Ermənistanda təlimlər zamanı hərbi qulluqçu yaralanıb .....                     Keçmiş icra başçısına yeni vəzifə verildi .....                     “Qaraqan qalib oldu, məni söyürdülər“ .....                     Saxta diplomu olan direktorun 98 minini ələ keçirən şəxslər .....                     “Badam” klinikasının direktoru istefa verdi .....                     Rusiya Belarusdan hücuma keçə bilərmi? .....                     21-ci əsrdə paytaxtda içməli suyun olmaması dəhşətdir .....                     İcra başçısının həbsdəki kənd üzrə nümayəndəsindən .....                     Tramp ABŞ-ın NATO-ya 600 milyard dollar xərcləməsini dəlilik adlandırıb .....                     Burda başdan-ayağa qanunsuzluqdur... .....                     "Sədərək Yusif"un qardaşı Hacı Ənvər İTTİHAM OLUNUR .....                     Oxuyub-yazmağı bacarmayan 6 şagird .....                     Yaponiya və ABŞ maliyyə nazirləri yenin kəskin ucuzlaşması fonunda danışıqlar aparıblar .....                     Azərbaycanda oğul atasının qətlini belə sifariş edibmiş... .....                     75 yaşlı qadının üzərindən keçən marşrutun rəhbəri İradə Əliyeva kimdir? .....                     Elm və Təhsil Nazirliyi QAYÇILAMA ərəfəsində... .....                     "Hələ də vətəndaşa bir insan kimi yox, 50-60 qəpik məbləğində pul kimi baxırlar" .....                     Respublika Klinik Xəstəxanasında xəstə ziyarəti qadağan edilib .....                     "Kinos Co" MMC-nin dövlətə 400 min manatdan çox vergi borcu var .....                     Tehranın gecikmiş etirafı: İrəvanın əsl niyyəti indi görünür .....                     İsrail-Livan danışıqlarının yeni mərhələsi Vaşinqtonda keçiriləcək .....                     İran razılıq verib... .....                     Almaniyanın Köniqsberqi geri qaytarmaq planları .....                     SOCAR-da Babək Hüseynov QUYUSU: Dövlətə belə ziyan vurulur... .....                     Karxanaçı Siyasətin DAŞDAN PUL ÇIXARMA SİYASƏTİ... .....                     Allahın turisti də QAPIMIZI DÖYMÜR... .....                     Bank kartının bloka düşməsini istəmirsənsə... .....                     Kəndimizə dönsək, BÖYÜK OLACAĞIQ... .....                     Nazirlik də kadrı xaricdən axtarır... .....                     NAZİRİN NƏZƏRİNƏ: Xəzər hələ çox canlar alacaq... .....                     "Əfsələddin Buğayevdən şikayət etsəm də..." .....                     Xeyir-şər evlərinin də qazını kəsirlər... .....                     Niyə bizdə "O ƏJDAHADAN" YOXDUR? .....                     “Dəmir Yumuruq TT”nin vergi borcu 1,1 milyon manatı keçdi .....                     Paşinyana qarşı iki cəbhədən HÜCUM .....                     “Amerika bu yola nə ad qoyur-qoysun, o, strateji mahiyyətcə Turan yolu olacaq…” .....                     Azərbaycanda yeni şirkətlərin qeydiyyatı niyə 7 dəfə azalıb? .....                     Türkiyədə azərbaycanlıya yüksək vəzifə verildi .....                     "General Trading LLC" fəaliyyətini dayandırsa da, dövlətə 74 min manatdan çox borcu var .....                     "Ayna son zamanlar məni çox kövrəldir..." .....                 

“...Bəzi partiyalar birləşəcək, bəziləri sıradan çıxacaq” - Partiya sədri
Tarix: 11-09-2021, 08:43 | Çap et
“...Bəzi partiyalar birləşəcək, bəziləri sıradan çıxacaq”
Srağagün Prezident Administrasiyasının Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsi ölkədə fəaliyyət göstərən 45 siyasi partiyanın rəhbərləri ilə “Siyasi partiyalar: Zəfər, yeni reallıq və dialoq” mövzusunda görüş keçirib. Tədbiri giriş sözü ilə açan Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin müdiri Ədalət Vəliyev görüşdə iştirak edən siyasi partiya rəhbərlərini Prezident İlham Əliyevin adından salamlayıb, onlara ölkədə milli həmrəylik, siyasi dialoq mühitinin təşviqinə xidmət edən müxtəlif səpkili layihələrdə fəal iştirak etdiklərinə görə təşəkkürünü bildirib. Ədalət Vəliyev qeyd edib ki, bu gün Azərbaycan çoxəsrlik tarixinin ən şərəfli dövrünü yaşayır, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qalib dövlət və qalib xalq olmağımızla Azərbaycan dövlətçiliyi tarixində mahiyyət etibarilə tamamilə yeni inkişaf mərhələsi başlayıb.

Ermənistanın Azərbaycana qarşı 30 ilə yaxın müddət ərzində davam edən təcavüz və işğal siyasətinə son qoyulub. İqtidar-müxalifət dialoqunun əhəmiyyətini vurğulayan şöbə müdiri qərargahı olmayan 22 siyasi partiya üçün ofislər ayrılması, vaxtı ötürülmüş qurultaylarının keçirilməsi üçün bir sıra siyasi partiyaların yerlə təmin olunması üçün tədbirlər görülməsi və 25 siyasi partiyanın qurultaylarının keçirilərək nəticələrinin dövlət qeydiyyatına alınması, habelə uzun fasilədən sonra 7 yeni siyasi partiyanın dövlət qeydiyyatına alınması barədə məlumat verib. Həmçinin qeyd olunub ki, iqtidar-müxalifət dialoqu nəticəsində cəmiyyətdə yeni yanaşma müşahidə olunmaqdadır və siyasi partiyaların respublikanın ictimai-siyasi həyatında daha yaxından iştirakının təmin edilməsi məqsədilə siyasi partiya liderləri müxtəlif mətbuat orqanlarında və televiziya kanallarında çıxış etmək üçün dəvət olunurlar. Ədalət Vəliyev siyasi partiyaların mütləq əksəriyyətinin xarici təhdidlərə qarşı birlik nümayiş etdirdiyini, 8 birgə bəyanat və 2 birgə müraciət imzalandığını xatırladaraq Vətən müharibəsi zamanı bu milli həmrəyliyin bütün dünyaya Azərbaycan xalqının ümummilli məsələlərdə hər zaman birləşməyə hazır olduğunu göstərdiyini xüsusi qeyd edib.

“Sherg.az” olarq sözügedən görüş və bunun fonunda iqtidar-müxalifət dialoqu barədə Milli Dirçəliş Hərəkatı Partiyasının sədri, keçmiş millət vəkili Fərəc Quliyevlə söhbətləşdik:

- Görüş barədə təəssüratlarınız necədir?

- Bu, ilk görüş deyil. Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsi yaradılandan sonra xeyli belə görüşlər keçirilib. Fikrimcə, bu cür konfranslar, toplantılar siyasi partiyaların inkişafı, siyasi palitranın zənginləşməsi üçün xüsusi əhəmiyyətlidir. Problemlərin masaya daşınması və həlli baxımından dialoqun alternativi yoxdur. Mən konfransı zamanı çıxış edərək bildirdim ki, siyasi partiyalar milli birlik ideyasını əsas götürməlidirlər. İkinci Qarabağ müharibəsində zəfər qazanmağımızda müxtəlif partiyaların ortaq mövqedən çıxış etməsinin mühüm əhəmiyyəti oldu. Hətta təklif etdim ki, toplantıda iştirak edən partiyalardan ibarət məşvərət məclisi yaradılsın. Bu, daha dərin məsələlərin müzakirəsinə və xarici təzyiqlərin qarşısının alınmasına şərait yaradacaq. Həmçinin konfransda siyasi islahatlar, seçki məcəlləsinin təkmilləşdirilməsi, yeni seçki sisteminə keçid kimi ölkənin daha da inkişafına səbəb olacaq məsələlər də müzakirə edildi. Fikrimcə, 50-yə yaxın siyasi partiyanın müxtəlif məsələlərdə eyni mövqedən çıxış etməsi gələcəkdə daha yaxşı nəticələrlə yadda qalacaq.

- “Siyasi partiyalar haqqında” yeni Qanun layihəsindən gözləntiləriniz nələrdir?

- 18 partiya təklif verib. Onlardan biri də bizim partiyadır. Ədalət müəllim bildirdi ki, həmin təkliflərdən 6-sı qanunda dəyişikliyə uyğundur, qalanları isə ümumi səciyyə daşıyır. Təkliflərin nəzərə alınmasının vacib olduğunu düşünürəm. Çünki seçki sistemi dəyişsə, partiyaların zehniyyətləri məsələsi gündəmə gələcək. Bəzi partiyalar birləşəcək, bəziləri sıradan çıxacaq. Beləliklə, ümumi say azalacaq. Bu baxımdan, partiyaların cəmiyyətdə yerinin möhkəmlənməsi, siyasi proseslərdə daha ciddi iştirakı üçün dəyişikliyi məqbul sayıram. Yəqin, qanun layihəsi tam ərsəyə gəldikdən sonra ictimai müzakirəyə çıxarılacaq.

- Zaman-zaman iqtidar-müxalifət dialoqu məsələsi gündəmə gəlsə də, sonradan proses sanki “öləziyir”. Bu, nə ilə bağlıdır?

- Doğrudur, bir az da inkişafa ehtiyac var. Amma bu, dialoq prosesində səngimə demək deyil. Əksinə, dialoq müntəzəm gedir. Parlamentdə partiya təmsilçilərinin komitə sədrinin müavini kimi yüksək vəzifələrə çalışması dediyim fikrin təzahürüdür. İkinci bir tərəfdən, təkliflərimiz heç vaxt “qulaq ardına vurulmayıb”, həmişə nəzərə alınıb. Bayaq da dediyim kimi, partiyaların məşvərət məclisinə çevrilməsi və gələcəkdə inkişaf və islahat komitəsinin yaradılması məqsədəuyğundur. Belə olsa, partiya sədrlərinin potensialından daha çox istifadə oluna bilər.

- Hər iki cəbhə dialoqda maraqlıdır. Amma bəzən üçüncü qüvvələr danışığa gedən müxalifət nümayəndələrini “avtobus müxalifəti”, “cib müxalifəti” adlandırırlar...

- Üçüncü qüvvə yoxdur. İkisindən başqa bütün partiyalar danışıqlarda iştirak edirlər. AXCP və Müsavat partiyaları isə vaxtı ilə Moskvada yaradılan Milli Şuranın tərkibində idilər. Hər ikisinin təsir dairəsi çox zəifdir. Onlar xarici vətəndaşı prezident etmək istəyirdilər. Eyni zamanda Qarabağda ikinci erməni dövlətinin yaradılmasına razılıq vermişdilər. Yəni milli maraqları satan qüvvədirlər. Və onların haradasa təmsil olunmalarına ehtiyac, nə isə söz demələrinə isə haqqı yoxdur. Dediyim kimi, ölkə maraqlarını satanların sözlərinə əhəmiyyət verməyə dəyməz.









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Ermənistanda təlimlər zamanı hərbi qulluqçu yaralanıb
Bu gün, 11:18
Keçmiş icra başçısına yeni vəzifə verildi - BUNDAN SONRA...
Bu gün, 10:00
“Qaraqan qalib oldu, məni söyürdülər“ - Nigar Köçərli
Bu gün, 09:57
Saxta diplomu olan direktorun 98 minini ələ keçirən şəxslər yenidən məhkəmə qarşısında
Bu gün, 09:10
“Badam” klinikasının direktoru istefa verdi - BUNA GÖRƏ...
Bu gün, 09:09
Rusiya Belarusdan hücuma keçə bilərmi? - Pivnenko
Bu gün, 09:04
21-ci əsrdə paytaxtda içməli suyun olmaması dəhşətdir - HƏQİQƏTƏN DƏ...
Bu gün, 09:01
İcra başçısının həbsdəki kənd üzrə nümayəndəsindən XƏBƏR VAR
Bu gün, 08:33
Tramp ABŞ-ın NATO-ya 600 milyard dollar xərcləməsini dəlilik adlandırıb
Bu gün, 08:31
Burda başdan-ayağa qanunsuzluqdur... - ETİRAZ VAR!
Bu gün, 08:29
"Sədərək Yusif"un qardaşı Hacı Ənvər İTTİHAM OLUNUR - Vətəndaşın pulunu mənimsəyib?
Bu gün, 08:18
Oxuyub-yazmağı bacarmayan 6 şagird – Abbaszadə düzmü dedi?
Bu gün, 08:05
Yaponiya və ABŞ maliyyə nazirləri yenin kəskin ucuzlaşması fonunda danışıqlar aparıblar - KİV
Bu gün, 08:03
Azərbaycanda oğul atasının qətlini belə sifariş edibmiş... - Vatsap yazışmaları
Bu gün, 08:01
75 yaşlı qadının üzərindən keçən marşrutun rəhbəri İradə Əliyeva kimdir? - TƏFƏRRÜAT
Bu gün, 07:45
Elm və Təhsil Nazirliyi QAYÇILAMA ərəfəsində... - İDDİA
Bu gün, 07:41
"Hələ də vətəndaşa bir insan kimi yox, 50-60 qəpik məbləğində pul kimi baxırlar" - MALƏSƏF...
Bu gün, 07:33
Respublika Klinik Xəstəxanasında xəstə ziyarəti qadağan edilib - PANDEMİYA TƏHLÜKƏSİ?
Bu gün, 07:30
"Kinos Co" MMC-nin dövlətə 400 min manatdan çox vergi borcu var - Sahibi görün kimdir
Bu gün, 07:26
Tehranın gecikmiş etirafı: İrəvanın əsl niyyəti indi görünür - İNCƏLƏMƏ
Bu gün, 07:23
İsrail-Livan danışıqlarının yeni mərhələsi Vaşinqtonda keçiriləcək
Bu gün, 07:20
İran razılıq verib... - Vens belə deyir...
Bu gün, 07:00
Almaniyanın Köniqsberqi geri qaytarmaq planları - GƏLİŞMƏ
Bu gün, 06:55
SOCAR-da Babək Hüseynov QUYUSU: Dövlətə belə ziyan vurulur... - İLGİNC FAKTLAR
Bu gün, 06:51
Karxanaçı Siyasətin DAŞDAN PUL ÇIXARMA SİYASƏTİ... - ÖZBAŞINA QALIBLAR...
Bu gün, 06:40
Allahın turisti də QAPIMIZI DÖYMÜR... - AXI NİYƏ?..
Bu gün, 06:36
Bank kartının bloka düşməsini istəmirsənsə... - AKTUAL
Bu gün, 06:30
Kəndimizə dönsək, BÖYÜK OLACAĞIQ... - dönə bilmək üçün isə...
Bu gün, 06:25
Nazirlik də kadrı xaricdən axtarır... - TƏHSİLİN BAŞINI BURAXAQ...
Bu gün, 06:04
NAZİRİN NƏZƏRİNƏ: Xəzər hələ çox canlar alacaq... - ÇÜNKİ...
Bu gün, 05:52
"Əfsələddin Buğayevdən şikayət etsəm də..." - MÜRACİƏT
Bu gün, 05:46
Xeyir-şər evlərinin də qazını kəsirlər... - GİLEY
Bu gün, 05:28
Niyə bizdə "O ƏJDAHADAN" YOXDUR? - TƏKLİF...
Bu gün, 05:12
“Dəmir Yumuruq TT”nin vergi borcu 1,1 milyon manatı keçdi - DETALLAR
Bu gün, 05:00
Paşinyana qarşı iki cəbhədən HÜCUM - GƏLİŞMƏ
Bu gün, 04:57
“Amerika bu yola nə ad qoyur-qoysun, o, strateji mahiyyətcə Turan yolu olacaq…” - partiya sədri
Bu gün, 04:55
Azərbaycanda yeni şirkətlərin qeydiyyatı niyə 7 dəfə azalıb? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 04:53
Türkiyədə azərbaycanlıya yüksək vəzifə verildi - BUNDAN SONRA...
Bu gün, 04:50
"General Trading LLC" fəaliyyətini dayandırsa da, dövlətə 74 min manatdan çox borcu var - FOTO
Bu gün, 04:47
"Ayna son zamanlar məni çox kövrəldir..."
Bu gün, 04:43
Erməni analitik erməni xəstəliyinə qarşı... - "Siz bu psixologiya ilə güclü dövlət qurmaq istəyirsiniz?"
Bu gün, 04:40
“Ford” və “General Motors” şirkətləri “Patriot” və “Tomahawk” raketlərinin istehsalına başlaya bilərlər - KİV
Bu gün, 04:37
İcra hakimiyyəti kondisioner təmirinə 13 min manat xərcləyəcək
Dünən, 18:00
İranın “neft hücumu” başladı – Azərbaycanın gəlirləri RİSK ALTINDA?
Dünən, 17:58
“Deyirlər ki, partiyalar “satılıblar”, onda belə çıxır ki, dövlətdən məvacib alan hamı satılıb?” - Tural Abbaslı
Dünən, 17:53
Qarabağın əski parçası Ermənistanda yığışdırılır - KİV
Dünən, 17:45
Azərbaycan-Türkmənistan münasibətləri inkişafdadır - MƏQALƏ
Dünən, 17:43
Qədim tarixə söykənən Azərbaycan və Türkmənistan münasibətləri - İsrafil Kərimovun yazısı
Dünən, 17:41
Sığınacaqdakı qızlara elçi düşənlərin məqsədləri... - Kəmalə Ağazadədən ilginc açıqlama
Dünən, 17:39
Rusiya və bu üç ölkə Ermənistandan təcili cavab gözləyir - Zaxarova
Dünən, 17:30
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru