"GENERAL TRADİNG LLC" Məhdud Məsuliyyətli Cəmiyyətinin dövlət büdcəsinə irihəcmli vergi borcu üzə çıxıb.
32gun.az-ın məlumatına görə, hazırda vergi ödəyicisi statusu passiv olan, yəni fəaliyyətini dayandıran şirkətin ümumi borcu 74 min 627 manat 2 qəpik təşkil edir.
Nizamnamə kapitalı cəmi 10 AZN olan cəmiyyətə 12 noyabr 2018-ci il tarixindən Nurşərəf Əzizağa qızı Abasova rəhbərlik etsə də, 4 noyabr 2022-ci il tarixindən şirkətin qanuni təmsilçisi Əli Mənaf oğlu Qaybalıyevdir.
Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, Massiv 1, ev 4 ünvanında hüquqi qeydiyyatda olub.









