Rusiyanın “Tərk et, ya da döyüşə get” DİLEMMASI: .....                     Kəmalə Nəhmətovanın KRATON klinikasının dövlətə yenidən vergi borcu üzə çıxdı .....                     "Ali məktəblərə qəbul zamanı təxminən 3 min yer boş qalacaq" .....                     Zəngəzur dəhlizi barədə gurultulu təklif: İrəvan oyununu davam etdirir .....                     Kreditlə bağlı narahatlıq yaradan məsələ: minlərlə insan… .....                     “Çin üçün Zəngəzur dəhlizinin kimin nəzarətində olması prinsipial əhəmiyyət daşımır...” .....                     Avropa İttifaqının Rusiyaya qarşı sanksiyaları bir Azərbaycan vətəndaşına da şamil edildi .....                     Məktəblərdə şagirdlərin hüquqları belə pozulur .....                     İran-Azərbaycan arasında kütləvi informasiya savaşı gedir .....                     "Yeganə müğənnidir ki, üz-üzə gələndə salamlaşmırıq" .....                     İsrail və Suriya Vaşinqtonun dəstəyi ilə atəşkəs barədə razılığa gəliblər .....                     Aİ-nin Rusiya əleyhinə 18-ci sanksiyalar paketi qüvvəyə minib .....                     Ramin İsayevin əmlakı müsadirə edilə bilər .....                     İrandan Zəngəzurla bağlı növbəti AÇIQLAMA .....                     Xadimələrə maşınını yudurdan Esmira Məmmədova işdən .....                     Bakıda qadın ərinin başına telefonla vuraraq öldürüb? .....                     Vəkili "Oleq Bakinski"yə bəraət istədi .....                     Naxçıvanda tərxis olunan əsgərlər Bakıya qayıda bilmir .....                     Azərbaycanda 9 avtobus marşrutu üzrə müsabiqələrin qalibləri .....                     Rövşən Lənkəranskinin yaxını olan "qanuni oğru" axtarışa verildi .....                     "Bundan sonra küsmək, ayrılmaq yoxdur" .....                     Yaxın Şərqin təhlükəsizliyini yalnız iki qüvvə təmin edə bilər .....                     Rusiyanı diz çökdürəcək qərar .....                     Şəxsi həyatla gündəmə gəlmək ayıb deyil?! .....                     İrəvanda kim kimi devirəcək? .....                     “TBC Kredit" BOKT-un lisenziyası onun öz istəyi ilə ləğv edilib .....                     Tiflis İrəvana rədd cavabı verib .....                     Rusiya-İran iş birliyi regiondakı problemlərin mənbəyidir .....                     Məşhur türk milyonçunun nikahı ləğv edildi .....                     “Rusiya Trampın ultimatumuna məhəl qoymadı və Ukraynanı vurmağa davam edir” .....                     “Məni şərləyib işdən çıxarmaq istəyirlər” .....                     "Allah telefon çıxardanın qapısını bağlasın" .....                     Azərbaycanın tələbi gündəmdə qalır .....                     Nazim Eynallı: Keçən il səsi ucadan çıxmışdı, indi də tüstüsü ərşə qalxıb... .....                     Wolt kuryerləri ayağa qalxdı: “Ya işimizi düzəldin, ya çantamızı qoyub gedirik!” .....                     Müəllim direktoru hədələyib? .....                     AMB “Azsığorta”ya icrası məcburi sərəncam verib .....                     Dövlət Şəhərsalma və Arxitektura Komitəsi işçilərinin qanunsuz əməlləri .....                     BƏXTİ QARA NAXÇIVAN: Bu istidə... .....                     “Nə oldu, Paşinyan?” ifası ilə məşhurlaşan Elçin həbs edildi .....                 

Putinin bəyanatlarını Rusiyanın böyük lütfü kimi qəbul edirik – Arif Paşa
Tarix: 29-10-2021, 08:50 | Çap et
Putinin bəyanatlarını Rusiyanın böyük lütfü kimi qəbul edirik
1988-1992-ci illərin Milli Azadlıq Hərəkatının tanınmış simalarından və Azərbaycan Ordusunun ilk qurucularından olan keçmiş Laçın alayının komandiri, istefada olan polkovnik Arif Paşa ilə hafta.az üçün növbəti söhbətimizdə Rusiyanın sülhməramlı sayılan hərbi kontingentinin Laçın dəhlizi və Qarabağ torpaqlarındakı fəaliyyəti, “dəmir yumruğ”un hələ tam əzmədiyi Ermənistanın iddialarına qarşı bundan sonrakı mübarizə yolları və s. haqda fikir mübadiləsi apardıq.

- Arif bəy, 10 Noyabr üçtərəfli razılaşmasından bəri Laçın rayon mərkəzi və Rusiyanın “sülhməramlı” sayılan hərbi birləşmələrinin müvəqqəti yerləşdiyi dəhliz ərazisinə daxil olan kəndləri ilə bağlı bir sıra müəmmalı proseslər baş verir. Məsələn, bu il iyulun 29-da Rusiya Müdafiə Nazirliyinin rəsmi saytının Azərbaycan Respublikası ərazisindəki Rusiya sülhməramlı hərbi kontingentinə aid bölməsində Laçın rayonu “Dağlıq Qarabağın rayonu” kimi təqdim edilir. Üstəlik, Rusiya hərbçilərinin humanitar yardım göstərdiyi Laçın şəhərində və rayonun ermənilərin adlandırdığı kimi, “Aqavno” adlandırılan Zabux kəndində qanunsuz məskunlaşan ermənilər “yerli sakin”lər kimi təqdim olunur. Azərbaycan tərəfindən heç bir rəsmi reaksiya görməyən Rusiya MN oktyabrın 13-də də yenə eyni “yanlışlığı” təkrar edir...

- Bütün bunlar həm Rusiya rəhbərliyi və ordusunun, həm də ermənilərin xislətinə uyğun olaylardır... Zabux kəndində qanunsuz məskunlaşmış Livan ermənisi Andranik Çavuşyan və digərləri mediaya açqlamalarında deyirlər ki, biz burada yüzillərlə yaşamışıq... Bu, üzr istəyirəm, erməni həyasızlığının bir təzahürüdür. Dünya tarixçiləri də, biz də bilirik ki, Şuşa qalasının əsası Pənahəli xan Cavanşir tərəfindən təxminən 3 əsr əvvəl qoyulub. Laçının əsası isə 1921-ci ildə Abdallar adlanan kəndin yerində qoyulub. Onu da yaxşı bilirsiniz ki, həmin kənd Şah İsmayıl Xətainin dövründə də məşhur olan qədim abdallar türk tayfasının adı ilə bağlı olub. Bunu da bilməyənlərə xatırladım ki, “abdal” sözü aqil, müdrik sözləri ilə sinonimlik təşkil edən bir məfhumdur... Bir sözlə, gerçək tarixi faktlar müqabilində haylar deyir ki, biz Şuşada da, Laçında da yüzillərdir yaşayırıq...

Bilirsiniz, ermənilərin bu dərəcədə həyasızlaşmasının bir səbəbi də odur ki, biz – türklər, xüsusən Azərbaycan xalqı olaraq son dövrlərədək, yəni 44 günlük savaşımızadək əsasən müdafiə taktikası tutmuşuq. Amma məşhur kəlamda deyildiyi kimi, ən yaxşı müdafiə hücumdur. Yəni biz hücuma keçmədikcə istər haylar, istərsə də onları himayə edən Rusiya və digərləri daha da həyasızlaşır...

- Necə hesab edirsiniz, hərbdən başqa əsas hansı sahələrdə genişmiqyaslı hücuma keçməliyik?

- İctimai həyata aid bütün sahələrdə hücumda olmalıyıq və xüsusən siyasi-ideloji, elmi, tarixi sahələrdə... Məsələn, biz bir xalq, dövlət olaraq 1920-ci ildə Rusiyanın qırmızı bolşevik ordusu ölkəmizi işğal edib milli hakimiyyətimizi devirəndən sonra sovet imperiyasının tərkibinə hansı ərazi, hansı xəritə ilə girdiyimizi unutmamalıyıq. Əgər rəsmən deyiriksə ki, Azərbaycan Respublikası olaraq 1918-1920-ci illərdə mövcud olmuş Azzərbaycan Xalq Cümhuriyyətinin varisiyik, o halda həmin ilk demokratik müstəqil dövlətimizin də ərazisinə, xəritəsinə əsaslanmalıyıq. Yəni varis olaraq 114 min kvadrat-kilometrlik ərazimizin rəsmi iddiasını irəli sürməli və bunu beynəlxalq təşkilatlar qarşısında qaldırmalıyıq. Bu məsələni həm ölkə, həm dünya ictimaiyyəti arasında daim təbliğ etməliyik.

Bu gün isə hər dəfə Putin deyəndə ki, Azərbaycan-Ermənistan sərhədlərinin demarkasiya və delimitasiyası sovet dövrünün xəritələri əsasında həyata keçirilməlidir, bunu Rusiya dövlətinin Azərbaycana böyük bir lütfü kimi qəbul edirik. Sanki bu cür deməyə də bilərmişlər. Məsələni belə qoymalıyıq ki, sovet dövründə qanunsuz şəkildə, heç bir əsas olmadan Ermənistana bağışlanmış Qərbi Zəngəzur və digər təxminən 30 min kvadrat kilometrlik torpaqlarımızı istəyirik. Hələ Rusiyanın özündə və müəyyən dərəcədə isti münasibətimiz olan digər respublikanın ərazisində qalan torpaqlarımızı demirik... Odur ki, demarkasiya və delimitasiya da Xalq Cümhuriyyəti dövrünün, 1918-1920-ci illərin xəritələri əsasında aparılmalıdır. Və həmin xəritələrə əsasən Ermənistanla Azərbaycanın sərhəd xətləri Göyçə gölünün ortasından keçir. Bu baxımdan Qərbi Zəngəzur, o cümlədən Meğri ərazisi də qeyd-şərtsiz Azərbaycana qaytarılmalıdır. Hazırda Naxçıvan sanki kənarda bir anklav kimi qalıb, yəni Azərbaycanı əsas hissəsindən aralı düşüb...

Ermənistan bizə yalvarmalıdır ki, dayanın. Ermənistan məğlubdur, biz onlara güzəştə getmişik. Azərbaycan hücumu davam etdirib, Xankəndinə girərdi, lap İrəvana da daxil ola bilərdi. İkincisi, bir anlığa təsəvvür edək ki, eyni coğrafi ərazidə Azərbaycanın yerinə Ermənistandır, Ermənistanın yerində Azərbaycandır... Orta Asiyadakı ölkələr də türkdilli yox, ermənidilli ölkələrdir. Görün, ermənilər nələr edərdi... Bir sözlə, bizim Ermənistanı birmənalı olaraq yer üzündən silmək şanslarımız var. Hazırda biz, əksinə, Ermənistandan qalib dövlət olaraq özümüzə qarşı hansısa lütfkarlıq gözləyirik...

- Zəhmət olmasa, konkret olaraq Rusiya MN-in öz saytında Laçını “Dağlıq Qarabağın rayonu” adlandırmasına münasibət bildirərdiniz...

- Rusiyanın Azərbaycana münasibətinin əsl, gerçək mahiyyəti əvvəldən bəllidir. Ötən il noyabrın 10-dan, yəni Rusiya ordusunun “sülhməramlı” adıyla torpaqlarımıza daxil olduğu gündən demişəm ki, bu ordudan sülhməramlı olmayıb, olmayacaq da. 1-ci Qarabağ savaşında bunun hamısını yaşamışam, görmüşəm. Rusiya ordusunun xislətinə, xarakterinə yaxşı bələdəm. Hazırda bir sıra politoloq hesab edilənlər deyir ki, guya Rusiyada Azərbaycanı istəməyən güclər var və Qarabağda bizim suverenliyimizə qarşı atılan addımları onlar təşkil edirlər. Bu, çox sadəlöhv və məntiqsiz yanaşmadır. Əslində, bu siyasət məhz Rusiya prezidenti Putinin öz siyasətidir. Yadınızda olar, 10 noyabr razılaşmasından az sonrakı çıxışında Putin dedi ki, guya Qarabağ münaqişəsi Sumqayıt hadisələrindən başlanıb. Bununla Rusiya lideri konkret olaraq tarixi təhrif etdi və Azərbaycanı səbəbkar kimi göstərdi. Halbuki, cənab Putin ən azı onu bilməmiş deyil ki, Sumqayıt hadisələrindən öncə “Ermənistan” adlanan Qərbi Azərbaycanda - Quqark adlanan yerdə erməni faşistləri insanları, bütöv bir ailəni diri-diri dəmir borulara dolduraraq hər iki başını qaynaq edib uçuruma yuvarlayıblar...

- Maraqlıdır ki, Müdafiə Nazirliyinin rəsmi saytında 2020-ci il dekabrın 1-dən, yəni Laçın rayonu işğaldan azad olunan gündən bəri bu rayonun ərazisi sovet dövründən, müctəqillik illərindən bu yana bildiyimiz, işğal dönəmində orta məktəblərdə şagirdlərə əzbərlətdiyimiz 1835 kv.km yox, 1800 kv.km göstərilir...

- Laçın rayonunun sahəsi sovet dövründən, eləcə də müstəqillik illərində, 1835 kvadrat-kilometr olub. 44 günlük savaş nəticəsində rayonun əksər hissəsi bir güllə atmadan qaytarılandan sonra hesab edirdik ki, sovet imperiyası dönəmində Ermənistanla sərhədə yaxın Qaragöl qoruğu, Ərəvis, Cağazur, Cicimli kəndləri ərazilərindən də qopardılaraq ermənilərə verilmiş torpaqları da düzgün demarkasiya və delimitasiya şərti ilə nəzərə alsaq, Azərbaycanın rəsmi qurumları Laçın rayonun sahəsini əskik yox, haradasa bir neçə yüz kvadrat-kilometr artıq göstərməlidir.

Bu yanlışlığa yol verilməsində iki variant ola bilər, sadəcə, texniki səhvə yol verilib. Belə olan halda həmin texniki səhv son bir ilə yaxın müdətdə, yaxud heç olmasa, media bu haqda informasiya yaydıqdan sonra mütləq düzəldilməli idi. Əgər texniki yanlışlıq olmayıbsa, deməli, burada hansısa xarici ölkə kəşfiyyat qurumunun əli var. Yəni həmin yanlış məlumat bilərəkdən, qəsdən şüurlu şəkildə Azərbaycanın rəsmi qurumunun saytına yerləşdirilir və o digər rəsmi və qeyri rəsmi məlumat, çıxış və yazılarda da təkrar olunur, mediada, saytlarda tirajlanır və insanlar buna alışdırılır. Söhbət ondan gedir ki, bunu təşkil edən xarici güclər ya Laçın rayonunun hazırda sülhməramlı adlanan Rusiya hərbi kontingentinin himayəsi ilə “dəhliz” kimi Qarabağ və Ermənistan ermənilərinin istifadəsinə verilmiş ərazini (təxmini hesablamalara görə, sahəsi 35 kv.km.-dir) nəzərdə tuturlar. Yaxud 3 il ərzində Laçın şəhərindən yan keçməklə çəkiləcək Şuşa rayonunun sovet dövründən ermənilərin yerləşdirildiyi təqribən Onverst-Böyük Qaladərəsi-Kiçik Qaladərəsi- Laçın rayonunun Qayğı qəsəbəsi - Ermənistan sərhədi marşrutu ilə çəkiləcək yeni “humanitar dəhliz” yolunun tutduğu yenə təxminən 35 kv.km-lik ərazi hesaba alınır. Yəni məqsəd ondan ibarətdir ki, sözügedən ərazi ya Ermənistanın hüquqi tabeçiliyinə, yaxud nə vaxtsa ATƏT-in, Avropa İttifaqının, ABŞ-ın və s. dəstəyi ilə Qarabağın “statusu” “dirildiləcəyi” halda həmin separatçı qurumun “yurisdiksiyasına” verilsin. Belə şübhələr sözügedən informasiya ilə rastlaşan hər kəsdə yarana bilər. Odur ki, ilk növbədə Müdafiə Nazirliyi və digər rəsmi qurumlar bu məsələyə təcili aydınlıq gətirməlidir. Əks halda hər bir vətəndaş, xüsusilə Qarabağ, Laçın ziyalıları, yəni o torpaqları yaxşı tanıyan, hər qarışına bələd olan insanlar buna aydınlıq gətirilməsini tələb etməlidir...

- Təxminən bir ilə yaxın müddətdə hansı nəticəyə gəldiniz; 1988-1991-ci illərdə Arkadi Volskinin “Xüsusi İdarə Komitəsi”, Polyaniçkonun Təşkilat Komitəsinin dövründə Azərbaycan torpaqlarındakı sovet-rus ordusu ilə hazırkı sülməramlı sayılan Rusiya hərbi kontingenti arasında hansı oxşar və fərqli cəhətlər var?

- Dəfələrlə demişəm ki, Volski zamanında Qarabağda olan sovet-rus ordusunun Azərbaycana münasibəti düşməncəsinə idi. Hələ bu o zaman idi ki, biz bir ölkənin tərkibində olmaqla eyni ideoloji platformaya –sosializm ideologiyasına söykənirdik, sovet əsgəri, zabiti də komsomol, kommunist idi, biz də, onlar da ateist hesab olunurdu, biz də...Yəni ortaq dəyərlərin olduğu bir məqamda bizə düşməncəsinə baxan bir ordu bu gün artıq öz imperiya ambisiyalarını yeritməyə can atan və dini baxımdan xristian təəssübkeşliyi ilə Ermənistanın yanında olan Rusiya ordusudur. Yəni deyilən faktorları cəmləsək, hazırda Qarabağ torpaqlarımızda və Laçın dəhliizində yerləşən ordunun Azərbaycana gerçək münasibətinin necə olduğu bilinər.

Bir sözlə, özümüzü aldatmağa dəyməz, Rusiya ordusu heç zaman sülhməramlı olmayıb, xüsusən də Azərbaycana münasibətdə. 1990-cı illərdə Kreml Həştərxandan İranın Ənzəli limanına tankları göndərirdi və onlar Ermənistan ərazisindən keçib Qarabağdakı erməni ordusuna çatdırılırdı.

30 ilə yaxın işğal dövründə də, indi, yəni II Qarabağ savaşındakı qələbəmizdən sonra da üzdə bizimlə müttəfiq olduğunu söyləyən Moskva daim Ermənistana gizli və açıq şəkildə dəstək verir. Odur ki, hələ torpaqlarımızın xeyli hissəsini azad etməklə işimiz bitməyib və unutmayaq ki, biz revanşist erməni qüvvələri ilə yanaşı, yenə də nəhəng Rusiya imperiyasıyla üz-üzəyik. Bu səbəbdən də öncə dediyim kimi, bu mübarizədə qalib olaraq yaxın gələcəkdə Laçın dəhlizi, Xankəndi, Xocalı və digər ərazilərimizdə də öz yurisdiksiyamıza və əsl müstəqilliiyə nail olmaqdan ötrü öncə daxildə milli birlik, milli müqavimət ruhunun gücləndirilməsi gərəkdir.










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Rusiyanın “Tərk et, ya da döyüşə get” DİLEMMASI: - Miqrantların aqibəti NECƏ OLACAQ?
Bu gün, 06:27
Kəmalə Nəhmətovanın KRATON klinikasının dövlətə yenidən vergi borcu üzə çıxdı - FOTO
Bu gün, 06:16
"Ali məktəblərə qəbul zamanı təxminən 3 min yer boş qalacaq" - Ekspert həll yolu GÖSTƏRDİ
Bu gün, 06:13
Zəngəzur dəhlizi barədə gurultulu təklif: İrəvan oyununu davam etdirir - GƏLİŞMƏ
Bu gün, 06:09
Kreditlə bağlı narahatlıq yaradan məsələ: minlərlə insan… – “Bunu etməyin!”
Bu gün, 06:06
“Çin üçün Zəngəzur dəhlizinin kimin nəzarətində olması prinsipial əhəmiyyət daşımır...” - Etibar Məmmədov
Bu gün, 06:01
Avropa İttifaqının Rusiyaya qarşı sanksiyaları bir Azərbaycan vətəndaşına da şamil edildi - BUNDAN SONRA...
Bu gün, 05:59
Məktəblərdə şagirdlərin hüquqları belə pozulur - AKTUAL
Bu gün, 05:57
İran-Azərbaycan arasında kütləvi informasiya savaşı gedir - İranın keçmiş səfirindən ilginc açıqlamalar
Bu gün, 05:54
"Yeganə müğənnidir ki, üz-üzə gələndə salamlaşmırıq"
Bu gün, 05:51
İsrail və Suriya Vaşinqtonun dəstəyi ilə atəşkəs barədə razılığa gəliblər
Bu gün, 05:47
Aİ-nin Rusiya əleyhinə 18-ci sanksiyalar paketi qüvvəyə minib - Rusiya nefti BAHA SATILA BİLMƏZ
Bu gün, 05:43
Ramin İsayevin əmlakı müsadirə edilə bilər - 15 il həbsi istənilir
Dünən, 23:43
İrandan Zəngəzurla bağlı növbəti AÇIQLAMA - “Dəhlizin yaradılması…”
Dünən, 23:41
Xadimələrə maşınını yudurdan Esmira Məmmədova işdən ÇIXARILDI
Dünən, 23:38
Bakıda qadın ərinin başına telefonla vuraraq öldürüb?
Dünən, 18:03
Vəkili "Oleq Bakinski"yə bəraət istədi
Dünən, 17:54
Naxçıvanda tərxis olunan əsgərlər Bakıya qayıda bilmir - NARAZILIQ VAR...
Dünən, 17:52
Azərbaycanda 9 avtobus marşrutu üzrə müsabiqələrin qalibləri - MƏLUM OLDU
Dünən, 17:48
Rövşən Lənkəranskinin yaxını olan "qanuni oğru" axtarışa verildi - Bu "sxodka"ya görə
Dünən, 17:45
"Bundan sonra küsmək, ayrılmaq yoxdur"
Dünən, 17:30
Yaxın Şərqin təhlükəsizliyini yalnız iki qüvvə təmin edə bilər - Azad İsazadə
Dünən, 17:27
Rusiyanı diz çökdürəcək qərar VERİLDİ
Dünən, 17:25
Şəxsi həyatla gündəmə gəlmək ayıb deyil?! – Aşıq Zülfiyyə bu dəfə susmadı
Dünən, 17:23
İrəvanda kim kimi devirəcək? - GƏLİŞMƏ
Dünən, 17:19
“TBC Kredit" BOKT-un lisenziyası onun öz istəyi ilə ləğv edilib
Dünən, 17:16
Tiflis İrəvana rədd cavabı verib
Dünən, 17:14
Rusiya-İran iş birliyi regiondakı problemlərin mənbəyidir - HƏQİQƏTƏN DƏ...
Dünən, 17:10
Məşhur türk milyonçunun nikahı ləğv edildi
Dünən, 17:08
“Rusiya Trampın ultimatumuna məhəl qoymadı və Ukraynanı vurmağa davam edir” - “The Hill”
Dünən, 17:03
“Məni şərləyib işdən çıxarmaq istəyirlər” – Kollecdə təzyiq iddiası
Dünən, 16:59
"Allah telefon çıxardanın qapısını bağlasın"
Dünən, 16:54
Azərbaycanın tələbi gündəmdə qalır - İLGİNC DETALLAR
Dünən, 16:52
Nazim Eynallı: Keçən il səsi ucadan çıxmışdı, indi də tüstüsü ərşə qalxıb... - VİDEO
Dünən, 16:47
Wolt kuryerləri ayağa qalxdı: “Ya işimizi düzəldin, ya çantamızı qoyub gedirik!” - TƏFƏRRÜAT
Dünən, 15:43
Müəllim direktoru hədələyib? - BU NƏDİ BELƏ?
Dünən, 15:39
AMB “Azsığorta”ya icrası məcburi sərəncam verib
Dünən, 15:28
Dövlət Şəhərsalma və Arxitektura Komitəsi işçilərinin qanunsuz əməlləri - İTTİHAM VAR...
Dünən, 15:27
BƏXTİ QARA NAXÇIVAN: Bu istidə... - GİLEY
Dünən, 15:23
“Nə oldu, Paşinyan?” ifası ilə məşhurlaşan Elçin həbs edildi - TƏFƏRRÜAT
Dünən, 13:03
Bu gün Oleq Bakinskinin məhkəməsi olacaq - hökm verilə bilər
Dünən, 13:01
Zəfər Salnaməsindən rəqəmsal dövrə uzanan yol - MƏQALƏ
Dünən, 11:58
“FS Club Badam”da kisəçi işləyən şəxs müştərinin başına oyun açdı - ŞOK TƏFƏRRÜAT
Dünən, 11:55
“Prior Credit BOKT”un rəhbərliyində dəyişiklik olub - BUNDAN SONRA...
Dünən, 11:06
Azərbaycanda ABŞ-ın IAAI şirkətinin rəsmi hərrac mərkəzi açıldı
Dünən, 11:05
ABŞ Cənubi Qafqaza Zəngəzur üzərindən qayıdır? - Barakın təşəbbüsünün pərdəarxası
Dünən, 11:03
Fransanın bu şəhəri “Stalinqrad” adından imtina edir: - Əhali razılaşmır
Dünən, 11:02
Bir həftə əvvəl yaradılan şirkət də - SATIŞA ÇIXARILDI
Dünən, 10:53
Müğənni Rəqsanədən ETİRAF: - “Fazil müəllim borclarımı ödəyib, mənə evlər aldı”
Dünən, 10:52
Belçika parlamentindən Azərbaycana qarşı ədalətsiz və qərəzli qətnamə – suverenliyimizə hücum!
Dünən, 10:48
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru