"Rusiyanın apardığı siyasət əvvəlkindən daha yaxşıdır" - Razi Nurullayev
Tarix: 21-10-2021, 09:41 | Çap et
 Karnegi Moskva mərkəzinin direktoru Dmitri Trenin AzadlıqRadiosunun erməni xidmətinə müsahibəsində deyib ki, Rusiya artıq Qarabağ məsələsində dominant deyil. Onun fikrincə, 2020-ci ilin payızında Qarabağda gedən müharibə Moskvanın Qafqazdakı ümumi mövqelərinin ciddi zəifləməsinə gətirib çıxardı. “Yeni Müsavat” bildirir ki, söhbət Kremlin bölgədə şəriksiz liderliyinə son qoyulmasından gedir. Artıq regionda Türkiyə var və Moskva Ankara ilə hesablaşmalı, koordinasiyalı hərəkət etməlidir. Rus ekspert deyib ki, Türkiyə regionda daha aktiv iştirakçıya çevrildi, Rusiya isə ötən ilin noyabrında Qarabağ regionuna sülhməramlıları yeritməklə onun münaqişə regionundakı vasitəçi kimi mövqelərinə dəyən zərəri ancaq qismən məhdudlaşdıra bildi. Bəs bu fikirlərdə gerçəklik varmı? Rusiya bu nəticə ilə niyə razılaşıb? Putin Qafqazda mövqeyinin zəifləməsinə nədən razı olub? Moskva hansı böyük hesablama aparıb? Putin Qafqaz itkisini hansı regionda kompensasiya edəcək? Türkiyədən nə kimi güzəşt qoparacaq?
Reallıq budur ki, Türkiyə regiondadır və Prezident Ərdoğanın ayın 26-da Füzuli beynəlxalq hava limanının açılışına gəlməsi də göstərir ki, Ankara əlini çəkməyib. Əksinə, Soçi görüşü təsdiqlədi ki, Putin türk həmkarı ilə birgə məsələlərin həllində maraqlıdır. Əlbəttə, burada Zəngəzur dəhlizinin açılması, 3+3 formatı, kommunikasiyaların bərpası bütün dövlətlərin marağındadır, yalnız Ermənistan tərəddüd edir, Gürcüstan isə düşmən olduğu Rusiyaya görə prosesin əleyhinədir. Odur ki, dördlük platforması da mümkün ola bilər. Beləliklə, Qarabağın açarının Rusiyada olduğunu illərlə söyləsək də, indi bu açar Azərbaycanın əlindədir və Türkiyə də mümkün təzyiqlərə qarşı yanımızdadır. Yəni Rusiya daha əvvəlki hegemonluğu nümayiş etdirə bilməyəcək. Deyə bilərik ki, ordusunu Qarabağa sülhməramlı kimi yerləşdirib, amma ortada müqavilə var və zamanında getməsi üçün tərəflərdən birinin mövqeyi kifayət edir.
Milli Cəbhə Partiyasının sədri, deputat Razi Nurullayev Karnegi Moskva mərkəzinin direktorunin fikirlərini bölüşmür. Deputatın “Yeni Müsavat”a bildirdiyinə görə, dünya inkişaf edir, mövqelər dəyişə bilir, bir dövlətin marağı azalır, o birinin çoxalır: “Buna uyğun da siyasət aparılır. Rusiya gördü ki, Qarabağ münaqişəsində uzun müddət status-kvonu saxlasa, onun iştirakı olmadan da problem həll edilə bilər, onda Moskvanın ”ağsaqqal" sözünə qulaq asan olmayacaq. Ona görə siyasəti dəyişdi. Sadəcə, Türkiyənin regionda mövqeyi güclənib və Rusiyanın səviyyəsinə çatıb".
R.Nurullayev hesab edir ki, Türkiyə müqayisəsində Rusiyanın mövqeyinin zəiflədiyi deyilə bilər: “Rusiyanın apardığı siyasət əvvəlkindən daha yaxşıdır, yəni siyasətini dəyişməli oldu, amma zəifləmə olmadı. Bu zaman Azərbaycan öz siyasətinə Türkiyəni daxil etmək şansı əldə etdi”.
Siyasi təhlilçi Züriyə Qarayevanın qəzetimizə dediyinə görə, Moskva nəinki Qafqazda, hegemonluq etdiyi bütün coğrafiyalarda dayaqlarını itirmək üzrədir. Onun fikrincə, Moskva strategiyasını hegemoniya üzərində deyil, sadəcə, bölgədə qalmaq üzərində qurub: “Rusiyada vəziyyət olduqca gərgindir. Qərbin xüsusi sanksiyaları ilə üzləşir. ”Şimal axını 2" layihəsi ilə rus qazının Avropaya satılmasına baxmayaraq, bu layihəyə ABŞ, Ukrayna, Polşa və Baltikyanı ölkələr müxalifdir. Rusiya anlayır ki, Türkiyənin vasitəsilə Avropa bazarına çıxması qarantiya altına alına bilər". Ekspertin sözlərinə görə, Mərkəzi Asiyada da mövqelərini itirmək üzrə olan Rusiya məcburən Qarabağ məsələsində Türkiyə ilə dirənə bilmir: “Ankara konkret şərt irəli sürür ki, ”ya Qarabağdakı proseslərə müdaxilə etməyəcəksən, ya da mən Suriyada mövqelərimi gücləndirəcəm". Ona görə də Rusiya Türkiyə ilə hesablaşma yolunu seçib onun vasitəsilə öz qazını və neftini dünya bazarına çıxarmağa çalışır".


|
|
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
|
|
| • Erməni analitik erməni xəstəliyinə qarşı... - "Siz bu psixologiya ilə güclü dövlət qurmaq istəyirsiniz?"
Bu gün, 04:40 |
|
|
|
| • “Ford” və “General Motors” şirkətləri “Patriot” və “Tomahawk” raketlərinin istehsalına başlaya bilərlər - KİV
Bu gün, 04:37 |
|
|
|
| • İcra hakimiyyəti kondisioner təmirinə 13 min manat xərcləyəcək
Dünən, 18:00 |
|
|
|
| • İranın “neft hücumu” başladı – Azərbaycanın gəlirləri RİSK ALTINDA?
Dünən, 17:58 |
|
|
|
| • “Deyirlər ki, partiyalar “satılıblar”, onda belə çıxır ki, dövlətdən məvacib alan hamı satılıb?” - Tural Abbaslı
Dünən, 17:53 |
|
|
|
| • Qarabağın əski parçası Ermənistanda yığışdırılır - KİV
Dünən, 17:45 |
|
|
|
| • Azərbaycan-Türkmənistan münasibətləri inkişafdadır - MƏQALƏ
Dünən, 17:43 |
|
|
|
| • Qədim tarixə söykənən Azərbaycan və Türkmənistan münasibətləri - İsrafil Kərimovun yazısı
Dünən, 17:41 |
|
|
|
| • Sığınacaqdakı qızlara elçi düşənlərin məqsədləri... - Kəmalə Ağazadədən ilginc açıqlama
Dünən, 17:39 |
|
|
|
| • Rusiya və bu üç ölkə Ermənistandan təcili cavab gözləyir - Zaxarova
Dünən, 17:30 |
|
|
|
| • İşdən çıxarılan rəisin vəzifəsi bu şəxsə həvalə edildi - ƏMR
Dünən, 17:27 |
|
|
|
| • Bakı Neft Emalı zavodunda ƏYRİ İŞLƏR... - SOCAR Təhlükəsizlik idarəsinin iştirakı ilə...
Dünən, 17:12 |
|
|
|
| • Azərbaycanda universitet təşkilati-hüquqi formasını dəyişir - DETALLAR
Dünən, 16:55 |
|
|
|
| • Radiasiyalı yumurta, yoxsa müflis etmə planı? – İki istehsalçının “yumurta savaşı”
Dünən, 16:53 |
|
|
|
| • Azərbaycan təhsili iki yol arasında qalıb: - Hansını seçsin?
Dünən, 16:38 |
|
|
|
| • Gürcüstanda azərbaycanlıların sayının artması müsbət tendensiyadır - Natiq Cəfərli
Dünən, 16:34 |
|
|
|
| • Auditorlar Palatasının sabiq vəzifəli şəxsləri ilə bağlı məhkəmə istintaqı yenilənib
Dünən, 16:32 |
|
|
|
| • Bakıda 330 kilo çəkisi olan kişi evdən belə çıxarıldı - ŞOK VİDEO
Dünən, 16:28 |
|
|
|
| • Ümidsizliyə qapılan XANƏNDƏ: - “Yeni nazirdən gözləntilərim çoxdur”
Dünən, 16:25 |
|
|
|
| • 19 yaşlı qız 3-cü mərtəbədən yıxıldı - Vəziyyəti ağırdır
Dünən, 16:23 |
|
|
|
| • Qadağa artdıqca, qiymət bahalaşır: - Azərbaycanda maşın bazarı “ölüb”
Dünən, 16:20 |
|
|
|
| • “Azərbaycan məktəbi XXI əsrin insanını hazırlaya bilmir… - DİM-in son hesabatı bunu deyir…”
Dünən, 16:04 |
|
|
|
| • Paytaxtda tut ağaclarını qurd basıb, təcili müdaxilə tələb edilir - SOS
Dünən, 15:54 |
|
|
|
| • “Paşinyanı Bakıya dəvət etməyəcəklər, çağıracaqlar” - Koçaryan
Dünən, 15:51 |
|
|
|
| • Turizm Agentliyi evlərin təmir bərpa qiymətini şişirtməkdə davam edir – Əvvəl Xınalıqda, indi də Lahıcda
Dünən, 15:43 |
|
|
|
| • Onların “Qarabağ”dan ayrıldığı rəsmiləşdi - ADLAR
Dünən, 15:40 |
|
|
|
| • Vətəndaşlar məhərrəmlik məclislərindəki səs-küydən narazıdırlar -İLAHİYYATÇI MÖVQE BİLDİRDİ
Dünən, 15:34 |
|
|
|
| • Məşhur meyvə-tərəvəz istehsalçısının borcu 1 milyonu keçdi
Dünən, 15:28 |
|
|
|
| • Pakistan vətəndaşı Azərbaycanda – YENİ ŞİRKƏT YARADIB
Dünən, 15:27 |
|
|
|
| • SOCAR Serbiya şirkəti ilə yaxın həftələrdə səhmdarlar müqaviləsi İMZALAYACAQ
Dünən, 15:20 |
|
|
|
| • ADNSU “Məzun günü” keçirmək üçün Əliağa Kürçaylının şirkətinə 83 min manat ödəyəcək - DETALLAR
Dünən, 15:14 |
|
|
|
| • Sabiq MTN polkovniki həbsxanada dava edib - cəza tədbiri görülüb...
Dünən, 15:12 |
|
|
|
| • “Lido” restoranında MÜƏMMALI ÖLÜM
Dünən, 15:10 |
|
|
|
| • Putin və Lukaşenko Zelenskinin Belarusa qarşı təhdidlərini müzakirə edəcək - Peskov
Dünən, 15:06 |
|
|
|
| • AQTA-nın özü ət məhsulunu ZƏHƏRLƏYİR? - "...orqanizm üçün təhlükə yaradır"
Dünən, 15:00 |
|
|
|
| • Məmur hoteldə səs salan qonşusu ilə dava etdi - TƏFƏRRÜAT
Dünən, 14:54 |
|
|
|
| • Rusiya ordusu Ukraynaya məxsus 700-dən çox dronu vurub - KİV
Dünən, 14:45 |
|
|
|
| • Prezidentə yazılan məktuba sayqısızlıq: Mədəniyyət Nazirliyi bu cürəti kimdən alır? - HƏQİQƏTƏN DƏ...
Dünən, 14:37 |
|
|
|
| • Əməkdar artistdən TƏSİRLİ çağırış – “Xadimə də olaram, təki...”
Dünən, 14:34 |
|
|
|
| • 131 minlik dərman qaçaqmalçılığı - Türkiyə vətəndaşı 10 min ödəyəcək, ölkədən çıxarılacaq
Dünən, 14:32 |
|
|
|
| • Tanınmış jurnalist dələduz şəbəkənin QURBANI OLUB... - TƏFƏRRÜAT
Dünən, 14:26 |
|
|
|
| • Ermənistandan Moskvaya uçan təyyarə həyəcan siqnalı verib, Mahaçqalaya eniş edib
Dünən, 14:13 |
|
|
|
| • 2 il əvvəl yaranan şirkət AYNA-dan 110,4 milyon manatlıq sifariş alıb - AY MAŞALLAH...
Dünən, 13:38 |
|
|
|
| • Tramp–Meloni gərginliyi böyüyür: - NATO və “foto qalmaqalı”
Dünən, 13:35 |
|
|
|
| • Qurban Qurbanov Elvini bağışlayıb? - SƏN DEMƏ...
Dünən, 13:15 |
|
|
|
| • Rəşad Dağlı həmin cinayətdən danışdı: - "Dedi ki..."
Dünən, 13:13 |
|
|
|
| • “İt” yenə sərsəmlədi: - “3 milyon erməni Azərbaycana qayıtmalıdır”
Dünən, 13:11 |
|
|
|
| • “Qanunsuz çempionat keçirilməsinə cəhd edilir” - Araz Musayev Elçin Quliyevə müraciət etdi
Dünən, 13:09 |
|
|
|
| • Mingəçevirdə döyülüb öldürülən 34 yaşlı kişinin anası danışdı: Mən də razı deyildim - TƏFƏRRÜAT
Dünən, 13:06 |
|
|
|
| • Krım xaos içində: - Yarımadada turizm də dayandırıldı
Dünən, 13:03 |
|
|
|
|