haldır. Bəs Azərbaycanın rəsmi kursu bu perspektivə adekvatdırmı? Xankəndinin ermənilərə verilməsi və müqabilində Mehrinin alınması məntiqlidirmi, yoxsa zərərli qərar ola bilər?

Aydınlar Partiyasının sədri, hüquqşünas Qulamhüseyn Əlibəyli qeyd etdi ki, beynəlxalq hüquqda ərazi mübadiləsi var. Onun fikrincə, sadəcə, ermənilər razılaşmayacaq: “Prinsip etibarilə Azərbaycan üçün sərfəli variant saymaq olar. Zəngəzur dəhlizi öz yerində, Türkiyə ilə quru yolun əldə edilməsi ağıllı versiya olardı. Yəni beynəlxalq hüquq da buna icazə verir. Əgər nə zamansa baş tutsa, Azərbaycan üçün daha sərfəli olar. Amma bu gün baş tutacağını real görmürəm, buna nə Ermənistan, nə də İran razılaşar”.

Azərbaycan Liberal Demokrat Partiyasının (ALDP) sədri Fuad Əliyev “Yeni Müsavat” qeyd etdi ki, bu təklif Azərbaycan üçün ziyanlıdır: “Xankəndini vermək o deməkdir ki, bizim ərazidən, yəni Laçından keçəcəklər. Belə çıxır ki, Laçını da güzəştə getməli olacağıq. Ona görə qarşıda bizi gözləyən işlər üçün qəti şəkildə uyğun deyil. Biz qarşıdakı aylarda 10 noyabr sənədinin bütün bəndlərinin icra ediləcəyini görəcəyik. Sənəddə qeyd olunub ki, erməni separatçı silahlı dəstələri ərazimizdən çıxmalıdır, biz bunun reallaşmasına şahid olacağıq, həmçinin nəqliyyat-kommunikasiyalar açılacaq”.

ALDP sədri hesab edir ki, belə vaxtda bu təklifi müsbət qiymətləndirmir: “Əlbəttə, siyasətçilərin fərqli baxışları, subyektiv yanaşmaları, təklifləri ola bilər. Amma yenə diqqət etməliyik ki, Xankəndini güzəştə getdiyimiz halda onlar Laçın dəhlizindən keçməklə ərazilərimizdən istifadə edəcəklər. Buna razılaşmaq olmaz və biz 10 noyabr sənədinin icrasını tam yekunlaşdırmağa nail olmalıyıq”.

Professor Qabil Hüseynlinin “Yeni Müsavat”a söylədiyinə görə, torpaq dəyişməsi əvvəllər Saxarov, daha sonra Pol Qobl tərəfindən ideya kimi irəli sürülmüşdü. “Amma bu təkliflər alınmadı. Yəni ”Torpaq əvəzinə torpaq" şüarı altında iş aparıla bilmədi. O da var ki, torpaq dəyişməsi ermənilərin gözünü doyurmayacaq. Mənə elə gəlir ki, bu şəraitdə riskli nəticələrə gətirib çıxara bilər. Bu məsələləri sonra müzakirə etmək olar. İndi sərhədlərin delimitasiya və demarkasiyasına hazırlaşırıq, kommunikasiyaların açılması gündəmdədir. Ona görə torpaq dəyiş-düyüşü ərazi bütövlüyünün tanınmasından sonra bəlkə gündəmə gətirilə bilər, onun da bir faydası olacağını gözləmirəm", - deyə Q.Hüseynli vurğuladı.
“Yeni Müsavat”










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
İcra hakimiyyəti kondisioner təmirinə 13 min manat xərcləyəcək
Dünən, 18:00
İranın “neft hücumu” başladı – Azərbaycanın gəlirləri RİSK ALTINDA?
Dünən, 17:58
“Deyirlər ki, partiyalar “satılıblar”, onda belə çıxır ki, dövlətdən məvacib alan hamı satılıb?” - Tural Abbaslı
Dünən, 17:53
Qarabağın əski parçası Ermənistanda yığışdırılır - KİV
Dünən, 17:45
Azərbaycan-Türkmənistan münasibətləri inkişafdadır - MƏQALƏ
Dünən, 17:43
Qədim tarixə söykənən Azərbaycan və Türkmənistan münasibətləri - İsrafil Kərimovun yazısı
Dünən, 17:41
Sığınacaqdakı qızlara elçi düşənlərin məqsədləri... - Kəmalə Ağazadədən ilginc açıqlama
Dünən, 17:39
Rusiya və bu üç ölkə Ermənistandan təcili cavab gözləyir - Zaxarova
Dünən, 17:30
İşdən çıxarılan rəisin vəzifəsi bu şəxsə həvalə edildi - ƏMR
Dünən, 17:27
Bakı Neft Emalı zavodunda ƏYRİ İŞLƏR... - SOCAR Təhlükəsizlik idarəsinin iştirakı ilə...
Dünən, 17:12
Azərbaycanda universitet təşkilati-hüquqi formasını dəyişir - DETALLAR
Dünən, 16:55
Radiasiyalı yumurta, yoxsa müflis etmə planı? – İki istehsalçının “yumurta savaşı”
Dünən, 16:53
Azərbaycan təhsili iki yol arasında qalıb: - Hansını seçsin?
Dünən, 16:38
Gürcüstanda azərbaycanlıların sayının artması müsbət tendensiyadır - Natiq Cəfərli
Dünən, 16:34
Auditorlar Palatasının sabiq vəzifəli şəxsləri ilə bağlı məhkəmə istintaqı yenilənib
Dünən, 16:32
Bakıda 330 kilo çəkisi olan kişi evdən belə çıxarıldı - ŞOK VİDEO
Dünən, 16:28
Ümidsizliyə qapılan XANƏNDƏ: - “Yeni nazirdən gözləntilərim çoxdur”
Dünən, 16:25
19 yaşlı qız 3-cü mərtəbədən yıxıldı - Vəziyyəti ağırdır
Dünən, 16:23
Qadağa artdıqca, qiymət bahalaşır: - Azərbaycanda maşın bazarı “ölüb”
Dünən, 16:20
“Azərbaycan məktəbi XXI əsrin insanını hazırlaya bilmir… - DİM-in son hesabatı bunu deyir…”
Dünən, 16:04
Paytaxtda tut ağaclarını qurd basıb, təcili müdaxilə tələb edilir - SOS
Dünən, 15:54
“Paşinyanı Bakıya dəvət etməyəcəklər, çağıracaqlar” - Koçaryan
Dünən, 15:51
Turizm Agentliyi evlərin təmir bərpa qiymətini şişirtməkdə davam edir – Əvvəl Xınalıqda, indi də Lahıcda
Dünən, 15:43
Onların “Qarabağ”dan ayrıldığı rəsmiləşdi - ADLAR
Dünən, 15:40
Vətəndaşlar məhərrəmlik məclislərindəki səs-küydən narazıdırlar -İLAHİYYATÇI MÖVQE BİLDİRDİ
Dünən, 15:34
Məşhur meyvə-tərəvəz istehsalçısının borcu 1 milyonu keçdi
Dünən, 15:28
Pakistan vətəndaşı Azərbaycanda – YENİ ŞİRKƏT YARADIB
Dünən, 15:27
SOCAR Serbiya şirkəti ilə yaxın həftələrdə səhmdarlar müqaviləsi İMZALAYACAQ
Dünən, 15:20
ADNSU “Məzun günü” keçirmək üçün Əliağa Kürçaylının şirkətinə 83 min manat ödəyəcək - DETALLAR
Dünən, 15:14
Sabiq MTN polkovniki həbsxanada dava edib - cəza tədbiri görülüb...
Dünən, 15:12
“Lido” restoranında MÜƏMMALI ÖLÜM
Dünən, 15:10
Putin və Lukaşenko Zelenskinin Belarusa qarşı təhdidlərini müzakirə edəcək - Peskov
Dünən, 15:06
AQTA-nın özü ət məhsulunu ZƏHƏRLƏYİR? - "...orqanizm üçün təhlükə yaradır"
Dünən, 15:00
Məmur hoteldə səs salan qonşusu ilə dava etdi - TƏFƏRRÜAT
Dünən, 14:54
Rusiya ordusu Ukraynaya məxsus 700-dən çox dronu vurub - KİV
Dünən, 14:45
Prezidentə yazılan məktuba sayqısızlıq: Mədəniyyət Nazirliyi bu cürəti kimdən alır? - HƏQİQƏTƏN DƏ...
Dünən, 14:37
Əməkdar artistdən TƏSİRLİ çağırış – “Xadimə də olaram, təki...”
Dünən, 14:34
131 minlik dərman qaçaqmalçılığı - Türkiyə vətəndaşı 10 min ödəyəcək, ölkədən çıxarılacaq
Dünən, 14:32
Tanınmış jurnalist dələduz şəbəkənin QURBANI OLUB... - TƏFƏRRÜAT
Dünən, 14:26
Ermənistandan Moskvaya uçan təyyarə həyəcan siqnalı verib, Mahaçqalaya eniş edib
Dünən, 14:13
2 il əvvəl yaranan şirkət AYNA-dan 110,4 milyon manatlıq sifariş alıb - AY MAŞALLAH...
Dünən, 13:38
Tramp–Meloni gərginliyi böyüyür: - NATO və “foto qalmaqalı”
Dünən, 13:35
Qurban Qurbanov Elvini bağışlayıb? - SƏN DEMƏ...
Dünən, 13:15
Rəşad Dağlı həmin cinayətdən danışdı: - "Dedi ki..."
Dünən, 13:13
“İt” yenə sərsəmlədi: - “3 milyon erməni Azərbaycana qayıtmalıdır”
Dünən, 13:11
“Qanunsuz çempionat keçirilməsinə cəhd edilir” - Araz Musayev Elçin Quliyevə müraciət etdi
Dünən, 13:09
Mingəçevirdə döyülüb öldürülən 34 yaşlı kişinin anası danışdı: Mən də razı deyildim - TƏFƏRRÜAT
Dünən, 13:06
Krım xaos içində: - Yarımadada turizm də dayandırıldı
Dünən, 13:03
"Karabakh Group"a rəhbərlik ASK-nın Baş katibinə həvalə olundu - BUNDAN SONRA...
Dünən, 13:00
Milyardlar ölkədən necə çıxarılır? - AKTUAL
Dünən, 12:56
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru